Ümumdünya Hörümçək Toru Konsorsiumu
Ümumdünya Hörümçək Toru Konsorsiumu (ing. World Wide Web Consortium ya da qısaca W3C) — ümumdünya hörümçək toru üçün əsas beynəlxalq standartlar təşkilatı. 1994-cü ildə təsis edilmişdir və Tim Berners-Li tərəfindən idarə olunur. Konsorsium ümumdünya hörümçək toru üçün standartların işlənib hazırlanmasında birgə fəaliyyət göstərən tam ştatlı işçiləri təmin edən üzv təşkilatlardan ibarətdir. 5 mart 2023-cü il tarixinə olan məlumata görə, W3C-nin 462 üzvü var idi. W3C həmçinin, təhsil və təbliğatla məşğul olur, proqram təminatı hazırlayır və internet haqqında müzakirələr üçün açıq forum rolunu oynayır.
"World Wide Web Consortium" (W3C) 1994-cü ildə Tim Berners-Li tərəfindən 1994-cü ilin oktyabrında Avropa Nüvə Tədqiqatları Təşkilatından (CERN) ayrıldıqdan sonra yaradılmışdır. Bu, Avropa Komissiyası və Müdafiə Təkmil Araşdırma Layihələri Agentliyinin (DARPA) dəstəyi ilə Massaçusets Texnologiya İnstitutunun (MIT) Kompüter Elmləri Laboratoriyasında yaradılmışdır.. DARPA internetin sələflərindən biri olan ARPANET-ə öncülük etmişdi. 2004-cü ilə qədər Texnologiya Meydanında yerləşirdi, sonra Stata Mərkəzinə köçmüşdü.