Kai

der; -s, -e dəniz qırağı, liman sahili
Kahn
Kairo
OBASTAN VİKİ
Hörümçək-adam: Hörümçək-kainata doğru (film, 2018)
Hörümçək-adam: Hörümçək-kainata doğru (ing. Spider-Man: Into the Spider-Verse) — 2018-ci il ABŞ istehsalı kompüter animasiyası, superqəhrəman filmi. "Columbia Pictures" və "Sony Pictures Animation" şirkətinin istehsalı olan filmdə "Marvel Comics" qəhrəmanı Mayls Moralesdən bəhs edilir. "Sony Pictures Releasing" tərəfindən buraxılan "Hörümçək-adam franşizası"nın ilk cizgi filmidir. Rejissorluğu Bob Persichetti, Peter Ramsey və Rodney Rothman tərəfindən edilmiş, ssenarisi Phil Lord və Rothman tərəfindən yazılmışdır. Baş rolu Şamik Mur, digər rolları Jake Johnson, Hailee Steinfeld, Mahershala Ali, Brian Tyree Henry, Lily Tomlin, Luna Lauren Velez, John Mulaney, Kimiko Glenn, Nicolas Cage, və Liev Schreiber səsləndirib. Filmdə Mayls Moralesin Hörümçək-adama çevrilməsindən və digər kainatdan gələn Hörümçək-insanlarla birlikdə kainatı Kingpindən xilas etməsindən bəhs edilir. Phil Lord və Christopher Miller tərəfindən cizgi filmi üçün planlar 2014-cü ildə sızdırıldı və 2015-ci ilin aprelində elan edildi. Persichetti, Ramsey və Rothman sonrakı iki il ərzində, Mur və Schreiber ilə 2017-ci ilin aprelində çəkildi. Lord və Miller Miles Moralesin həmyaradıcısı Sara Piçellinin işindən ilhamlanaraq kompüter animasiyasını ənənəvi əl ilə çəkilmiş komiks texnikaları ilə birləşdirən film unikal üsluba sahib olmalıdır.
Hörümçək-adam: Hörümçək kainatına doğru (film, 2018)
Kaiane Aldorino
Kaiane Aldorino — 2009-cu ilin Dünya Gözəli
Kaiika maxwelli
Kaiika maxwelli — Pinqvinkimilər (Sphenisciformes) fəsiləsinə daxil olan və vaxtı ilə в Yeni Zelandiya ərazisində yayılmış növ. Bu canlılara aid qalıqlar 1998-ci ildə paleontoloq Fillip Maksvell (Dr. Phillip Maxwell) Vaihao çayı hövzəsində aşkar etmişdir (44,79 °C. e. 171,02° ş. u.). Növ 2011-ci ildə Evam Fordikson (Ewan R. Fordyce) və Daniel Tomas (Daniel Thomas) tərəfindən tətqiq edilərən araşdırılmışdır. Ölçüləri müasir dövrümüzdə yaşayan imperator pinqvininə yaxındır (1,3 m). Onlar Waimanu cinsinə yaxındırlar.
Kainat
Kainat — zaman, məkan və onların bütün tərkib hissələrini əhatə edir. Kainata planetlər, təbii peyklər, cırtdan planetlər, ulduzlar, qalaktikalar, qalaltikalararası boşluqlar, ən kiçik subatom zərrəciklər və bütün materiya və enerji daxildir. Müşahidəolunan kainatın diametri hal-hazırda 28 parsek və ya 93 milyard işıq ilidir. Kainatın ölçüləri məlum deyil və sonu olub-olmadığı bilinmir. Müşahidələr və fiziki nəzəriyyələrin inkişafı kainatın tərkibi və təkamülü barədə nəticə çıxarmağa imkan verib. Ulduzlar kainatın müşahidə edilən hissəsindəki cisimlərdir. Hər böyük qalaktikada təqribən bir neçə yüz milyard ulduz, Metaqalaktikada isə təqribən 100000 qalaktika olduğundan, kainatdakı ulduzların sayı 1019-dan çoxdur. Qədim zamanlardan insanlar kainatı öyrənməyə başlayıblar. Onlar səmaya baxıb ulduzlar haqqında müxtəlif fikirlər irəli sürmüşdülər. Hələ o zamanda yaşayıb yaradan Biruni teleskop olmadan belə ulduzlar haqqında dəqiq məlumatlar vermişdir.
Kainat Abdullayev
Kainat modelləri
Kainatın Fridman modeli
Fridman nəzəriyyəsi (A.A.Fridman) — kainatın inkişaf istiqamətinin təyini üçün istifadə olunan nəzəriyyədir. Bu nəzəriyyəyə əsasən Kainatın sıxlığının verilmiş qiymətində Kainat ya məkana görə sonsuz, ya da sonlu ola bilər. 1916-cı ildə A. Eynşteyn ümumi nisbilik nəzəriyyəsində zaman və məkan xassələrinin Kainatda materiyanın paylanması və hərəkətindən asılı olduğunu isbat etdi. Bununla da, zaman-məkan xassələrinin Nyuton mexanikasında təsvir edildiyi qədər də sadə və bəsit olmadığı müəyyən edildi. Yeni nəzəriyyəyə əsasən kütləsi böyük olan cazibə mərkəzləri yaxınlığında zamanın sürəti yavaşıyır. A. Eynşteyn, nisbilik nəzəriyyəsinin müddəalarını Kainatın izotrop, bircins və stasionar modelini qurmaq üçün tətbiq edir. Sonuncu model səhv olduğundan Eynşteyn bir nəticə ala bilmir. 1922-ci ildə rus riyaziyyatçısı A. A. Fridman isbat etdi ki, ümumi nisbilik nəzəriyyəsinə əsasən Kainatın zamana görə dəyişən qeyri-stasionar modelini almaq mümkündür. Bununla da, Fridman müasir kosmoloji nəzəriyyələr üçün riyazi özül yaradır. Ümumi nisbilik nəzəriyyəsinə görə böyük miqyaslarda məkanın xassələri maddənin orta sıxlığından asılı olur.
Kainatın böyüməsi nəzəriyyəsi
Kainatın daim böyüməsi — xüsusi nəzəriyyə. Kainat həm məkan həm zamanda sonsuz olduğuna görə, inkişaf daim kəmiyyət keyfiyyət dəyişikliyi kimi baş verir. Mövcud kainatın hüdudlarından qırağa iki yolla çıxmaq olar. Birinci tanrı vasitəsilə. İkincisi isə kainatın öz məzmununu artırmaqla, yəni onu öyrənməklə, onun bugünkü hüdudlarından qırağa çıxmaq olar. Zariyat surəsi / 47'ci ayə : "Göyü qüdrətlə yaratdıq, və onu genişləndirməkdəyik Subyektiv fəlsəfəyə görə biliklər real dünyanın əksi deyil, real dünya biliklərin əksidir. Yəni real dünya biliklərin proyeksiyasıdır. Belə çıxır ki səbəb mütləq biliklərdi , nəticə isə kainat ya da ki onun hələlik tam olmaması. Obyektiv fəlsəfəyə görə isə biliklər real dünyadan qaynaqlanır. Bu isə o deməkdir ki biliklər, daha doğrusu onların hələlik tam olmaması, nəticədir, mütləq dünya isə səbəb.
Kainatın eraları
Kainatın genişlənməsi nəzəriyyəsi
Kainatın daim böyüməsi — xüsusi nəzəriyyə. Kainat həm məkan həm zamanda sonsuz olduğuna görə, inkişaf daim kəmiyyət keyfiyyət dəyişikliyi kimi baş verir. Mövcud kainatın hüdudlarından qırağa iki yolla çıxmaq olar. Birinci tanrı vasitəsilə. İkincisi isə kainatın öz məzmununu artırmaqla, yəni onu öyrənməklə, onun bugünkü hüdudlarından qırağa çıxmaq olar. Zariyat surəsi / 47'ci ayə : "Göyü qüdrətlə yaratdıq, və onu genişləndirməkdəyik Subyektiv fəlsəfəyə görə biliklər real dünyanın əksi deyil, real dünya biliklərin əksidir. Yəni real dünya biliklərin proyeksiyasıdır. Belə çıxır ki səbəb mütləq biliklərdi , nəticə isə kainat ya da ki onun hələlik tam olmaması. Obyektiv fəlsəfəyə görə isə biliklər real dünyadan qaynaqlanır. Bu isə o deməkdir ki biliklər, daha doğrusu onların hələlik tam olmaması, nəticədir, mütləq dünya isə səbəb.
Kainatın ustaları (film, 1987)
Kainatın ustaları (ing. Masters of the Universe) – 1987-ci ildə istehsal olunmuş bədii filmdir. Filmin distribütori The Cannon Group kinokompaniyasıdır. Kainatın ustaları — Internet Movie Database saytında.
Kainatın yaşı
Riyazi elm ilə məşğul olan hər kəs Kainatımızın təxminən 13.82 milyard il yaşında olduğunu biləcəklər. Müqayisə edilməsi üçün Günəş sisteminin yaşı 4.6 milyard il, Dünyanın yaşı 4.53 milyard il, canlılığın yaşı 3.9 milyard il, çoxhüceyrəli həyatın yaşı 1 milyard il, ilk onurğalıların yaşı 375 milyon il, ilk primatların yaşı 47 milyon il, ilk insansının yaşı 6 milyon il, ilk insan növünün (Homo sp.) yaşı 2 milyon il, növümüzün yaşı isə 200.000 ildir. Ancaq Kainatın yaşının necə hesablandığı bir çoxlarının bilmədiyi bir mövzudur. Hər nə qədər yenə məşhur səviyyədə fizikayla maraqlanan biri, Kainatın yaşının hesablanmasında “qırmızıya sürüşmə” və ya “Kainatın genişlənmə sürəti” kimi anlayışlara müraciət etmiş olsalar da, bunların riyazi olaraq hesablanmasının necə istifadə edildiyini bir çox adam bilməyəcək. İlk olaraq, Kainatın yaşını hesablaya bilmək üçün Kainatımızın genişlənməkdə olan bir quruluş sahib olduğunu qəbul etməliyik. Bu, əlimizdəki bütün müşahidələrlə uyğun bir iddiadır və Habbl qanunu, qalaktik çoxluqların bir-birindən uzaqlaşmış olmasını birbaşa isbatlamağımızı təmin edir. Ayrıca bu məlumat parçası, Kainatımızın keçmişdə bu günə nisbətən daha kiçik olduğunun göstəricisidir. Bu vacibdir, çünki hesablarımızı buna istinad etmək məcburiyyətindəyik. Kainatın yaşını hesablaya bilmək üçün kainatın görünən genişlənmə sürətinin (bu anda qalaktika çoxluqlarının bir-birindən uzaqlaşma miqdarının) Kainatın tarixi boyunca sabit olduğunu güman edə bilərik. Əlbəttə ki, bu doğru deyil və belə bir fərziyyə hesabımıza bir miqdar səhv qatacaq, ancaq yenə də hesabları asanlaşdırması baxımından faydalı bir fərziyyə olduğunu deyə bilərik.
Kairuku
Kairuku — Pinqvinlər fəsiləsinə (Sphenisciformes) daxil olan, nəsli kəsilmiş cins. Cinsə aid bövlərin qalıqları Yeni Zelandiyada aşkarlanmışdır. Onların uzunluğu 1,3 mer, çəkisi 60 kq təşkil edirdi. Yaşı 27 mln il olaraq qiymətləndirilir. Cinsə daxil olan Kairuku grebneffi növünün qanadları hazırda yaşayan pinqvinlərin qanadlarından daha uzundur. Cinsin adı Kairuku maori dilində "qida ilə qayıdan, üzgüçü" mənasını verir.
Kairuku grebneffi
Kairuku grebneffi — Pinqvinlər fəsiləsinə (Sphenisciformes) daxil olan, nəsli kəsilmiş növ. Növün qalıqları Yeni Zelandiyada aşkarlanmışdır. Növə aid ən iri qalığın uzunluğu 1,3 mer, çəkisi 60 kq təşkil edirdi. Qalıqların yaşı 27 mln il olaraq qiymətləndirilir. Bu növə aid bütöv qalıq 1977-ci ildə aşkarlanmışdır. Kairuku grebneffi hazırda yaşıyan pinqvinlər arasında ən uzun qanada malik idilər. Növün araşdırılmasında amerikalı paleontoloq Deniel Ksepka (Daniel T. Ksepka, Şimali Karolina Ştat Universiteti və Şimali Karolina Təbiət Elmləri Muzeyi, ABŞ), yeni zelandiyalı paleontoloq Evan Fordays (Dr. Ewan Fordyce; Otaqo Universiteti, Danidin, Yeni Zelandiya), Tasuro Ando (Dr. Tatsuro Ando; Ashoro Museum of Paleontology) və Kreyq Cons (Dr. Craig Jones; Institute of Geological and Nuclear Sciences) iştirak etmişdir.
Katrina Kaif
Katrina Kaif (16 iyul 1983, Honkonq) — Böyük Britaniyalı Hindistan kino aktrisası və modeli. 16 iyul 1983-cü ildə Honkonqda anadan olmuşdur, bir müddət Havayda yaşadıqdan sonra Londona köçmüşdür. Atası əslən Kəşmirdən anası isə Böyük Britaniyalıdır. Aktrisanın hər iki valideyni Böyük Britaniya vətəndaşlarıdır. Atası əslən qafqaz kökənlidir.
Ligularia kaialpina
Ligularia kaialpina (lat. Ligularia kaialpina) — mürəkkəbçiçəklilər fəsiləsinin liqulariya cinsinə aid bitki növü.
Marvel Kinematoqrafiya Kainatı
Marvel Kinematoqrafiya Kainatı (ing. Marvel Cinematic Universe, MCU) və ya qısaca MKK – Marvel Studios tərəfindən Marvel komiksləri əsasında ərsəyə gətirilmiş və özündə superqəhrəmanlar haqqında filmlər seriyasını birləşdirən kinematoqrafiya kainatı. Bu kainat bir neçə filmin ümumi sujet xəttində əlaqələndirilməsi nəticəsində yaradılmışdır. Filmlər əsasən müstəqil süjetə malik olub və ayrı-ayrı superqəhrəmanlardan bəhs edir. Bundan başqa bu qəhrəmanların bir araya gəldiyi krossoverlərdə mövcuddur. Artıq 26 film buraxılmışdır: "Dəmir adam" (2008), "Möhtəşəm Halk" (2008), "Dəmir adam 2" (2010), "Tor" (2011), "Birinci qisasçı"(2011), "Qisasçılar"(2012), "Dəmir adam 3" (2013), "Tor 2: Zülmət krallığı" (2013), "Birinci qisasçı: Başqa müharibə" (2014), "Qalaktika mühafizəçiləri" (2014), "Qisasçılar: Altron erası"(2015), "Qarışqa-adam" (2015), "Birinci qisasçı: Qarşıdurma" (2016), "Doktor Strenc" (2016), "Qalaktika mühafizəçiləri 2" (2017), "Hörümçək-adam: Evə qayıdış" (2017), "Tor: Raqnarök" (2017), "Qara pantera" (2018), "Qisasçılar: Sonsuzluq savaşı" (2018), "Qarışqa-adam və Arı" (2018), "Kapitan Marvel" (2019), "Qisasçılar: Final" (2019), "Hörümçək-adam: Evdən uzaqda" (2019), "Qara dul" (2021), "Şanq Çi: On üzük əfsanəsi" (2021), "Əbədilər" (2021) və "Hörümçək-adam: Evə yol yoxdur" (2021). 2022-2023-cü illər ərzində bu filmlər də çıxıb: "Doktor Strenc: Dəlilik multikainatında", "Tor: Sevgi və İldırım", "Qara pantera: Əbədi Vakanda", "Marvellər", "Qalaktika mühafizəçiləri 3", "Qarışqa-adam və Arı: Kvantomaniya". 2024-cü ilin iyul ayında "Dedpul və Porsuq" filminin premyerası gözlənilir. 2025-ci ildə "Kapitan Amerika 4: Yeni qəribə dünya", "İldırımçılar", "Fantastik dördlük", "Bleyd" filmlərinin, 2026-cı ildə "Qisasçılar 5", 2027-ci ildə isə "Qisasçılar 6: Gizli Müharibələr" filmləri gözlənilir. Hələlik ən son planlaşdırılan film "Zirehli döyüşçülər"dir.
Marvel Kinematoqrafiya Kainatı: Birinci faza
Marvel Kinematoqrafiya Kainatının Birinci fazası — Marvel Comics personajları əsasında Marvel Studios tərəfindən istehsal olunan ABŞ superqəhrəman filmlər seriyası. Silah istehsal edən Stark lndustries-i atası Houard Starkdan miras alan Antoni "Toni" Stark "Ceriko" adlı yeni raketini nümayiş etdirmək üçün dostu və hərbi əlaqə zabiti Polkovnik-leytenant Ceyms Rouds ilə birlikdə müharibənin davam etdiyi Əfqanıstana gəlir. Raketin Amerika Birləşmiş Ştatları Ordusunun komandirlərinə göstərilməsindən sonra, Starkın da içində olduğu konvoy pusquya düşürülür və Stark hücum edənlər tərəfindən istifadə edilən, öz şirkətinə aid raketlə ciddi formada yaralanır. "Ten Rings" (On Üzük") adlı terrorist qrupu tərəfindən tutulub mağarada həbs edilir. Onunla birlikdə həbs olunmuş Doktor Yinsen Starkı yaralayan qəlpə parçalarının ürəyinə çatmağının və onu öldürməyinin qarşısını almaq üçün Starkın sinəsinə elektromaqnit yerləşdirir. "Ten Rings"-in lideri Raza terroristlər üçün Ceriko raketi inşa etməsinin qarşılığında Starka azadlıq təklif edir, amma o və Yinsen elektromaqnitini güclə təmin etmək üçün qövs reaktoru adı verilən kiçik və güclü elektrik generatoru hazırlayıb qaçmaq üçün prototip zireh inşa edirlər. Əsirlikdən xilas olan Stark satılan silahların ardınca getmək üçün zirehini daha çox təkmilləşdirməyə və istifadə etməyə qərar verir. 2006-cı ilin aprel ayında Marvel Dəmir adam-a prodüserlik etmək üçün Con Favreauyu işə gətirdi. Ardınca Art Maktum-Mett Hollouey ilə Mark Ferqus-Hauk Ostbiyə ayrı olaraq iki ssenari yazıdırıldı və Favreau hər iki layihəni bir ssenaridə birləşdirdi. Sonda hazır olan ssenariyə Con Avqust tərəfindən də bir neçə əlavə və düzəltmə edildi.
Marvel Kinematoqrafiya Kainatı: Dördüncü faza
Marvel Kinematoqrafiya Kainatının Dördüncü fazası — Marvel Comics personajları əsasında Marvel Studios tərəfindən istehsal olunan ABŞ superqəhrəman filmlər seriyası. Nataşa Romanova özünü tənha hiss edir və keçmişi ilə əlaqəli sui-qəsd nəzəriyyəsi ilə üzləşir. Onu yıxmaq üçün heç nədən imtina etməyəcək güc tərəfindən izlənilən Romanova cəsus olaraq keçmişi ilə və Qisasçı olmadan çox əvvəl geridə qalan qırıq münasibətlərlə mübarizə etmək məcburiyyətindədir. Kevin Fayqi Qisasçılar: Altron dövründə Nataşa Romanova / Qara dul rolunun sevildiyini görüb bu rol üçün solo film hazırlamağı düşündüyünü dedi. 2018-ci ilin yanvarında ssenari üçün Cek Skaeffer, iyulda isə Keyt Şortland rejissorluq üçün işə gətirildi. Ned Benson fevral ayında ssenarini yenidən yazdı. Çəkilişlər 2019-cu ilin mayında başladı və oktyabra qədər Norveç, Birləşmiş Krallıq, Budapeşt, Mərakeş və Gürcüstanda davam etdi. Qara dulun premyerası 29 iyun 2021-ci ildə London, Los-Anceles, Melburn və Nyu-Yorkda baş tutdu. Film 9 iyul 2021-ci ildə ABŞ-də ilk baxışa çıxarıldı. "Post-credits" səhnədə Falkon və Qış əsgəri serialından Valentina Alleqra de Fontaini rolu ilə tanınan Culia Luis-Dreyfus filmdə Şahingöz serialındakı Yelena rolu ilə yer alır.
Marvel Kinematoqrafiya Kainatı: Üçüncü faza
Marvel Kinematoqrafiya Kainatının Üçüncü fazası — Marvel Comics personajları əsasında Marvel Studios tərəfindən istehsal olunan ABŞ superqəhrəman filmlər seriyası. Sakoviada Altronun Qisasçılar tərəfindən məğlub edilməsindən təxminən bir il sonra Stiv Rocers, Nataşa Romanova, Sem Uilson və Vanda Maksimova Brok Rumovun labarotoriyadan bioloji silah oğurlamasının qarşısını almaq üçün Laqosda əməliyyat hazırlayırlar. Tutulan Rumlov özünü partladaraq Rocersi öldürmək istəyir. Amma düyməyə basmamış Maksimova telekinez bacarıqlarını istifadə edərək partlamanı başqa istiqamətə çevirir. Bununla da yaxınlıqda yerləşən binada yaşayan bir neçə Vakandalı insanı yanlışlıqla öldürür. Hadisə mətbuatda ciddi təsir göstərir. Həmin anda ABŞ Dövlət Departamentindən Taddeus Ross Qisasçılara BMT-nin hazırladığı Sakovia müqaviləsini təqdim edir. Toni Stark Altronun yaranmasında və Sakoviada səbəb olduğu dağınıtlarda iştirakına görə dövlət nəzarəti altında qalmağın tərəfindədir. Komandanın digər lideri Stiv Rocers isə siyasətçilərdən daha çox şəxsi mühakiməsinə güvəndiyini bildirərək sövdələşməni rədd edir. Filmin əsas mövzusu 2006-cı ildə məhdud sayda nəşr edilən Vətəndaş müharibəsi komiksinə əsaslanır.
Marvel Kinematoqrafiya Kainatı: İkinci faza
Marvel Kinematoqrafiya Kainatının İkinci fazası — Marvel Comics personajları əsasında Marvel Studios tərəfindən istehsal olunan ABŞ superqəhrəman filmlər seriyası. 2012-ci ildə baş verən Nyu-York müharibəsindən bəri streslə mübarizə aparan Stark bir sıra sirli partlamanın izinə düşür və terrorist Mandarin ilə qarşı-qarşıya gəlir. Marvel və Disney 2010-cu ilin sonlarında üçüncü Dəmir adam filmini istehsal etdiklərini açıqladılar. 2011-ci ilin fevral ayında Dəmir adam 3 filminin rejissorluğu üçün Şane Blak işə gətirildi. Blak filmin ssnearisini Dreu Pearsi ilə birlikdə yazdı. Robert Dauni, Qvinet Peltrou və Don Çidl Dəmir adam 2-dəki rollarını yenidən canlandırdılar. Həmçinin Quy Pearsi və Ben Kinqsley Aldrik Killian və Revor Slatteri rollarını canlandırmaq üçün heyətə qatıldılar. Çəkilişlər 2012-ci ilin may ayında Şimali Karolina əyalətində başladı. Həmçinin Cənubi Florida, Çin və Los-Ancelesdə əlavə çəkilişlər aparıldı. Filmin premyerası 2013-cü il 14 apreldə Parisdə yerləşən Le Grand Rex-də və 24 apreldə Los-Ancelesdə yerləşən El Capitan Theatre-də baş tutdu.
Marvel Kinematoqrafiya Kainatı filmləri
Marvel Kinematoqrafiya Kainatı (ing. Marvel Cinematic Universe, qısaca MCU) filmləri Marvel Comics-in cizgi romanlarına əsaslanan və Marvel Studios tərəfindən hazırlanan Amerika istehsalı superqəhrəman filmləri seriyasıdır. MCU bütün filmlərin toplandığı ümumi fantastika dünyasıdır. Filmlər 2007-ci ildən başlayaraq çəkilməyə davam edir. Bu müddət ərzində Marvel Studios ümumilikdə iyimi üç film hazırlamışdır. Gələcəkdə çıxacaq ən az on beş film isə hazırlanma mərhələlərindədir. Kinematoqrafiya kainatı dünya üzrə 22,5 milyard dollardan çox gəlir əldə edərək tarixin ən çox qazanan film seriyası olmuşdur. Bu maliyyə nəticəsinə inflyasiyasız hesabla tarixin ən çox gəlir əldə edən ikinci filmi olan Qisasçılar: Final da daxildir. 2021-ci ildən etibarən ən çox gəlir əldə edən ilk iyirmi beş filmin səkkizi Marvel Studios-a aiddir. Kevin Fayqi bütün seriyada, Avi Arad ilk iki filmdə, Qale Anne Hard İnanılmaz Halk-da, Emi Paskal Hörümçək-adam filmlərində, Setefen Broussard Qarışqa-adam və Eşşək arısı filmində və Conatan Skuartz isə Şanq-Çi və on üzük əfsanəsi filmində prodüserlik vəzifəsini öz üzərlərinə götürmüşlər.
Marvel Kinematoqrafiya Kainatı filmlərinin siyahısı
Marvel Kinematoqrafiya Kainatı (ing. Marvel Cinematic Universe, qısaca MCU) filmləri Marvel Comics-in cizgi romanlarına əsaslanan və Marvel Studios tərəfindən hazırlanan Amerika istehsalı superqəhrəman filmləri seriyasıdır. MCU bütün filmlərin toplandığı ümumi fantastika dünyasıdır. Filmlər 2007-ci ildən başlayaraq çəkilməyə davam edir. Bu müddət ərzində Marvel Studios ümumilikdə iyimi üç film hazırlamışdır. Gələcəkdə çıxacaq ən az on beş film isə hazırlanma mərhələlərindədir. Kinematoqrafiya kainatı dünya üzrə 22,5 milyard dollardan çox gəlir əldə edərək tarixin ən çox qazanan film seriyası olmuşdur. Bu maliyyə nəticəsinə inflyasiyasız hesabla tarixin ən çox gəlir əldə edən ikinci filmi olan Qisasçılar: Final da daxildir. 2021-ci ildən etibarən ən çox gəlir əldə edən ilk iyirmi beş filmin səkkizi Marvel Studios-a aiddir. Kevin Fayqi bütün seriyada, Avi Arad ilk iki filmdə, Qale Anne Hard İnanılmaz Halk-da, Emi Paskal Hörümçək-adam filmlərində, Setefen Broussard Qarışqa-adam və Eşşək arısı filmində və Conatan Skuartz isə Şanq-Çi və on üzük əfsanəsi filmində prodüserlik vəzifəsini öz üzərlərinə götürmüşlər.
Ox Kainatı
Ox Kainatı (ing. Arrowverse) və ya The CW telekanalının DC televiziya kainatı — DC Comics-dəki obrazlar əsasında Qreq Berlanti, Mark Quqqenhein, Endrü Kreisberq, Fil Klemmer və Qeoff Cons tərəfindən inkişaf etdirilmiş və The CW kanalında yayımlanan televiziya serialları silsiləsidir.