Latışlar
Latışlar və ya latviyalılar (latış. latvieši) — Latviyanın əhalisinin 62,1 % təşkil edən (2011 tarixinə olan məlumat) Baltika xalqı. Dili — hind-avropa dil ailəsinin baltik qrupuna (litva dili ilə birgə) daxil olan latış dili. Ənənəvi dinləri — lüteran və katolik, pravoslavlar da vardır.
Belə götürülür ki, latışlar qədim Baltika xalqları olan latqalların, kurşilərin, zemqalların, sellərin və fin-uqor xalqlarının XVII əsrdə qovuşması nəticəsində yaranmışdır. İlk dəfə yazılı mənbədə latışlar haqqında 1613-cü ildə Georq Matsel tərəfindən qələmə alınmış "Latış katexizis"də qeyd edilir ("Lettisch Vademecum"). Latış dili haqqında 1525-ci ildə Almaniyada latış dilində nəşr edilmiş və saxlanmamış "Lüteran messe"sində də qeyd olduğu bildirilir.
Sayları:
Latviya: 1 330 769
ABŞ: 87 564
Rusiya: 28 520
Braziliya: 20 000
Avstraliya: 18 938
İrlandiya: 18 008
Ukrayna: 5079
Litva: 2,3 тыс. (2010)
Estoniya: 2199 (2009)
Belorusiya: 1549 (2009)
== Mənbə ==
Кудрявцев И. Феномены политического национализма на примере Латвийской Республики
Стродс Х. Начало переселения латышских крестьян в Россию в 40-е — 60-е гг. XIX в.