kosmonavt-mühəndis

kosmonavt-mühəndis
kosmonavt-qadın 2021
kosmonavtika
OBASTAN VİKİ
Kosmonavt
Kosmonavt (ABŞ-də astronavt, Çində taykunavt) — kosmik uçuşlar zamanı kosmik texnikanın sınağını və istifadəsini həyata keçirən şəxs. Kosmik uçuş anlayışı ölkələrə görə fərqlənir. Beynəlxalq Aeronavtika Federasiyasının (FAI) təsnifatına görə yüksəkliyi 100 km-dən, ABŞ Hərbi Hava Qüvvələrinin (USAF) təsnifatına görə isə yüksəkliyi 50 mildən (80 km 467 m) artıq olan uçuşlar kosmik uçuş adlandırılır. Rusiyada yalnız orbital uçuşlar, yəni kosmik aparatın Yerin ətrafında ən azı bir tam dövr etdiyi uçuş kosmik uçuş hesab edilir. Bu səbəbdən, müxtəlif mənbələrdə kosmonavtların ümumi sayı bir-birindən fərqlənir. 20 iyun 2011-ci il tarixinə 38 ölkədən 523 nəfər kosmik uçuşda olublar. Ballistik trayektoriya üzrə 100 km-dən artıq yüksəkliyə qalxmış 4 nəfər (FAI-nin təsnifatı) və ballistik trayektoriya üzrə 50 mildən artıq, lakin 100 km-dən aşağı yüksəkliyə qalxmış 6 nəfər (ABŞ HHQ-nin təsnifatı) vardır. Kosmonavtlar arasında 55 qadın var.
Həvəskar kosmonavt
Həvəskar astronom — hər kəsin məşğul ola biləcəyi səma müşahidələrinə, araşdırmalara və əldə edilən məlumatlara verilən astronomiya elminin alt sahəsidir. Astronomiya ilə həvəskar olaraq məşğul olan şəxslərə "həvəskar astronom" deyilir. Həvəskar astronomlar, yalnız bir durbinlə ya da başqa teleskoplarla səma müşahidəsi edə bilərlər. Həvəskar astronomiyada müşahidə etmək, göy hadisələrini anlamaq və kosmologiya qədər uzanan geniş bir elm sahəsində araşdırma etmək vacibdir. İstifadə edilən müşahidə vasitəsinin növünə görə müşahidə sahəsi artar. Həmçinin həvəskar kosmonavtika proqramları da var. Bunlar; Hallo northern sky, Carte du ciel, "Alpha Centauri" kimi planetaryum proqramları və yalnız hesablarla ya da gələn siqnalları araşdıran radioteleskoblu proqramlarıdır.
Mühəndis
Mühəndislik (mühəndis ərəbcə həndəsəni bilən şəxs deməkdir) — bir peşə sahəsi olub, elmi-nəzəri cəhətdən əsaslanmış və empirik təsdiq edilmiş biliklərin və üsulların sistematik olaraq mənimsənilməsi və tətbiq olunmasını əhatə edir. Çağdaş cəmiyyətdə mühəndislik ali texniki Universitetlərin və ya mühəndislik fakültəsi olan Universitetlərin həmçinin İnstitutların hazırladıqları ixtisasçılar qrupu tərəfindən yerinə yetirilir. Mühəndislərin əsas məşğul olduğu sahələr maşınqayırma, informasiya texnologiyaları və sistemləri, elektrik-elektronika, dağ-mədən və metal emalı, tikinti, neft-kimya, robot texnologiyası, nanotexnologiya, müdafiə sənayesi və mühəndis iqtisadiyyatından ibarətdir. Mühəndislər təbiətdə mövcud olan material və güclərdən istifadə etməklə, onları hər hansı bir məqsəd üçün texniki cəhətdən tətbiq etməyə çalışır. Mühəndislər analitiki düşüncəyə, praktikyönümlü kifayət qədər nəzəri və tətbiqi biliyə malik olmalı və bu biliklərin verilmiş məsələlərin həllində qısa zamanda tətbiq edəbilmə qabiliyyəti ilə fərqlənməlidirlər. VIII əsrdən başlayaraq güclənən ərəb xəlifəsi ölkədə elmin, o cümlədən mühəndisliyin inkişafı üçün əlverişli şərait yaratmışdır. Bu dövrdə yaşamış müsəlman mühəndislərinin işləri heç də sonralar Avropada mövcud olan mühəndislərinkindən geri qalmamışdır. Buraya Banu Musa qardaşları, Əl Cəzari, Tağıyəddin, Əl Qaracı, İbn Sina, Əl-Biruni kimi görkəmli şəxslərin işlərini göstərmək olar.Avropalılar Əndəlüsün Xaçlı yürüyüşləri zamanı işğalından sonra islam dünyasındaki bir çox elmi kəşflər və mədəniyyət nümunələriylə ilk dəfə tanış olmuşdur. Nümunə kimi Riyaziyyat elmlərindən olan Əl-Cəbr Avropada tanınmış və Algebra olaraq adlandırılmışdır. Qərbdə mühəndis kimi Ingenieur kəlməsi (it.-fr.
Maykl Kollins (kosmonavt)
Maykl Kollins (31 oktyabr 1930, Roma – 28 aprel 2021, Neypls[d], Florida) — ABŞ-lı astronavt. == Həyatı == Maykl Kollins 31 oktyabr 1930-cu ildə İtalyanın paytaxtı Roma şəhərində anadan olmuşdur. == Astronavt fəaliyyəti == Maykl Kollins NASA-nın layihələri üçün işləmiş, "Cemini" və "Apollon 11" proqramlarında kosmosa çıxmışdır. Ümumilikdə kosmosda 11 gün 2 saat 4 dəqiqə 43 saniyə vaxt keçirib. Maykl Kollins 1969-cu ildə Aya uçan Apollon 11-in 3 nəfərlik ekipajından biri idi. Yəni Aya ilk addım atan astronomlarla bərabər idi. Digər 2 astronom Ay səthində addım atdıqları zaman o, Apollo 11-in içində Ay orbitində fırlanmaqla vəzifəli idi. Kosmik cihaz Ayın Dünyaya baxmayan qaranlıq tәrәfinә keçdiyi zaman radio siqnallarına Ay tərəfindən maneə törədilmiş və Michael Collinsin Dünya ilə bütün əlaqəsi kəsilmişdi. Ay səthindəki həmkarlarıyla da hər hansı bir əlaqəsi qalmayan Michael Collins, Ayın Dünyadan görünmәyәn arxa üzündə keçirdiyi 48 dəqiqə boyunca ən tək anlarını yaşadı və insanlıq tarixində bənzəri görülməmiş bir şəkildə, Dünyadan ən uzaq məsafədə olan adam oldu. 1970-ci ilin yanvarında astronavt işindən ayrılmışdır.
Sergey Avdeyev (kosmonavt)
Sergey Vasiliyeviç Avdeyev (rus. Серге́й Васи́льевич Авде́ев; 1 yanvar 1956) — SSRİ və Rusiya kosmonavtı. Rusiya Federasiyasının pilot-kosmonavtı (1993), 1-ci dərəcəli kosmonavt (1999), Rusiya Federasiyasının Qəhrəmanı (1993). 1979-cu ildə Moskva Mühəndislik Fizika İnstitutunu eksperimental nüvə fizikası ixtisası üzrə bitirmişdir. 1981-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Marksizm–Leninizm Universitetinin İdeoloji Kadrlar fakültəsini bitirmişdir. Ali siyasi təhsil almışdır. 1985-ci ilin may ayından Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. 1986-cı ildə Moskva Mühəndis Fizika İnstitutunun qiyabi aspiranturasını bitirmişdir. 18 may 2001-ci ildən fizika-riyaziyyat elmləri namizədidir, dissertasiya işi astronavtların gözündə işıq parıltılarının səbəblərinin öyrənilməsinə həsr edilmişdir. 1-ci uçuş (27 iyul 1992 – 1 yanvar 1993) 12-ci əsas ekspedisiyanın ("EO-12") proqramı üzrə "Soyuz TM-15" kosmik gəmisinin ("SC") və "Mir" orbital kompleksinin ("OC") bort mühəndisi kimi birlikdə həyata keçirilmişdir.
Hərbi mühəndis
Əməkdar mühəndis
Əməkdar mühəndis — fəxri adı sənaye, tikinti, nəqliyyat, rabitə, meliorasiya, aqrar sahə müəssisələrində, elmi-tədqiqat və digər təşkilatlarda xüsusi xidmətlər göstərmiş və ixtisas üzrə azı 15 il işləmiş mühəndislərə verilir.
Mühəndis Qoşunları
Mühəndis geologiyası
Mühəndisi geologiya - geologiya elminin insanın mühəndis fəaliyyətilə əlaqədar olaraq Yer qabığının üst qatlarının geoloji şəraitini və dinamikasını öyrənən sahəsi. Mühəndisi geologiya tədqiqatların əsasında tikinti obyektlərinin daha münasib yeri, əlverişli konstruksiyası, inşaat işlərinin üsulları və həmçinin tikintinin təsiri nəticəsində baş verə və onun normal istismarına mane ola biləcək geoloji proseslərə qarşı mübarizə tədbirləri müəyyən edilir. Mühəndisi geologiya tədqiqatlar əsasında: a) tikintinin ağırlığı altında süxurların sıxlaşma həddi və sürəti; b) süxurun özül altından sıxışdırılıb çıxardılmasına qarşı müqaviməti; c) özül, karxana, kanal və b. qazımalarda divarların möhkəmliyi; ç) su hövzəsi bəndinin hövzə suyunun təzyiqinə qarşı davamlılığı; d) su hövzəsi sahillərinin yuyulması; e) qrunt suyu səviyyəsinin qalxdığı ərazilərdə tikinti özüllərinin möhkəmlik şəraiti; ə) seysmik, karstlaşma, sürüşmə və b. zonalarda tikilən obyektlərin davamlılığı öyrənilir. Geologiya Mühəndislik Yer qabığı Geoloji proseslər Qrunt suyu Seysmik zona Sürüşmə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Elçin Əliyev (mühəndis)
Elçin Rəşid oğlu Əliyev (25 dekabr 1962, Bakı) – Azərbaycan Triatlon Federasiyasının sabiq prezidenti, AMEA İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, SİNAM şirkətinin rəhbəri, dosent. == Haqqında == Elçin Əliyev Bakı Dövlət Universitetinin İnformasiya Texnologiyaları və proqramlaşdırma kafedrasının professor əvəzi vəzifəsində çalışmışdır. Elçin Əliyev 2004–2008-ci illərdə Amerika Ticarət Palatasının İKT komitəsinin sədri, 2005–2007-ci illərdə Xəzər İnteqrasiya Biznes Klubunda İT və rabitə ilə bağlı məsələlər üzrə prezident, 2009–2010-cu illərdə NATO-nun elmi proqramında həmdirektor vəzifələrində çalışmışdır. O, 2004-cü ildən SINAM şirkətinin prezidenti, 2002-ci ildən isə Azərbaycanın İnternet Cəmiyyətinin sədr müavini vəzifəsini daşıyır. == Əsərləri == О безопасности передачи данных в распределенных информационных сетях // Известия НАНА сер. Физ.техн. и мат. наук, т.ХХI, "Информатика и проблемы управления", 2001, № 2, с.21–25. Стратегия информатизации в Азербайджане // Известия НАНА сер. Физ.техн.
Fəxrəddin Məmmədov (mühəndis)
Fəxrəddin Sadıq oğlu Məmmədov — professor, Yaxın Doğu Universitetinin prorektoru, Şimali Kipr Türk Respublikasında Azərbaycan diasporunun rəhbəri və Azərbaycan-Quzey Kıbrıs Mədəniyyət Mərkəzinin sədri. == Həyatı == Fəxrəddin Məmmədov 1970-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Neft Akademiyası) bitirmişdir. Həmin institutda aspiranturada oxumuş, orada da dosent vəzifəsinə qədər yüksələrək çalışmışdır. Dosent olduqdan sonra 1987-ci ildə Kiyev Dövlət Universitetində intensiv 10 aylıq fransız dili kursu keçmiş, dili daha da təkmilləşdirmək üçün 3 ay Fransanın Paul Valerie Universitetində oxumuşdur. 1988-ci ildə Sovet mütəxəssislərinin tərkibində Əlcəzairə getmiş, Əlcəzair və Mərakeşdə 1994-cü ilə qədər müxtəlif universitetlərdə çalışmışdır. O, müəllimliklə yanaşı 5 il Sovet Missiyasının sədri vəzifəsində də çalışmışdır. 1995-ci ildən Şimali Kipr Türk Respublikasında İngilis dilində təhsil verən Yaxın Doğu Universitetində çalışmağa başlamışdır. 1995–2000-ci illərdə universitetdə elektronik və xəbərləşmə kafedrasının müdiri kimi çalışmışdır. Professor bundan sonra 2000-ci ildən 2013-cü ilə qədər mühəndislik fakültəsinin dekanı olmuş, eyni zamanda 2001-ci ildən hal-hazıra qədər universitetin akademik işlər üzrə prorektorudur. == İstinadlar == == Ədəbiyyat == P.Sultanova, "Kıbrıslılar Azərbaycana ən yaxın türk xalqlarındandır" (Fəxrəddin Məmmədovla müsahibə), 525-ci qəzet.
Hidayət Rüstəmov (mühəndis)
Həsən Hüseynov (mühəndis)
Həsən Hüseynov (7 sentyabr 1944, Cəbrayıl) — Texnika elmləri doktoru, professor, Rusiya Federasiyası Keyfiyyət Problemləri Akademiyasının akademiki, Əməkdar Elm Xadimi. == Həyatı == Həsən Əhməd oğlu Hüseynov 7 sentyabr 1944-cü ildə Cəbrayıl şəhərində anadan olmuşdur. O, 1961-ci ildə akademik M.Mehdizadə adına (keçmiş M.Qorki) Cəbrayıl orta məktəbini, 1967-ci ildə isə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (AzPİ) “Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər” ixtisasını bitirmişdir. H.Hüseynov AzPİ-nin göndərişi əsasında Bünyad Sərdarov adına maşınqayırma zavodunda böyük mühəndis vəzifəsində mühəndis fəaliyyətinə başlamışdır. O, 1967-1968-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş, 1968-1984-cü illərdə isə Ümumittifaq Elmi-Tədqiqat və Layihə Texnologiya Maşınqayırma İnstitutunda müvafiq olaraq böyük mühəndis və aparıcı mühəndis vəzifələrində işləmişdir. H.Hüseynov 1974-cü ildə AzPİ-nin aspiranturasına daxil olmuş və 1978-ci ildə Qubkin adına “Moskva Neft və Qaz” İnsitutunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. H.Ə.Hüseynov 1978-ci ildən AzPİ-də ardıcıllıq üzrə kiçik elmi işçi, assistent, baş müəllim, dosent və professor vəzifələrində çalışmışdır. O, 1984-1985-ci tədris ilində M.Torez adına Moskva Xarici Dillər İnstitutunda fransız dili üzrə 10 aylıq intensiv kurs bitirmiş və 1984-1987-ci illərdə isə Madaqaskar Dövlət Universitetində professor vəzifəsində işləmişdir. H.Ə.Hüseynov 1990-cı ildə “Maşınqayırmada ALS” kafedrasına müdir vəzifəsinə seçilmişdir. O, 1995-ci ildə “Moskva Dövlət Texnologiya Universitetində” “STANKİN”də doktorluq dissertasiyası müdafiə etmiş, 1996-cı ildə Rusiya Federasiyası Keyfiyyət Problemləri Akademiyasının akademiki seçilmiş və professor elmi adı almışdır.
Kamil Məmmədov (mühəndis)
Kamil Seyid oğlu Məmmədov (18 avqust 1931, Qutqaşen) — Azərbaycan-sovet mühəndisi və dövlət xadimi. O, 1972–1985-ci illərdə isə yeyinti sənaye naziri olmuş, 1976, 1980 və 1985-ci illərdə isə Azərbaycan SSR Ali Sovetinin deputatı kimi fəaliyyət göstərmişdir. == Həyatı == Kamil Seyid oğlu Məmmədov 18 avqust 1931-ci ildə Qəbələ (keçmiş Qutqaşen) şəhərində anadan olmuşdur. 1951-ci ildə orada orta məktəbi əla medalla qurtararaq Leninqrad Texnologiya İnstitutuna daxil olmuş, bu təhsil müəssisəsini mühəndis-mexanik ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. == Fəaliyyəti == Kamil Məmmədov 1956–1958-ci illərdə Azərbaycan SSR Ərzaq məhsulları sənayesi nazirliyində baş mexanik, 1959–1962-ci illərdə Azərbaycan SSR Xalq Təsərrüfatı Komitəsində texniki şöbənin müdiri, 1962–1964-cü illərdə isə Bakı biskvit fabrikində baş mühəndis kimi çalışmışdır. O, 1964–1969-cu illərdə Azərbaycan SSR Nazirlər Kabinetində şöbə müdirinin müavini, 1970–1971-ci illərdə Ət-süd sənayesi nazirinin müavini, 1971–1972-ci illərdə Yeyinti sənayesi nazirinin müavini, 1972–1985-ci illərdə isə Yeyinti sənaye naziri vəzifələrində işləmişdir. Məmmədov daha sonra 1985–1991-ci illərdə Azərbaycan SSR Aqrar Sənaye Komitəsinin 1-ci müavini — Respublika naziri (1985–1989), 1991–1992-ci illərdə Kənd təsərrüfatı nazirinin 1-ci müavini, 1993–1994-cü illərdə Yeyinti-sənaye şirkətinin vitse – prezidenti kimi çalışmışdır. O, 1994–1996-cı illərdə Taxıl məhsulları Dövlət şirkətinin prezidenti, 1996–1999-cu illərdə Taxıl Agentliyinin prezidenti olmuş, 1976,1980 və 1985-ci illərdə isə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Fəaliyyət göstərdiyi dövrdə Gəncə, Bərdə, Salyan, Ağdam çörək zavodları, Naxçıvan mineral sular zavodu, Zaqatala, Şəki və Qəbələ tütün-fermentasiya zavodları, Bakı maya kombinatı, Bakı tütün fabriki, Əli-Bayramlı hidrogenizasiya zavodu, Bakı çay və biskvit fabriklərinin filialları tikilmişdir. Gəncə və Əli-Bayramlı yağ-piy kombinatlarının yenidənqurma işləri aparılmışdır.
Kompüter üzrə mühəndis
== İxtisas haqqında anlayış == Müasir dövrdə həyatımızın hər bir sahəsində kompüterlərdən geniş istifadə olunur və, təbii ki, kompüter üzrə ən müxtəlif ixtisaslara böyük tələbat var. Belə ixtisaslardan biri də kompüter üzrə mühəndislikdir. Kompüter üzrə mühəndis əsasən müxtəlif kompüter sistemlərinin qurulması, kompüter və onun sistemlərinin təmiri ilə məşğul olur, eləcə də həmin sistemlərin həmişə işlək vəziyyətdə olmasını təmin edir. O, bir ofis daxilində istifadə olunan kiçik şəbəkələrdən tutmuş minlərlə kompüter və müxtəlif sistemləri birləşdirən mürəkkəb şəbəkələr qurur. Lazım gəldikdə, kompüter mühəndisi müxtəlif sistemlərlə işləyən kompüterləri eyni şəbəkəyə birləşdirir, kompüter sistemlərinin keyfiyyətlə çalışmasını təmin edir. Eyni zamanda kompüter üzrə mühəndis İnternetə çıxışı təmin etməklə, işçilərin dünyada baş verən ən son proseslərdən operativ şəkildə xəbərdar olması üçün imkan yaradır. == İxtisas üçün lazım olan xüsusiyyətlər == Kompüter mühəndisi həm bütövlükdə kompüterin, həm də onun ayrı-ayrı hissələrinin iş mexanizmini dərk etmək üçün fizika və riyaziyyatı, xüsusilə də fizikanın elektrik və maqnit, riyaziyyatın isə riyazi məntiq bölmələrini dərindən mənimsəməlidir. Kompüter mühəndisinin qarşısına çıxa biləcək problemlərin mənbəyini çox zaman ilk baxışdan dəqiq bilmək olmur, çünki həmin problemlər bir neçə səbəbdən yarana bilər. Kompüter mühəndisi üzləşdiyi problemin məhz hansı səbəbdən (və ya səbəblərdən) yarandığını aydınlaşdırmaq üçün mümkün mənbələri yoxlayıb aradan qaldırmalıdır (bu prosesə problemin lokalizasiyası deyilir). Bu işdə, ixtisasını gözəl bilməklə yanaşı, məntiqi mühakimə yürüdə bilmək qabiliyyəti, mühəndis intuisiyası, səbirli, soyuqqanlı olmaq kompüter mühəndisinə çox kömək edə bilər.
Murad Mahmudov (mühəndis)
Mahmudov Murad Nəbiyeviç (1930, Bakı) — texnika elmləri doktoru, professor Mahmudov Murad Nəbiyeviç 1930-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1954-1955-ci illərdə "Artyomneft" trestinin neft mədənlərində texnik, sahə rəisi işləmişdir. 1955-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun qaz-neft-mədən fakültəsini fərqlənmə ilə bitirmişdir. 1957-1970-ci illərdə AzNKİ-da elmi-tədqiqat sektorunun, problemli elmi tədqiqat işləri şöbəsinin rəhbəri, elmi işlər üzrə prorektor olub. 1961-ci ildə "Quyuların sementlənməsi prosesinə bəzi faktorların təsirinin tədqiqi" mövzusunda namizədlik, 1975-ci ildə isə "Quyuların sementlənməsinin bəzi hidravlik problemləri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1970-1979-cu illərdə - Sumqayıt Ali texniki idarəsinin rektoru, "Mexanika" kafedrasının rəhbəri olub. 1979-1988-ci illərdə "Neftkimya-avtomat" elmi tədqiqat və layihə institutunun "Qazıma müəssisələri", "Riyazi informasiya təminatı" Avtomatik İdarəetmə Sistemləri (AİS) laboratoriyalarının rəhbəri işləmişdir. 1988-2000-ci illərdə ADNA-da "Neft və qaz quyularının qazılması" kafedrasının professoru, "İstehsalatın idarə edilməsinin iqtisadiyyatı və təşkilatı" kafedrasının rəhbəri, "Sənayenin Təşkilatçıları", "Beynəlxalq İqtisadi Münasibətlər" fakültələrinin dekanı, xalq təsərrüfatı işçilərinin hazırlanması, yenidən hazırlanması, ixtisaslarının artırılması üzrə mərkəzin rəhbəri, "Xarici iqtisadi əlaqələrin idarə edilməsi" laboratoriyasının elmi rəhbəri, SSRİ, Azərbaycan Təhsil Nazirliyinin İBM (ABŞ) korporasiyası ilə birgə yaratdığı Biznes Mərkəzinin baş direktoru, ADNA-da "Neft emalı və neft-kimya sahələrində iqtisadiyyat və menecment" kafedrasının professoru olmuşdur. 2002-2003-cü illərdə Rostov Dövlət İqtisad Universitetinin Dağıstan filialının rektoru işləmişdir. 2003-cü ildən bu günə qədər ADNA-da xarici iqtisadi əlaqələr problem laboratoriyasının elmi rəhbəri və eyni zamanda DənizneftqazDETLİ-da baş elmi işçidir.
Mustafa Mustafayev (mühəndis)
Mustafayev Mustafa Hacı Rəhim oğlu (17 oktyabr 1895, Qazax rayonu – 1972) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Bakı real məktəbini bitirmişdir (1914). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini elektrotexnika sahəsində davam etdirmək üçün Fransaya göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənmək üçün 1921-1922-ci illərdə Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun tapşırığı ilə xaricə ezam olunmuş xüsusi nümayəndənin hesabatında Mustafayevin təhsilini uğurla davam etdirməsi, Azərbaycanlı Tələbələr İttifaqının 1923-25 illər üçün məlumatında isə təhsilinin bitməsinə 2 il qaldığı göstərilirdi. Tələbəlik illərində M.Mustafayev dünya şöhrətli "Reno" şirkətinin müəssisələrində istehsalat təcrübəsi keçmiĢdir. Tuluza İnstitutunda təhsilini başa vurduqdan sonra ona "Reno" şirkətində mühəndis yerini tutmaq təklif edilmişdi. Fransada ailə həyatı quran Mustafayev 1927-ci ildə ildə Azərbaycana qayıtmış, sənayeləşmə illərində mühəndis-energetik kimi 15 il bir sıra elektrik stansiyalarını və Bakı tramvay xəttinin tikintisində çalışmışdır. İkinci dünya müharibəsi başlayanda fransız həyat yoldaşı Səmərqənd şəhərinə (Özbəkistan), Mustafayev özü isə Şimali Qazaxıstana sürgün edilmişdir (1942). O, 1943-cü ilin noyabrında azad edilərək, Səmərqəndə gəlmiş, 1961-ci ilədək burada ixtisası üzrə işləmişdir. Bakıya qayıtdıqdan sonra Bakı Dövlət Universitetində və Sənaye İnstitutunda riyaziyyat və fransız dili fənlərindən dərs demişdir.
Məmməd Məmmədov (mühəndis)
Məmməd Əli oğlu Məmmədov (2 iyun 1954, Şıxlar, Ağdam rayonu) — Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Təmir–tikinti şöbəsinin müdiri, 3-cü dərəcə dövlət müşaviri, Əməkdar mühəndis. 1954-cü ildə Ağdam rayonunun Şıxlar kəndində anadan olub. 1968-ci ildə Mingəçevir Politexnik Texnikumunun Sənaye və mülki tikinti fakültəsinə qəbul olmuş, 1972-ci ildə həmin Texnikumu fərqlənmə diplomu ilə bitirmişdir. 1973-cü ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin Ümumi texniki fənlər fakültəsinə daxil olmuş, 1980-ci ildə həmin İnstitutu Fərqlənmə diplomu ilə bitirmişdir. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakültəsinə daxil olmuş və 1990-cı ildə həmin İnstitutu müvəffəqiyyətlə başa vurmuşdur. M. Ə. Məmmədov 1972-ci ildə "Azərenerji" İstehsalat Birliyinin tikinti-quraşdırma trestində quraşdırıcı-təlimatçı kimi əmək fəaliyyətinə başlamışdır. 1974-cü ildə Nazirlər Sovetinin İşlər İdarəsi Təsərrüfat İdarəsinin təmir-tikinti idarəsində tikinti ustası, iş icraçısı və baş iş icraçısı vəzifələrində çalışmış, 1989-cu ildən Nazirlər Soveti İşlər İdarəsi Təsərrüfat İdarəsinin İnzibati Binalar İdarəsinin baş mühəndisi, rəis əvəzi, İşlər İdarəsi Təsərrüfat İdarəsinin Əsaslı tikinti şöbəsinin müdiri vəzifələrində işləmişdir. 1975–1977-ci illərdə Sovet Qoşunlarının Almaniya qrupunda hərbi xidmət keçmişdir. 1992-ci ildən 2007-ci ilədək Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Əsaslı tikinti sektorunun müdiri vəzifəsində çalışmışdır. 2007-ci ildən 10 aprel 2014-cü ilədək İşlər İdarəsinin təmir-tikinti şöbəsində müdir müavini vəzifəsində işləmişdir.
Məmməd Əhmədov (mühəndis)
Məmməd Nəcəf oğlu Əhmədov (1900 – 1963, Bakı) — Azərbaycan sovet mühəndisi və kimyaçısı, quyuların yeraltı təmiri üzrə sexin rəisi, Əliheydər Qarayev adına Neft Emalı Zavodunun baş mühəndisi, Stalin mükafatı laureatı. Bakı politexnik institutunun texnologiya fakültəsini neft və qazın emalı üzrə kimyaçı-texnoloq ixtisası ilə bitirmişdi Məmməd Əhmədov Bakı zavodlarında qabaqcıl neft emalı proseslərinin yaradılmasında iştirak etmiş mütəxəssislərdən idi. A. Andreyev adına zavodun sex rəisi olan dövrdə Məmməd Əhmədov Böyük Vətən müharibəsi illərində neft emalı prosesləri qurğularının texnoloji təkmilləşdirilməsi üçün işlər görürdü. Məhz onun təklifi əsasında ağır neftlərin emalı şəraitində neft kolonundan qalığın çəkilməsi güncləndirilmişdi. Bu əvvəlki enerjini saxlamaqda kömək edirdi, halbuki qabaq bu güc təxminən 25 fazə qədər düşürdü. Stalin mükafatı — motor yanacağının yeni modelinin yaradılmasına görə Методы ведения технологического режима на нефтеперерабатывающих установках : Из опыта работы завода им. А. А. Андреева / Ред. чл.-кор. АН СССР проф. В. С. Гутыря и канд.
Nadir Nadirov (mühəndis)
Nadir Nadirov (qaz. Нәдір Кәрімұлы Нәдіров; rus. Надир Каримович Надиров; 6 yanvar 1932, Naxçıvan və ya Naxçıvan Muxtar Respublikası – 24 avqust 2021, Almatı) – Azərbaycan kürdlərindən olan Qazaxıstan mühəndisi. O, 6 yanvar 1932-ci ildə Sədərək, Naxçıvan MSSR-də anadan olmuşdur. Nadir Nadirovun ailəsi 1933-cü ildə Qazaxıstana deportasiya edilmişdir. O, Qazaxıstanda Kürd asosiasiyasının prezidenti və Qazaxıstan Mühəndislik Akademiyasının ilk vitse-prezidenti olmuşdur. O, həmçinin, Neft elmi mərkəzinin direktoru olmuşdur. 1992-ci ildə o, 1930 və 1940-cı illərdə keçmiş Sovet İttifaqında kürdlərin kütləvi deportasiya hesabları ilə ictimaiyyətə çatdırıldı. N.K. Nadirov, A.P. Popov, Neftdən zülal, ABŞ Ortaq Nəşrlər Araşdırma Xidməti, Sprinqfild, Virciniya, 1974. N.K. Nadirov, N. S. Nametkin, Podsolevye nefti Prikaspiĭskoĭ vpadiny, 302 pp., Izdvo Nauka Kazakhskoi SSR, 1983 (Rusiyada).
Nazim Babayev (mühəndis)
Nazim Həbib oğlu Babayev (14 iyul 1937, Ordubad – 12 iyul 2014, Sumqayıt) — professor, texnika elmləri doktoru. 12 iyul 2014-cü ildə Sumqayıt şəhərində vəfat etdi. Nazim Babayev 14 iyul 1937-ci ildə Ordubad şəhərində anadan olmuşdur. Uşaqlığı çox pis dövrə düşüb. Bu haqda sonralar o, belə demişdi: "Aclıq idi, çörək tapılmırdı. Anam gilas yığıb gətirib Horadiz tərəflərdə buğdaya dəyişirdi." Orta məktəbdə oxuduğu illər də çox çətin keçmişdir. Mal-qoyun otarmaqla yanaşı, evin bütün təsərrüfat işləri ilə də məşğul olmuş. Amma çətinliklərə baxmayaraq, dərslərindən geri qalmırdı. 8-ci sinifdə oxuyanda o, elektromühərrik düzəldib məktəbə aparır. Bu hadisə nəinki məktəbdə, ölkə səviyyəsində maraqla qarşılanır.
Nazim İbrahimov (mühəndis)
İbrahimov Nazim Allahverdi oğlu — Azərbaycanın əməkdar mühəndisi. 1936-cı ildə Goranboy rayonunda anadan olmuşdur. 1954-cü ildə Azərbaycan Kənd Təsərrüfat İnstitutunun meyvə-tərəvəzçilik və üzümçülük fakultəsinə daxil olmuş və 1959-cu ildə təyinatla Xanlar şərab zavodunda işləmişdir. Zavodda şərabçılıq işlərinə dərindən bələd olduqdan sonra onu Şampan sexinə rəis təyin edirlər. 1964-cü ildə qiyabi aspiranturaya daxil olmuş və 1968-ci ildə Şampan şərabları üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. Şampan şərabları üzrə tanınmış mütəxəssis Nazim İbrahimov 1971-ci ildə Bakı 1№-li şərab zavoduna direktor vəzifəsinə irəli çəkilir. Bu vəzifədə 1990-cı illərin əvvəllərinə qədər işləmişdir. Nazim İbrahimov bu arada 32 elmi əsərin, o cümlədən 3 elmi ixtiranın və 3 elmi monoqrafiyanın müəllifi olmuşdur. O, Respublikanın əməkdar mühəndisi və xeyriyyəçilik sahəsində H.Z.Tağıyev adına mükafata layiq görülmüşdür. Azərbaycan şərablarının texnologiyası monoqrafiyasında sırf şərabçılıq məsələləri, onun texnologiyası, şərabın kimyası, şərabçılıq avadanlıqları, şərabların xəstəliyi və onun müalicəsi, şərabçılıq tullantılarından istifadə etmək usulları ətraflı izah edilmişdir.
Pərviz Abdullayev (mühəndis)
Pərviz Abdullayev — texnika elmlər doktoru, professor. Pərviz Şahmurad oğlu Abdullayev 1967-ci ildə Qərbi Azərbaycanın (keçmiş Ermənistan SSR) Amasiya rayonunun Əzizbəyov kəndində (keçmiş Qaraçanta kəndi) anadan olmuşdur. Süleymanlılar tayfasının nümayəndələrindəndir. Orta təhsilini rayon mərkəzində Amasiya kənd məktəbində tamamlamışdır. 1990-cı ildə Leninqrad Mexanika İnstitutunu «Uçuş aparatlarının mühərrikləri» ixtisası üzrə bitirmişdir. 1990-1993-cü illərdə Bakı Aviasiya İstehsalat Birliyində müxtəlif mühəndis vəzifələrində çalışmışdır. 1993-cü ildə Azərbaycan Milli Aviasiya Akademiyasında (MAA) müəllimlik fəaliyyətinə başlamışdır. 2003-cü ilin may ayından müsabiqə yolu ilə «UA və AM K və İ» kafedrasının müdiri vəzifəsinə təyin edilmişdir. Hal-hazırda Abdullayev P.Ş. həmin vəzifəni icra edir. 2001-ci ilin oktyabrında Sankt-Peterburq Mülki Aviasiya Akademiyasının İxtisaslaşdırılmış Şurasında «Hava nəqliyyatının istismarı» ixtisası üzrə «Uçuş informasiyası əsasında qaz turbin mühərriklərinin diaqnozlaşdırma metodikasının təkmilləşdirilməsi» mövzusunda namizədlik dissertasiyasının müdafiəsini keçərək Rusiya Federasiyası Təhsil Nazirliyi yanında Ali Attestasiya Komissiyası tərəfindən texnika elmlər doktoru elmi dərəcəsini almış, professordur.
Qasım Abdullayev (mühəndis)
Qasım İsrafil oğlu Abdullayev (10 oktyabr 1957, Tovuz) – texnika elmləri doktoru, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Kommunikasiya tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri (2018–), "Azərtunelmetrotikinti" ASC İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin rəisi (1999–2014), "Şöhrət" ordeni laureatı (2007), Azərbaycan Respublikasının əməkdar mühəndisi (2017). Abdullayev Qasım 10 oktyabr 1957-ci Tovuz Aşağı Quşçu ziyalı ailəsində anadan olmuşdur. Atası Abdullayev İsrafil Qazax rayonu Muğanlı kənd orta məktəbinin fizika-riyaziyyat müəllimi işləmişdir. 1964-cü ildə Qazax rayonu Muğanlı kənd tam orta məktəbinə gedib, 1974-cü ildə həmin məktəbi fərqlənmə attestatı ilə bitirmişdir. 1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun yol inşaatı fakültəsinə qəbul olunub və 1980-ci ildə həmin təhsil müəssisəsini körpü və tunellər ixtisası üzrə bitirib. 2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 1 oğlu, 1 qızı və 6 nəvəsi var. Qızı Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib, tibb elmləri üzrə fəlsəfə doktorudur. Oğlu isə İngiltərənin Keele Universitetinin beynəlxalq əlaqələr fakültəsini və London Universitet Kollecinin siyasət, təhlükəsizlik və inteqrasiya üzrə magistratura pilləsini bitirib, dövlət qulluqçusudur. 1980-ci ildə təyinatla gənc mütəxəssis kimi "Bakımetrotikinti" İdarəsinin 7 nömrəli Tunel dəstəsində növbə rəisi kimi əmək fəaliyyətinə başlayıb.
Qasım Qasımov (mühəndis)