Kitabı dost kimi seç.

= Choose an author as you choose a friend. = Выбирай книгу, так как выбираешь друга.
kitabı bağlandı
klass göstərmək
OBASTAN VİKİ
Dost
Dostluq — qarşılıqlı inam və qayğı üzərində qurulan şəxslərarası münasibət. Dostluqlar bizim şəxsi inkişafımıza əhəmiyyətli dərəcədə təsir edə biləcək mühüm komponentlərdir. Dostluqlar şəxsiyyətimizi, dünyaya baxışımızı və gələcəyimizi köklü şəkildə formalaşdıra bilən transformativ əlaqələrdir. Dostların təqdim etdiyi təcrübələr, məsləhətlər və imkanlar qərarlarımıza təsir edə və bizi müəyyən istiqamətlərə yönəldə bilər. Dostlar bizim güclü, zəif tərəflərimizi və potensialımızı əks etdirən güzgü rolunu oynayır. Dostluq həyatımızı müxtəlif yollarla formalaşdıra və zənginləşdirə bilən güclü qüvvədir. Dostluq fərdlərə emosional dəstək verməkdə əsas rol oynayır. Dostlar həyatın çətin anlarında ilk müraciət etdiyimiz insanlardır. Əsl dostluq ehtiyaca və ya mənfəətə əsaslanmır. Əsl dostluğun təməlində bir-birinə olan səmimi qayğı və şəfqət dayanır.
Kimi Raikkonen
Kimi Matias Raykönen (fin. Kimi-Matias Räikkönen; d. 17 oktyabr 1979) — Finlandiyalı Formula-1 pilotu. Hazırda karyerasını İtaliyanin Alfa Romeo komandasında davam etdirir. == Bioqrafiya == Kimi Rəykkönen 1979-cu il oktyabrın 17-də Finlandiyanın Espoo şəhərində anadan olub. Kimi hər zaman qısa, soyuq və bir qədər də gülməli cavabları ilə seçilib. Ona "İce Man" ləqəbi də həm buna, həm də yarışlardakı soyuqqanlılığına görə verilib. İlk evliliyi Skandinaviya gözəli Cenni Dalman ilə 2004-cü ildə olub. Onlar 2014-cü ildə boşanıblar. Kimi daha sonra modelyer Minttu Virtanen ilə nişanlanır.2015-ci il yanvarın 28-də Robin adlı oğulları dünyaya gəlir.
Kimi Raykkonen
Kimi Matias Raykönen (fin. Kimi-Matias Räikkönen; d. 17 oktyabr 1979) — Finlandiyalı Formula-1 pilotu. Hazırda karyerasını İtaliyanin Alfa Romeo komandasında davam etdirir. == Bioqrafiya == Kimi Rəykkönen 1979-cu il oktyabrın 17-də Finlandiyanın Espoo şəhərində anadan olub. Kimi hər zaman qısa, soyuq və bir qədər də gülməli cavabları ilə seçilib. Ona "İce Man" ləqəbi də həm buna, həm də yarışlardakı soyuqqanlılığına görə verilib. İlk evliliyi Skandinaviya gözəli Cenni Dalman ilə 2004-cü ildə olub. Onlar 2014-cü ildə boşanıblar. Kimi daha sonra modelyer Minttu Virtanen ilə nişanlanır.2015-ci il yanvarın 28-də Robin adlı oğulları dünyaya gəlir.
Kimi Raykonen
Kimi Matias Raykönen (fin. Kimi-Matias Räikkönen; d. 17 oktyabr 1979) — Finlandiyalı Formula-1 pilotu. Hazırda karyerasını İtaliyanin Alfa Romeo komandasında davam etdirir. == Bioqrafiya == Kimi Rəykkönen 1979-cu il oktyabrın 17-də Finlandiyanın Espoo şəhərində anadan olub. Kimi hər zaman qısa, soyuq və bir qədər də gülməli cavabları ilə seçilib. Ona "İce Man" ləqəbi də həm buna, həm də yarışlardakı soyuqqanlılığına görə verilib. İlk evliliyi Skandinaviya gözəli Cenni Dalman ilə 2004-cü ildə olub. Onlar 2014-cü ildə boşanıblar. Kimi daha sonra modelyer Minttu Virtanen ilə nişanlanır.2015-ci il yanvarın 28-də Robin adlı oğulları dünyaya gəlir.
Kimi Rəykkönen
Kimi Matias Raykönen (fin. Kimi-Matias Räikkönen; d. 17 oktyabr 1979) — Finlandiyalı Formula-1 pilotu. Hazırda karyerasını İtaliyanin Alfa Romeo komandasında davam etdirir. == Bioqrafiya == Kimi Rəykkönen 1979-cu il oktyabrın 17-də Finlandiyanın Espoo şəhərində anadan olub. Kimi hər zaman qısa, soyuq və bir qədər də gülməli cavabları ilə seçilib. Ona "İce Man" ləqəbi də həm buna, həm də yarışlardakı soyuqqanlılığına görə verilib. İlk evliliyi Skandinaviya gözəli Cenni Dalman ilə 2004-cü ildə olub. Onlar 2014-cü ildə boşanıblar. Kimi daha sonra modelyer Minttu Virtanen ilə nişanlanır.2015-ci il yanvarın 28-də Robin adlı oğulları dünyaya gəlir.
Yuxu kimi
Yuxu kimi — Rövşən İsaxın quruluşçu rejissorluğu ilə çəkilmiş Azərbaycan teleserialı. Ailə şərəfini hər şeydən üstün tutan Habil (Məhəmməd Verdizadə) qızı Yasəmənin (Aysel İbrahimova) öz qohumu Cövdətlə (Niyaz İlyasoğlu) ailə qurmasını istəyir. Yasəmən isə kimsəsiz Aqşini (İbrahim Çingiz) sevir. Bir müddət sonra Aqşin iş ardınca müvəqqəti Rusiyaya gedir. Ailələrin heç biri qızın istəyi ilə hesablaşmayaraq, onu Cövdətə nişanlayırlar. Aqşin mobil telefonunu itirdiyi üçün Yasəmən ona əvvəlcədən xəbər verə bilmir. O, baş verənlərdən yalnız Bakıya qayıdandan sonra xəbər tuta bilir. Tərəflər baş vermiş hadisələrə görə bir-birini günahlandırsalar da, sevgi hissi daha üstün gəlir. Toyuna az müddət qalmış Yasəmən Aqşinlə birlikdə evdən qaçmağa məcbur olur. Habil bu hadisədən xəbər tutanda intihara cəhd edir.
Arvad kimi
Arvad kimi — rejissor Ceyms Berd tərəfindən çəkilmiş Amerika elmi-fantastika triller filmidir. Filmdə əsas rolları Conatan Ris Meyers və Yelena Kampuris ifa etmişdirlər. Filmin çəkilişləri Kanadanın Vankuver şəhərində aparılmışdır. == Rollarda == Conatan Ris Meyers — Uilyam Berdell rolunda Yelena Kampuris — Meredit rolunda Doron Bell — agent Cek Doerksen rolunda Aqam Darşi — Luiza rolunda Sara Sampayo — Vendi rolunda Aliks Villaret — Lidi rolunda Fletçer Donovan — Kin Morrison rolunda Lana — Holli rolunda Stiven Lobo — Marion Venner rolunda == Buraxılış == Film 12 avqust 2022-ci ildə tələb əsasında və rəqəmsal olaraq seçilmiş kinoteatrlarda nümayiş olunmuşdur. 2023-cü ilin dekabr ayından etibarən Netflix platformasında yerləşdirilmişdir. == Rəylər == Rotten Tomatoes saytında, film 8 rəy əsasında yalnız 13% "təzə" reytinqlə mənfi rəylər almışdır. Blu-ray.com saytında Brayn Orndorff filmi 5 ulduzdan 3,5 ulduzla qiymətləndirmişdir.
DOST Agentliyi
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi — "DOST" mərkəzlərinin idarə edilməsi, onların fəaliyyətinə nəzarət və qiymətləndirmənin həyata keçirilməsi, eləcə də məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində, habelə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi siyahıda göstərilən xidmətlərin "DOST" mərkəzlərində göstərilməsinin təşkili ilə bağlı fəaliyyət göstərən publik hüquqi şəxsdir. == Tarixi == DOST Agentliyi Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2018-ci il tarixli 229 saylı Fərmanına əsasən yaradılıb. Azərbaycan Respublikası Prezidentinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) fəaliyyətinin təmin edilməsi haqqında 10 dekabr 2018-ci il tarixli 387 saylı Fərmanına əsasən DOST Agentliyin Nizamnaməsi, Strukturu, "DOST" mərkəzlərində göstərilən xidmətlərin siyahısı və xidmətlərin göstərilmə Qaydası təsdiq edilib. 9 may 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə DOST Agentliyinin və 1 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 24 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 19 may 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə 3 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 30 mart 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 4 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 14 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Abşeron DOST Mərkəzinin açılışı həyata keçirilib. 22 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışı həyata keçirilib. 28 dekabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 5 saylı Bakı DOST Mərkəzinin açılışı olub.
Dost Məhəmməd
Dost Məhəmməd — ad. Dost Məhəmməd (siyasətçi) — Pakistan siyasətçisi. Dost Məhəmməd xan Dost Məhəmməd xan (Əfqanıstan əmiri) — Əfqanıstan əmiri (1834-cü ildən). Dost Məhəmməd xan (Moğolustan xanı) — Moğolustan xanı.
Dost TV
«Dost TV» — Türkiyə özəl telekanalı. Telekanal 2005-ci ildə Ankara şəhərində təsis edilib və dini mövzuları əhatə edən verilişlər, filmlər və teleseriallar yayımlayır.
Dost atəşi
Dost atəşi (ing. friendly fire) — hərbi birliyin öz qüvvələrinə və ya müttəfiq qüvvələr üzərinə açdığı atəş. Səhvlər və istənməyən inkişaflar, hədəf alınan düşmən yerinə səhvən dost hədəflərin vurulmasına səbəb ola bilər.
Sadiq dost
Sadiq dost (ing. The Devoted Friend) — görkəmli irland yazıçısı Oskar Vayld tərəfindən yazılmış nağıl.Nağıl ilk dəfə 1888-ci ildə "Xoşbəxt şahzadə və digər nağıllar" antologiyasında nəşr edilib.Antologiyaya "Sadiq dost"dan başqa "Bülbül və qızılgül", "Eqoist nəhəng", "Görkəmli raket" nağılları da daxildir. Bir çox əsərlərin müəllifi Oskar Uayldı ən çox məşhurlaşdıran onun nağıllları olmuşdur. Kiçikhəcmli əsərlərin adi dialoqlarında belə böyük mətləblər ifadə etmək bacarığı, humanizm, ədalətsizliyə və amansızlığa qarşı üsyankarlıq,onları ifşa etmək onun yaradıcılığının əsas məziyyətlərindəndir.Bu məqamda demək olar ki, bu nağılda bədii gülüş aparıcıdır. Əlbəttə ki, bu gülüş ironiya, kinayə olub insanlardan istifadə edən, hər cür əliaçıqlığa, sədaqətə, dostluğa yad olan insanlaradır.
Ölümcül dost
Ölümcül dost (ing. Deadly Friend) — 1986-cı ildə ABŞ-də istehsal olunmuş və Dayana Henstellin "Dost" romanının əsasında çəkilmiş elmi fantastika filmidir. Film "Frankenşteyn" filmlərinin yenisinə bənzəyir. Bu film Ues Kreyvenin Qarağac küçəsində qarabasma filmindən sonra çəkdiyi ən yaxşı filmidir. Filmdə robotun səsini "Qarağac küçəsində qarabasma" filmində Həkim Kinq rolunu canlandıran Çarlz Fleyşer səsləndirir. Filmin seçilmiş sitatları aşağıdakılardır: O sənsiz yaşaya bilmir (ing. She can't live without you) Bəzi insanlara yalnız ölmək yaxşıdır (ing. Some people are just better off dead) Kim qonşuluqdakı qızla oynayır, orada sağ qalan yoxdur (ing. There's no one alive who'll play with the girl next door) Auditoriyada sizi tutan zaman dostunuzu əvvəlcədən götürün! (ing.
Anamın kitabı
Anamın kitabı — Cəlil Məmmədquluzadənin 4 məclisli dramı. 1920-ci ildə Şuşa şəhərində tamamlanmışdır. Əlyazma nüsxələri AMEA-nın Əlyazmalar İnstitutunun arxivində saxlanılır. Əsər ilk dəfə 15 yanvar 1923-cü ildə Bakıda, Dadaş Bünyadzadə adına Dram Teatrında tamaşaya (rej. A.Şərifzadə, Səməd Vahid - K.Ziya, Məmmədəli - İ.Talıblı, Gülbahar - Y.Olenskaya) qoyulmuşdur. == Əsərin təhlili == İyirminci yüzilliyin əvvəllərində Azərbaycanda yaranmış mürəkkəb ictimai-siyasi vəziyyət vətənpərvər yazıçını dərindən düşündürürdü. “Xalqın və ölkənin qarşılaşdığı problemləri necə həll etmək olar? Çıxış yolu nədədir?” qəbildən suallara Cəlil Məmmədquluzadə həm publisistik, həm də bədii əsərlərində cavab verməyə çalışır, müasirlərinin diqqətini taleyüklü məsələlərə cəlb edirdi. “Anamın kitabı”nda (1920) məhz belə bir ziddiyyətli dövrün problemləri təsvir edilmişdir.İdeyaca zəngin olan “Anamın kitabı” tragikomediyası bədii həlli verilən problemlərin çoxluğu ilə də fərqlənir : xalqa yadlaşmış ziyalıların məslək ayrılığı, soykökündən uzaqlaşmağın acınacaqlı nəticələri, milli müstəqillik və milli birliyin vacib olması və s. Qardaşların yaşadıqları evdə baş verənlər, cəmiyyəti-xeyriyyənin iclasındakı danışıqlar, eləcə də digər təsvirlər əsərdə qaldırılmış problemləri hərtərəfli əks etdirir.
Dəyişikliklər kitabı
Dəyişikliklər kitabı (İ Tszin) (çin.易經, sadələşdirilmiş heroqliflə 易经, pinyin: Yì Jīng), yaxud Çjou İ (周易) — e.ə. VIII-VII əsrlərə aid erkən dövr Çin fəlsəfi mətnlərindən biri. == Haqqında == İ-tszin, yaxud da «Dəyişikliklər haqqında traktat (kitab)» adlanan əsər qrafik simvollardan və onların izahından ibarətdir. Onun əsasında 8 triqram durur: Tszian (səma) çen (dağ) Li (od) Çjen (ildırım) Su-yun (külək, ağac) Duy (nohur, hovuz) Gün (torpaq) Kan (su) Bu triqramlar əslində o predmet və hadisələri ifadə edirdi ki, qədim çinlilər onlarla gündəlik praktikada rastlaşırdılar və xaosdan onları ayıra bilmək qabiliyyəti onların dünya baxışma xas idi. Nəticədə triqramın maksimum mümkün uyğunlaşdırılmış 64 heksaqram və 64 qrafik simvolu yaranmışdır. Hər bir simvol və hər bir heqsaqram müəyyən dərəcədə uzlaşdırılmış üfiqi xətlərdən fasiləsiz - yan və fasiləsiz – in-dən ibarətdir. Məsələn, birinci heqsaqram tsayan (yaradıcılıq), ikinci heqsaqram gün (ifa edilmə) müxtəlif xətlərlə ifadə olunur. Hər bir heksaqram gerçəkliyin müəyyən vəziyyətinin ifadəsi, mahiyyəti heksaqramda aşkarlanan müəyyən həyat durumunun ifadəsidir. «Dəyişikliklər kitabı»nın nəzəriyyəsinə görə, bütün dünya vəziyyətlərin növbə ilə dəyişilməsindən ibarətdir. Bu dəyişilmə isə işıq və qaranlıq qüvvələrinin qarşılıqlı təsirində meydana gəlir.
Fatimə kitabı
Fatimə kitabı yada Müshəfi Fatimə(ər: مصحف فاطمة), islam peyğəmbərinin qızı Fatimənin kitabı. Kitabda yazılanlar bunlardan ibarətdir: Dünyanın qiyamətə qədər gələcəyinin xəbərləri.övladlarının tale və gələcəkləri.dünyanın hökmdarları və onların eliyəcəkləri işlər. Bu kitab quranın üç qatındadır amma quranla əlaqəli halal haramda daxil heç bir söz yoxdur və sadəcə dünyanın gələcəyindən qiyamətə qədər sözlər var.. Sünni inancına görə belə bir kitab yoxdur, onun haqqında şayiələr uydurmadır. Bundan əlavə, şiə mənbələrində Fatimədə Əlinin və sonra gələcək xəlifələrin adlarını özündə əks etdirən bir səhifə olduğu deyilir. == Kitabın necə yazılması == İslam peyğəmbərinin vəfatında sonra Fatimə çox üzgün və kədərlənmişdir və ondan uzaq qalmaq ona çox çətin gəlirdi. Şiə qaynaqlarına görə peyğəmbərin ölümündən Zəhranın öz vəfatınadək bir mələk ona təsəlli verib onu ovudurdu bu mələyin Ccəbrayıl olduğu məşhurdur.<ref>Kafi,c1,s241.( کافی، جلد ۱، صفحه ۲۴۱.)</ref> Bu əsnada o, peyğəmbərin bərzəx aləmində əfvalından və dünyanın gələcəyindən Fatiməyə xəbər verirdi. Peyğəmbərin ölümündZə zəhranın öz vəfatna-dək bir mələk ona təsəlli verib onu ovudu. Bu bu mələyCə cəbrayıl olduğu məşhurdur. bu əsnada o, peyğəmbərin bərzəx aləmində əfvalından və dünyanın gələcəyindən fatiməy xəbər verirdi.
Mirdadın kitabı
Bu əsrarəngiz əsər, Livan ədəbiyyatının klassiki Mixail Nüayməyə məxsusdur. O, görkəmli ərəb-amerikan yazıçısı, şairi, rəssamı, filosofu Cibran Xəlilin yaxın dostu olub. İyirminci əsrin aydınlarından olan Oşo bu kitab haqqında belə deyir: ""Mirdadın kitabı" mənim ən sevimli kitablarımdandır. Bu əbədiyaşar kitablar sırasına daxildir. Əgər mən ən dəyərli kitabların siyahısı tərtib edəsi olsam, o zaman bu kitabı siyahıda birinci qeyd edərəm". "Mirdadın kitabı" 1948-ci ildə Livanda çap olunub. Kitab Nuh peyğəmbərin gəmisinin seldən sonra gəlib çatdığı quru ərazisində tikib yaratdığı məbəd və bu məbədə qonaq gələn əsrarəngiz ustad haqqındadır. Mahiyyət etibariylə kitab insanın allahla olan ruhi əlaqələrindən bəhs edir. Oşo deyir: "Bu kitaba kim ki həyat bəxş edib, sözlərimə diqqətlə fikir verin, mən demirəm ki, kim ki yazıb, adi insan deyil, heç kimdi. Bunu edən şəxs sadə yazıçı deyil.
Mormon kitabı
Mormon kitabı (ing. The Book of Mormon) — mormonizmin müqəddəs mətnlər toplusu İlk dəfə 1830-cu ildə Cozef Smit tərəfindən nəşr olunmuşdur. "Mormon kitabı" mormonların əsas kitabıdır. Burada Bibliya və "Mormon kitabı"nın mətnləri müqayisə edilir və ikincinin həqiqət olduğu bildirilir. Kitab on beş fəsildən və beş yüz səhifədən ibarətdir. "Təlimlər və cəmiyyətlər", eləcə də "Qiymətli mirvari" kitablarında mormonların peyğəmbər kimi qəbul etdikləri Cozef Smitin həyat barədə fikirləri cəmlənmişdir.
Məktublar kitabı
Məktublar kitabı — VIII əsrdə tərtib olunmuş epistolyar sənədlər toplusu "Qirk tltos" (Məktublar kitabi və yaxud Müraciətlər kitabı) xristianlığın tarixini gözəl əks etdirir. Bu abidə V–VIII əsrlərdə erməni kilsə və dövlət xadimlərinin qonşu dövlətlərin (Qafqaz Albaniyası, İberiya və Sasanilər) dövlət və kilsə başçıları ilə yazışmalarından ibarətdir. Toplunun V–VII əsrlərə aid olan I hissəsi yunanlar, suriyalılar, albanlar və gürcülərin kilsə başçıları ilə olan yazışmalardan ibarətdir. Məktublar kitabı xristianlığın tarixi, Alban Həvvari Kilsəsinin doqmatik mübahisələrinə aid qiymətli mənbə olmaqla yanaşı həm də alban əlifbasının olduğunu sübut edən qiymətli bir əsərdir.
Avvakum kitabı
Avvakum kitabı — Yəhudi Bibliyası və Əhdi-ətiqin bir hissəsi olan kitab. Yəhudi Bibliyasında Neviim bölməsində yerləşdirilmişdir. On iki kiçik peyğəmbərin səkkizinci kitabıdır. Kitabın müəllifi olaraq peyğəmbər Avvakum göstərilir və e.ə. VII əsrdə tərtib edildiyi güman olunur. == Müəllif == Kitabın birinci ayəsində Avvakumun bu kitabın müəllifi olduğuna işarə edilir, lakin Avvakumun özü haqqında demək olar ki, heç nə məlum deyil. Mütəxəssislər bu kitabın, xüsusən üçüncü fəslin liturgik xarakterinə əsaslanaraq, ehtimal edirlər ki, Avvakum məbəd peyğəmbəri və ya levili şair ola bilər. Onun adının etimologiyası dəqiq bilinmir və formasının ivrit dilində paraleli yoxdur. Adın Akkad dilində "bağ bitkisi" mənasını verən "xambbakuku" (akkad. 𒄩𒄠𒁀𒄣𒄣, ḫâmbaququ) sözü ilə qohum olması ehtimal olunur.
Vəhy Kitabı
İlahiyyatçı Yəhyanın Vəhyi (q.yun. Ἀποκάλυψις Ἰωάννου, lat. Apocalypsis Ioannis), həmçinin sadəcə Vəhy Kitabı — Əhdi-cədid kanonunun son kitabı. Bu əsər Neronun kilsəni təqib etməsindən tutmuş dünyanın sonuna qədər dünya və kilsə tarixinin peyğəmbərlik toplusudur. Bu, Əhdi-cədidin didaktik və ya tarixi deyil, apokaliptik ədəbiyyat kimi təsnif edilən yeganə kitabıdır. Brokhauz və Efronun ensiklopedik lüğətinə görə, kitabın məqsədi "xristianlara imanda möhkəmlik aşılamaq, onları qarşıdan gələn əzabkeşliyə hazırlamaqdır". Early Christian Writings: Apocalypse of John: text, introduction, context "Revelation to John." Encyclopædia Britannica Online. Apocalypse, Book of – Article from the Catholic Encyclopedia Understanding the Book of Revelation – Article by L. Michael White from PBS Frontline program "Apocalypse!" The Marvelous Address: The Revelation of the Beloved (Disciple) is an 18th-century manuscript about the book of Revelation written in Garshuni (Arabic written in Syriac script).
Fəyyum kitabı
Fəyyum kitabı — Misirin Fəyyum regionunu və onun himayədar tanrısı, timsah ilahı Sobeki qeyd edən qədim Misir "lokal monoqrafiyası". Bu, həmçinin ümumi olaraq "Kut topoqrafik kahinlərin dərsliyi" kimi təsnif edilmişdir. Mətn Ptolemey və Roma Misirinə (e.ə. 332–b.e.359) aid bir çox mənbələrdən məlumdur. Bu, ilk növbədə Fəyyumun mifoloji xəritəsi kimi fəaliyyət göstərmişdir. == Mənbə == === İstinadlar === === Ədəbəiyyat === Beinlich, Horst. Das Buch vom Fayum : zum religiösen Eigenverständnis einer ägyptischen Landschaft. Wiesbaden: Harrassowitz, 1991. Klotz, David. “Egyptian Hieroglyphs.” In The Oxford Handbook of Roman Egypt, edited by Christina Riggs, 563 – 580.
Haykus kitabı
Haykus kitabı — Cek Kerouacın haiku şeirləritoplusudur. İlk dəfə 2003-cü ildə nəşr edilmiş və Regina Weinreich tərəfindən redaktə edilmişdir. O, Kerouacın kiçik dəftərlərdə qeyd etdiyi 1000-ə yaxın haykudan ibarət korpusdan seçilmiş 500-ə yaxın şeirdən ibarətdir. Cek dağının zirvəsi — qızıl buludlar tərəfindən Dharma Bumsda da təkrarlanır. Kolleksiyada daha əvvəl nəşr olunmuş bir ovuc hayku da var, məsələn, Səpələnmiş Şeirlər.
Nut kitabı
"Nut kitabı" (əsl adı: "Ulduzların istiqamətinin əsasları") —müxtəlif mifoloji mövzuları əhatə edən qədim Misir astronomik mətnlərinin toplusu. Bu mətnlər dekanların ulduzlarının dövranlarına, Ayın, Günəşin və planetlərin hərəkətlərinə, günəş saatlarına və əlaqəli məsələlərə diqqət yetirir. Bu başlıq kitaba mətnin bəzi nüsxələrində yerin üzərində qövs edən səma ilahəsi Nutun təsvirinə görə verilmişdir. Onu hava tanrısı Şu dəstəkləyir. Nut kitabındakı mətnlərə Misir tarixinin müxtəlif dövrlərinə aid materiallar daxildir. Kitabın orijinal adı – "Ulduzların istiqamətinin əsasları" Aleksandra fon Liven tərəfindən əlyazma fraqmentlərindən birində aşkar edilmiş və 2007-ci ildə nəşr edilmişdir. Marshall Clagett, Ancient Egyptian Science, Volume 2: Calendars, clocks, and astronomy. Philadelphia: American Philosophical Society, 1995 ISBN 0871692147 Jan Assmann: Das Grab der Mutirdis. von Zabern, Mainz 1977, ISBN 3-8053-0042-5. Henri Frankfort: The Cenotaph of Seti I at Abydos (with chapters by Adriaan de Buck and Battiscombe Gunn).
Yeparx kitabı
Yeparx kitabı (yun. Τὸ ἐπαρχικὸν βιβλίον, To eparchikon biblion) — yeparxın yurisdiksiyasında olan Konstantinopol sənətkarlıq və ticarət korporasiyalarının nizamnamələrinin rəsmi toplusu. Qaydalar X əsrdə kodlaşdırılmışdır. Yeparx kitabı Qədim Roma dövründən bəri Yunanıstanda mövcud olan kollegiyalar və sənaye gildiyaları ilə bağlı qaydalar toplusudur. Bütün əməliyyatlar dövlət nəzarətində olduğundan kitab bütün sənətkarlıq sahələrinin fəaliyyətini tənzimləmirdi. Əvəzində, sənəd cəmiyyətin və sahibkarın maraqlarının ən sıx bağlı olduğu və qara bazarın yaranması ehtimalının yüksək olduğu sahə ilə məhdudlaşırdı. A. E. R. Boak, "The Book of the Prefect, " Journal of Economic and Business History, I (1929), 597—619, and E. H. Freshfield, Roman Law in the Later Roman Empire (Cambridge: Bowes & Bowes, 1932). Lopez, Robert S. and Raymond, Irving W. (1951). Medieval Trade in the Mediterranean World. New York: Columbia University Press.