kolçakçılıq 2021
kolçedanlı
OBASTAN VİKİ
Qoşa qızl kolçedan yatağı
Yataq tektonik cəhətdən Şəmkir antiklinorisinin mərkəzi hissəsində Gədəbəy filiz rayonunun şimal-qərbində yerləşmişdir. Yatağın geoloji quruluşunda orta yuranın vulkanogen və vulkanogen çökmə süxur kompleksləri geniş inkişaf tapmışdır. Yatağın yerləşdiyi filiz sahəsinin ən böyük qırışıqlıq strukturu Əhənədabad qoşa antiklinalı və uzanması antiklinalın ox hissəsi ilə üst-üstə düşən eyniadlı dərinlik qırılmasıdır. Yatağın geoloji quruluşunda bazalt-riolit kompleks süxurları iştirak edir. Yatağın intisar tapdığı ərazidə radial istiqamətli daykalar və kiçik ölçülü kvars-riolit intruziyaları inkişaf tapmışdır. Yatağın sahəsi daxilində mövcud vulkanik kütlələr (riodasit tərkibli) yatağın formalaşmasına təsir göstərmişdir. Yataq sahəsində ətraf süxurlar hidrotermal metsomatik dəyişilmələrə məruz qalmışdır və bu dəyişilmələr kaolinləşmə, kvarslaşma, porfiritləşmə ilə təmsil olunurlar. Əsas filiz mineralı pirit, xalkopirit, qalenit və sfaleritdir. İkinci dərəcəli minerallardan xalkozin, kuprit, malaxit təsadüf olunur.
Qoşa Qızıl kolçedan yatağı

Qalakənd qızıllı-mis kolçedan təzahürü
Qızılbulaq mis-qızıl kolçedan yatağı
Qızıl bulaq mis-qızıl kolçedan yatağı - Ağdərə rayonu ərazisində yerləşən mineral yataq. Yatağın geoloji quruluşunda Orta Yuranın vulkanogen süxur kompleksləri iştirak edir. Bu süxur komplekslərinin qalınlığı 300 m-dir və Bat yaşlı tuf konqlomeratlar və tuf qum daşları ilə örtülür. Batın üzərində Kollovey-Oksvord tufları və tuf qum daşları yatır. Yatağın əsas qırışıqlıq strukturu trambon antiklinalıdır. Bu antiklinal morfoloji cəhətdən vulkano–tektonik strukturları xatırladır. Strukturun gümbəz hissəsi bat yaşlı riodasitlərlə yarılmışdır. Yataq sahəsində əsas parçalanma strukturu “qızıl bulaq” dərinlik qırılmasıdır. Bu qırılma meridianal istiqamətdə uzanaraq 550-600 bucaq altında şərqə düşür. Yer səthində filiz kütlələri güclü oksidləşməyə məruz qalmışlar və oksidləşmə zonasının qalınlığı 15 m-ə qədərdir.
Qızıl bulaq mis-qızıl kolçedan yatağı

Çıraqdərə kükürd kolçedanı yatağı

Digər lüğətlərdə