KİTAB-DƏFTƏR

сущ. собир. книги и тетради, учебные, канцелярские принадлежности
KİTAB
KİTABALTI
OBASTAN VİKİ
Dəftər
Dəftər — ərəbcə əsli yunanca bir-birinə bərkidilmiş ağ vərəqlərdən ibarət informasiya daşıyıcısı, qeydlər üçün əşya, yazı üçün predmet. Dəftər vərəqləri ağ, düz xətli, perpendikulyar xətlərin kəsişməsindən əmələ gələn xırda çərçivəli və bucaq altında çərçivəli ola bilərlər. Məktəb dəftərlərinin kənarı da xətli ola bilər. Dəftərləri daha çox orta və ali məktəb şagird və tələbələri istifadə edirlər. Dəftərlər elmi qeydlər üçün də istifadə edilir. Ancaq bu ağ kağız topluları laborator jurnalları adlanır. Tibbdə isə onlara xəstəlik kartları deyilr.
Qızıl dəftər
Qızıl dəftər — İngilis yazıçısı Doris Lessinqin 1962-ci ildə yazdığı roman. Romanda anti-müharibə və anti-Stalinist mesajlar, 1930-cu illərdən 1950-ci illərə qədər İngiltərədə kommunizm və Kommunist Partiyasının geniş təhlili və qönçələnməkdə olan cinsi inqilab və qadın azadlıq hərəkatlarının tədqiqi var. 2005-ci ildə TIME jurnalı "Qızıl dəftər"i 1923-cü ildən bəri ingilis dilli 100 ən yaxşı romandan biri adlandırdı. O, bir sıra başqa dillərə, o cümlədən fransız, polyak, italyan, isveç, macar və ivrit dillərinə tərcümə edilmişdir. == Süjet xətti == Qızıl dəftər yazıçı Anna Vulfun, həyatını qeyd etdiyi dörd dəftərin və onları beşinci, qızılı rəngli dəftərdə birləşdirmək cəhdinin hekayəsidir. Kitab Anna və onun rəfiqəsi Molli Ceykobsun, eləcə də onların uşaqlarının, keçmiş ərlərinin və sevgililərinin (Azad Qadınlar) həyatlarından real görünən povestin hissələrini Annanın qara rəngli dörd dəftərindən çıxarışlarla kəsişdirir. Rodeziya, İkinci Dünya Müharibəsindən əvvəl və onun ən çox satılan romanına ilham verən, qırmızı (Kommunist Partiyasının üzvü kimi təcrübəsi), sarı (Annanın öz hekayəsinin ağrılı sonu əsasında yazılan davam edən bir roman) sevgi macərası) və mavi (Annanın xatirələrini, xəyallarını və emosional həyatını qeyd etdiyi şəxsi jurnal). Hər notebook dörd dəfə geri qaytarılır, bir-biri ilə qarşılıqlı əlaqədə olan qeyri-xronoloji, üst-üstə düşən bölmələr yaradır. Bu postmodern üslub, personajları və oxucuları cəlb edən "oyun" məkanı ilə kitabın ən məşhur xüsusiyyətlərindən biridir, baxmayaraq ki, Lessinq oxucuların və rəyçilərin romandakı ciddi mövzulara diqqət yetirmələrini təkid edirdi. == Əsas mövzular == Lessinq öz ön sözündə romanda ən mühüm mövzunun parçalanma olduğunu iddia edirdi.
Kitab
Kitab — informasiya daşıyıcılarından ibarət vərəqə toplusu. Bu vərəqələr bir tərəfdən tikilir və üzlüklə örtülür. Kitab kağızının hər vərəqinin üzləri səhifə adlanır. Bəzən böyük sənədin və ədəbi əsərin bir hissəsinə də kitab deyilir. 2013-cü ildə elektron kitablar kəmiyyət baxımından kitab bazarının 30%, qiymət baxımından 14% təşkil edib. == Tarixi == İnsan təfəkkürünün məhsulu olan kitabın yaranmasında bir sıra amillər mühüm rol oynamışdır. Əlifbanın və yazının meydana gəlməsi ilk amillərdəndir. Kitabın yaranmasında əsas amil yazı materiallarıdır. İlk əlifbadan və yazıdan istifadə etməyə başlayan insanların ilk kitabları daş, gil lövhələr, metal, ağac və s. olub.
Hacı Məhəmmədsadıq xan Müşiri-Dəftər
Hacı Məhəmmədsadıq xan Mirzə Yusif oğlu Müşiri-Dəftər (?-?) — Məşrutə hərəkatının üzvü == Həyatı == Hacı Məhəmmədsadıq xan Mirzə Yusif Mustovfinin oğlu, o da Mirzə Məhəmməd Mustovfinin, o da Mirzə Mətiya Mustovfi Təbrizinin oğludur. Bu ailə Azərbaycanın qədim əyanlar zümrəsinə məxsusdur. Hacı Məhəmmədsadıq xan Müşiri-Dəftər Hacı Səməd xan Şücaəddövlənin hakimiyyəti dönəmində şəhərin ədliyyə idarəsinin rəisi olmuşdu. Hacı Məhəmmədsadıq xan Müşiri-Dəftər Məşrutə inqilabı dövründə Təbrizin maliyə idarəsində çalışmışdı. Sonra Həştirud bölgəsində maliyə idarəsinə başçılıq etmişdi. Hacı Məhəmmədsadıq xan Müşiri-Dəftər Müxbirüssəltənənin valiliyi dönəmində şəhərdə "Heyəti-Fəllah" adlı əncümən təşkil etmişdi. Hacı Məhəmmədsadıq xanın Məhəmmədvəli xan, Zeynalabdin xan adlı oğlanları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
Gəlin (kitab)
"Gəlin" — Akif Abbasov tərəfindən yazılmış hekayə və lətifələr toplusu. == Məzmun == Kitaba "Dəftər", "Xalça", "Üç arzu", "Gəlin", "Usta-usta oyunu", "Nəzir", "Rüşvət" və s. bu kimi hekayələr, "Müdirin xahişi", "Nuru kişi ilə söhbət edirdim", "Müasir yazıçı" və s. lətifələr daxil edilmişdir. Pedaqoji təcrübəyə gedən tələbənin məktəbli qızlara söz atması, sonra dərs deyərkən qızlardan biri ilə sinif otağında rastlaşması və pis vəziyyətə düşməsi; Nəcəfin qədimi xalça adı ilə son illərin xalçasını dostu Hacının tanışına sırımaq istəməsi; Gülsənəmin ustaları min bəhanə ilə evdən qovması və beləliklə, evi pulsuz təmir etdirmək istəyi; Əliqulunun rüşvəti özünə peşə etməsi və onun "nəzirini" çatdırmayanlara necə dərs verməsi və s. bu kimi hallar tənqid atəşinə tutulur. Kitab yeniyetmələr, gənclər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Kapital (kitab)
Kapital (alm. Das Kapital‎; tam adı: Kapital. Siyasi iqtisadın tənqidi (alm. Das Kapital. Kritik der politischen Ökonomie‎) — siyasi iqtisadiyyatın tənqidi olan kitab Karl Marksın ən mühüm əsərlərindən biridir. Üç cilddir. Marksın ölümündən sonra II və III cildləri dostu və həmkarı Fridrix Engels tərəfindən nəşr olunub. == Haqqında == 1859-cu ildə Marks özünün siyasi iqtisadiyyatla bağlı ilk ciddi tənqidi əsəri olan "Siyasi iqtisadiyyatın tənqidinə töhfə" (alm. Zur Kritik der Politischen Ökonomie‎) kitabını dərc etdirir. Bu əsər sadəcə onun daha sonra nəşr etmək niyyətində olduğu üç cildlik "Kapital" kitabının girişi kimi nəzərdə tutulmuşdu.
Kitab oğrusu
Kitab Oğrusu, Avstraliyalı yazar Markus Zusak tərəfindən qələmə alınmış romandır. Kitab Nazı Almaniyası haqqında son dərəcə sıx bir şəkildə bu tarixdən alınan qeydlər ilə birlikdə ölümü izah etməkdədir. II. Dünya Müharibəsinin yaxınlaşdığı bu günlərdə, bir ögey ana və ata ilə birlikdə yaşayan gənc qız, evlərində gizlətdikləri gənc ilə aralarındakı münasibəti onlara izah edir. İlk olaraq 2005-ci ildə nəşr olunan kitab bir çox mükafat qazanmış və 230 həftə ərzində New York Times Ən Çox Satanlar siyahısında yer almışdır. == Məzmun == Lizel qatarda qardaşı öldüyü əsnada, onları övladlığa götürən ögey ana və atasının yanına gedir. Qardaşının dəfnində bir kitab tapan Lizel, onu 'oğurlayır'. Qalacağı evə gələndə, ögey atası Hans Huberman ona oxumağı öyrədir. Nasistlərin kitab yandırma mərasimində, yanmaqda olan kitablar vasitəçiliyi ilə bir zabit Lizelin "əxlaqsız" və "əlverişsiz" düşüncələr ilə beynini doldurur və Alman cəmiyyətinin təmiz qala bilməsi haqqında bir mətn danışır. Kitab yandırma mərasimindən dərhal sonra Lizel alovun altında qalan bir kitabı götürüb saxlayır və onu evinə aparır. Bu əsnada onu, ögey anası Roza Hubermanın bir müştərisi və bələdiyyə başçısının arvadı olan İlza Herman görür.
Kitab əhli
Kitab əhli — (ərəb.اهل الكتاب) İslam ənənəsinə görə, digər iki səmavi dinlərin əhalisini, yəhudi və xristianları, bildirən anlayış. Kitab əhlinə münasibət fərqli idi. Bütpərəstlərdən fərqli olaraq, kitab əhli daha imtiyazlı vəziyətdə idi, onların sıxışdırılması və təqib olunması barədə açıq göstərişlər yox idi. Məsələn kitab əhlinin qadınları ilə nigaha girmək icazəsi vardı, lakin onlara qız vermək qadağan idi. Kitab əhli öz kilsələrində və sinaqoqlarında ibadət edirdilər və öz ayinlərini yerinə yetirməkdə azad idilər. Lakin onlar zimmilər zümrəsinə aid idilər və xüsusi cizyə vergisi ödəyirdilər, yaxud bunun əvəzinə orduda köməkçi qoşun kimi istifadə edilirdilər.
Kosmos (kitab)
"Kosmos" (ing. Cosmos) — astronom və "Pulitser" mükafatı laureatı Karl Saqanın kitabı. Karl Saqanın bu kitabı ərsəyə gətirməkdə əsas məqsədi qarışıq elmi fikirləri öyrənmək istəyən hər kəsə bunların izah edilməsini təmin etməkdir. Karl Saqan həmçinin televizorun icad edilmiş ən yaxşı öyrənmə vasitəsi olduğuna inanırdı. "Kosmos" "New York Times"ın siyahısına görə ən çox satılan elmi kitab oldu. Kitabın 2013-cü ildə Enn Druyan və Nil Deqrass Taysonun ön söz və məqalələrinin yer aldığı yeni nəşri buraxıldı. == Məzmun == Kitabda kosmologiya, antropologiya, biologiya, astronomiya kimi bir çox elmlər əsrlər boyu inkişaf mərhələləri ilə ətraflı qeyd edilmişdir. Karl Saqan kainatın bu böyüklüyü ilə minlərlə sivilizasiyaya ev sahibliyi edə biləcəyinin mümkün olduğunu, lakin belə bir sivilizasiyanın Yerə gəlməsinə dair heç bir sübut olmadığını bildirmişdir. Kainatın 15 milyard illik inkişafını, sivilizasiyaların və elmin yüksəlməsini, gələcəkdəki vəziyyəti elmi və fəlsəfi cəhətdən izah etmişdir. Həmçinin alimlərin həyatlarından bəhs edərək onların müasir elmə verdikləri töhfələrdən söz açmışdır.
Kuzari (kitab)
Kuzari (ərəb. كتاب الخزر‎ "Kitabül-hüccə vəd-dəlil fi nasr-əd-diniz-zəlil", tərcüməsi "Əzilmiş dinin müdafiə və isbatına dair kitab") — Yəhuda Haləvinin yazdığı ən mühüm kitabdır. == Mövzusu == Kuzari yəhudi dilində xəzər deməkdir. Müəllif bu əsərdə xəzərlərin iudaizmi qəbul etməsinə toxunmuş, bu məsələni fəlsəsfi yolla izah etməyə çalışmışdır. Burada xəzər xaqanının dinə dair yuxular görməsi və bunun yozulması üçün filosof, xristian və müsəlman din alimini saraya dəvət etməsi təsvir edilmişdir. Əsərdə yəhudilərin həqir görüldüyü üçün onların təmsilçisinin saraya dəvət edilmədiyi xüsusi vurğulanmışdır. Daha sonra bu şəxslərin xaqanla söhbətinin onu inandırmağa kifayət etmədiyi bildirilmiş, xaqanın da yəhudi mütəffəkiri ilə mükalimə aparmaq istəyinin yarandığı bildirilmişdir. Bu mükalimə zamanı iudaizmin həqiqi din olduğuna inanan xaqanın öz məiyyəti ilə bərabər yəhudiliyi qəbul etməsi və sünnət olunması təsvir olunmuşdur. == Məzmunu == Əsərin əsas mühüm məqamları fələsfi mülahizələrə aiddir. Müəllif yalnız ağılın köməyilə Tanrı iradəsinin anlaşılmasının qeyri-mümkünlüyü ifadə olunmuş, dinlə aptek müqayisə olunmuşdur.
Müqəddəs Kitab
Müqəddəs kitab (müqəddəs mətn) — hər hansı bir din və ya məzhəbdə müqəddəs qəbul edilən və mərkəzi bir əhəmiyyətə sahib olan əsərdir (yazıdır). Müqəddəs mətnlərin Allah tərəfindən birbaşa göndərildiyinə, nəbilərə (peyğəmbərlərə) vəhy edildiyinə inanılır. İstifadəsi müxtəlif yazı vasitələri (daş kitabələr, perqament, gil lövhələr, kağız və s.) üzərində fərqli informasiya daşıyıcılarında (kitab, mikrofiş, mikrokart, elektron sənəd və digər daşıyıcılarda) əlyetərlidir. Din - mənbəyi yaradana dayanan, məxluqatı dünya və axirət xoşbəxtliyinə qovuşdurmaqla nicatlandıran ilahi inanc sistemidir. Səmavi və qeyri-səmavi olmaqla dinlər iki qrupa ayrılır. Səmavi dinlər Allah tərəfindən vasitəli (mələklər ilə) və vasitəsiz (birbaşa) olaraq peyğəmbərlərə göndərilən yaradan, yaradılış, dünya və axirət məsələləri haqqında fikir və ya hökmlər (vəhy) barədə informasiya qaynaqlarıdır. Yəhudilik, xristianlıq və İslam dini səmavi dinlərdir. Həmçinin bu dinləri haqq və həqiqi dinlər adlandırırlar. Qeyri-səmavi dinlər isə bəşər övladının şüurunun formalaşdığı dövrdən insanlar arasında təşəkkül tapmış, Allah tərəfindən peyğəmbərlərə göndərilməyən, fərqli inanc, müxtəlif tapınma sistemləridir. Belə dinlərə misal üçün, buddizmi, zərdüştlüyü, şintoizmi və sairəni göstərmək olar.
Məhşər (kitab)
Məhşər — İsa Muğannanın tarixi-fəlsəfi romanı. Bu əsər müəllifin "Karvan" adlandırdığı roman və povestlər silsiləsinə daxildir. İsa Muğanna 2010-cu illərdə əsər üzərində yenidən işləyib və bu barədə bildirib: "Yaxın və uzaq keçmişimizdən tarixi hadisələr, bədii süjetlər içində verilmiş SafAğ həqiqətlərinin qavranılmasını asanlaşdırmaq məqsədilə mən ƏsƏrlərin hamısını yenidən işlədim. Oxucu altılığa daxil edilmiş bu ƏsƏrləri yalnız göstərdiyim ardıcıllıqla oxumalıdır ki, fayda versin: "İdeal", "Məhşər" ("Ənşər-mən şər"), "Qəbirstan", "GurÜn", "İsahəq, Musahəq", "Cəhənnəm".". "Məhşər" romanı ilə Azərbaycan nəsrində Nəsimi obrazının ilk, mükəmməl nümunəsi yaranır. == Məzmun == "Məhşər" tarixi-fəlsəfi romandır. XIV əsrdə Teymurləngin yürüşləri dövründə baş vermiş hadisələrdən, filosof Fəzlullah Nəiminin və böyük hümanist şair Nəsiminin insan uğrunda qeyri-adi mübarizələrindən, habelə məşhur Şirvanşah İbrahimin hakimiyyəti illərində Azərbaycanda, İranda və Yaxın Şərqdə geniş xalq kütlələrinin taleyindən bəhs edir. Əsərdə Teymurun yürüşləri ərəfəsində Azərbaycandakı mövcud ictimai-siyasi şəraitdən, xalqın azadlıq mübarizəsindən bəhs olunur və Nəsiminin bu mübarizədəki rolu işıqlandırılır. Eyni zamanda Teymurla Nəsimi və Nəsimi ilə xalq arasındakı maraqlı məqamlara aydınlıq gətirilib. Dövrün bütün bu hadisələri İsa Muğanna tərəfindən özünəməxsus şəkildə əks olunub.
Məktubat (kitab)
"Məktubat" – Səid Nursi tərəfindən yazılmış Risale-i Nura daxil olan əsərlərdən biri.
MəqsədliSən?! (kitab)
Pianoçu (kitab)
Pianoçu — Polşa-yəhudi pianoçusu və bəstəkarı Vladislav Şpilmanın İkinci Dünya Müharibəsi zamanı işğal olunmuş Polşada, Varşavadakı həyatını təsvir edən xatirə kitabıdır. Ailəsi ilə birlikdə Varşava gettosunda yaşamağa məcbur edildikdən sonra, Şpilman Treblinka ölüm düşərgəsinə deportasiya edilməkdən yayınmağa müvəffəq olur və şəhər ətrafındakı gizləndiyi yerlərdən 1943-cü ildə Varşava gettosu üsyanının və Varşava üsyanının şahidi olur. O, pianoda ifasına heyran olan alman ordusunun kapitanı Vilm Hosenfild də daxil olmaqla, dostları və yad adamlarının köməyi ilə xaraba şəhərdə sağ qalır. Kitab ilk dəfə 1946-cı ildə "Śmierć Miasta" adı ilə polyak dilində nəşr edilmişdir.
Qara Kitab
Qara kitab – ədəbiyyat üzrə Nobel mükafatı laureatı Orxan Pamukun 1990-cı ildə nəşr olan romanıdır. Ədibin 1985-1989-cu illərdə yazdığı "Qara kitab" özünün yazdığı kimi, "ilk türk dedektif romanı"dır. == Məzmunu == Romanın qəhrəmanı Qalib (Şeyx Qalib - XVIII yüzilliyin böyük sufi şairlərindən, Cəlaləddin Ruminin ardıcıllarından biri) İstanbulda məşhur jurnalist, kələkbaz, özgə sirlərinin araşdırıcısı, mürəkkəb təxəllüslərin həvəskarı olan əmisi oğlu Cəlal Saliki, xarici dedektivlərin vurğunu, qəflətən yoxa çıxmış uşaqlıq sevgisi, dostu, əmisi qızı, arvadı olan Röyanı (anası tərəfindən Məhəmməd peyğəmbərin nəslindəndir) qarlı bir qış günü axtarmağa başlayır. Uşaqlıq illərindən bəri yazılarını heyranlıqla oxuduğu yaxın qohumu, qəzetdə işləyən Cəlalın köşə yazıları bu axtarışda ona işarələr verəcək, yoldaşlıq edəcəkdir. Əmisi oğlunun iziylə gedən Qalib onun köhnə qeydlərində, şəhərin uşaqlıqdan hər ikisinə tanış olan guşələrində özünü axtarır, bununla da, Cəlalın obrazına girir, elə bil, onun yerini tutub yazıçı olur. "Niyə adamlar öz həyatlarını yox, kiminsə başqalarının həyatını istəyirlər?" – romanın əvvəlində özünə bu sualı verən Qalib axırda cavabı tapır: "İnsanın özü olması üçün yeganə vasitə - başqası olması, başqalarının tarixçələrində dolaşmasıdır". Cəlal da öz yazılarında hər şeylə birgə Mövlanənin, onun "üzünün və ruhunun güzgüsü" Şəms Təbrizinin sirrinə varmağa çalışır - Ruminin "Məsnəvi"si öldürülmüş Şəms Təbriziyə duyduğu kədərdən yaranıb. Oxucu bir yandan hər bacası, hər küçəsi, hər adamı başqa sirli aləmin əlamətlərinə çevrilən İstanbulda Qalibin axtarışlarını, rast gəldiyi adamları təqib edərkən, bir yandan da bu araşdırmaları ayrı-ayrı əlamətlərlə, qəribə əhvalatlarla tamamlayan Cəlalın köşə yazıları ilə qarşılaşır...
Qaradağlılar (kitab)
Qırmızı Kitab
Qırmızı kitab — məhvolma təhlükəsi altında olan heyvan, bitki və göbələk növləri haqqında məlumat toplanan rəsmi dövlət kitabı. Qırmızı kitablar beynəlxalq, milli və regional səviyyədə ola bilir. == Beynəlxalq qırmızı siyahı kateqoriyaları == IUCN aşağıdakı kateqoriyaları qəbul edir: EX – Extinct (Nəsli kəsilmiş) EW – Extinct in the Wild (Vəhşi təbiətdə mövcud olmayan) CR – Critically Endangered (Son həddə çatmışlar) EN – Endangered (Nəsli kəsilmə təhlükəsi olanlar) VU – Vulnerable (Həssas növlər) NT – Near Threatened (Nəsli kəsilmə təhlükəsinə yaxın olanlar) LC – Least Concern (Az qayğı tələb edənlər) DD – Data Deficient (Haqqında məlumat olmayanlar) NE – Not Evaluated (Qiymətləndirilməmişlər) == Tarix == IUCN təşkiltaının 2007-ci ilin təsnifatına əsasən nəsli kəsilmək təhlükəsində olan 16 308 növ qeyd edilmişdir. 1964-cü ildə təsis (həmçinin IUCN Qırmızı Siyahısı və ya Qırmızı siyahısı kimi tanınan) qorxutdu. Növlərin IUCN Qırmızı siyahısı, bioloji növlərin qlobal qorunması statusu dünyanın ən əhatəli inventar edir. Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyi (IUCN) növlərinin qorunması vəziyyəti dünyanın əsas orqandır. Regional Red Lists bir sıra siyasi idarə vahidinin çərçivəsində növ yox riskini qiymətləndirmək ölkə və ya təşkilatlar tərəfindən istehsal olunur. IUCN Qırmızı Siyahısı növ və yarımnövü minlərlə extinction riskini qiymətləndirmək üçün dəqiq meyarlar əsasında müəyyən edilir. Bu meyarlar bütün növ və dünyanın bütün regionlarında müvafiq olan. Məqsəd növ extinction azaltmaq üçün cəhd beynəlxalq ictimaiyyəti ictimai və siyasətçilər üçün konservasiya məsələləri aktuallığını çatdırmaq, eləcə də kömək etməkdir.
Sarı kitab
Sirr (kitab)
Sirr (ing. The Secret) — eyni adlı film əsasında Ronda Börn tərəfindən yazılan və 2006-cı ilin ən yaxşı satılan mənəvi özünə yardım kitabı.
Səfikürdlülər (kitab)
Səyahətnamə (kitab)
Bu kitab Qaşqay xanlarından Hacı Ayaz xan tərəfindən yazılmışdır. Bu səyahatnamə İslamın müqəddəs yerlərini ziyarət etmək üçün İran, Səudiyyə Ərəbistanı və İraqda olarkən qələmə alınmışdır. Ziyarət 1922-ci ilin dekabr ayından aprelədək baş verib. == Kitabın haqqında == Kitabda bir fəsil Qacarlar sülaləsindən sonuncu İran şahı Sultan Əhməd şah Qacarın hakimiyyətinin axırlarından bəhs edir. Həmin dönəmdə baş verən hadisələr Qaşqay xanının qələmi ilə hərtərəfli təsvir olunur. Hacı Ayaz xan olduğu şəhərləri, müqəddəs yerləri və həmin yerlərin həyat tərzini aydın şəkildə, gözəl boyalarla təsvir etmişdir. Onun kitabında iqtisadi məsələlər də təhlil olunur. Gəzdiyi yurdların sosial problemlərinə işıq tutan Qaşqay xanı İranı İraq, Səudiyyə Ərəbistanı, Yəmən və qonşu ölkələrlə müqayisə edir, düzgün nəticələr çıxarır.
Təzadlar (kitab)
Hamlet İsaxanlının 2001-ci ildə "Xəzər Universiteti Nəşriyyatı"nda işıq üzü görmüş şeirlər kitabı (redaktoru və giriş məqaləsinin müəllifi Camal Mustafayevdir). == "Poeziya intellektlə qovuşur" == "Təzadlar" kitabına fəlsəfə elmlər doktoru, professor Camal Mustafayev "Poeziya intellektlə qovuşur" adlı giriş məqaləsi yazmışdır. Həmin giriş sözündən alıntılar "Təzadlar" haqqında doğru təsəvvür verir: "Hamlet İsaxanlının heyrətamìz çoxcəhətlì alìmlìyì həmìşə dìqqətì çəkìr. Riyaziyyat, fəlsəfə, ədəbiyyat (xüsusìlə poeziya), tarix, musiqi… sahələrìnì öz dünyagörüşündə ehtìva edìr. Onun vüsətlì ìdrakı rasìonal təfəkkürlə bədìì qavrayışı bìrləşdìrìr. Yaradıcı xəyalının mìllì poetìk ahəngdə kökləndìyìnì "Təzadlar" şeirlər kìtabı barìz əks etdìrìr. Bədìì ənənəmìz zəmìnìndə öz fərdì yaradıcılıq tərzìnì formalaşdırıb. "Təzadlar" kìtabında şeirlər sayca o qədər çox deyìl, ancaq mövzuları çeşìdlì, rəngarəngdìr. Burda şeirə həssas oxucuları düşündürəcək motìvlər az deyìl. Gənclərìn hìsslərìnì, yaşlıların müdrìk fìkrìnì cəzb edən motìvlər.
Xisal (kitab)
Xisal (ərəb. خصائص أمير المؤمنين‎) (azərb. Xislətlər‎) — Şeyx Səduqun kitabı. == Məzmun == “Xisal” ərəb dilindən tərcümədə xislət, sifət, xüsusiyyət mənalarını verir. Bu kitab hədislərin onlarda qeyd edilən rəqəmlər əsasında sıralanmasına görə toplanmışdır. Kitabda hədislərdə gəlmiş birdən milyona qədər olan müxtəlif xüsusiyyətlər ardıcıllıqla təqdim olunur. Öz orijinallığına görə digər hədis kitablarından çox fərqlənən “Xisal” qədimdən müsəlmanların diqqət mərkəzində olmuşdur. “Xisal” İslami bilikləri, qadağan olunmuş və icazəli əməlləri, tarixi mövzuları, fəlsəfi, irfani mətləbləri, davranış qaydalarını və siyasi mövzuları əhatə edən ensiklopedik bir kitabdır. == Nəşr == Kitab 2013-cü ildə Müşfiq Mehdibəyli və Mikayıl Əlizadə tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə edilmiş, Bakıda Qədim Qala nəşriyyatında 208 səhifədə 60x90 ölçüsündə çap edilib. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == "Xisal (Xislətlər)" ( (az.)).
Yaşıl Kitab
Yaşıl Kitab—Yaşıl Kitab Liviya lideri Müəmmər Qəddafinin siyasi fəlsəfəsini izah edən qısa bir kitabdır. Kitab ilk dəfə 1975-ci ildə işıq üzü gördü. "Bütün insanlar tərəfindən oxunması nəzərdə tutulurdu." Bunun qismən Kiçik Qırmızı Kitabdan ilham aldığı deyilir (Sədr Mao Tse-tungdan sitatlar) .Onlar həm ölkələrində, həm də xaricində geniş yayılmışdır və "bir çox yaddaqalan şüarları ilə sadə, başa düşülən bir tərzdə yazılmışdır. ". İngilis dilində tərcüməsi Liviya Xalq Komitəsi tərəfindən verildi və 1976-cı ildə Martin, Brian & O'Keeffe tərəfindən Londonda İngilis / Ərəb dilində bir nəşr nəşr edildi. Liviya Vətəndaş Müharibəsi zamanı kitabın nüsxələri anti- Qəddafi nümayişçiləri tərəfindən yandırıldı. == Təsir == ==== Liviyada ==== İngilis müəllifi və Böyük London Şurasının keçmiş üzvü Corc Tremlettin dediyinə görə, liviyalı uşaqlar həftədə iki saat dərs proqramı çərçivəsində kitabı oxuyurdular. Liviyada çıxışlar zamanı hər gün televiziya və radiolarda yayımlanırdı. ==== Dünyada ==== 1993-cü ilə qədər Fransa, Şərqi Avropa, Kolumbiya və Venesueladakı universitet və kolleclərdə Yaşıl Kitab mövzusunda mühazirələr və seminarlar keçirildi. == Kitab == Yaşıl Kitab üç hissədən və 110 səhifədən ibarətdir.