LAVA PLATOSU

/yaylası/ bax: Vulkanik plato.
LAVA ÖRTÜYÜ
LAVA STALAKTİTİ
OBASTAN VİKİ
Lava
Lava (it. lava – doldurur) (rus. лава, ing. lava) — vulkan püskürməsi zamanı yer səthinə axıb tökülən və ya təzyiqlə sıxışdırılan, əsasən, silikat ərintidən ibarət qızğın maye və ya çox qatı kütlə. Lava soyuyarkən tərkibinə uyğun müxtəlif effuziv süxurlar əmələ gətirir. Güclü püskürmələr zamanı lava bütün səthi dolduraraq lava örtükləri əmələ gətirir. Bu halda adətən dağ düzənlikləri – lava platoları yaranır. Sıxışdırılan közərmiş maye və ya qatı kütlə. Soyumuş l. axmış (effuziv) və ya sıxışdırılmış (ekstruziv) süxurlar əmələ gətirir.
Aa-lava
Aa-lava — kələ-kötür səthə malik bazalt lavası. Bir-birinə bitişmiş ayrı-ayrı posa parçalarından və daha iri (1 metrədək) künclü sıx hava qırıntılarından ibarətdir. Aa-lava Havay adaları, həmçinin İslandiya və başqa vulkanik vilayətlər səciyyəvidir.
Lava axını
Lava axını (rus. лавовый поток, ing. lava flow) — vulkandan axan lavanın yatım forması; lavanın qatılığından və yer səthinin meyilliyindən asılı olaraq ensiz və xeyli uzun olması ilə səciyyələnir. Turş lava axını adətən qısa /1–10 km/ və qalın, bazalt axını isə uzun /60–80 km-ə qədər/ və nazik olur.
Lava brekçiyaları
Lava brekçiyaları (ital. breccia-qırma) (rus. брекчии лавовые, ing. lava breccias) — vulkan püskürməsi zamanı qırıntılarının lava ilə sementləşməsi nəticəsində əmələ gələn brekçiya.
Lava gölü
Lava gölü (rus. лавовое озеро, ing. lava lake) — odlu-maye lava ilə dolmuş vulkan krateri və ya sıldırım yamaclı geniş çuxur. Məfhum bəzən bərkimiş L. g. də aid edilir.
Lava konusu
Lava konusu (rus. конус лавовый, ing. lava cone) — başlıca olaraq massiv lava axınlarından təşkil olunmuş vulkan konusu. Piroklastik layları olmayan l. k. nadir hallarda rast gəlinir.
Lava moreni
Lava moreni (rus. морена лавовая, ing. lava moraine) — lava axını ilə gətirilən qayma və şlak yığımı; çox duru lavalı eksploziv-effuziv zirvə püskürməsi zamanı əmələ gəlir.
Lava qovuqcuqları
Lava qovuqcuqları (rus. пузыри лавовые, ing. lava vesicles) - lavalarda dairəvi, silindrik, linzavari, yaxud qeyri-müəyyən formalı boşluqlar; lavanın soyuması zamanı buxarın və qazların ondan ayrılması nəticəsində əmələ gəlir.
Lava stalaktiti
Lava stalaktiti (rus. сталактит лавовый, ing. lava stalactites) — ərinti lavanın boş lava tunelinin tavanından sızaraq əmələ gətirdiyi asılı törəmə.
Lava stalaqmiti
Lava stalaqmiti (rus. сталагмит лавовый, ing. lava stalagmites) — böyük sütunvari formalı effuziv süxurlar kütləsi. Əsasi tərkibli az qatılıqlı lavanın köhnə lava örtüyü, yaxud lava axımının soyumuş səthi üzərində fəvvarəli püskürməsi zamanı yaranır.
Lava tunelləri
Lava tunelləri (rus. туннели лавовые, ing. lava tunnels) — lava axınlarında dəhlizlər şəkilində uzanan boşluqlar. Ən çox dalğalı lava axınlarında müşahidə edilir, uzunluğu yüzlərlə m-ə, eni 20 – m-ə, hündürlüyü isə 5 m-ə çatır /Etna/. Ən uzun tunel /1500 m-dək/ Kaliforniyada Şesta dağı və İslandiyada Şurtoşellira vulkanı aşkar edilmişdir.
Lava vulkanı
Lava vulkanı (rus. вулкан лавовый, ing. lava volcano) — əsasən lavadan, qismən də şlak və başqa qırıntılı məhsullardan təşkil olunmuş əksər halda qalxanvarı formalı vulkan. lava püskürməsi sakit və partlayışsız (eksplozivlik əmsalı 10%-dən az) keçir. Sin. effuziv vulkan.
Lava örtüyü
Lava örtüyü (rus. лавовый покров, ing. lava sheet) — lavanın böyük miqdarda axmış və böyük ərazilərdə hər tərəfə geniş yayılmış yatım forması. Əsasən çay püskürməsi və duru bazalt axımları üçün səciyyəvidir.
Ennedi platosu
Ennedi platosu — Çadın şimal-şərqində, Qərbi Ennedi və Şərq Ennedi regionlarında yerləşir. Çadda yerləşən, Ennedi massifi olaraq bilinən dağlar qrupunun bir hissəsi hesab olunur. Ennedi Böyük Səhranın ortasında külək və temperatur eroziyası ilə yaranmış bir qum daşı divarıdır. Bundan əlavə ovçular və toplayıcılar (e.ə. 5.000-4.000 ) və maldarlar (e.ə. 4000 ildən etibarən) bu ərazidə məskunlaşmışlar. Ennedi bölgəsi əsasən mal-qara təsvir olunan qaya sənətinin geniş kolleksiyası ilə də tanınır. Çünki bu heyvanlar əsas maliyyə, ətraf mühit və mədəni təsir mənbəyi rolunu oynayırdı. Buradakı təsvirlər təxminən 7000 il əvvələ aiddir. Bu gün ərazidə yağışlı aylarda Ennedinin daimi kəndliləri olan, quru mövsümdə isə ərazidən köçən iki yarı köçəri qrup var.
Kelsk platosu
Kelsk platosu-(gürc. ყელის ზეგანი, oset. Хъелы фæз)- Qafqazda vulkanik plato. Sönmüş vulkanların və vulkanik gölləri məskəni. Dəniz səviyyəsindən 2600–3300 m- hündürlükdə Baş Qafqaz silsiləsinin cənub hissəsində, Belaya Araqvi çayının sahilində Cənubi Osetiya ərazisində yerləşir. Qərbdən tranqafqaz magistralı ilə kəsişir. Şərqdən isə Krestov silsiləsi ilə kəsişir, hansı ki, Hərbi Gürcüstan yolunun kənarından keçir. Şimalında Trusovsk dərəsi ilə sərhədlənir ki, onu da Kazbek yaylasından ayırır. Xorisar 3736 m Şadilxox Şarxox Mepiskalo 3519 m Narvanxox 3247 m Platonun qərb hissəsində Keli gölü, mərkəzi hissəsində Arcvebistva gölü, şərqində isə Keliçad gölü yerləşir. Platodan bir çox çaylar başlanğıcını götürür.
Kergelen platosu
Kergelen platosu — su altı vulkanik plato Hind okeanı və Cənub okeanının bir hissəsini əhatə edir. Dünyanın ən iri su altı platolarından biridir. Avstraliyadan 3 min km cənub-qərbdə yerləşir. Dərinliyi 1-4 min metr arasında dəyişir. Plato Qondvananın ayrılmasından sonra, 120 milyan il öncə vulkanik püskürmələr zamanı formalaşmışdır. Onun formalaşması 25 il davam etmişdir. Geoloji araşdırmalar göstərir ki, plato 40 milyon il ərzində okean sərthindən yuxarıda olmuşdur. Kömür qalıntıları onu deməyə əsas verir ki, Gec təbaşir dönəmində plato meşələrlə örtülü idi. Xüxurları Avstraliya və Hindistan plitələrinin suxurları ilə eyni olduğundan onu demək olar ki, onlare nə zamansa bitişik olmuşlar. Hazırda plato okean səthində Kergelen, Herd adası və Makdonald adaları kimi adaları əmələ gətirir.
Monqol platosu
Monqol platosu — Orta Asiyanın şərqində, 700 – 2500 km ölçüdə geniş yayla. Təxminən 2.6 milyon km² bir ərazini əhatə edir (təxminən 1,4 milyon km² Çinin ərazisinə düşür). Qobi səhrası tərəfindən iki hissəyə bölünür - şimal hissəsi Monqolustanda, cənubu isə Çinin Daxili Monqolustan bölgəsində yerləşir. Yayla şimal-qərbdən Altay, Tannu-Ola və Sayan dağları, şimaldan Xentey öndağlığı ilə, cənubdan Tarim çökəkliyi, qərbdən Sintszyan-Uyğur Muxtar Rayonunun Cunqar hövzələri ilə həmsərhəddir. Yaylasın hündürlüyü 915 ilə 1525 m arasında dəyişir. Ulan-Batorun şərqindən cənuba, Çin ilə sərhədə doğru, Monqol platosunun hündürlüyü tədricən azalır. Ən yüksək nöqtə Munx-Xayrxan-Ula (4362 m) dağıdır. Zirvə Monqol Altay silsiləsində yerləşir. Gobi Altay silsiləsi yaylanın qərb hissəsi boyunca uzanır. Platonun dəniz və okeanlardan uzaqlığı onun iqliminə öz təsirini göstərir.
Nehrəm platosu
Nehrəm platosu – Babək rayonu ərazisində dağlıq massiv. Arazın sol sahilində, Naxçıvan və Əlincə çaylarının aşağı axınları arasındadır. Ən yüksək zirvəsi Noxuddağdır (1677,6 m). Səthi nisbətən hamar və pilləlidir. Cənub-qərb yamacı sıldırım pillələrdə Arazın dərəsinə düşür. Ümumi uzunluğu 18 km, maksimal eni 10 km-dir. Trias, Yura, Üst Təbaşir, Eosen, Oliqosen və Miosen yaşlı süxurlardan təşkil olunmuşdur. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Culfa seqmentinin şimal-şərq qanadını və Naxçıvan qoyulma çökəkliyinin cənub-qərb hissəsinə uyğun gəlir.
Okean platosu
Okean platosu (rus. плато океанское, ing. oceanic plateau) — 2500–3000 metr dərinlikdə yerləşən düzən relyef, abissal düzənliklərə doğru dik yamacla düşür. Platonun hamar səthi tektonik pillələr, vulkan və fay tipli sualtı dağlarla mürəkkəbləşmiş olur.
Trnovo platosu
Trnovo platosu, Trnovo yaylası və ya Trnovo meşəsi (sloven. Trnovski gozd) ― Dinar dağlarının şimal-qərb hüdudlarında yerləşən karst platosu. Yayladakı əhəmiyyətli karst formalaşmalarına buz mağaraları daxildir. Platonun şərq hissəsində 385 metr (1,263 ft) enində və 1,550 metr (5,090 ft) uzunluğundakı Böyük Paradana buz mağarası (sloven. Velika ledena jama v Paradani) yerləşir. Trnovo platosunda üç təbiət qoruğu mövcuddur: Böyük Paradana buz mağarası; Qolak zirvələri (1 495 m) və Ladin dərəsi (sloven. Smrekova draga); Smrecye meşə qoruğu; Platoda tektonik fəaliyyətlərin təsiri olduqca aydın görünür. Ərazidə bir çox çökəklik, vadi, kiçik karst polyeləri və keçmiş çay vadilərinin qalıqları var. Pliosen dövründə çaylar tektonik qalxmaları aşındırmış və dərələri doldurmuşdur. Yaylada həmçinin Pliosen buzlaşmasının da izləri qalmışdır.
Ufa platosu
Ufa platosu — Cənubi və Orta Uralda yerləşən plato. İnzibati baxımdan Başqırdıstan, Perm diyarı və Sverdlovsk vilayəti ərazisinə daxildir. Başqırdıstanın əsasən şimal-qərb ərazilərini əhatə edir. Ufa platosunun uzunluğu şimaldan cənuba 265 km-dir. Platonun uzunluğu 350—450 metrdir (ən hündür nöqtəsi 517,9 m). Şərqdən pilləvari hündürlüklə bitir. Burada hündürlük 100 metrdir. Qərbdə hündürlük azalır və Şərqi Avropa düzənliyində itir. Bir vaxtlar Ufa platosu okeanın dibində olmuşdur. Bu səbəbdən müxtəlif materiallardan təşkil olunmuşdur.
Vorinq platosu
Vorinq platosu — Orta-Okean silsiləsinin tərkib hissəsini təşkil edir. Şimal Buzlu okean ərazisində yerləşir. Plato başlanğıcını Skandinaviya yarımadasından götürür və qərbə istiqamətlənir.
Vulkan platosu
Vulkan platosu (rus. вулканическое плато, ing. volcanic plateau, lava plateau) — vulk. püskürmələri zamanı iri həcmli lava axınlarının qədim relyefin çala-çuxurlarını dolduraraq əmələ gətirdiyi yüksək düzənlik (Qarabağ vulkanik yaylasında bir çox platolar, Şm. Amerikada Kolumbiya platosu, Yeni Zelandiyadakı bəzi platolar).
Çukot platosu
Çukot platosu — böyük Orta-Okean silsiləsinə daxil silsilə Şimal Buzlu okean ərazisində yerləşir. İl boyu buzla örtülü olur. Çukot platosu Alyaskanın Barrou burnundan başlayaraq 800 km uzanır. Plato «Şimal qütbü-2» (1950—1951) elmi ekspedisiyasının fəaliyyəti nəticəsində aşkarlanmışdır.
İsveçrə platosu
İsveçrə platosu - İsveçrənin əsas landşaft tiplərindən biridir. İsveçrənin 30% burada yerləşir. Alp dağlarının cənub-şərqində yerləşir. Hündürlüyü dəniz səviyyəsindən 400-600 m-dir. Bura İsveçrənin ən çox əhalinin məskunlaşdığı zonadır. Platonun şimal və şimal-qərbi Yur dağları ilə əhatələnib. Platonun cənub-qərb hissəsi Cenevrə və Nevşat gölləri ilə əhatələnir. İsveçrə sərhəddi 300 km uzunluğu platodan keçir. Enliliyi qərbdən şərqə azalır. Cenevrə yaxınlığında platonun eni 30 km-dir.