Süxurlar
Süxur — Yer qabığını əmələ gətirən
bii mineral birləşmədir. Mənşəyinə görə süxurlar müxtəlif qruplara bölünür:
Ana süxurları torpaqəmələgətirən süxurlar üçün əsas sayılır, onların üst qatlarından torpaq yaranır. Süxurların xüsusiyyətləri torpağın kimyəvi və fiziki xassələrinə müəyyən qədər təsir göstərir. Qranit üzərində əsasən az münbit torpaqlar əmələ gəlir. Bazalt süxurlar isə münbit torpağın yaranması üçün qiymətli material hesab olunur. Landşaftın, hidroqrafiyanın və bitki örtüyünün xüsusiyyəti dağ süxurlarının xarakteri və formasından asılıdır.
Maqmanın yer qabığının dərinliklərində və ya yer kürəsində soyuyaraq qatılaşmasıyla əmələ gələn süxurlara maqmatik süxurlar deyilir. (Məsələn:Qranit, Siyenit, Trakit, Andezit, Latit, Diyorit, Qabro, Obsidian, Monsonit, Perlit, Riolit, Qranodiorit, Bazalt, Harzburgit, Diabaz və s.) Maqmatik süxurlar da özlüyündə 2 qrupa bölünür:
Effuziv- Maqma püskürüb yer səthinə çıxaraq aşağı temperatur və toyiq şəraitində soyuduqda yaranan süxurlar
İntruziv — maqma yer səthinə çatmayıb yüksək təzyiq şəraitində müəyyəndərinlikdə yavaş-yavaş soyuyub kristallaşaraq yaranan süxurları deyilir.
Maqmatik süxurların xarici təsirlər nəticəsində(hava, su, külək və s.) kiçik parçalara bölünməsilə meydana gələn süxurlara deyilir. (Məsələn:Qumdaşı, Gildaşı, Konqlomera və s.)
Sedimental süxurların növləri:
Mexaniki Sedimentar süxurlar
Kimyəvi Sedimentar süxurlar
Üzvi Sedimentar süxurlar
Metomorfik süxurlar — yerin daxilində olduğu yerdəcə çöküntü süxurlarından yaranmışdır.