kənizlik
kəpəkli
OBASTAN VİKİ
Kəpək
Kәpәk — dәrinin әn kәnar üzündәn tökülәn hüceyrәlәrdәn yaranır. Adәtәn tüklәrin olduğu yerdәn tökülür. Kəpək başın tüklü hissəsində laylı yağlı və ya kiçik quru ağımtıl-sarımtıl rəngli pulcuqların əmələ gəlməsidir. Başın qaşınması ilə müşayiət olunur; saçlar cansız, quru , tez qırılan, yağlı və ya parlaq olur. Seboreya, psoriaz, dərinin göbələk xəstəlikləri , sinir gərginliyi, A və ya B qrup vitaminlərinin defisiti, saçlara qeyri-düzgün qulluq nəticəsi , mədə-bağırsaq traktının fəaliyyətinin pozulmasının təzahürü ola bilər. Kəpək saç tökülməsinin geniş yayılmış səbəbidir; o, nəzərə çarpan kosmetik problem yaradır. == Yaranma səbəbləri == Kəpəyin əsas yaranma səbəbi Malassezia Furfur göbələklərinin həddən artıq inkişafı nəticəsində baş dərisinin vəziyyətinin dəyişməsidir . Bu göbələk baş dərisində yaşayan fakultativ mikrofloraya aiddir və normal şəraitdə onun həyat fəaliyyəti simptomsuz gedir. Stress, piy vəzilərinin fəaliyyətinin pozulması, qidalanmanın pozulması; hamiləlik, cinsi yetişkənlik dövrü , menopauza kimi hormonal dəyişikliklər M. furfur — un aktivləşməsini təşviq edə bilər. Kəpək çox tez — tez saçlara düzgün qulluq olunmadıqda meydana çıxır.

Digər lüğətlərdə

вот так да́ допи́ска за́болонь запеленгова́ть зау́мничать льносырьё мочи́ть во́лей-нево́лей набало́ванный перепла́та порожняко́вый прики́дка ра́вный ремантади́н совершенноле́тие басмач жасмин Chengde planchette trothplight undermost Walhalla water ratio вкалывать курортник