Laqranj və Eyler baxımları
Bütöv mühit mexanikasında hərəkətinin öyrənilməsinin iki üsulu – Laqranj və Eyler üsulları var. Mühitin hərəkətinin öyrənilməsinin Laqranj baxımı fərdiləşdirilmiş hissəciklərin hərəkətinin izlənməsi ilə bağlıdır. Yəni bu baxımda, öz yerləşməsini dəyişən konkret hissəciyin mexaniki xassələrin dəyişməsi izlənilir. Riyazi nöqteyi nəzərdən Laqranj baxımı müşahidəçi koordinatlardan istifadə etməsi ilə əlaqədardır və bu koordinatlar {ξ ^ {1} }, &xi^1; y^1 , y² , y³ Laqranj koordinatları adlandırılır.
Eyler baxımına əsasən fəzanın qeyd olunan nöqtəsində müəyyən vaxtlar yer tutan mühit nöqtələrinin mexaniki xassələrinin dəyişməsi izlənilir. Bu xassələr və onların dəyişməsi fəzanın qeyd olunan nöqtəsinə şamil olunur. Riyazi nöqteyi nəzərdən Eyler baxımı izləyici koordinat sisteminin koordinatlarından tədqiqatda istifadə etməsi deməkdir. Ona görə izləyici x^1 , x² , x³ koordinatlar Eyler koordinatları adlanır.