lüks
lüksemburqlular
OBASTAN VİKİ
Lüksemburqlu Mariya (Fransa kraliçası)
Lüksemburqlu Mariya (fr. Marie de Luxembourg; 1305 – 26 mart 1324, İsudön) — Fransa kralı IV Çarlzın ikinci xanımı, Fransa və Navarra kraliçası.Atası Müqəddəs Roma imperatoru VII Henri, anası isə Brabantlı Marqaritadır. 1308-ci ildə Bavariya hersoqu I Rudolfun oğlu Lüdoviklə nişanlansa da, 1311-ci ildə varisin vəfatı səbəbilə bu nişan pozuldu. 21 sentyabr 1322-ci ildə Fransa kralı IV Çarlzla evləndirildi. Cütlüyün bu evlilikdən 2 övladı dünyaya gəlsə də, bu uşaqlar bir yaşlarında vəfat etdilər. 15 may 1323-cü ildə keçirilən tacqoyma mərasimiylə Fransa kraliçası elan edildi. 1324-cü ilin martında cütlük papanı ziyarət etmək məqsədilə Avinyona səyahət etdilər. Bu səyahət əsnasında hamilə olan Mariya, atdan yıxıldı və övladını itirdi. Ardından xəstələnən Mariya qısa zaman sonra 26 mart 1324-cü ildə vəfat etdi. == Mənbə == Jean-Marc Cazilhac: Jeanne d'Evreux, Blanche de Navarre : Deux reines de France, deux douairières durant la Guerre de Cent ans, Editions L'Harmattan, 2010, 178 p., p.