Nadejda Krupskaya
Nadejda Konstantinovna Krupskaya (rus. Надежда Константиновна Крупская; 14 (26) fevral 1869, Sankt-Peterburq, Sankt-Peterburq quberniyası[d], Rusiya imperiyası – 27 fevral 1939[…], Moskva, RSFSR, SSRİ) — Rusiya inqilabçısı, sovet dövlət, ictimai və mədəni xadimi, pedaqoji elmlər doktoru, Leninin həyat yoldaşı.
Krupskaya yoxsulluğa düçar olmuş aristokrat ailəsində anadan olmuşdur. O, yoxsulların həyatını yaxşılaşdırmaq haqqında güclü fikirlər formalaşdırmışdır. Krupskaya marksizmi mənimsəmiş və 1894-cü ildə marksist müzakirə qrupunda Leninlə tanış olmuşdur. Hər ikisi 1896-cı ildə inqilabi fəaliyyətə görə həbs edilmiş və Sibirə sürgün edilmişdir. Onlar 1898-ci ildə evlənmişdilər. İkisi sürgündən sonra Münxendə, sonra isə Londonda məskunlaşmışdılar. 1905-ci il inqilabında iştirak etmək üçün Rusiyaya qayıtmışdılar.