Laqos

coğ. Lagos

laqqırtı
lal
OBASTAN VİKİ
Laqos
Laqos — Nigeriyanın ən böyük şəhəri. 1991-ci ilin dekabr ayınadək ölkənin paytaxtı olmuşdur. Əhalisi 7 937 932 nəfər (2006), sahəsi 999,6 km²-dir.
Laqos ştatı
Laqos ştatı (ing. Lagos State) — Nigeriya Cənub-qərb geosiyasi zonasında ştat. Şimalda və şərqdə Oqun ştatı ilə, qərdə isə Benin ilə həmsərhəddir. Cənubda Atlantik okeanın tərəfindən sulanır. == Adı == Laqos Portuqallılar gələn vaxtından bəri qəbul olunmuş addır. Ondan əvvəl, Eko adı işlənilirdi. Bu əvvəlki ad əsasən Laqos adasına aid olaraq istifadə olunurdu. Ekonun ilk sakinləri Avori tayfası idi. Avori ovçuları və balıqçıları İfedən sahil tərəfi köçüblər. Eko sözü bini dilindəki hərbi düşərgə sözündən gəlir.
Rikardo Laqos
Rikardo Froilan Laqos Eskobar (isp. Ricardo Froilán Lagos Escobar; 2 mart 1938, Santyaqo) — vəkil, iqtisadiyyatçı və 2000–2006-cı illərdə Çili prezidenti. Rikardo ABŞ-nin Laqos ştatında yerləşən Braun Universitetində siyasət və iqtisadiyyat dərsləri keçir. Həmçinin Madrid Klubunun keçmiş prezidentidir.
Məsihin Katedral Kilsəsi, Laqos
Məsih Marina Katedral Kilsəsi, Laqos şəhəri, Nigeriyadakı Anqlikan kilsəsidir.. İlk kafedral binanın təməl daşı 29 mart 1867-ci ildə qoyulmuş, kafedralın təməli isə 1869-cu ildə tamamlanmışdır. Memar Baqan Benjamin tərəfindən layihələndirilmiş binanın tikintisinə 1 noyabr 1924-cü ildə başlanılıb.. Katedralın tikintisi 1946-cı ildə tamamlanmışdır. 1976-cı ildə İngiltərə kilsəsinin ilk Afrikalı yepiskopu olmuş, keçmiş yorubalı qul olan Möhtərəm Samuel Ajayi Krouterin qalıqları kafedrala köçürülmüşdü. Kenotaf onun abidəsi kimi ucaldılıb.. Məsih Katedrali Nigeriya kilsəsindəki ən qədim Anqlikan kafedralıdır. Tarixin müxtəlif dövrlərində kafedral Qərbi Afrika əyalətinin Arxiyepiskopunun, bütün Nigeriyanın Arxiyepiskopunun və primatının iqamətgahı və Lagos kilsəsi vilayətinin Arxiyepiskopunun iqamətgahı idi. Hal-hazırda Laqos yepiskopunun iqamətgahıdır.