Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ovraq (Miyanə)
Ovraq (fars. اورق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 39 nəfər yaşayır (20 ailə).
Dovdaq
Dovdaq (lat. Otis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin dovdaqkimilər dəstəsinin dovdaqlar fəsiləsinə aid heyvan cinsi. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Bel tərəfi kürən, üzərində naxışlar var. Qarın tərəfi çirkli-ağımtıldır. Qanadları əsasən ağ, ucu isə qaradır. Quyruğunun ucunda qara və ağ xallar köndələn zolaq əmələ gətirir. Erkəyinin "bığları" var. == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda XX əsrin ortalarına qədər Acınohur bozqırlarında, Kür-Araz və Lənkəran ovalığında, Böyük Qafqazın dağətəyi ərazilərində qışlamış, həm də Kür-Araz ovalığında (Şirvan və Muğan düzləri) yuvalamışdır.
Kovaq
Orxan
Orxan — kişi adı. Orxan Cabbarov — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.Orxan Əkbərov — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.Orxan Qazi — Osmanlı İmperiyasının ikinci sultanı. Osmanlı İmperiyasının qurucusu I Osmanın və Malxun Xatunun oğlu. Orxan Məmmədov — Azərbaycan iqtisadçısı, KOBİA-nın İdarə Heyətinin sədri. Orxan Sultanov — Azərbaycanın Xarici Kəşfiyyat Xidmətinin rəisi.
Otlaq
Otlaq – bitki örtüyü; heyvanların otarılması üçün istifadə edilən sahə. Otlaq təbii və süni (əkilmiş, səpilmiş) olur. Təbii otlaqlarda bitki örtüyü çoxillik çəmən-bozqır, yarımsəhra otlarından, efemerlərdən və yarımkol və kollardan ibarət olur. Süni Otlaqda isə bitki örtüyü çoxillik və birillik taxıl otlarının və paxlalı bitkilərin qarışıq səpini əsasında yaradılır. Azərbaycanda təbii biçənək və otlaqlar əsasən Qobustanda, Ceyrançöldə, Acınohurda, Şirvan, Mil, Qarabağ, Salyan düzlərində yerləşərək təbii otlaqların 67%-ni, dağlarda isə Böyük və Kiçik Qafqazda, Talışda orta dağlıq, subalp] və alp zonalarını əhatə edərək təbii otlaqların 33%-ni təşkil edir. == Otlaq dövriyyəsi == Otlaq ərazilərinin ardıcıl istifadə olunan sahələrə bölünməsi, ilbəil otarma mövsümlərinin, bəzən istirahətə qoyulma müddətinin və fitomeliorasiya dövrlərinin dəyişdirilməsi ilə ondan səmərəli istifadə sistemi. Üç-dörd və beşillik dövriyyə tətbiq oluna bilər. == Otlaq eroziyası == Otarma normasına riayət etmədən intensiv otarma nəticəsində torpağın dağılması. == Otlaq qrupları == Adətən bir formasiya daxilində bir-birinə yaxın (oxşar) otlaq tiplərini birləşdirir. == Otlaq resursları == Ev və vəhşi heyvanların otlaması məqsədilə istifadə olunan bitki örtüyü sahələri.
Ovdan
Ovdan — suyu yığıb saxlamaq üçün üstü tikili yeraltı hovuz, nohur. == Məzmun == Ovdanlar əsasən yeraltı torpaq sularından qidalanırlar. Ovdana giriş əsasən küləyin əks tərəfindən qoyulur. Ovdan 2 hissədən ibarət olur. Yeraltı və yerüstü hissələrdən. Yeraltı giriş pilləkənlər vasitəsilə olur. Əgər ovdan yağış suyu yığılması üçündürsə, pilləkənlərin axırındakı hovuzlar quyularla əvəz edilir. Ovdanlar əsasən yol ayrıcında, karvan yolunun yaxınlığında tikilərmiş. Ovdanların yanında yolçuların istirahəti üçün ağac əkilərmiş. Ovdanlar həmçinin yolçuların susuzluğunu aradan qaldırmaq üçün də nəzərdə tutulurmuş.
Oynaq
Oynaq - Skelet sistemini meydana gətirən sümüklər arasında əlaqəni təmin edən birləşmə yerinə oynaq deyilir. Qısaca oynaq, sümüklərin bir-birlərinə bağlandıqları yerlərə deyilir. Oynaqlarımız, sümüklərimizi bir-birinə bağlayaraq hərəkət etməmizə imkan verər. Barmaqlarımızda oynaqlarımız olmasaydı, hər hansı bir obyekti tuta bilməzdik. Qıçlarımızdakı oynaqlarımız olmasaydı, oturub qalxa bilməzdik, gedib qaça bilməzdik. Onurğamızı və sinə qəfəsimizi meydana gətirən sümüklər arasında da oynaqlar vardır. Lakin bu oynaqlar, əl və ayaqlarımızdakı qədər hərəkətli deyil. Bu bölgələrdəki oynaqların hərəkətləri məhduddur. Bunun yanında kəlləmizdə olan oynaqlar, heç hərəkət etməzlər.
Oğlaq
Oğlaq bürcü (lat. Capricorn) — 22 dekabrdan 20 yanvaradək. Astroloqlar hesab edirlər ki, Oğlaq bürcü altında doğulmuş insanlar etibarlı, əməksevər, dərrakəli, ciddi və məsuliyyətlidirlər. Rəmzləri: keçi, oğlaq, nərdivan, qüllə saatları. Rəngləri: tünd-yaşıl, qara, küi-boz, mavi, açıq sarı, tünd qəhvəyi və bütün tutqun tonlar. Daşları: yaqut, oniks, qranit, aydaşı, lazurit. Metalları: qurğuşun. Çiçəkləri: ağ qərənfil, qara lalə, sarmaşıq. Anatomik emfazası: öd kisəsi, dəri xəstəlikləri, sümük skeleti, qaraciyər, mədə. Tilsimləri: qara pişik, şeytan.
Qovaq
Qovaq (lat. Populus L.) — Söyüd fəsiləsindən bitki cinsi. === Yalançı ağqovaq — P.pseudonivea === Boyu 35 m. diametri 80 sm olan genişçətirli iri ağacdır. Uzanmış zoğlarının yarpağı hibrid qovağının yarpağına oxşayır. Qısa zoğlarının yarpaqları alt tərəfdən ağ və ya bozumtul-ağ rəngdə olub, sıx keçətükcüklüdür, üstdən seyrək tükcüklüdür, yumurtavari rombəşkillidir, kənarı dilimli və dişlidir, ucdan sivriləşmişdir. Dişicik sırğalarının oxu tükcüklüdür. Mart-aprel aylarında çiçəkləyir. Toxumu may-iyun aylarında yetişir. Qafqazda yayılıb.
Ocaq
Ocaq ya da Soba, cihazın içərisində və ya üstündə istilik yaratmaq üçün yanacaq yandıran və ya elektrikdən istifadə edən bir cihazdır.
Oraq
Oraq — kənd təsərrüfatı aləti. Taxıl, qismən də ot biçinində istifadə edilir. Kiçik polad tiyədən və ağac sapdan ibarətdir. Dişsiz olması ilə çindən fərqlənir. Tiyənin arxa tərəfi ağac sapa geydirilir. Neolit dövründə yaranmışdır İlk dəfə Ön Asiyada tapılmışdır. Oraq gövdəsi ağac, sümük və gildən olurdu, sonralar isə tunc, dəmir və poladdan da hazırlanırdı. Arxeoloji qazıntılar zamanı Azərbaycanda tapılmış qədim oraqlarla XX əsrdə istifadə olunan oraqlar arasında oxşarlıq var. Oraq "urak" adı ilə bir sıra türkdilli xalqlar arasında da yayılmışdır. Həyətyanı təsərrüfatda işlədilir.
Otaq
Otaq — Evin və yaxud hər hansısa bir tikilinin daxilində yerləşən məkanlar. Otaqlar dincəlmək, işləmək, yatmaq və digər məqsədlər üçün istifadə edilməkdədir. Yaşayış binalarında yerləşən evlərdə adətən qonaq otağı, yataq otağı, uşaq otağı və hamam otağı olmaqla müxtəlif təyinatlı otaqlar olur.
Ağ qovaq
Ağ qovaq — Təbii halda Şimali Afrika, Avropa, Asiyada, mədəni halda Avropa, Asiya, Şimali Amerikada rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 30–35 m, gövdəsinin diametri 2 m-dək olan, çadırvari, enli çətirli, kök boğazından budaqlanan ağacdır. Tez böyüyür, 30–40 yaşında 20–25 m hündürlüyə çatır, gövdəsinin diametri 0,5 m-dək olur. İri budaqlarda gövdənin qabığı boz-yaşıl, hamar; cavan zoğlarda ağ keçəli; yaşlılarda qabığı dərin yarıqlı, tünd boz və ya qaradır. Tumurcuqları xırda, uzunluğu 0,5 sm-dək, parlaq, yapışqanlı deyildir. Yarpaqları möhkəm, üstü tünd yaşıl, parlaq, gümüşü, yumurtavari yumru və ya üçkünc, alt tərəfi tükcüklü, ağ keçəvaridir. Yarpaqları uzun zoğlarda 3–5 barmaqvari-ələkvari, uzunluğu 4–12 sm, eni 2,5–10 sm-dir. Qısa zoğlarda yerləşən yarpaqlar yumru barmaqvari və ya 3–5 künclüdür. Saplaqları silindrik, tükcüklü, çox vaxt 2–3 dəfə yarpaq ayasından qısadır. Payızda yarpaqların əksər hissəsi yaşıl halda, az hissəsi limonlu-sarı rəngə boyanaraq tökülür.
Ağyarpaq qovaq
Ağcaqovaq — (lat. Populus alba L.) — Söyüdkimilər fəsiləsinin qovaq cinsinə adi bitki növü. == Təbii yayılması == Qafqazda geniş yayılıb, ilk dəfə Qızılyardan təsvir edilib. == Botaniki təsviri == Əlverişli bitmə şəraitində boyu 35 m-ə, gövdəsinin diametri 3 m-ə çatan böyük ağacdır. Ağyarpaq qovaq ağ qovaqla titrəkyarpaq qovaqın hibrididir. Ağyarpaq qovaq enli çətirli, qollu-budaqlı ağac olmaqla Kürqırağı meşələrdə edifikator mövqe tutur. Budaqlarının qabığı ağ və ya bozumtul ağ rəngli, hamardır. Yaşlı gövdəsinin qabığı qeyri-bərabər çatlıdır. Təzə zoğları ağ keçə tükcüklüdür və sonralar tükcükləri tökülür. Qısalmış zoğlarının yarpaqları enli yumurtavari, dəyirmi və üçbucağa oxşar yumurtavaridir.
Beta Oğlaq
Beta Capricorni, β Capricorni qısaldılmış formada Beta Cap, β Cap — Capricornus bürcündə bir çox ulduz sistemi və günəşdən 328 işıq ili təşkil edir. Sistem beş ulduzdan ibarətdir. Dürbün və ya kiçik bir teleskopla, Beta Capricorni ikili cüt halına gətirilə bilər. İki dənəsinin parlaqlığı Beta¹ Capricorni və ya Beta Capricorni A; dimmer, Beta² Capricorni və ya Beta Capricorni B. Hər ikisi də özləri çoxlu ulduzlardan ibarətdir. Beta¹ Capricorni üç komponentə malikdir; Beta Capricorni Aa (həmçinin Dabih [4] adı verilmiş) və ikili cüt, Beta Capricorni Ab (iki komponent Beta Capricorni Ab1 və Ab2 olaraq təyin olunur) adlı bir ulduzdur. Beta² Capricorni də Beta Capricorni Ba və Bb komponentləri olan ikili cütdür. Digər yaxın ulduzları John Herschel tərəfindən aşkar edilmişdir. Bəzən Beta Capricorni D və E kimi adlandırılanlar, sadəcə optik cütlərin və ya Beta Capricorni sisteminin bir hissəsinin olub-olmadığı aydın deyil. == Xüsusiyyətləri == Beta¹ Capricorni, dimensional Beta² Capricorni'nin +6.09-da görünən bir qüvvətə malik olduğu halda, iki hissənin daha parlaqdır. İki komponent göydə 3.5 arcminut ilə ayrılaraq, onları ən azı 21 min AU (0.34 işıq ili) ayırır.
Deltaşəkilli qovaq
Kаnаdа qоvаğı — (lat.
Dəfnəyarpaq qovaq
== Ümumi yayılması == Növün arealı Qərbi və Şərqi Sibiri, Qazaxıstanı, Monqoliyanı, Çinin şimal rayonlarını əhatə edir. Mədəni şəraitdə Rusiyada yayılmışdır. == Botaniki təsviri == Hündürülüyü 10-20 (25) m, çadırvari çətirli ağacdır. Zoğları və cavan budaqları sarı və ya sarımtıl-qonur, üç uzunsov qanadvari buğumludur. Yaşlı ağaclarda gövdənin aşağı hissəsində dərin yarıqlı, tünd bozdur; yaşlı budaqlarda yaşılımtıl-qonur, hamardır. Tumurcuqları uzunsov-yumurtavari, iti, uzunluğu 1-2 sm, yapışqanlıdır. Yarpaqları bünövrəsində yumru, ucunda biz, kənarları xırda dişli, zoğlarda yarpaq ayası ensiz, lansetvari; budaqlarda-yumurtavari və ya uzunsov, uzunluğu 6-15 sm, eni 2-7 sm-dir. Saplaqların uzunluğu 6 sm-dir, silindrik, üstü çıxıntılıdır. Yalançı zoğları tez tökülən, yumurtavari-lansetvari, bizdir. Sırğaları sıx deyil; çiçək altlıqları kəsikli, çılpaq, yumurtavari və ya yumru, uzunluğu 3–5 mm-dir.
I Orxan
I Orxan, Orxan Bəy və ya Orxan Qazi (osm. اورخان بك, türk. Orhan Gazi, I Orhan, Orhan Bey; 6 fevral 1281, Söğüt, Biləcik ili – mart 1362, Bursa) — Osmanlı İmperiyasının ikinci sultanı. Osmanlı İmperiyasının qurucusu I Osmanın oğlu. I Osmanın vəfat etməsindən sonra Orxan 1326-cı ildə bəyliyə sahib olmuşdur. I Orxan hakimiyyətə gələn zaman dövlətin əraziləri 16.000 km² təşkil edirdi. I Orxan hakimiyyəti ərzində imperiyanın ərazilərini 95.000 km² qədər genişləndirə bilmişdi. == Bəy olmadan öncəki həyatı və bəy olmağı == Doğum tarixi 1281-ci il olaraq göstərilsə də, bu tarixi 1274, 1279, 1287 olaraq da göstərən mənbələr də mövcuddur. Osmanoğullarının ən uzunömürlüsü hesab olunan Orxan bəyin uşaqlığı və gəncliyi haqqında məlumat yoxdur. Necə boya başa çatdığı, necə təhsil aldığı, hətta təhsilli olub-olmaması bilinmir.
Mahmud Orxan
DJ Mahmut Orhan (11 yanvar 1993, Bursa) — Türkiyə DJ və prodüseri.
Məmməd Kovxa
Məhəmməd Mahmud oğlu Kovxa(Mahmudov) (1859 – 1933) xalq arasında Məmməd Kovxa kimi məşhur olmuşdur - Qazaxın general-qubernatoru (1918-1919). == Faəliyyəti == 1859-cu ildə Qazax qəzasının Daş salahlı kəndində anadan olub. M.Kovxa öz xeyirxah əməlləri ilə hələ general - qubernator vəzifəsinə təyin edilməmişdən əvvəl el-oba arasında böyük hörmət qazanmışdı . M.Kovxa hələ 1914-cü ildə Avey dağından camaata bulaq çəkdirmişdi. M.Kovxa 1914-1920-ci illərdə erməni-daşnak dəstələrinə zərbə vuranlardan biri idi. == AXC dövründə fəaliyyəti == Azərbaycan Cümhuriyyəti dövründə türklərin köməyə gəlişi zaman (1918-ci ilin iyununda) Qazaxın general-qubernatoru olmuşdu. Nuru Paşanın polkovnik rütbəsi ilə təltif etdiyi Məmməd Kovxa 800 atlı dəstəsi ilə Bakının işğaldan azad olunmasında iştirak edib. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə general-qubernator vəzifəsinə təyin edilmişdi. General-quberator işlədiyi dövrdə (1919-cu ilin oktyabrı-nadək) Qazaxda ciddi qayda-qanun yaratmışdır. Aprel işğalından sonra Məmməd Kovxa da repressiya qurbanlarından biri olan şəxsiyyətlərimizdən, milli istiqlal fədailərimizdəndir.
Nazik qovaq
== Ümumi yayılması == Qafqazda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 30 m-dək olan düz, piramidal formalı ağacdır. Gövdə və budaqların qabığı ağdır, hətta qocaldıqda azca kobudlaşır. Çətiri torpaq səthindən başlayır. Budaqları çox nazik, düz, gövdəyə çox yapışıqdır. Qısa zoğların yarpaqları rombvari, uzanmışdır. == Ekologiyası == Rütubətli, çimli, qumsal, gillicə torpaqlarda yaxşı bitir. Günəşə, istiyə, soyuğa davamlıdır. == Azərbaycanda yayılması == Böyük və Kiçik Qafqaz, Kür-Araz ovalığı Talış və Naxçıvan MR-da təbii halda rast gəlinir. == İstifadəsi == Dekorativ görünüşə malikdir.
Orxan Sultanov
Orxan Sedyar oğlu Sultanov (1977, Bakı) — general-polkovnik, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi (2015-ci ildən). == Həyatı == Orxan Sultanov 1977-ci ildə Bakı şəhərində anadan olub. 2007–2011-ci illərdə Azərbaycanın Birləşmiş Krallıqdakı səfirliyində humanitar məsələlər üzrə I Katibi vəzifəsində çalışıb. Ardınca bir müddət Xarici İşlər Nazirliyində işlədikdən sonra isə MTN-in Xarici Kəşfiyyat İdarəsinə qəbul olub. == Fəaliyyəti == Orxan Sultanov Azərbaycan Prezidenti İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli 1622 nömrəli Sərəncamına əsasən Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdir.Orxan Sultanova Azərbaycan Prezidenti İlham Əliyevin 17 mart 2016-cı il tarixli 1912 nömrəli Sərəncamına əsasən "general-mayor" ali hərbi rütbəsi verilmişdir.General-mayor Orxan Sultanova Azərbaycan Prezidenti İlham Əliyevin 27 mart 2019-cu il tarixli 1058 nömrəli Sərəncamına əsasən "general-leytenant" ali hərbi rütbəsi verilmişdir.General-leytenant Orxan Sultanova Azərbaycan Prezidenti İlham Əliyevin 7 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "general-polkovnik" ali hərbi rütbəsi verilmişdir. == Təltif və mükafatları == General-mayor Orxan Sultanov Azərbaycan Prezidenti İlham Əliyevin 26 mart 2018-ci il tarixli 3828 nömrəli Sərəncamına əsasən 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir. Orxan Sultanov Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Zəfər" ordeni ilə təltif edilmişdir.
Orxan Süleymanov
Orxan Oruc oğlu Süleymanov (10 iyun 1990, Saloğlu, Ağstafa rayonu – 2020, Mandılı, Füzuli rayonu) – Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Orxan Süleymanov 1990-cı il iyunun 10-da Ağstafa rayonunun Saloğlu qəsəbəsində anadan olub. 1996–2007-ci illərdə A. Namazov adına Saloğlu qəsəbə tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Hərbçi ailəsində böyüyən Orxan Süleymanov 2008–2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2011-ci ilin oktyabr ayından 2012-ci ilin aprel ayına qədər Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzində gizirlik kursu keçib. Hərbi fəaliyətə Beyləqan rayonunda başlayıb. 2017-ci ildə Qusar rayonunda "N" saylı hərbi hissədə taqım komandirinin müavini vəzifəsini icra edib. Daha sonra Beyləqan rayonunda xidmətini davam etdirib.
Orxan Səfərov
Orxan Səfərov (d. 11 avqust 1991) — Azərbaycanlı cüdoçu. Orxan Səfərov 2013-cü ildə Rio-de-Janeyro şəhərində Dünya Çempionatında bürünc, 2015 və 2016-cı ildə Avropa Çempionatlarında isə gümüş medal qazanıb. Orxan Səfərov 2015-ci ildə Bakı şəhərində baş tutan I Avropa Oyunlarında gümüş medal qazanıb. O, həmçinin Azərbaycanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Orxan Səfərov 29 iyun 2015-ci ildə 2015 Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib. == Həyatı == Orxan Səfərov 11 avqust 1991-ci ildə anadan olub. Orxan Səfərov cüdo idman növündə ilk uğurlarını 2009-cu ildə qazandı. O, gənclər arasında Azərbaycan Çempionatında gümüş medal qazandı. Ümumi olaraq Orxan Səfərov cüdo karyerası ərzində World Masters və Qran-Pri yarışlarında 4 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb.
Orxan Teymurlu
Orxan Şaiq oğlu Teymurlu (27 iyul 1996; Gədəbəy rayonu, Azərbaycan — 8 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Orxan Teymurlu 1996-cı il iyulun 27-də Gədəbəy rayonunun Şınıx kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Orxan Teymurlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Orxan Teymurlu oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Teymurlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Müzəffər Özdağ
Müzəffər Özdağ (15 aprel 1933, Pınarbaşı, Kayseri ili – 6 fevral 2002, Ankara) — əslən Dağıstan qumuqlarından olan türkiyəli siyasətçi və hərbçi. == Həyatı == Hərb Məktəbini, Hərb Akademiyasını və Ankara Universitetinin hüquq fakültəsini bitirmişdir. 27 may 1960-cı il hərbi çevrilişində zabit olaraq iştirak etmişdir. 13 noyabr 1960-cı ildə Milli Birlik Komitəsinin parçalanmasından sonra 14-lərdən biri olaraq Tokioya sürgünə göndərildi. Respublikaçı Kəndli Partiyasından siyasətə qatılmış və TBMM XIII çağırış Afyon millət vəkili seçilmişdir. 1971-ci ildən sonra siyasətdən ayrılmışdır.2002-ci ilin 6 fevralında Ankarada vəfat etmişdir. Məşhur türk siyasətçisi və millətçisi Ümid Özdağın atasıdır.