LANDŞAFTIN REKREASİYA TUTUMU

təbii mühiti deqradasiyaya uğratmamaqla ərazinin müəyyən miqdarda istirahət edənləri psixofizioloji komfortla və idman-sağlamlıq fəaliyyəti ilə təmin etmək qabiliyyəti. Bu vahid sahədə (və ya rekreasiya obyektində) müəyyən vaxt ərzində istirahət edən əhalinin sayı ilə ifadə olunur. Rekreasiya yükü qiymətləndirildikdə yalnız təbii komplekslərin və rekreasiya obyektlərinin davamlığına (dözümlüyü), L.r.t.-nu qiymətləndirdikdə isə həmçinin komfort dərəcəsinə diqqət vermək lazımdır.
LANDŞAFTIN REJİMİ
LANDŞAFTIN REKULTİVASİYASI
OBASTAN VİKİ
Rekreasiya
Rekreasiya (polyakca – recreacya – istirahət. Lat. recreatio – istirahət) – Təbiətin qoynunda istiharət etmək və ya turist gəzintiləri yolu ilə sağlamlığın və əmək qabiliyyətinin bərpa olunması. İstirahət edənlər və turistlər tərəfindən torpağın həddindən çox tapdanması (bərkiməsi), bitkilərin və xırda heyvanların məhv edilməsi nəticəsində ekosistemin tərkibinin, strukturunun və fəaliyyətinin antropogen diqressiyası (pisləşməsi). Bitkinin rekreasiya dəyişməsi retroqres tipli suksessiya variantıdır. Rekreasiya təsirinin intensivliyi rekreasiya yükü kimi qiymətləndirilir. Əhalinin istirahəti üçün təbii komplekslərin (əsasən meşə biosenozları) intensiv istifadəsi nəticəsində dəyişməsi. Meşə biosenozuna əsas rekreasiya təsirləri bunlardır: mexaniki (tapdanma, budaqların kəsilməsi, odun hazırlanması, tonqal qalanması, heyvanların qorxudulması və s.), meşədən göbələk, giləmeyvə, çiçək və s. yığılması. Meşəyə daim təsir nəticəsində (bitkinin tapdanması və torpağın bərkiməsi) baş verir.
Rekreasiya ehtiyatları
Rekreasiya ehtiyatları— Rekreasiya ehtiyatlarına (istirahət) rekreasiya və turizmin təşkili üçün istifadə edilə bilən,nadir tarixi və bədii dəyərə malik olan, estetik cazibədarlığı və müalicə-sağlamlıq əhəmiyyətinə malik olan təbii və antropogen obyektlər daxildir.Rekreasiya ehtiyatları dörd əsas qrupa ayrılır.Onlardan birincisi olan rekreasiya-müalicə ehtiyatlarına müalicə əhəmiyyətli mineral sular aiddir. İkinci qrupa rekreasiya-sağlamlıq sahələri daxil edilir.(çimərliklər). Üçüncü qrupa rekreasiya-idman mərkəzləri, məsələn, dağ-xizək idman mərkəzləri aid edilə bilər.Rekreasiya-tanışlıq obyektlərinə tarixi abidələr daxildir. Bir çox hallarda rekreasiya ehtiyatları iki böyük qrupa ayrılır: 1. Təbii rekreasiya-turizm ehtiyatları istirahət,müalicə və turizm üçün istifadə edilir. Onlara okeanlar,dənizlər,çaylar və göllərin sahilboyu əraziləri,dağlar meşə massivləri,mineral suların mənbələri aiddir. Belə təbii landşaftlara yaxın istirahət,idmanla məşğul olmaq,ov etmək,balıq tutmaq üçün əlverişli imkanlar vardır. 2. Mədəni-tarixi obyektlərə tarixi, arxeoloji,şəhərsalma,arxitektura,incəsənət abidələri daxildir.Bu qrupa aid olan abidələrə Londonda Vestminster, Moskvada Kreml,Romada Kolizey,Hindistanda Tac-Mahaldır.
Elektrik tutumu
Elektrik tutumu — naqilin elektrik yükü toplamaq xassəsi. Elektrik tutumu naqilin yükünün onun potensialına olan nisbətinə deyilir. Elektrik yükü və elektrik sahəsi enerjisi toplamaq üçün işlədilən qurğu kondensator adlanır. Kondensator nazik dielektrik qatı ilə bir-birindən ayrılmış iki paralel, metal lövhədən ibarətdir. Köynəklərdən birinə +q, digərinə -q yükü versək onlar arasında U gərginliyi yaranar. İkinci lövhəni yerlə birləşdirmək də olar. Kondensatorun yükü dedikdə, bir köynəkdəki yükün modulu nəzərdə tutulur. Kondensatorun elektrik tutumu onun yükünün köynəkləri arasındakı gərginliyə olan nisbətinə deyilir. Düstur: C=q/U Kondensatorların formasına görə müstəvi, silindrik və s. növləri var.
İstilik tutumu
İstilik tutumu və ya istilik sığışması bir maddənin istiliyinin 1 °C dəyişdirmək üçün tələb olunan istilik miqdarıdır, başqa sözlə, bir cismin istiliyinin temperaturuna görə törəməsidir. Cismin kütləsi ilə öz istiliyinin hasilinə bərabərdir. (m.c) C = ( δ Q d T ) {\displaystyle C=\left({\frac {\delta Q}{dT}}\right)} ifadəsi ilə göstərilir. Bu ifadədə δ Q {\displaystyle \delta Q} istilik dəyişməsi, δ T {\displaystyle \delta T} temperatur dəyişməsidir. SL sistemində vahidi coul/Kelvindir Bir cismin vahid kütləsinin temperaturunu vahid dərəcə ilə dəyişdirmək üçün tələb olunan istiliyə xüsusi istilik tutumu və ya xüsusi istilik deyilir. SI sistemindəki vahidi joule/qram kelvindir. İstilik tutumu maddələr üçün fərqləndirici bir xüsusiyyət deyildir.
Əmək tutumu
Əmək tutumu — məhsul vahidinin istehsalına sərf olunmuş əmək (və ya vaxt) göstəricisi. Məhsulun əmək tutumu əməyin məhsuldarlığını xarakterizə edən iqtisadi göstəricidir və məhsul vahidinə və ya işə sərf edilmiş cəmi iş vaxtı (adam-saat, norma-saat) ilə ölçülür. Məhsulun əmək tutumu - sərf olunan iş vaxtı fondunun (adam-saat) istehsal olunan məhsulun miqdarına nisbətinin natural qiymətləri ilə müəyyən olunur.
Sərt diskin tutumu
Sərt disk – informasiya daşıyıcıları hər iki tərəfi maqnit material təbəqəsi ilə örtülmüş dairəvi alümin lövhələr (platterlər) olan maqnit diskdir. Bu plastina və ya hesablayıcı/yazı bloku ilə birgə plastinalar qrupu toz, nəm və çirkdən qorunması üçün hermetik qutuda yerləşir. Sərt disk iki əsas hissədən – hermetik blokdan və elektronika platasından ibarətdir. Hermetik blokda sərt disklər, mövqe vermək üçün qurğudan ibarət başlıqlar bloku, şpindelin elektrik məftili və ilkin siqnal gücləndiricisi quraşdırılıb. Hermetik blokun ilkin gücləndiricisindən siqnal elektronika blokuna daxil olur. Həmçinin onun vasitəsilə başlıqlara, yazan siqnal daxil olur. Elektronika bloku ibarətdir: idarəedici blok, daimi yaddaş qurğusu (DYQ), bufer yaddaşı, interfeys bloku və siqnalın rəqəmsal emalı bloku Verilənlərin yazılma texnologiyası Sərt disklərin iş prinsipi maqnitofonların işinə oxşayır. Diskin işlək səthi hesablayıcı başlığa əsasən hərəkət edir (məsələn, maqnit məftilində kəsiklə induktiv çarx formasında). Dəyişən elektrik cərəyanı verildikdə başlığın kəsiyində yaranan dəyişən maqnit sahəsi diskin səthinin ferromaqnitinə təsir edir və siqnalın həcmindən asılı olaraq domenlərin vektorunun istiqamətini dəyişir. Hesablama zamanı başlığın kəsiyində domenlərin yerdəyişməsi başlığın maqnit məftilində maqnit axınının dəyişməsinə səbəb olur ki, bu da elektromaqnit induksiyası effektinə görə çarxda dəyişən elektrik siqnalının yaranmasına gətirib çıxarır.
Xüsusi istilik tutumu
Xüsusi istilik tutumu —Ədədi qiymətcə 1kq kütləli maddəni 1K və ya 1°C qızdırmaq üçün lazım olan istilik miqdarına bərabər olan fiziki kəmiyyət. Xüsusi istilik tutumu- kiçik "c" hərfi ilə işarə olunur. Xüsusi istilik tutumu- maddənin enerji uddma qabiliyyətini xarakterizə edir. c=Q/mΔt Q=cmΔt Q-istilik miqdarı c-xüsusi istilik miqdarı Δt - (t2-t1) tempratur dəyişməsi m - maddənin kütləsi Burada Q-istilik miqdarı, Δt-temperatur dəyişməsi, m-isə cismin kütləsidir. “c”-nin BS-də vahidi kiloqram kelvində couldur: [c]=[Q]/[m][ΔT] =1C/1kq*1K=1C/kq*K/1m2/K*san2 Xüsusi istilik tutumu yalnız maddənin növündən və aqreqat halından asılıdır. Suyun istilik tutumu 4200 C/kq*K-dir, bu göstərir ki, 1kq suyu qızdırmaq üçün ona 4200 C istilik miqdarı vemək lazımdır. Buzun xüsusi istilik tutumu suyun 2100 C/kq*K-dir. Dəmir maddələrin xüsusi istilik tutumu daha az olduğu üçün onlar daha az istilik miqdarı tələb edir. Məsələn: Mis(400 C), Qızıl (130 C) və s.
Arktik və Antarktik landşaftın torpaqları
Arktik və Antarktik landşaftın torpaqları — Avrasiya materikində Şpitsbergen, Frans-İosif Torpağı, Yeni Torpaq, Novosibirsk adalarında, Taymır yarımadasında, Şimali Amerikada Qrenlandiyanın şimal sahillərində, Şimali Amerikanın şimal arxipelaq adalarında, Antarktida materikinin vahələrində rast gəlinən torpaq tipi. İqlim şəraiti çox soyuq olub, orta illik temperatur −10°C-dən −14°C-i arasında dəyişir. Yayda orta sutkalıq temperatur +5°C-ni aşmır. Şaxtasız günlər 12–14 gündən çox davam etmir. Arktik zonanın qərb hissəsinin şərqinə nisbətən qışı yumşaqdır. Yağıntıların illik miqdarı Arktikada 130–200 mm arası dəyişir. Antraktidanın vahələrində də az yağıntı düşür. Məsələn, Benqerada ildə 62 mm qar şəklində yağıntı yayda düşür. Antraktida sahil hissələrindəki vahələrində yağıntının miqdarı 300 mm-ə qədər artır. Nisbi rütubətliyin yüksək olması xarakterikdir (90%).
Ağ ciyərin hava tutumu
Ağ ciyərin hava tutumu — dərin nəfəs aldıqdan sonra buraxılan havanın miqdarı. Normal tənəffüs zamanı alınan və buraxılan, maksimum nəfəsvermə zamanı əlavə buraxılan və maksimum nəfəsalma zamanı əlavə alınan havadan ibarətdir. Kişilərdə, adətən, 3,5–4,5 l, qadınlarda bundan təqribən 25% az, fiziki iş və idmanla məşğul olan adamlarda 6 l və daha çox olur. Sağlam insanda Ağ ciyərin hava tutumu fəaliyyət göstərən ağ ciyər toxumasının azalması — pnevmofibroz, pnevmoskleroz, atelektaz, pnevmoniyalar, abses, kista, şiş, ağ ciyər toxumasının zədələnməsi, kiçik qan dövranında durğunluq, ağ ciyərin tam açılmaması — kifoz, skolioz, döş qəfəsinin deformasiyası, plevra bitişmələri, ekssudativ plevrit, hidrotoraks, diafraqma və qarnın ön divarının hərəkətinin məhdudlaşması, ümumi əzələ zəifliyi nəticəsində baş verə bilər. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 146.
Diskin tutumu, diskin həcmi
Diskin tutumu, diskin həcmi (disk capacity)– diskə yerləşdiriləbilən baytların (simvolların) ümumi sayı. Kompüterin əməliyyat sistemi öz məqsədləri üçün diskdə müəyyən yeri ehtiyatda saxlayır, bundan başqa, fayıllar diskə bayt-bayt ardıcıl olaraq deyil, bloklar şəklində yazıldığından, diskin gerçək tutumu onun saxlamaq üçün mümkün olan sahəsindən bir qədər çox olur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.