KÖKSÜZ
KÖLƏLİK
OBASTAN VİKİ
Birinci Kölə müharibəsi
Birinci Kölə müharibəsi (lat. Primum Bellum servile) və ya Birinci Siciliya üsyanı (lat. Primo Rebellionem Siculis Confunditur) — e.ə. 135–132-ci illərdə Roma Respublikasına qarşı qaldırılan müvəffəqiyyətsiz kölə üsyanı. Müharibə Siciliya adasındakı Enna şəhərində baş verən kölə qiyamlarından təhriklənmişdi. Üsyana peyğambər olduğunu iddia edən, əvvəllər kölə olan Yevn və kilikiyalı (indiki Türkiyə) Kleon rəhbərlik edirdi. Kölələrin bir neçə kiçik qələbə çalmasından sonra, Siciliyaya böyük bir Roma legionu gəlmiş və üsyançıları məğlub etmişdir. == Arxaplan == İkinci Pun müharibəsi zamanı Karfegenin Hispaniyadan qovulmasından sonra, Siciliyada torpaq sahibliyinə böyük dəyişikliklər baş vermişdi. İtaliya möhtəkirləri adaya axın etmiş, böyük torpaq sahələrini ucuz qiymətə almış və Karfagen siciliyalılar ına aid olan əmlak və mülkləri məcburi şəkildə almışdılar. Bu torpaq sahələri və mülklər sahibkarların edamından və sürgünündən sonra Roma hökumətinə verilmişdi.
Böyük Kölə gölü
Böyük Kölə gölü (ing. Great Slave Lake, fr. Grand Lac des Esclaves) — buzlaq-tektonik məhşəlli göl. Sahəsinə görə Kanadanın Şimal-Qərb ərazilərinin ikinci (Böyük Ayı gölündən sonra), Şimali Amerikanın beşinci, dünyanın isə onuncu böyük gölüdü, həmçinin Şimali Amerikanın ən dərin gölüdü (dərinliyi 614 m) == Adı == Qreyt-Sleyv-Leyk (ing. Great Slave Lake) adını gölə onun ilk açılışını edən avropalı səyyah Samuel Hirn vermişdir. Bu ad gölün ətrafında yaşayan və Atabask məşəli olan hindu xalqı Sleyvinin adından əmələ gəlib. Gölün adı Sleyv etnik qrupunun adının ingilscə ing. slave (kölə) sözü ilə səhv salma nəticəsində meydana gəlmişdir, buna görə də gölün adı dünyanın müxtəlif dillərinə "Kölə" kimi tərcümə olunur. Əslində isə Sleyvlər xüsusiyyət baxımından döyüşkən xalqdır. Kanada ərazisində sayları 10000 nəfərdir (XXI əsrin başlığında), və Kanadanın bir çox digər hindu xalqları ilə müqayisədə yaşayış sahələri nisbətən daha böyükdü.
ABŞ-da köləlik
ABŞ-də köləlik— ABŞ-də kölələrin, qulların əməyindən istifadə. == Tarixi == Avropa ticarətinin Afrika sahillərinin çevrəsindən keçməsi Amerikada qullaşdırılmış afrikalıların məskunlaşması ilə nəticələnmişdi. 1859-cu ildə Virciniya ştatında Con Braunun başçılığı ilə köləliyin ləğv edilməsi uğrunda üsyan başladı. ABŞ-də 1861–1865-ci illəri əhatə edən vətəndaş müharibəsi başa çatdıqdan sonra hüquqi cəhətdən köləlik ləğv edildi. Köləliyin ləğvində XVI ABŞ prezidenti Avraam Linkolnun əhəmiyyətli rolu olmuşdur.
Azərbaycanda köləlik
Azərbaycan mühitində köləlik — tarixən Azərbaycan linqvistik və mədəni mühitində və ondan kənarda türk və Azərbaycan mənşəli kölələrin istifadəsi. == Tarixi == === Türk və qıpçaq kölələri === Fələki Şirvani Şirvanda hökm sürən hərc-mərcliyi, ehtimal ki 1123–1125-ci il müharibələrini nəzərdə tutaraq, III Böyük Mənuçöhrün sülh dövrü ilə müqayisə aparırdı. Onun fikrincə, III Mənuçöhr Şirvanı gülüzlü türk və türkman qızları ilə bəzəmişdir. Səlcuqların Şirvan və Arranı işğal etməsi nəticəsində türk kölə və kənizləri bu ərazilərdə ucuz qiymətə satılırdı. XII əsrdə Dərbənd hakimi Nizami Gəncəviyə hədiyyə olaraq qıpçaq kənizi Afaqı göndərmişdir. Nizami onunla ailə qurmuşdur. Kölə türk qızları gözəllikləri ilə məşhur idilər. XII əsr ərəb həkimi Samuil əbu Nəsr ibn Abbas sevdikləri ilə yaxın münasibətdə olan dostlar üçün əyləncə bağı əsərini yazmışdır. Erotik mövzulu əsərdir. Samuilin bu əsərdə gözə çarpan, türk kölələri ilə bağlı biliyi ola bilsin ki, İran Azərbaycanındakı kölə bazarlarından irəli gəlir.
Köləlik
Quldarlıq — İctimai-iqtisadi formasiya. Quldarlar sinfinin qullar sinfini istismar etməsinə əsaslanmışdı. Qullar nəinki istehsal vasitələri üzərində hakimiyyətdən məhrum idilər, onlar hətta özləri istehsalın bir şərti, "danışan əmək aləti" kimi öz ağalarına məxsus idilər. Quldarlıq quruluşu ilk sinfi antaqonist formasiyadır. Bu quruluş özünün ən yüksək inkişaf pilləsinə Qədim Yunanıstan və Qədim Romada çatmışdır. O zamanlar Yunanıstan və Roma antik fəlsəfənin və demokratiyanın ən çox inkişaf etdiyi ölkələr idi. Buna baxmayaraq demokratiya qullara şamil edilmirdi. Nəticədə baş verən böyük üsyanlar (Qədim Romada Spartak üsyanı) və xaricdən olan müdaxilələr tezliklə quldarlığın başqa bir ictimai formasiya — Feodalizm ilə əvəz olunmasına gətirib çıxartdı. == Qul əməyi == Qul — bir insanın başqa birinin malı və mülkü olmasıdır. Başqa bir adamın malı və mülkü olan adama kölə və ya qul ; kölə sahibinə isə əfəndi və ya himayədar deyilir.
Köləmən Abdulla Paşa
Köləmən Abdulla Paşa — (1846-1937) Türk əsgəri. == Həyatı == 1846-cı ildə Trabzonda anadan olmuşdur. Hərbi Akademiyanı bitirdikdən sonra 1881-ci ildən orduda xidmət etməyə başladı və kapitan rütbəsinə yüksəldi. Hicaz və Yəməndə xidmət etməyə başaldı. İstanbula qayıtdıqdan sonra Hərbi Akademiyada müəllim kimi fəaliyyət göstərdi. Von der Qoltzun tərcüməçisi və yardımçısı idi. Vyana hərbi nümayəndə kimi də göndərilmişdi. Anadolundakı erməni üsyanını yatırmaq ona həvalə edilmişdi. Musul qubernatoru idi. Daha sonralar isə müvəqqəti olaraq bir sıra xarici ölkələrə səfir kimi göndərilmişdi.
ABŞ-də köləlik
ABŞ-də köləlik— ABŞ-də kölələrin, qulların əməyindən istifadə. == Tarixi == Avropa ticarətinin Afrika sahillərinin çevrəsindən keçməsi Amerikada qullaşdırılmış afrikalıların məskunlaşması ilə nəticələnmişdi. 1859-cu ildə Virciniya ştatında Con Braunun başçılığı ilə köləliyin ləğv edilməsi uğrunda üsyan başladı. ABŞ-də 1861–1865-ci illəri əhatə edən vətəndaş müharibəsi başa çatdıqdan sonra hüquqi cəhətdən köləlik ləğv edildi. Köləliyin ləğvində XVI ABŞ prezidenti Avraam Linkolnun əhəmiyyətli rolu olmuşdur.
Köləlik və Transatlantik Qul Ticarəti Qurbanlarının Beynəlxalq Anma Günü
Köləlik və Transatlantik Qul Ticarəti Qurbanlarının Beynəlxalq Anma Günü hər il martın 25-də köləlik və transatlantik qul ticarəti nəticəsində əziyyət çəkən və həlak olan milyonlarla insanın xatirəsini ehtiramla yad etmək üçün qeyd edilir. Bu gün həm də irqçilik və qərəzli münasibətin təhlükələri haqqında məlumatlılığı artırmaq, bərabərlik və insan hüquqlarına hörmət dəyərlərinə təşviq etmək məqsədi daşıyır. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2007-ci ildə bu günü elan edərək, "tarixdə insan hüquqlarının ən pis pozulması" kimi adlandırılan transatlantik qul ticarətinin cəmiyyət, iqtisadiyyat, siyasət və mədəniyyətə geniş təsirləri olan bəşər tarixində faciəli nəticələrini önə çıxarır və transatlantik qul ticarətinin 4 əsrdən çox davam etdiyini və milyonlarla afrikalının Amerikaya, Karib dənizinə və dünyanın digər hissələrinə məcburi daşınması, burada qeyri-insani şəraitə və qəddar rəftara məruz qalması ilə nəticələnməsi ilə bağlı məlumat yaydı.
Azərbaycan mühitində köləlik
Azərbaycan mühitində köləlik — tarixən Azərbaycan linqvistik və mədəni mühitində və ondan kənarda türk və Azərbaycan mənşəli kölələrin istifadəsi. == Tarixi == === Türk və qıpçaq kölələri === Fələki Şirvani Şirvanda hökm sürən hərc-mərcliyi, ehtimal ki 1123–1125-ci il müharibələrini nəzərdə tutaraq, III Böyük Mənuçöhrün sülh dövrü ilə müqayisə aparırdı. Onun fikrincə, III Mənuçöhr Şirvanı gülüzlü türk və türkman qızları ilə bəzəmişdir. Səlcuqların Şirvan və Arranı işğal etməsi nəticəsində türk kölə və kənizləri bu ərazilərdə ucuz qiymətə satılırdı. XII əsrdə Dərbənd hakimi Nizami Gəncəviyə hədiyyə olaraq qıpçaq kənizi Afaqı göndərmişdir. Nizami onunla ailə qurmuşdur. Kölə türk qızları gözəllikləri ilə məşhur idilər. XII əsr ərəb həkimi Samuil əbu Nəsr ibn Abbas sevdikləri ilə yaxın münasibətdə olan dostlar üçün əyləncə bağı əsərini yazmışdır. Erotik mövzulu əsərdir. Samuilin bu əsərdə gözə çarpan, türk kölələri ilə bağlı biliyi ola bilsin ki, İran Azərbaycanındakı kölə bazarlarından irəli gəlir.

Значение слова в других словарях