Kontakt Home
Kontakt Home — Azərbaycanda elektronika, məişət texnikası və mebel satışı üzrə fəaliyyət göstərən mağaza şəbəkələrindən biri. Şəbəkənin baş direktoru Həsən İsrafilzadədir.
2006-cı ildə mobil telefon, aksessuar və mobil nömrələrin satışını həyata keçirən ilk Kontakt Home mağazası açılmışdır. Eyni ildə 3 yeni mağazası da açılan mağazalar şəbəkəsinin adı "Kontakt Mobile" idi.[mənbə göstərin]
2011-ci ildə məhsul kateqoriyaları siyahısına məişət texnikası əlavə olundu. Mağazaların təklif etdiyi məhsulların çeşidliliyi artdı və şəbəkənin adı "Kontakt Electronics" adına dəyişdirildi. 2013-cü ildə geniş elektronika və məişət texnikası kateqoriyalarının sırasına mebel kateqoriyası da əlavə olundu. Həmin ildən etibarən yerli və xarici brendlərin, həmçinin öz fabrikinin istehsal etdiyi mebellər də mağazalarda satışa çıxarıldı. Bununla da "Home" konsepti tamamlanaraq, şəbəkənin adı "Kontakt Home" adına dəyişdirildi.[mənbə göstərin]
Şirkət əməkdaşlarının sayı 2500-ə yaxındır. Hazırda 30-dan çox brendin rəsmi distribyuteri olan Kontakt Home-un 41 mağaza və 1 online mağazası müştərilərə xidmət edir.
Kontakt Home Dyson, Electrolux, WAHL, Toshiba, Black&Decker, Hoffmann kimi dünya brendlərinin Azərbaycanda eksklüziv distribyuteri, Samsung, LG, Bosch, Huawei, Realme, Sony, Panasonic, BQ, Sonorous, Elari, Thomas, Beurer, Karcher, H Gala, Cassore, Simge mobilya kimi 30-dan çox beynəlxalq brendin rəsmi distrübyuteri,[mənbə göstərin] Apple brendinin rəsmi satış mərkəzidir.