KARVAN
KARVANBAŞI
OBASTAN VİKİ
Karvan
Karvan — tarixən quru nəqliyatı həyata keçirdən donanma. Nəqliyyat at, qatır, eşşək və daha çox dəvələrlə edilərdi. Karvanlarda olan dəvələrin daşıdıqları yüklərə görə ağır və ya yüngül karvan adları verilərdi. Ağır karvandakı dəvələr 300–350, yüngül karvanda isə 170 kq yük daşıyardılar. İndiki vaxtda bir çox motorlu quru, dəniz və ya hava vasitəsindən meydana gələn nəqliyyat qruplarına donanma və.s kimi adlar verilir Ağır karvanlardan ən böyükləri ildə bir dəfə Şam və Misirdən Hicaza gedən həcc karvanlarıydı. Ayrı-ayrı gedən bu karvanlardan Şamdan hərəkət edənlər mal və əşya xaricində 60–70.000, Misirdən gedənlər isə 40–50.000 adamı tapardı. Karvanların gedişləri qış və yaza görə dəyişik olardı.Qışda gündüz gedərlər gecə istirahət edərdilər. Yayda istinin təsirindən günəş doğulduqdan iki saat sonra gedişi kəsər istirahətə çəkilirlər, gecə gedərdilər. Şamdan çıxan karvan normal olaraq altmış bir gündə Məkkəyə çatır, həcc mövsümü keçincə mal alaraq sərnişinlərlə birlikdə qayıdardılar. Gediş və dönüş zamanı karvanlar təmiz, düzənlik yerlərdə, su kənarlarında, karvansaraylar olduğu mövqelərdə dayanardılar.
Karvan (1995)
Kinolent üç novelladan ibarətdir: Birinci novellada qədim insan məskəni olan Qobustandan söhbət gedir. İkinci novellada Şərq və qadın mövzusuna toxunulmuşdur. Üçüncü novella 1990-cı il 20 yanvar və Xocalı faciələri barədə danışır. Film bəstəkar Soltan Hacıbəyovun məşhur "Karvan" əsəri əsasında çəkilmişdir. Film "Azərkinovideo" İB-nin sifarişi ilə çəkilmişdir. Əsərin müəllifi: Soltan Hacıbəyov Ssenari müəllifi: Vaqif Səmədoğlu Quruluşçu rejissor: Nazim Məmmədov Quruluşçu rəssam: Nazim Məmmədov, Əli Əliyev Quruluşçu operator: Vyaçeslav Jestkov Səs operatoru: Teymur Abdullayev Cizgi rəssamı: Arifə Hatəmi Musiqi tərtibatçısı: İsmayıl Dadaşov Rəssam assistenti: Məlahət Hümbətova, Arifə Hatəmi, Fərhad Rzayev Montaj edən: Nisə Hacıyeva Redaktor: Həsən Merac Filmin direktoru: Əliağa İbrahimov "Azərkinovideo" İB Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Karvan (dəqiqləşdirmə)
Karvan Karvan (simfonik lövhə) — Soltan Hacıbəyovun 1945-ci ildə bəstələdiyi simfonik lövhə. Karvan — Yevlax şəhərinin futbol klubu. Karvan (film, 1995) — Qısametrajlı Cizgi Filmi.
Karvan (nəqliyyat)
Konvoy və ya karvan qarşılıqlı dəstək və müdafiə üçün birlikdə səyahət edən bir qrup nəqliyyat vasitəsidir. Onlar adətən motorlu nəqliyyat vasitələri və ya gəmilərdən ibarət olurlar. Konvoy adətən silahlı müdafiə dəstəyi ilə təşkil edilir. O, həm də qeyri-hərbi mənada, məsələn, ucqar ərazilərdən keçərkən də istifadə oluna bilər.
Karvan (qrup)
Karvan — 1984–1993-cü illərdə fəaliyyət göstərmiş Azərbaycan pop musiqi qrupu. Qrup 1984-cü ildə Sevinc Kərimova tərəfindən Bakıda yaradılmışdır. S. Kərimova qrupun direktoru, eyni zamanda rejissoru idi. O, həm də Azərbaycan Televiziyasında ilk klip çəkən rejissor kimi tanınmışdır. Lakin bir sıra maliyyə və texniki çətinliklərə görə Karvan qrupu dağılır. Həmin vaxtlarda isə Yevgeni Baxtin və Tamilla Ağamiyeva da qrupun üzvləri idilər. Bakı Payızı-88 müsabiqəsindən sonra Karvan qrupu bərpa edilir. Müsabiqədən sonra qrupa yeni üzvlər dəvət edilir — İlqar Xəyal və Firuz İsmayılov. Qrup bərpa olunandan sonra ilk konsertini Türkiyənin İzmir şəhərində uğurla reallaşdırır. Daha sonra Bakıda Lenin Sarayında 5 gün ərzində konsert verir.
Karvan FK
Karvan İK (Karvan İdman Klubu) — 11 iyun 2004-cü ildə Yevlax şəhərində təsis edilmiş, UEFA Kubokunda ilk təsnifat mərhələsini keçən Azərbaycan klubudur. "Karvan" İdman Klubu 11 iyun 2004-cü ildə Yevlax şəhəridə təsis edilmişdir. Yevlax şəhər stadionunda əsaslı yenidənqurma işləri aparılmış, 6000 yerlik müasir standartlara cavab verən stadion, həmçinin meydança qurulmuş, futbolçular üçün düşərgə inşa edilmiş və bütün lazımi infastrukturlarla təchiz olunmuşdur. "Karvan"ın Avropa miqyaslı yarışlarında ilk qoluna Yuri Muzıka imza atdıb. Klub futbol ictimaiyyətinin yaddaşında "ilk"ləri ilə də yadda qaldı. Azərbaycanda ilk dəfə olaraq klubun rəsmi internet səhifəsindən milli çempionatın oyunları canlı yayımlanmışdır. UEFA Kubokunda ilk dəfə tur keçən Azərbaycan klubunun daha bir ilki isə komandaya dəvət olunan yeni oyunçuların imza mərasimləridir. XIII Azərbaycan çempionatı ərzində komandamını tanıtmağa yardım edən klub broşürləri, oyun bukletləri, oyunçuların şəkilləri ilə olan illik təqvimlər də ilklərindəndir. Klub XIII Milli Çempionatda üçüncü yeri tutaraq UEFA İntetoto kuboku uğrunda yarışa qatılmış, Polşanın "Lex" klubu ilə qarşılaşmışdır. İntetoto kuboku komandanın hazırlıq planına mane olduğu üçün və eyni zamanda ölkəmizin fubol reytinqinə heç bir təsir göstərmədiyinə görə komanda bu yarışda ikinci heyətlə təmsil olunmuşdur.
Karvan İK

Karvansara (karvan)
Karvanasara — karvanların dayanacaq yeri. Böyük ipək yolunun magistralı boyunca Azərbaycanın ticarət əhəmiyyətli şəhərlərində və karvan yolları üzərində karvanasaralar mövcud olmuşdur. Karvansaralarda karvanların dayanacaq yeri, mehmanxana tipli istirahət otaqları, minik və yük heyvanları üçün ayrıca yer (tövlə) və axurlar, ticarət mallarının saxlanması üçün anbarlar, müxtəlif dükanlar, yeməkxana və s. olurdu. Karvansaralar həmçinin müxtəlif ticarət əməliyyatlarını kecirilməsi üçün ən sərfəli obyektlər idi. Ona görə də karvansaralar, bir qayda olaraq, şəhərin qızğın ticarət gedən “qaynar nöqtələrində” tikilirdi. Etnoqrafik materiallardan aydın olur ki, iri karvansarlarda onun daimi xidmətçilərindən başqa, çoxlu çarvadar və hamballar da olmuşdur. Orta əsrlərdə və XIX əsrdə Təbriz, Şamaxı, Gəncə, Şuşa, Bakı, Naxçıvan, Ordubad, Marağa, Şəki və digər şəhərlərdə xeyli karvansara tikilmişdi. İri ticarət mərkəzlərində onlarca və daha cox karvansara olurdu. XV əsrə aid edilən, indi də Bakıda İçərişəhərdə qalmaqda olan Multani karvansarası hind tacirlərinin qaldığı yer idi.
Karvan-saray (şərab)
Karvan (film, 1995)
Kinolent üç novelladan ibarətdir: Birinci novellada qədim insan məskəni olan Qobustandan söhbət gedir. İkinci novellada Şərq və qadın mövzusuna toxunulmuşdur. Üçüncü novella 1990-cı il 20 yanvar və Xocalı faciələri barədə danışır. Film bəstəkar Soltan Hacıbəyovun məşhur "Karvan" əsəri əsasında çəkilmişdir. Film "Azərkinovideo" İB-nin sifarişi ilə çəkilmişdir. Əsərin müəllifi: Soltan Hacıbəyov Ssenari müəllifi: Vaqif Səmədoğlu Quruluşçu rejissor: Nazim Məmmədov Quruluşçu rəssam: Nazim Məmmədov, Əli Əliyev Quruluşçu operator: Vyaçeslav Jestkov Səs operatoru: Teymur Abdullayev Cizgi rəssamı: Arifə Hatəmi Musiqi tərtibatçısı: İsmayıl Dadaşov Rəssam assistenti: Məlahət Hümbətova, Arifə Hatəmi, Fərhad Rzayev Montaj edən: Nisə Hacıyeva Redaktor: Həsən Merac Filmin direktoru: Əliağa İbrahimov "Azərkinovideo" İB Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Karvan (simfonik lövhə)
Karvan — Soltan Hacıbəyovun 1945-ci ildə bəstələdiyi simfonik lövhə. 1940-cı illərin ortasında bəstəkar Tükmənistan Dövlət Opera və Balet Teatrının sifarişi ilə "Kəminə və Qazı" operasını yazır. Lakin, opera başa çatdırılmamış qalır. Bu əsər üçün yazılmış musiqi parçaları içərisində Orta Asiya mənzərələrinin obrazlarını təsvir edən orkestr lövhəsi var idi. 1945-ci ildə S. Hacıbəyov onun əsasında "Karvan" simfonik lövhəsini yaratmışdır. 1952-ci ildə bəstəkar "Karvan"ın yeni redaksiyasını işləmişdir və hazırda həmin redaksiyada ifa olunur. 1955-ci ildə son variant Niyazinin dirijorluğu ilə lentə alınır. O zamandan "Karvan"ın dünya səyahəti başlayır. Əsər "Şur" muğamının "Hicaz" şöbəsi üstdə bəstələnmişdir. Ayrı-ayrı parlaq lövhələrlə, cizgilərlə, rəngarəng musiqi vasitələrilə zəngindir.
Karvan (Miri Yusif albom)
Miri Yusifin sayca 3-cü albomu olan Karvan EP-sırf internet vasitəsilə yayımlanan ifaçının ilk EP albomudur. Sözü gedən albom həm şərq, həm də qərb kaloritlərini özündə cəmləşdirir. Bu albomda yer alan "Səndən Olmaz" mahnısı isə 2011-ci ildə "İlin Hit Mahnısı" mükafatına layiq görülüb.

Digər lüğətlərdə