KƏLAM

Allahın varlığı və birliyi, sifətləri, peyğəmbərliyin mahiyyəti, vəhy və möcüzə kimi problemləri öyrənən elm sahəsidir. Kəlamın məqsədi vəhyə istinad edən İslamın əsaslarını insan düşüncəsi ilə uyğunlaşdırıb anlatmaq, din barəsində bütün şübhələri ortadan qaldırmaq, müxaliflərin dəlillərinə cavab verməkdir. Kəlamı İslam fəlsəfəsi də adlandırırlar. Ancaq antik və digər fəlsəfələrdən fərqli olaraq kəlamda düşüncənin dəlilləri vəhyə əsaslandırılır və bu dəlilər ona zidd olmamalıdır. Kəlam alimlərini kəlamçı (mütəkəllim) adlandırırlar. Kəlam elminin formalaşma tarixi İslam alimlərinin Antik Yunan fəlsəfəsi ilə tanış olması ilə bağlıdır. İslam tarixinin ilk dövründə kəlamçılar Allahın varlığı və sifətlərinin dərk olunmasında ortaya çıxan problemləri həll etməyə çalışırdılar. Sonra isə onlar Antik Yunan fəlsəfənin təsiri altında varlıq problemi üzrə öz fikirlərini açıqlamışdırlar. Ancaq, Antik Yunan filosoflardan fərqli olaraq kəlamda yaradılmış varlığın başlanğıcı və sonu vardır. Mütləq varlıq isə əbədi olan Allahdır. Qəzalidən sonra kəlam elmi dini dəlillərə əsaslanan bir elmə çevrilmişdir. İlahiyyatçılar kəlam elmindən insanların dinlə bağlı şübhələrinin ortadan qaldırması və insanların İslamı qəbul etməsi üçün istifadə edirdilər. Burada məntiqi metodlara böyük önəm verilirdi. Orta əsrlər boyu dini ehkamlarla məntiqi dəlilləri barışdırmaq vəzifəsini üzərinə götürən kəlam elmi, bir tərəfdən müsəlmanları düşüncəyə önəm verməyə və onları təqliddən çəkinməyə çalışmışdır. Ancaq, digər tərəfdən bütün bunlar müxtəlif İslam təriqətlərinin yaranmasına da səbəb olmuşdurlar. Bəzən isə kəlamçılar metafizik kateqoriyalardan çıxış edərək aralarında uzun müddət davam edən, səngimək bilməyən sxolastik çəkişmələr aparmışdırlar. Bu da məzhəblər arasında olan ixtilafları daha da qızışdırmışdır. Kəlamçıların ən əsas məqsədi ondan ibarət olmuşdur ki, vəhy ilə insan düşüncəsi arasında tarazlığa nail olaraq onların arasındakı ziddiyyətləri ortadan qaldırsınlar. Digər önəmli vəzifə İslamın inanc prinsiplərini sistemləşdirərək, İslam elmləri arasında əlaqələri daha da möhkəmləndirməkdir. Kəlam elminin yaranma səbəblərindən biri sonuncu Raşidi xəlifələri dövründə müsəlman icmasında baş vermiş daxili çəkişmələr, digər tərəfdən isə İslam dünyasının surətlə genişlənməsi və inkişafı olmuşdur. Xilafət qədim zamanlardan bəri dünya sivilizasiyalarının mərkəzləri olan ərazilərin və orada yaşayan xalqların üzərində öz hakimiyyətini qurduqdan sonra, müsəlmanlar başqa mədəniyyətlərlə qarşılaşmış, onlarla birbaşa əlaqələrə girmişdirlər. Onlarla qarşılaşan müsəlmanlar öz dinlərinin əsaslarını anlatmağa, müxaliflər üzərində üstünlük əldə etmək üçün məntiqi metodlara müraciət edirdilər. Bununla yanaşı, İslamın ilk mənbələrində olmayan yeni məsələlər və reallıqlar ortaya çıxmışdır. Bütün bu yeni yaranan problemlərin həlli üçün İslamın metodları yetərli olmamışdır. Bunun üçün İslamın ümumi prinsiplərinə uyğun olan yeni ideyalar və orijinal metodlar fikirləşmək lazım idi. Xilafətdə daxili müharibələr getdiyinə görə kəlamın ilk problemi hakimiyyət məsələsi ilə bağlı olmuşdur. Sonra isə Allahın varlığı və sifətləri, qəza və qədər, iradə azadlığı, günahkarların vəziyyəti, Quranın məxluq olub-olmaması və başqa məsələlər üzrə fikirlər ortaya çıxmışdır. Bunun da nəticəsində müxtəlif problemlərlə bağlı sünnilər, şiələr, xaricilər, cəbrilər, qədərilər, mürciilər kimi təriqətlər və dini cərəyanlar yaranmışdır. Bütün bu problemlərə cavablar axtaran ilahiyyatçıların səyi nəticəsində müxtəlif kəlam məzhəbləri yaranmışdır. Mütəzililik ilk kəlam məzhəbi olmuşdur. Onu Vəsil ibn Əta (131/748-ci ildə vəfat etmişdir) və Əmir ibn Übeyd (144/761-ci ildə vəfat etmişdir) yaratmışdırlar. Mütəzililər kəlam elminin formalaşması və inkişaf etməsində böyük işlər görmüşdülər. Mütəzililərin bir çox iddialarını tənqid edən İslam alimləri onların metodlarını və bəzi ideyalarını mənimsəmişdirlər. Çünki, o zaman ənənəvi İslamın müddəalarının düşüncə ilə uyğunlaşdırılması, eləcə də onların arasındakı ziddiyyətlərin ortadan qaldırılmasının zərurəti yaranmışdır. Xilafətin genişlənməsi, müxtəlif xalqlar arasında İslamın yayılması, müsəlman cəmiyyətlərinin inkişafı, zamanın irəliləməsi də bu prosesdə mühüm rol oynamışdır. Buna görə də, İslam alimləri mütəzililəri tənqid etsələr də, onların metodlarından faydalanmaq məcburiyyətində qalmışdırlar. Bununla belə, ənənə tərəfdarları kəlam elmini öz təlimlərini əsaslandırmaq üçün istifadə edirdilər. Öncə mütəzili olmuş, sonra isə ənənəçilərin sırasına keçmiş Əbülhəsən Əşəri və əşərilər bu prosesə təkan vermişdirlər. O, İslam dinin əsaslarını əqli dəlillərlə əsaslandırmağa cəhdlər etmiş, onları sistemləşdirərək kəlam elminin metodları ilə bir-çox mübahisəli məsələləri həll etməyə çalışmışdır. Kəlam elminin inkişafı yolunda Əbu Mənsur Maturidi və maturidilər də böyük işlər görmüşdürlər. Əşəri və Matüridi sünni kəlamının əsaslarını qoymuşdular. İbn Teymiyyə və onun davamçıları olan sələfilər isə həm mütəzililəri, həm də əşəri və maturidiləri tənqid etmələrinə baxmayaraq müxtəlif məsələlərin həllində kəlamın metodlarından istifadə etmişdirlər. VIII/XIV əsrdən başlayaraq XIV/XIX əsrə qədər kəlam elmi tənəzzül dövrünü yaşamışdır. Yalnız keçmişdə yaşayan kəlamçıların əsərləri şərh edilmişdir. XIV/XIX əsrdən başlayaraq kəlam elmi üzrə çalışmalarda müəyyən canlanma müşahidə edilməkdədir.
KƏFFARƏ
KƏLAM
OBASTAN VİKİ
Kəlam
Kəlam (ərəbcə: الكلام) — Allah-təalanın zatından və sifətlərindən, başlanğıcı və sonu etibarilə yaradılanların vəziyyətlərindən bəhs edən bir elmdir. Məlum olduğu kimi bu tərifdə ilahiyyat və səmiyyət zikr edilmiş, lakin peyğəmbərlik zikr edilməmişdir. Axirət və ona bənzər məsələlər ancaq peyğəmbərin təbliği ilə bilindiyi üçün, səmiyyat zikr edilincə nübuvvət də buna aid olduğu düşüncəsiylə peyğəmbərlik müəssisəsinə xüsusi olaraq yer verilməmişdir. == Kəlamın tərifi == Mərhum Ömər Nəsuhi Bilmən kəlam elminə çox gözəl və ətraflı bir tərif vermişdir: "Kəlam elmi, Allah Təala həzrətlərinin zat və sifətlərindən, nübüvvət və risalətə aid olan məsələlərdən, başlanğıcı və sonu etibarilə yaradılanların vəziyyətlərindən İslam qanununu əsas tutaraq bəhs edən bir elmdir." Kəlam elminə mövzusuna görə verilən təriflərdə iki xüsusiyyət diqqəti cəlb edir. Bunların birincisi başlanğıcı və sonu etibarilə yaradılanların vəziyyətləri, digəri isə İslam qanunu üzrə olmasıdır. Məlum olduğu kimi fizika, kimya, biologiya və riyaziyyat kimi müsbət elmlər də yaradılanların hallarından bəhs edir. Lakin, bu elmlər insanı ələ alarkən başlanğıcı və sonu etibarilə yaradılanların vəziyyətlərindən bəhs etməz. Yəni "bu hadisələr necə meydana gəlir? Bunları meydana gətirən ilk səbəb nədir? İnsanın yaradılışındakı məqsəd və qayə nədir?
Kəlam-i Sərəncam
Kəlam-i Sərəncam (fars. کلام سرانجام‎, azərb. Mülahizə nitqi‎) və ya sadəcə Sərəncam — Əhl-i Haqqın əsas dini mətni. Bu mətn XV əsrdə Sultan Sahaqın fəlsəfəsi əsasında yazılmışdır. Əhl-i Haqqın pərəstişkarları Kəlam-i Sərəncamın ilah tərəfindən insanlara göndərildiyinə inanır. Orijinal mətn kürd dilinin gorani ləhçəsində yazılmışdır.
Əbul Kəlam Azad
Əbul Kalam Qulam Muhiyuddin Əhməd bin Xeyrəddin Əl-Hüseyni Azad (ing. Abul Kalam Ghulam Muhiyuddin Ahmed bin Khairuddin Al-Hussaini Azad; 11 noyabr 1888, Məkkə, Hicaz vilayəti – 22 fevral 1958[…], Dehli) — Hindistan siyasi xadimi, alim. Milli Azadlıq Hərəkatı liderlərindən biri. Hindistan müsəlman birliyinin ardıcıl tərəfdarı. 1912-ci ildən Hindistan Milli Konqresinin üzvü, 1947-ci ildən maarif naziri olmuşdur. 1912–1914-cü illərdə Britaniya müstəmləkəçiləri əleyhinə təbliğat aparan "Əl-Hilal" qəzetini nəşr etmişdir. Urdu fəlsəfəsinə və ədəbiyyatı tarixinə, Quranın şərhinə dair əsərlərin müəllifidir. Abul Kalam Azad at Encyclopædia Britannica APJ Abdul Kalam Scholarship Arxivləşdirilib 30 aprel 2019 at the Wayback Machine Azad's Careers – Roads taken and roads not taken – Lineages of the Present: Ideology and Politics in Contemporary South Asia By Aijaz Ahmad An Introduction to Abul Kalam Azad & collection of his quotes – Eminent Indian freedom fighters Vol2 Chapter 11 p. 310 By S. K. Sharma Abu'l Kalam Azad, Chapter 44, pp.
Azad Mövləna Əbul Kəlam
Əbul Kalam Qulam Muhiyuddin Əhməd bin Xeyrəddin Əl-Hüseyni Azad (ing. Abul Kalam Ghulam Muhiyuddin Ahmed bin Khairuddin Al-Hussaini Azad; 11 noyabr 1888, Məkkə, Hicaz vilayəti – 22 fevral 1958[…], Dehli) — Hindistan siyasi xadimi, alim. Milli Azadlıq Hərəkatı liderlərindən biri. Hindistan müsəlman birliyinin ardıcıl tərəfdarı. 1912-ci ildən Hindistan Milli Konqresinin üzvü, 1947-ci ildən maarif naziri olmuşdur. 1912–1914-cü illərdə Britaniya müstəmləkəçiləri əleyhinə təbliğat aparan "Əl-Hilal" qəzetini nəşr etmişdir. Urdu fəlsəfəsinə və ədəbiyyatı tarixinə, Quranın şərhinə dair əsərlərin müəllifidir. == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == Abul Kalam Azad at Encyclopædia Britannica APJ Abdul Kalam Scholarship Arxivləşdirilib 30 aprel 2019 at the Wayback Machine Azad's Careers – Roads taken and roads not taken – Lineages of the Present: Ideology and Politics in Contemporary South Asia By Aijaz Ahmad An Introduction to Abul Kalam Azad & collection of his quotes – Eminent Indian freedom fighters Vol2 Chapter 11 p. 310 By S. K. Sharma Abu'l Kalam Azad, Chapter 44, pp.
Rza əleyhissalamın itrət və ümmətin fərqi haqqında kəlamı
Rza əleyhissalamın itrət və ümmətin fərqi haqqında kəlamı (ərəb. كلام الرضا عليه السلام فيالفرق بين الآل والامّة‎) — 8-ci şiə imamı Rzanın səhabələrindən Reyyan ibn Səltin onun haqqında yazdığı kitab. Elmeddin. "Reyyan b. Səlt r.a-ın "Rıza a.s-ın itrət və ümmətin fərqi haqqındaki kəlamı" kitabı" ( (ərəb.) və (az.)). 313news.net/forum. 2014-02-04. 2015-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-01.
Rza əleyhissalamın itrət və ümmətin fərqi haqqında kəlamı (kitab)
Rza əleyhissalamın itrət və ümmətin fərqi haqqında kəlamı (ərəb. كلام الرضا عليه السلام فيالفرق بين الآل والامّة‎) — 8-ci şiə imamı Rzanın səhabələrindən Reyyan ibn Səltin onun haqqında yazdığı kitab. Elmeddin. "Reyyan b. Səlt r.a-ın "Rıza a.s-ın itrət və ümmətin fərqi haqqındaki kəlamı" kitabı" ( (ərəb.) və (az.)). 313news.net/forum. 2014-02-04. 2015-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-01.

Digər lüğətlərdə