Konsepsiya

lat. conseptio – mənimsəmə, başa düşmə, sistem 1) hər hansı bir hadisə haqqında nəzəriyyə sistemi; 2) rəssam, şair, alim və s.-nin yürütdüyü əsas fikir, ümumi ideya; 3) sistemli izahda, şərhdə rəhbər ideya; 4) islahatların, layihələrin, planların, proqramların həyata keçirilməsində fəaliyyət strategiyasını müəyyənləşdirən baş ideya; 5) təbiətdə və cəmiyyətdə baş verən proseslərə və hadisələrə baxışlar sistemi, həmçinin hər hansı bir şeyin əsas mənası; 6) hər hansı predmeti, hadisəni, prosesi başa düşməyin, şərh etməyin müəyyən üsulu; predmetlər barəsində müəyyən nöqteyi-nəzər, onların sistemli izahında rəhbər ideya. Konsepsiya termini, həmçinin elmi, bədii, texniki, siyasi və s. fəaliyyət növlərində əsas fikri, konstruktiv prinsipləri bildirmək üçün işlədilir.
Konsensus
Konspekt
OBASTAN VİKİ
Konsepsiya
Konsepsiya (lat. conceptio — başa düşmək, sistem) — anlamanın xüsusi yolu, hansısa halın və ya bütöv sistemin əsas nəzər nöqtəsi, nəyinsə izahında rəhbər ideya, dünyada, təbiətdə, cəmiyyətdə hansısa hala dair baxışlar sistemi. Elmdə, incəsənətdə, texnikada, siyasətdə və digər sahələrdə bir-biri ilə bağlı olan baxışlar sistemi, məsələnin həlli və izah forması. Konsepsiya fəaliyyət strategiyasını müəyyən edir.

Digər lüğətlərdə