lənətüllah
ləngər
OBASTAN VİKİ
Teymur Ləng
Teymur (çağatay. تیمور; 9 aprel 1336[…] və ya 1336, Şəhrisəbz, Cığatay xanlığı – 19 fevral 1405, Otrar, Teymurilər dövləti) — türk sərkərdə, Mərkəzi, Qərbi və Şərqi Asiyanın, habelə Qafqazın, Rusun və Volqaətrafı bölgələrin tarixində böyük rol oynamış şəxsiyyət, Teymurilər dövlətinin banisi. 1370-ci ildə Əmir titulu almış Teymurun adı Azərbaycan dilində olan tarixi ədəbiyyatlarda daha çox Əmir Teymur kimi qeyd olunur. Ərəb ad qoymasına əsasən Teymurun tam adı Teymur ibn Tarağay Barlas (Tīmūr ibn Taraġay Barlas — Barlaslı Tarağayın oğlu Teymur) olub. Çağatay və monqol dilində Temür və ya Temir sözləri "dəmir" mənasını verir. Orta əsr rus mənbələrində Teymurun adı "Topal Teymur" kimi də qeyd olunub. Çingizlilər sülaləsindən olmadığı üçün Teymur formal olaraq böyük xan titulu daşıya bilməzdi. Elə buna görə də o, özünə əmir (tayfa başçısı) titulunu götürür. 1370-ci ildə Çingizlilər sülaləsi ilə qohumlaşan Teymur özünə Gürkan (fars. Timūr Gurkānī, تيموﺭ گوركانی‎) titulunu götürür.
Ləngan
Ləngan (Masallı) — Azərbaycan Respublikasının Masallı rayonunun Təklə inzibati ərazi vahidində kənd. ‎Təzəkənd-i Ləngan (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Ləngan (Masallı)
Ləngan — Azərbaycan Respublikasının Masallı rayonunun Təklə inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 525 nəfərdir. == Toponimiyası == Biləsuvar çayının sahilində, Lənkəran ovalığında yerləşən bu kəndin əsasını XIX əsrdə Lənkəran qəzasında yaşayan Sığıncağ, Mollahəsənli, Xoşçobanlı və Ləngan tirələrinə ayrılan təklələrin Ləngan tirəsinə mənsub ailələr qoyduğu üçün kənd onların adı ilə adlandırılmışdır.
Ləngi
Langi—Azərbaycan Respublikasının Qusar rayonunun Aşağı Legor inzibati ərazi vahidində kənddir. Düzənlikdə yerləşir. Yaşayış məntəqəsi salındığı ərazinin adını daşıyır. Tədqiqatçıların ehtimalına görə, oykonim İran dillərindəki ləng sözündən olub “müvəqqəti dayanacaq” mənasındadır. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Ləngi oyk., sadə. Qusar r-nunun Aşağı Legor i.ə.v.-də qəsəbə. Düzənlikdədir. Yaşayış məntəqəsi salındığı ərazinin adını daşıyır. Tədqiqatçılann ehtimalına görə, oykonim İran dillərindəki ləng sözündən olub “müvəq¬qəti dayanacaq” mənasındadır.
Ləngrud şəhristanı
Ləngərud şəhristanı və ya Ləngərud bölgəsi — İran İslam Respublikasının Gilan ostanının şəhristanlarından biridir.
Ləngəbiz
Ləngəbiz (Ağsu)
Ləngəbiz (Ağsu)
Ləngəbiz — Azərbaycan Respublikasının Ağsu rayonunun Ləngəbiz kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Ağsu rayonunun Ləngəbiz kəndi Qəşəd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Ləngəbiz kənd inzibati ərazi vahidi yaradılmışdır. == Tarixi == Ləngəbiz oykoniminə Şirvan ərazisində həm də oronim (dağ adı) kimi rast gəlinir. Ləngəbiz kəndi XIX əsrin əvvəllərində Şirvan əyalətinin Qoşun mahalına daxil olmuşdur. 1824-cü il sənədlərində Ləngəbiz kəndinin 30 ailəlik nüfuza malik olduğu qeyd edilir. Ləngəbiz oykonimi bəzi mənbələrdə Lanqobaz kimi yazılır. == Əhalisi == 1886-cı ildə Cənubi Qafqaz əhalisinin göstəricilərinin qeyd olunduğu statistik məlumatlarda kənd əhalisinin sayı, etnik tərkibi və konfessionl tərkibi haqqında da məlumatlar yer alıb. Bu məlumatlara əsasən Vakı quberniyasının, Şamaxı qəzasının, Ləngəbiz Qəbristan sahəsində ümumilikdə 86 ev və 600 ( 333 kişi və 267 qadın) sakin qeydə alınmışdır. Kənd əhalisi sünni məzhəbində olan türklərdən ibarətdir. Onlardan 15 nəfəri bəy, 12 nəfəri ruhani, 573 nəfəri isə kəndlilərdir.
Ləngəbiz (Meşkinşəhr)
Ləngəbiz (fars. لنگه بيز‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 102 nəfər yaşayır (21 ailə).
Ləngəbiz bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ləngəbiz dağı
Ləngəbiz dağı — Böyük Qafqaz sıra dağlarının cənub hissəsində yerləşən kiçik dağ silsiləsi. Şamaxı və əsasən də Ağsu rayonu ərazisində yerləşir. Ən hündür zirvəsi 929 m. hündürlüyündə olan, Ağsu rayonu ərazisində yerləşən Səndələn dağıdır.
Ləngərud
Ləngərud — İranın Gilan ostanında yerləşən şəhər..Ləngərud şəhərinin əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Ləngərud şəhristanı
Ləngərud şəhristanı və ya Ləngərud bölgəsi — İran İslam Respublikasının Gilan ostanının şəhristanlarından biridir.
Təzəkənd-i Ləngan (Germi)
Təzəkənd-i Ləngan (fars. تازه كندلنگان‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 30 nəfər yaşayır (7 ailə).

Digər lüğətlərdə