KARST LANDŞAFTI

karstın inkişaf etdiyi sahələrin landşaftı. Mülayim enliklərdə qapalı dərinlik və çökəkliklərin olması səthi axınların az olması, qrunt sularının dərində yatması, yeraltı boşluqların olması, mağaralar, itən çaylar, gur bulaqlar və b. əlamətlərlə fərqlənir. Subtropik və tropik qurşaqlarda qüllə, konus, günbəz, çılpaq daşlı sahələr, çökəklik karstı və b. formada qalıq relyef formalarının olması ilə səciyyələnir. карстовый ландшафт karst landscape
KARST QUYUSU
KARST RAYONU
OBASTAN VİKİ
Karst
Karst (alm. Karst‎, Yuqoslaviyanın şimal-qərbində yerləşən platonun adından) – suyun süxurları əritməsi, onlarda boşluqların və bunlarla əlaqədar olaraq yer səthində və dərinlikdə özünəməxsus relyef formalarının əmələ gəlməsi hadisəsi. Karst suda asanlıqla əriyən süxur (əhəngdaşı, dolomit, təbaşir, gips, daşduz) qatlarında geniş inkişaf edir. K. yer səthində qıf, boşqab şəklində mənfi relyef formaları əmələ gətirir. Karst nəticəsində yer səthi altında xeyli dərinlikdə boşluq yaranır ki, buna mağara deyilir. Dünyada ən böyük karst mağarası ABŞ-də Kamberlend platosunda yerləşən Mamont mağarasıdır. Bu mağaranın bütün şaxə və qollarının uzunluğu 225 km-dir. Burada 200-dən çox keçid, 47 qübbə, 23 dərin xəndək vardır. Böyük bir zalın uzunluğu 5 km, eni 90 m, tavanının hündürlüyü isə 40 m-dir. Mağarada yeraltı sulardan üç göl əmələ gəlmiş və üç çay axır ki, bunlarda kor balıqlar və xərçənglər yaşayır.
Asiyanın landşaftı
Park landşaftı
Vulkan landşaftı
Vulkan landşaftı (rus. вулканический ландшафт, ing. volcanic landscape) — müasir və qədim vulkan relyef formalarının geniş inkişaf etdiyi ərazi.
Şəhər landşaftı
H.Karst.
Hermann Karsten (ing. Gustav Karl Wilhelm Hermann Karsten (6 noyabr 1817, Stralsund – 10 iyul 1908, Zoppot) — Almaniya botaniki.
Karst landşaft
Karst landşaft (rus. карстовый ландшафт, ing. karst landscape) — karstın inkişaf etdiyi sahələrin landşaftı. Mülayim enliklərdə qapalı dərinlik və çökəkliklərin olması səthi axınların az olması, qrunt sularının dərində yatması, yeraltı boşluqların olması, mağaralar, itən çaylar, gur bulaqlar və b. əlamətlərlə fərqlənir. Subtropik və tropik qurşaqlarda qüllə, konus, günbəz, çılpaq daşlı sahələr, çökəklik karstı və b. formada qalıq relyef formalarının olması ilə səciyyələnir.
Karst quyusu
Karst quyusu (rus. карстовый колодец , ing. karst pit) — karst vilayətlərində qapalı çökək-liklərin bir tipi. Adətən dairəvi, düzgün olmayan silindr, yaxud çat formasında olur (dərinliyi 20–60 m, eni 5–10 m). Yeraltı suların həlletmə fəaliyyəti nəticəsində yeraltı karst boşluğunun tağının uçması sayəsində əmələ gəlir, yaxud hazırda inkişafda olmayan boşluq formasında olur.
Karst relyefi
Karst relyefi (rus. карстовый рельеф, ing. karst relief) — əhəngdaşı, dolomit, gips və digər həll olan süxurlarda suyun həll etməsi sayəsində əmələ gələn relyef tipi. Yerüstü və yeraltı qapalı mənfi relyef formaları (yerüstü-qıf, çökəklik, polye, ponor və yeraltı quyu, mağara) üstünlük təşkil edir. Tropik ərazilərdə müsbət relyef formalarına tez-tez təsadüf edilir. Ti-pik K. r. Yuqoslaviyada karst platosunda təsadüf edilir.
Karst yaylası
Karst yaylası (rus. карстoвое плато, ing. -karst plateau) — zəif dislokasiyaya uğramış, yaxud üfqi yatan qalın karstlaşan süxurlardan təşkil olunmuş plato tipi. K.y. səth sularının zəif axması ilə əlaqədar qrunt sularının güclü şaquli hərəkət etdiyi zonalarda bol karst formalarının olması ilə səciyyələnir (mis: Yuqoslaviyanın şimal-qərbində Karst yaylası).
Zirehlənmiş karst
Zirehlənmiş karst (rus. бронированный карст, ing. armoured karst ) — qaya süxurlar altında inkişaf etmiş karst /bazalt, andezit, qumdaşı, əhəngdaşı və s. Zirehlənmiş karst üçün səthdə batıq relyef formaları /qıf, çökəklik/, bəzən də dolanbac mağara yolları səciyyəvidir.
Örtülü karst
Örtülü karst (rus. покрытый карст, ing. covered karst, mantled karst) — karst tipi, karstlaşan süxurların müxtəlif mənşəli kövrək çöküntülərlə örtüldüyü vilayətlərdə inkişaf edir. Elüvi və torpaqla örtülən karstları bəzən Orta Avropa tipli karst adı altında ayırırlar.
Böyük Qafqazın dağətəyi maili düzənlik landşaftı
Mali me Qropa-Bize-Martaneş qorunan landşaftı
Mali me Qropa-Bize-Martaneş qorunan landşaftı (alb. Peizazhin e Mbrojtur Mali me Gropa-Bizë-Martanesh ) ― Albaniyanın mərkəzi hissəsində, Dayti Milli Parkı ilə sərhəddə yerləşən qorunan landşaft. Landşaft 25266,42 hektar ərazini əhatə edir. Beynəlxalq Təbiəti Qoruma Birliyi (IUCN) ərazinin V kateqoriyaya daxil etmişdir. Bölgə Plantlife tərəfindən beynəlxalq Mühüm Bitki Sahəsi (ing. Important Plant Area IPA) olaraq da tanınmışdır. Landşaft flora və faunanın geniş müxtəlifliyini ehtiva edir. Sıx iynəyarpaqlı və enliyarpaqlı meşələr landşaftın ümumi sahəsinin 68%-ni təşkil edir. Landşaftın faunası 44 növ məməli, 130 növ quş, 23 növ sürünən və 12 növ amfibiyadan ibarət olmaqla 209 növlə təmsil olunur. Meşəlik ərazilərdə qəhvəyi ayı, boz qurd və vaşaq yaşayır.
Azərbaycanda karst və onun yaratdığı müxtəlif relyef formaları