KƏRKİ

is. Aşağı çevrilmiş enli tiyəsi olan uzunsaplı, yonucu (kəsici) alət.
Kərki ağacı yastısına yonar, balta dikinə. (Məsəl).
Kərki olub öz tərəfinə yonma; Ərrə ol, iki tərəfə yon. ( Ata. sözü ).
Əlisa … yarıehtiyatla hərlənib qazmadüsər, bel, balta, kərki, mişar və qeyri karastı toplanmış anbara girdi. S.Rəhimov.

// Kərkiyə oxşayan şey haqqında.
[Soldatın] tükləri qarışıq, sallaq idi, bunların arasından kiçik kərki çənəsi güclə gözə dəyirdi. Ə.Əbülhəsən.

Этимология

  • KƏRKİ Mənası “əyri” deməkdir. Kərki formaca toxayabənzər (əyri)  dəmir alətidir, ağzı içəriyə doğru əyilmiş olur
KƏRKƏS
KƏRKİLƏMƏ
OBASTAN VİKİ
Kərki
Kərki — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati-ərazi vahidində kənd. Azərbaycanın Ermənistan ərazisindəki 4 eksklav ərazisindən biri. Kənd 19 yanvar 1990-cı ildən Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. == Toponimikası == Oykonim kərki tayfasının adı ilə bağlıdır. Mənbələrdə kərkilərin Azərbaycana erkən orta əsrlərdə qıpçaqların tərkibində gəldiyi göstərilir. XIX əsrin əvvəllərində qazaxlı tayfasının tərkibində kərkibaşlı adlı tirənin olması haqqında məlumat verilir. Türkmənlərin ersarı tayfasının bir qolu da kərki adlanırdı. Kərki tayfaları Türkiyə, Özbəkistan ərazisində də qeydə alınmışdır. Türkmənistan ərazisində Kərki adlı şəhər, rayon, qəsəbə və Kərkidağ adlı dağ mövcuddur. == Tarixi == Kərki kəndi 1990-ci il yanvarın 19-da ermənilər tərəfindən işğal edilib.
Kərki (dəqiqləşdirmə)
Kərki bu mənaları ifadə edə bilər: Kərki — Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda kənd. Yeni Kərki — Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd.
Kərki nekropolu
Kərki nekropolu — Sədərək rayonunun ərazisində, tunc dövrünə aid arxeoloji abidə. == Tarixi-coğrafi mövqeyi == Nekropol Kərki kəndindən qərbdə yerləşir. Sahəsi 2 hektara yaxındır. Qəbirlər daş qutu tipli olub kənarları iri sal daşlardan qurulmuş, üzəri iri sal daşlarla örtülmüşdür. Bəzi qəbirlərin ətrafında kromlexlərə təsadüf olunur. Daş qutuların bəzisi aşınma nəticəsində üzə çıxmış və dağıntıya məruz qalmışdır. == Tədqiqi və aşkarlanmış maddi mədəniyyət nümunələri == 1979-cu ildə nekropolun ərazisində təsərrüfat işləri görülərkən təsadüfən bir neçə qəbir dağıdılmışdır. Dağıdılmış qəbirlərin materiallarının bir qismi Naxçıvan MR Dövlət Tarix Muzeyinə verilmişdir. Tapıntılar əsasən monoxrom boyalı küpə və kasalardan ibarətdir. Onların üzəri qırmızı anqobla örtülərək yaxşı cilalanmış, qırmızı anqob üzərindən qara rənglə çəkilmiş xətlə naxışlanmışdır.
Yeni Kərki
Yeni Kərki — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun tərkibindəki yaşayış məntəqəsi Yeni Kərki kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Yeni Kərki kəndi mərkəz olmaqla Yeni Kərki kənd inzibati ərazi vahidi yaradılmışdır. Oykonim kərki tayfasının adı ilə bağlıdır. Mənbələrdə kərkilərin Azərbaycana erkən orta əsrlərdə qıpçaqların tərkibində gəldiyi göstərilir. XIX əsrin əvvəllərində qazaxlı tayfasının tərkibində kərkibaşlı adlı tirənin olması haqqında məlumat verilir. Türkmənlərin ersarı tayfasının bir qolu da kərki adlanırdı. Kərki tayfaları Türkiyə, Özbəkistan ərazisində də qeydə alınmışdır. Türkmənistan ərazisində Kərki adlı şəhər, rayon, qəsəbə və Kərkidağ adlı dağ mövcuddur. Kənddə Ermənistan tərəfindən işğal olunan Kərki kəndinin sakinləri məskunlaşmışlar.
Kərki yaşayış yeri
Kərki (qədim yaşayış yeri)
Kərki yaşayış yeri — Azərbaycan ərazisində arxeoloji abidə Kərki yaşayış yeri Sədərək rayonunun Kərki kəndindən cənubda, Tejkar dağının üzərində yerləşir. Yaşayış yerində kobud yonulmuş iri qaya parçalarından tikilmiş divar qalıqları qalmışdır. Yerüstü materiallar Orta Tunc dövrünə aid çəhrayı rəngli monoxrom boyalı gil qablar, dən daşları, həvəng və dəstələrdən ibarətdir. == Mənbə == Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild.
Kərkibaş
Kərkibaş, Şəfəq — Göyçə mahalının Basarkeçər rayonuda kənd. == Tarixi == İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı. XIX əsrin əvvəllərində yaşamış Kərkibaş tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Kənd rayon mərkəzi Basarkeçərdən (Vardenis) 13 km məsafədə yerləşir. 25 may 1967-ci ildə kəndin adı Şəfəq, 19 aprel 1991-ci ildə kəndin adı Vanevan qoyulmuşdur. == Mədəniyyəti == Kərkibaş — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd. Rayon mərkəzindən 5 km cənubda, Göyçə gölünün yaxınlığında yerləşir. == Toponimi == Toponim qazax tayfasına məxsus kərkibaşlı etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Kərkicahan
Kərkicahan — Azərbaycan Respublikasının Xankəndi şəhərinin inzibati ərazi vahidində qəsəbə. 28 dekabr 1991-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 10 noyabr 2020-ci il tarixində üçtərəfli razılaşmaya əsasən Rusiya Sülhməramlı Qüvvələrinin müvəqqəti nəzarətinə keçmişdir. 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror əməliyyatları tədbirlərindən sonra Azərbaycan Ordusu Kərkicahan qəsəbəsinə nəzarəti ələ keçirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. == Tarixi == 1960-cı illərdə Dağlıq Qarabağ Muxtar Vilayətinin millətçi erməni rəhbər orqanları qəsəbənin adını yaşayış məntəqələrinin rəsmi siyahısından çıxarıb özünü Xankəndi şəhərinə (Stepanakertə) birləşdirmişdilər. Azərbaycanlılar yaşayan bu qədim kəndə şəhər tipli qəsəbə statusu verilmişdir. Xankəndi şəhəri vaxtı ilə Qarabağ xanı Pənahəli xanın oğlu Mehdiqulu xan Kərkicahan yaxınlığında salmışdır. Oykonim mənbələrdə Kərkican və ya Kirkican kimi qeydə alınmışdır.
Kərkicahanın işğalı
Kərkincək qızılquş
Kərkincək qızılquş (lat. Falco vespertinus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == 28–30 sm ölçüdə kiçik yırtıcı quşdur. Erkək fərdlər üçün bozumtul göy rəngli bel və qarın hissə, qırmızımtıl ayaqlar, dimdik və göz ətrafı halqa xarakterikdir. Dişilərdə sinə və qarın hissə narıncı rəngdədir. Göz ətrafı halqa qaradır. == Yayılması == Şərqi Avropada, Qərbi və Mərkəzi Asiyada yuvalayır. Qışlamaq üçün Afrika ölkələrinə köç edir. Azərbaycanda olduqca azsaylı növdür.

Значение слова в других словарях