KƏKƏLƏMƏK

f.
1. Danışarkən bəzi səsləri qeyri-iradi təkrar edərək çətinliklə danışmaq.
Qızı elçilər danışdırırlar ki, görsünlər, qız kar deyil, eşidirmi, lal deyil və kəkələmir. R.Əfəndiyev.

// məc. Nə deyəcəyini bilməyib dili çaşmaq, dili söz tutmamaq, qırıq-qırıq danışmaq. Nəsrəddin başlayır kəkələməyə… “M.N.lətif.
” Burada müqəssir kəkələdi və cavab verə bilmədi. H.Nəzərli.

2. bax kəkələnmək.

Синонимы

  • KƏKƏLƏMƏK pəltəkləmək

Этимология

  • KƏKƏLƏMƏK Qarşılığı kimi mənbələrdə söz kövşəmək ifadəsi işlədilib. Kəkələ sözü səpələ qəlibi üzrə gəv (gövşəmək) feilindən düzəlib
KƏKƏLƏMƏ
KƏKƏLƏNMƏ

Значение слова в других словарях