Kotirovka Siyahısı

qiymətli kağızların, əsasən səhmlərin və istiqrazların fond birjası üzrə qiymətlərini əks etdirən, xüsusi birja institutları tərəfindən tərtib edilən cədvəl.
Kotirovka Olunan Valyuta
Kotirovkada Olan Səhm
OBASTAN VİKİ
Kotirovka
Kotirovka (fr. coter, "sitat") — maliyyə aktivinin satıcı və ya alıcı tərəfindən elan edilən və alqı-satqı etməyə hazır olduğu cari qiyməti (təklif olunur). Adətən mübadilə qiyməti kimi nisbətən sürətlə dəyişən qiymətə aiddir. Maliyyə aktivinin növündən asılı olaraq kotirovka valyuta məzənnəsi, qiymətli kağızın dəyəri, kreditin faiz dərəcəsi, mal və ya xammalın qiyməti adlandırıla bilər . Bəzən kotirovka almaq və ya satmaq təklifinin qiyməti deyil, yalnız bağlanmış əqdin qiyməti hesab olunur. Birjalarda qiymətlər xüsusi kotirovka komissiyası (komitə) tərəfindən qeydə alınır və onları malların topdansatış qiymətləri, qiymətli kağızların və xarici valyutaların məzənnələri haqqında xüsusi birja bülletenlərində dərc etdirir. Adətən birja sessiyasının açılış və bağlanış qiymətləri, günün maksimum və minimum qiyməti dərc olunur. Belə nəşrlər "rəsmi sitatlar" adlanır. Kotirovkalar hərracda yaranan bazar şərtlərini, tələb və təklifin nisbətini əks etdirir. Kotirovkalar qiymətli kağızlara və valyutalara sahib olan müxtəlif şirkətlər tərəfindən maliyyə əməliyyatları apararkən, habelə xammal və ya mal ehtiyatlarının balanslaşdırılması üçün istifadə olunur.
Avtomatlaşdırılmış Fond Birjası Kotirovka Sistemi
Avtomatlaşdırılmış Fond Birjası Kotirovka Sistemi (ing. Stock Exchange Automated Quotation; SEAQ) — London Fond Birjasının qiymətlər haqqında elektron məlumat sistemi. Bütün iştirakçılar üçün açıq olan bu sistemdə birja üzvləri alıcı və satıcının qiymət sistemi də daxil olmaqla ekranda verilən məlumatları izləyirlər.
Abidos siyahısı
Abidos siyahısı (fr. la nouvelle table d’Abydos) — Qədim Misirdə fironların siyahısı, Adibosdakı I Seti məbədinin divarlarına kartuşda həkk olunmuş 76 fironun — Qədim Misir çarlarının Menesdən başlamış I Setiyə qədər adlarının siyahısı. İlk olaraq Mariet Ogüst tərəfindən aşkarlanmışdır. Kartuşlar iki horizontal sırada yerləşmişdir. Siyahıda hər fironun bir adı göstərilmişdir. Cədvəldə əvvəlcə Adibos siyahısındakı ad, sonra isə fironun digər məşhur adı və izahı göstərilir. === I sülalə === === II sülalə === Abidos siyahısında ikinci sülalə fironlarından bir neçəsi göstərilməmişdir. === III sülalə === === IV sülalə === === V sülalə === № 28-dən sonra firon Şepiskara göstərilməmişdir. === VI sülalə === 39-cu kartuşla Abidos siyahısının ikinci cərgəsi başlanır. === VIII sülalə === === XI–XII sülalə === === XVIII sülalə === === XIX sülalə === == Mənbələr == Wolfgang Helck: Untersuchungen zu Manetho und den ägyptischen Königslisten.
Fobiyaların siyahısı
Fobiyaların siyahısı (q.yun. φόβος — "qorxu"). Peşəkar psixiatrik terminlər bu siyahının yalnız bir hissəsini təşkil edir. Bu "fobiyaların" hamısı psixi pozğunluq deyil.Amerika Psixiatriya Assosiasiyasına (APA) görə, fobiyalar narahatlıq pozğunluqlarının növləridir. Fobiya heyvan, obyekt, şəxs, fəaliyyət, mühit və ya vəziyyətdən həddən artıq, irrasional və idarəolunmaz bir qorxudur. Əslində fobiya stimulu çox az təhlükə yaradır və ya heç bir təhlükə yaratmır. Fobisi olan insanların əksəriyyəti reaksiyalarının nisbətsiz olduğunu bilirlər, ancaq fəth etmək və ya idarə etməkdə aciz hiss edirlər. == A == == B == == D == == E == == F == == G == == H == == İ == == K == == L == == M == == N == == O == == P == == Q == == R == == S == == T == == U == == V == == X == == Z == == Ədəbiyyat == Chris Aldrich. The Aldrich Dictionary of Phobias and Other Word Families. Trafford Publishing.
Jandarmeriyaların siyahısı
Jandarmeriya (Gendarmery) — vətəndaş cəmiyyəti arasında polis vəzifələrini icra edən hərbi orqan. Bu orqanın üzvlərinə isə jandarma deyilir. Bir çox ölkələrdə bu qurum fəaliyyət göstərir.
Karnak siyahısı
Karnak hökmdar siyahısı ya Karnak siyahısı III Tutmosisin Heb-Sed mərasimi üçün Karnakda tikmiş olduğu Amon məbədində Misirin firon hökmdarlarının adları qeyd olunmuş kitabə. Burada III Tutmosis və onun 61 sələfinin adları həkk olunmuşdur. 1843 cü ildə fransız arxeoloqu Emil Priss d`Avenn gizlin olaraq bu siyahı barelyefi sökərək Fransaya aparmışdır. Karnak hökmdar siyahısı hal-hazırda Luvrda saxlanılmaqdadır. == Mənbələr == Chronologie des pharaonischen Ägypten. Die Zeitbestimmung der ägyptischen Geschichte von der Vorzeit bis 332 v. Chr. = Münchner Ägyptologische Studien, Bd. 46. Philipp von Zabern, Mainz 1997.
Kriptovalyutaların siyahısı
Bitcoin yaradıldıqdan sonra mövcud kriptovalyutaların sayı artır.
Masonların siyahısı
== Məşhur masonlar == Ser Artur Konan Doyl – britaniyalı yazıçı, Şerlok Holmsun yaradıcısı, ixtiraçı, ABŞ İstiqlal Bəyannaməsinin və konstitusiyasının müəlliflərindən biri Corc Vaşinqton – ABŞ prezidenti Franklin Delano Ruzvelt – ABŞ prezidenti Frans List – bəstəkar Fridrix Şiller – alman yazıçısı Harri Trumen – ABŞ prezidenti Mark Tven – ABŞ yazıçısı Volfqanq Amadey Motsart – Avstriya bəstəkarı Oskar Vayld – irland dramaturqu və şairi Qustav Eyfel – Eyfel qülləsinin memarı Simon Bolivar – Latın Amerikasında azadlıq hərəkatının rəhbəri Süleyman Dəmirəl – Türkiyə Respublikasının 9-cu prezidenti Əhməd Nami — osmanlı zadəganı, Suriyanın 5-ci Baş naziri və Suriyanın 2-ci prezidenti Teodor Ruzvelt – ABŞ prezidenti Volter Kraysler – Chrysler Corporation-ın yaradıcısı Ser Vinston Çörçill (Çörçill cəmiyyəti onun 1921-ci ildə masonluğu tərk etdiyini iddia edir) Volter – fransız yazıçısı İohan Sebastyan Bax – bəstəkar Yohan Volfqanq Höte – alman şair-filosofu Bağır Heyət — "Kolumbiya Dairəsi Böyük Lojası"nın başçısı Namiq Kamal — məşhur türk ədibi Mixail Qorbaçov — SSRİ-nin sonuncu rəhbəri Corc Volker Buş — ABŞ-nin 43-cü prezidenti Haakon — Norveç Kralı Marqreyt — Danimarka və Qrenlandiya kraliçası.
Milyarderlərin siyahısı
Varlı adamlar — digər insanlarla müqayisədə daha çox maddi sərvətə malik olan insanlardır. 2007-ci il "Dünyanın ən varlı adamları" statistikasina əsasən 946 milyarder barədə məlumatlar daxil edilmişdir. Bura daxil olanların 178-i bu siyahıya məhz bu il daxil olmuşdur. 178 yeni milyarderin ölkələr üzrə bölgüsü aşağıdakı kimidir: Rusiya vətəndaşı — 19; Hindistan vətəndaşı — 14; Çin vətəndaşı — 13; İspaniya vətəndaşı — 10; 56 nəfər milyarderdən savayı digər yeni milyarderlər dünyanın müxtəlif ölkələrinin sakinləridirlər. 2007-ci il milyarderlərin statistikasında qeyri-ordinar il kimi daxil olmuşdur. Buna səbəb qeyri-neft sektoru olmuşdur. Məsələ burasındadır ki, qeyd edilən milyarderlərin əksəriyyəti qeyri-neft sektorunda var-dövlət qazanmışlar. Bu sahələrə aid idi daşınmaz əmlak, qəhvə və ümumilikdə qida məhsulları. 2006-cı ildə milyarderlər siyahısına daxil olan adamların yalnız 2\3 hissəsi öz yüksək maddi durumunu 2007-ci ildə qoruyub saxlamışdırlar və buna səbəb 2007-ci il statistikasına daxil ola bilmişdilər. 2007-ci ildə ən minimal məbləğ 900 mln $ — ən maksimal məbləğ 3.5 mld $ arasında ölçülmüşdür.
Müctəhidlərin siyahısı
Bu siyahı hazırda 12 imam şiəsi/üsuli əqidəsində olan insanlar tərəfindən qəbul edilən müctəhidlərin (مرجع Mərcei-təqlid) siyahısıdır.
Məktublaşma siyahısı
Məktublaşma siyahısı (ing. mailing list (maillist), ru.список рассылки) - proqramın elektron poçt (ELECTRONIC MAIL) vasitəsilə avtomatik olaraq məktub yolladığı daimi adresatların (abunəçilərin) siyahısı. Məktublaşma siyahılarından, xüsusən, maraqlı insanlar qrupunun nisbətən kiçik olduğu, yaxud geniş publika üçün açıq müzakirələrin durdurulmasının zəruri olduğu xəbər qruplarında (NEWSGROUPS) istifadə olunması daha məqsədəuyğundur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ocaqların siyahısı
Bu Ocaqların (ocaqların) siyahısıdır. Soba Ocaq Çox yanacaqlı ocaq Daşınan ocaq Göbək ocaqı Primus ocaqı Range Qırmızı Xaç ocaqı – mətbəx və ya salon ocaqı əsasən 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində Şimali Amerika evlərinin bişirilməsi və qızdırılması üçün istifadə olunur.
Papaların siyahısı
Roma Papaları - Latınca : "ata" mənasını verən papa sözündən qaynaqlanan bu ad, bəzi kilsələr tərəfindən yüksək ruhani liderlərini izah etmək üçün istifadə edilmiş və zamanla Roma Katolik Kilsəsinin dünyadakı rəhbərinə müraciət etməyə başlandı. Papa Sirik'in imtiyazından bəri rəsmi olaraq Roma Katolik Kilsəsinin rəhbəri üçün istifadə olunur. Herman Kontrakt, bəlkə də papaları siyahıya alan ilk tarixçi idi. Onun siyahısı 1049-cu ildə 154-cü Papa IX Leo ilə bitir. Bu siyahını nəzərə alsaq, bu gün papa olan Papa Fransisk 268-ci papadır. Papa. Rəsmi Papa siyahısı olmasa da, Vatikan tərəfindən nəşr olunan Annuario Pontificio ("Papa salnamələri") ən nüfuzlu siyahı sayılır. Annuario Pontificio siyahısında Papa Fransisk 266-cı Papadır XX əsrdə siyahıda bir neçə dəyişiklik edildi. Antipapa Xristofor uzun müddət qanuni bir Papa olaraq tanınırdı. Papa olmuş Stefan 1961-ci ilə qədər II Stefan adı ilə rəsmi olaraq Papa olaraq qəbul edildi və sonra siyahıdan silindi.
Paytaxtların siyahısı
Ölkə paytaxtlarının siyahısı
Qardiner siyahısı
Qardiner siyahısı (ing. Gardiner's list) Britaniya misirşünası Sir Alan Qardiner (ing. Alan Gardiner) Qədim Misir dillinin qrammatikası əsasında 26 alt qrup şəklində təsnifata salmış olduğu heroqliflərin siyahısı. Bura 763 Qədim Misir heroqlifi daxil edilmişdir. Budge, Sir E.A.Wallis, An Egyptian Hieroglyphic Dictionary, in Two Volumes, Sir E.A.Wallis Budge, (Dover Publications, Inc. New York), c 1920, Dover Edition, c 1978. (Large categorized listings of Hieroglyphs, Vol 1, pp. xcvii–cxlvii (97–147) (25 categories, 1000+ hieroglyphs), 50 pgs.) A.H. Gardiner, Catalogue of the Egyptian hieroglyphic printing type, from matrices owned and controlled by Dr. Alan (1928). A.H. Gardiner, "Additions to the new hieroglyphic fount (1928)", The Journal of Egyptian Archaeology 15 (1929), p.
Qumuqların siyahısı
Qumuqların siyahısı — qumuqların hal-hazırda kompakt yaşadığı dövlətlərin, həmçinin digər dövlətlərin ərazisində tarixin müxtəlif dövrlərində yaşamış seçilən üzvlərinin siyahısı. Endireyli Sultan Mahmud — Rusiyanın Şərqi Qafqaz kompaniyası zamanı onları Qaraman döyüşündə məğlub edərək işğalı bir neçə onillik gecikdirən görkəmli hökmdar və şamxal. İmam Şamil — qafqazlıların Rusiyaya qarşı müqavimətinin siyasi, hərbi və mənəvi lideri. Taşev-Hacı Endireyevski — İmam Şamildən sonra qafqazlıların Rusiyaya qarşı müqavimətinin siyasi, hərbi və mənəvi lideri. Uçar Hacı Yaqub — XIX əsrdə yaşamış din xadimi və ağsaqqal. Bir dəfəyə iki rus generalını öldürmüşdür. Abdulhakim İsmayılov — Sovet İttifaqının II Dünya müharibəsində döyüşmüş hərbçisi. O, Yevgeni Xaldey tərəfindən Reyxstaq üzərindən Sovet bayrağını asarkən fotosu çəkilmişdir. Bu hadisə Nasist Almaniyasının təslim olmasından bir neçə gün əvvəl - 2 may 1945-ci ildə Berlin şəhərində baş vermişdir. Nəcməddin Bammat — qumuq əsilli görkəmli fransız-əfqan yazıçısı, dilçisi və islam alimi İzzət Qandəmir — qumuq əsilli görkəmli türk yazıçısı, tərcüməçisi, ictimai xadimi və tibb professoru Fəxrəddin Kırzıoğlu — qumuq əsilli türk tarixçisi və yazıçısı Murad Qaplanov — radio kommunikasiya mühəndisi, Sergey Korolevin dizayn mərkəzində inkişaf etdirilmiş Molniya kommunikasiya peyk sistemlərinin baş konstruktoru.
Rənglər siyahısı
Rənglər siyahısı
Sakkara siyahısı
Sakkara siyahısı və ya Sakkara hökmdar siyahısı Qədim Misirə aid 1861 ci ildə Sakkarada aşkarlanmış hökmdar mirzəsi ya memarı (Memar Tunari II Ramzesin tikinti işlərinə rəhbərlik etmişdir.) və ali rahib Tunariyə məxsus qəbirdən tapılmış, hal hazırda Qahirə Misir muzeyində saxlan hökmdar siyahısı. Siyahıda nə vaxtsa 58 hökmdarın adı verilmişdir. Hal-hazırda ancaq 50 ad oxunmaqdadır. Siyahı xronoloji olaraq iki: sol və aşağı sağ cərgədən ibarətdir. Maraqlıdır ki, hökmdar siyahısı I sülalənin altıncı hökmdarı firon Anedyib ilə başlanır. Xələfi Semerxet göstərilmədən sıra i sülalənin səkkizinci hökmdarı firon Qaaya keçmiş olur. Belə olan halda siyahı doqquz hökmdar sadalamış olur ki, bu da demək olar ki, Turin çar papirusu ilə eynilik təşkil etmiş olur. Siyahıda III sülaləyə aid cəmi dörd hökmdar göstərilir. Yarı pozulmuş VI sülalə fironlarının adları 1932 ci ildə fransız arxeoloqu tərəfindən I Pepinin arvadı I Anxesenpepiyə məxsus sarkofaqın qapağında aşkar edilmişdir. Abidos siyahısı kimi bu siyahıda da Birinci aralıq zamana aid bir çox hökmdarlar göstərilməmişdir.
Salatların siyahısı
Salatlar – Salat bir neçə soyuq ərzaqların daxil olması ilə yaranan yemək növüdür. Salatın bir neçə növü var: yaşıl salatlar; tərəvəz salatları; makaron salatları, taxıl salatları; ət, quşçuluq və ya dəniz məhsulları daxil olmaqla qarışıq salatlar; və meyvə salatları.
Sehrbazların siyahısı
Bu siyahıda sehrbaz və illuziyonistlərin adları göstərilib.
Partiya siyahısı
Siyasi siyahı, partiya siyahısı və ya seçki siyahısı — adətən proporsional və ya qarışıq seçki sistemlərində, eyni zamanda bəzi çoxluqlu seçki sistemlərində olan seçki üçün namizədlər qrupu. Seçki siyahısı siyasi partiya tərəfindən qeydə alınır və ya müstəqil namizədlər qrupunu təşkil edilir. Siyahılar açıq ola bilər, bu halda seçicilər qalib namizədlərin reytinqinə müəyyən təsir göstərə bilər. Bu həmçinin, qapalı ola bilər ki, bu halda namizədlərin sırası siyahının qeydiyyatı zamanı müəyyən edilir. Seçilmiş nümayəndə öz yerini tərk edən zaman proporsional nümayəndəlik siyahı sistemindəki təsadüfi vakansiya adətən yerini tərk etmiş nümayəndənin siyahısında daha seçilməmiş ən yüksək səviyyəli namizəd tərəfindən doldurulur. Şəxsi və ya partiya-strateji səbəblərə görə, bu şəxs yerini aşağı səviyyəli həmkarına verməyi seçə bilər. Əvəzedici siyahılar bəzən tək ötürülə bilən səsli seçki sistemlərində təsadüfi vakant yerləri doldurmaq üçün istifadə olunur. Buna misal olaraq 1984-cü ildən İrlandiyada keçirilən Avropa Parlamentinə seçkiləri göstərmək olar.
Seçki siyahısı
Siyasi siyahı, partiya siyahısı və ya seçki siyahısı — adətən proporsional və ya qarışıq seçki sistemlərində, eyni zamanda bəzi çoxluqlu seçki sistemlərində olan seçki üçün namizədlər qrupu. Seçki siyahısı siyasi partiya tərəfindən qeydə alınır və ya müstəqil namizədlər qrupunu təşkil edilir. Siyahılar açıq ola bilər, bu halda seçicilər qalib namizədlərin reytinqinə müəyyən təsir göstərə bilər. Bu həmçinin, qapalı ola bilər ki, bu halda namizədlərin sırası siyahının qeydiyyatı zamanı müəyyən edilir. Seçilmiş nümayəndə öz yerini tərk edən zaman proporsional nümayəndəlik siyahı sistemindəki təsadüfi vakansiya adətən yerini tərk etmiş nümayəndənin siyahısında daha seçilməmiş ən yüksək səviyyəli namizəd tərəfindən doldurulur. Şəxsi və ya partiya-strateji səbəblərə görə, bu şəxs yerini aşağı səviyyəli həmkarına verməyi seçə bilər. Əvəzedici siyahılar bəzən tək ötürülə bilən səsli seçki sistemlərində təsadüfi vakant yerləri doldurmaq üçün istifadə olunur. Buna misal olaraq 1984-cü ildən İrlandiyada keçirilən Avropa Parlamentinə seçkiləri göstərmək olar.
Şindlerin siyahısı
Şindlerin siyahısı (ing. Schindler's List) — Stiven Spilberqin rejissorluğu və Stiven Zaillyanın ssenaristliyi ilə çəkilmiş 1993-cü il istehsalı epik tarixi dram ABŞ filmi. Avstraliya yazıçısı Tomas Kenillinin "Şindlerin arkı" romanı əsasında çəkilmişdir. Film Sudet almanı olan Oskar Şindler adlı biznesmenin İkinci dünya müharibəsi zamanı 1000-dən çox Polşa yəhudisini öz fabrikində işə alaraq Holokostdan xilas etməsindən bəhs edir. Filmin əsas rollarında Liam Nison (Oskar Şindler), Relf Fayns (SS zabiti Amon Qöt) və Ben Kinqsli (Şindlerin yəhudi mühasibatçısı İtzhak Ştern) çıxış edirlər. Şindler yəhudiləri haqqında film ideyası ilk dəfə 1963-cü ildə peyda olmuşdur. Şindler yəhudilərdən biri olan Poldek Pfefferberq Şindlerin hekayəsini işıqlandırmağı öz missiyası kimi təyin etmişdi. Spilberq müdiri Sidney Şeynberqin ona "Şindlerin arkı" kitabının tənqidini göndərməsindən sonra layihə ilə maraqlanmağa başlamışdır. Universal Pictures romanın müəlliflik hüquqlarını almış, lakin Spilberq Holokost haqqında film çəkməyə hazır olduğuna əmin olmadığına görə özü filmin rejissoru olmağa qərar verməzdən öncə bir neçə şəxsə filmin rejissoru olmağı təklif etmişdir. Əsas çəkilişlər Polşanın Krakov şəhərində başlamış, 72 gün davam etmiş və 1993-cü ildə başa çatmışdır.
Ölkələrin siyahısı
Bu siyahıda aşağıdakı tiplərə bölünən 244 ölkə və ərazi var: 195 dövlət – Beynəlxalq səviyyədə tanınmış müstəqil dövlət: 193 dövlət – Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlər. 2 dövlət – beynəlxalq səviyyədə tanınan, lakin BMT üzvü olmayan (BMT-nin daimi müşahidəçisi): Müqəddəs Taxt-Tac tərəfindən idarə olunan – Vatikan Şəhər Dövləti və Fələstin Dövləti 8 dövlət – beynəlxalq səviyyədə tanınmamış, lakin heç biri BMT-nin üzvü olmayan, Montevideo Razılaşması presedentinə əsaslanan adi beynəlxalq hüquq çərçivəsində dövlətlər kimi müəyyən edilə bilən: 1 dövlət – 1971-ci ildən sonra BMT üzvü olmayan, BMT-yə üzv 22 dövlət və Vatikan tərəfindən tanınan və hal-hazırda bir çox başqa ölkələrlə faktiki beynəlxalq münasibətləri olan Çin Respublikası (adətən Tayvan adlandırılır). 1 dövlət – BMT-yə üzv 46 dövlət tərəfindən tanınan, lakin BMT tərəfindən tanınmayan, ərazisinin çox hissəsi Mərakeşin faktiki idarəsi altında olan, Qərbi Səhrada yerləşən – Səhravi Ərəb Demokratik Respublikası. 1 dövlət – BMT üzvü olan 43 dövlət və Çin Respublikası tərəfindən tanınan – Kosovo Respublikası. 1 dövlət – BMT üzvü olan 6 dövlət tərəfindən tanınan – Abxaziya. 1 dövlət – BMT üzvü olan 5 dövlət tərəfindən tanınan – Cənubi Osetiya. 1 dövlət – diplomatik olaraq Türkiyədən başqa BMT üzvü olan heç bir dövlət tərəfindən tanınmayan – Şimali Kipr Türk Respublikası. 2 dövlət – faktiki müstəqil, lakin BMT üzvü olan heç bir dövlət tərəfindən tanınmayan:Prednestroviya və Somalilend. 38 məskunlaşdırılmış asılı ərazi: 3 xarici ərazi – Avstraliyanın xarici əraziləri: Milad adası, Kokos adaları və Norfolk adası. 2 xarici ölkə – Danimarka Birləşmiş Krallığında: Farer Adaları və Qrenlandiya adası.
Linqvistlərin siyahısı
Linqvistlərin siyahısı — dili elmi şəkildə öyrənən mütəxəssislərdir. Onlar dilin quruluşunu, funksiyasını, mənşəyini, inkişafını və cəmiyyətdəki rolunu araşdırırlar. Linqvistlər dilin müxtəlif səviyyələrini – fonetika (səslər), morfologiya (sözlərin forması), sintaksis (cümlə quruluşu), semantika (məna), pragmatika (kontekstdə məna), sosiolinqvistika (cəmiyyət və dil) kimi sahələri tədqiq edirlər. Linqvistlər həm nəzəri, həm də tətbiqi sahələrdə işləyə bilərlər. Nəzəri dilçilər dilin fundamental strukturlarını və qanunauyğunluqlarını öyrənir, tətbiqi dilçilər isə dilin tədrisi, tərcümə, nitq texnologiyaları və dil siyasəti kimi sahələrdə fəaliyyət göstərir. == Əsas linqvistlər və onların töhfələri == Ferdinand de Saussure – Müasir dilçiliyin banisi hesab olunur. O, strukturalizm və işarə nəzəriyyəsi kimi əsas konsepsiyaları irəli sürüb, dili bir sistem olaraq təhlil etməyin əhəmiyyətini vurğulamışdır. Noam Xomskiy – Müasir dilçiliyin ən təsirli fiqurlarından biridir. O, generativ qrammatika nəzəriyyəsi ilə dilin insan beynindəki universal prinsiplər əsasında işlədiyini iddia etdi. Onun nəzəriyyələri dilin təkcə səthi deyil, həm də dərin strukturlarını araşdırmağa imkan verir.