KÜSÜLÜ

sif. Küsmüş, incimiş, küsü saxlayan. Küsülü (z.) qalmaq.
– Gah küsülü olub, gahi barışıb; Bir saat keçməmiş ara qarışıb. Q.Zakir.
[Ağa Kərim:] Mən bir cüzvi işdən ötrü [Ağa Salmanla] küsülüyəm. M.F.Axundzadə.
Leyk gəl indi biz əyri oturaq, düz danışaq; Elə bil küsülü idik, gəl təzədən bir barışaq. S.Ə.Şirvani.

□ Küsülü kimi – sanki bir-birindən küsmüş, bir-birini dindirməyən adamlar kimi.
Dostlar bir-iki dəqiqə susub, küsülü kimi ayrı-ayrı səmtə baxdılar. M.Hüseyn.
Küsülü kimi hərə öz aləminə dalmış, öz fikri ilə məşğuldu. M.İbrahimov.

Синонимы

  • KÜSÜLÜ incik — narazı

Антонимы

  • KÜSÜLÜ KÜSÜLÜ – BARIŞIQLI Küsülü qardaş, gəl yükü çataq, yenə küsümüz küsü (Ata. sözü); Barışıqlı məsələsinin üstündən keçdilər (“Azərbaycan”)
KÜSÜ
KÜSÜLÜLÜK

Значение слова в других словарях