LAVA

I
сущ. лава:
1. огненно жидкая масса, извергаемая вулканом. Qaymalı (kəsəkvari) lava глыбовая лава, bazalt lavaları базальтовые лавы, soyumuş lava застывшая лава, lavanın temperaturu температура лавы
2. перен. стремительно движущаяся масса кого-, чего-л. Lava kimi лавой. Lava kimi gəlir лавой катит
II
прил. лавовый (относящийся к лаве, образованный ею). Lava axını (seli) лавовый поток, lava gölləri лавовые озёра, lava platoları (dağ düzənlikləri) лавовые плато
LAÜBALILIQ
LAVANDA
OBASTAN VİKİ
Lava
Lava (it. lava – doldurur) (rus. лава, ing. lava) — vulkan püskürməsi zamanı yer səthinə axıb tökülən və ya təzyiqlə sıxışdırılan, əsasən, silikat ərintidən ibarət qızğın maye və ya çox qatı kütlə. Lava soyuyarkən tərkibinə uyğun müxtəlif effuziv süxurlar əmələ gətirir. Güclü püskürmələr zamanı lava bütün səthi dolduraraq lava örtükləri əmələ gətirir. Bu halda adətən dağ düzənlikləri – lava platoları yaranır. Sıxışdırılan közərmiş maye və ya qatı kütlə. Soyumuş l. axmış (effuziv) və ya sıxışdırılmış (ekstruziv) süxurlar əmələ gətirir.
Aa-lava
Aa-lava — kələ-kötür səthə malik bazalt lavası. Bir-birinə bitişmiş ayrı-ayrı posa parçalarından və daha iri (1 metrədək) künclü sıx hava qırıntılarından ibarətdir. Aa-lava Havay adaları, həmçinin İslandiya və başqa vulkanik vilayətlər səciyyəvidir.
Lava axını
Lava axını (rus. лавовый поток, ing. lava flow) — vulkandan axan lavanın yatım forması; lavanın qatılığından və yer səthinin meyilliyindən asılı olaraq ensiz və xeyli uzun olması ilə səciyyələnir. Turş lava axını adətən qısa /1–10 km/ və qalın, bazalt axını isə uzun /60–80 km-ə qədər/ və nazik olur.
Lava brekçiyaları
Lava brekçiyaları (ital. breccia-qırma) (rus. брекчии лавовые, ing. lava breccias) — vulkan püskürməsi zamanı qırıntılarının lava ilə sementləşməsi nəticəsində əmələ gələn brekçiya.
Lava gölü
Lava gölü (rus. лавовое озеро, ing. lava lake) — odlu-maye lava ilə dolmuş vulkan krateri və ya sıldırım yamaclı geniş çuxur. Məfhum bəzən bərkimiş L. g. də aid edilir.
Lava konusu
Lava konusu (rus. конус лавовый, ing. lava cone) — başlıca olaraq massiv lava axınlarından təşkil olunmuş vulkan konusu. Piroklastik layları olmayan l. k. nadir hallarda rast gəlinir.
Lava moreni
Lava moreni (rus. морена лавовая, ing. lava moraine) — lava axını ilə gətirilən qayma və şlak yığımı; çox duru lavalı eksploziv-effuziv zirvə püskürməsi zamanı əmələ gəlir.
Lava qovuqcuqları
Lava qovuqcuqları (rus. пузыри лавовые, ing. lava vesicles) - lavalarda dairəvi, silindrik, linzavari, yaxud qeyri-müəyyən formalı boşluqlar; lavanın soyuması zamanı buxarın və qazların ondan ayrılması nəticəsində əmələ gəlir.
Lava stalaktiti
Lava stalaktiti (rus. сталактит лавовый, ing. lava stalactites) — ərinti lavanın boş lava tunelinin tavanından sızaraq əmələ gətirdiyi asılı törəmə.
Lava stalaqmiti
Lava stalaqmiti (rus. сталагмит лавовый, ing. lava stalagmites) — böyük sütunvari formalı effuziv süxurlar kütləsi. Əsasi tərkibli az qatılıqlı lavanın köhnə lava örtüyü, yaxud lava axımının soyumuş səthi üzərində fəvvarəli püskürməsi zamanı yaranır.
Lava tunelləri
Lava tunelləri (rus. туннели лавовые, ing. lava tunnels) — lava axınlarında dəhlizlər şəkilində uzanan boşluqlar. Ən çox dalğalı lava axınlarında müşahidə edilir, uzunluğu yüzlərlə m-ə, eni 20 – m-ə, hündürlüyü isə 5 m-ə çatır /Etna/. Ən uzun tunel /1500 m-dək/ Kaliforniyada Şesta dağı və İslandiyada Şurtoşellira vulkanı aşkar edilmişdir.
Lava vulkanı
Lava vulkanı (rus. вулкан лавовый, ing. lava volcano) — əsasən lavadan, qismən də şlak və başqa qırıntılı məhsullardan təşkil olunmuş əksər halda qalxanvarı formalı vulkan. lava püskürməsi sakit və partlayışsız (eksplozivlik əmsalı 10%-dən az) keçir. Sin. effuziv vulkan.
Lava örtüyü
Lava örtüyü (rus. лавовый покров, ing. lava sheet) — lavanın böyük miqdarda axmış və böyük ərazilərdə hər tərəfə geniş yayılmış yatım forması. Əsasən çay püskürməsi və duru bazalt axımları üçün səciyyəvidir.
Crataegus × lavallei
Crataegus ×lavalleei (lat. Crataegus ×lavalleei) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Enliyarpaq lavanda
Enliyarpaq lavanda (lat. Lavandula latifolia) - dalamazkimilər fəsiləsinin lavanda cinsinə aid bitki növü.
Ensizyarpaq lavanda
Ensizyarpaq lavanda (lat. Lavandula spica) - dalamazkimilər fəsiləsinin lavanda cinsinə aid bitki növü. Ensizyarpaq lavandanın vətəni Aralıq dənizinin Fransa və İspaniya sahilləri hesab edilir. Avropa, Şimali Afrika, Şimali Amerikanın hər yerinə uyğunlaşdırılıb. == Təbii yayılması: == Vətəni Aralıq dənizinin Fransa və İspan sahilləridir. Şimali Afrikada və Şimali Amerikada, Rusiyada, Qafqazın Qara dəniz sahilində bitir. == Botaniki təsviri: == Hündürlüyü 30-60 (100) sm, kəskin qoxulu, həmişəyaşıl, bozumtul tükcüklü yarımkoldur. Aşağı oduncaqlaşmış budaqları çox şaxələnmiş, yuxarı qalxan, çoxsaylı cavan zoğludur; çiçəkli zoğları dörd hissəli, uzun, yuxarı buğumaralıdır. Yarpaqları üzbəüz, oturaq, uzunsov-xətvari, burulmuş kənarlı, uzunluğu 2-6 sm, yaşıl və ya boz-yaşıl tükcüklüdür. Çiçəkləri sünbülvari çiçək qrupları əmələ gətirən yalançı çiçək köbələrinə yığılmışdır.
Ensizyarpaq lavanda və ya əsl lavanda (sünbüllü lavanda).
Ensizyarpaq lavanda (lat. Lavandula spica) - dalamazkimilər fəsiləsinin lavanda cinsinə aid bitki növü. Ensizyarpaq lavandanın vətəni Aralıq dənizinin Fransa və İspaniya sahilləri hesab edilir. Avropa, Şimali Afrika, Şimali Amerikanın hər yerinə uyğunlaşdırılıb. == Təbii yayılması: == Vətəni Aralıq dənizinin Fransa və İspan sahilləridir. Şimali Afrikada və Şimali Amerikada, Rusiyada, Qafqazın Qara dəniz sahilində bitir. == Botaniki təsviri: == Hündürlüyü 30-60 (100) sm, kəskin qoxulu, həmişəyaşıl, bozumtul tükcüklü yarımkoldur. Aşağı oduncaqlaşmış budaqları çox şaxələnmiş, yuxarı qalxan, çoxsaylı cavan zoğludur; çiçəkli zoğları dörd hissəli, uzun, yuxarı buğumaralıdır. Yarpaqları üzbəüz, oturaq, uzunsov-xətvari, burulmuş kənarlı, uzunluğu 2-6 sm, yaşıl və ya boz-yaşıl tükcüklüdür. Çiçəkləri sünbülvari çiçək qrupları əmələ gətirən yalançı çiçək köbələrinə yığılmışdır.
Grevillea lavandulacea
Grevillea lavandulacea (lat. Grevillea lavandulacea) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hakea lavandulacea (Schltdl.) Christenh. & Byng == Yarımnövləri == Grevillea lavandulacea subsp. lavandulacea Grevillea lavandulacea subsp.
Lavaka
Lavaka (rus. лавака, ing. lavaka) — rütubətli tropiklərdə suffozion- erozion mənşəli mənfi relyef forması; günbəzvari yüksəkliyin qabarıq yamacına, bəzən isə platonun kənarlarına kəsilmiş olur. Uzunluğu 150 — (2 km-dək), eni 100 — (300 m-dək), dərinliyi 30 — olur.
Laval
Laval (Mayen)
Laval-Roksezyer
Laval-Roksezyer (fr. Laval-Roquecezière, oks. La Val Ròca Cesièira) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Sernen-syur-Rans kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12125. Kommuna təxminən Parisdən 570 km cənubda, Tuluza şəhərindən 100 km şərqdə, Rodezdən isə 65 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 309 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 172 nəfər arasında (15-64 yaş arasında) 120 nəfər iqtisadi cəhətdən fəal, 52 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 69,8%, 1999-cu ildə 60,9%).
Yunan lavandası
Yunan lavandası (lat. Lavandula stoechas) - dalamazkimilər fəsiləsinin lavanda cinsinə aid bitki növü. == Sinonim == Lavandula approximata Gand. Lavandula corsica Gand. Lavandula debeauxii Gand. Lavandula fascicularis Gand. Lavandula incana Salisb. Lavandula olbiensis Gand. Lavandula stoechadensis St.-Lag. [Spelling variant] Lavandula stoechas var.
Yusuf Laval
Yusuf Laval (ing. Yusuf Lawal; ləqəbi: Obaqol, ing. Obagoal; 23 mart 1998, Laqos, Laqos ştatı) — Nigeriya futbolçusu, Azərbaycan futbol klubu olan "Neftçi" PFK-nın hücumçusu. == Klub karyerası == === 36 Layan === Laval 2011-ci ildə Nigeriyanın Laqos şəhərini təmsil edən "36 Layan" FK-nın gənclər komandasının bir parçası olmuşdur. O, oyun üslubunun Obafemi Martins ilə oxşarlığına görə Obaqol ləqəbini qazanmışdır. === Lokeren === Laval 2017-ci ilin yayında "Lokeren" FK ilə 3+1 illik bir müqavilə imzalamışdır. Laval 14 aprel 2018-ci il tarixində, 3–0 hesablı qələbə ilə nəticələnən, Futbol üzrə Belçika çempionatında oynanılan "Eypen" matçında "Lokeren" üçün debüt etmişdir. === Neftçi === Laval 16 iyul 2020-ci il tarixində Azərbaycan Premyer Liqası təmsilçisi "Neftçi" PFK ilə 2+1 illik bir müqavilə imzalamışdır. == Uğurları == === Klub === Neftçi Azərbaycan Premyer Liqası Qalib (1): 2020/21 === Şəxsi === == İstinadlar == == Xarici keçidlər == Soccerway.com saytında profili (ing.) Yusuf Laval Arxivləşdirilib 2019-07-01 at the Wayback Machine — "Sporting" saytında. Yusuf Laval — "Fox Sports" saytında.
Şarl Laval
Şarl Laval (fr. Charles Laval, 17 mart 1862, IX arondisman (Paris), İkinci Fransa İmperiyası – 27 aprel 1894) — sintetizm incəsənət cərəyanın (postimpressionizm) və "Pont-Aven Məktəbi" ilə bağlı fransız rəssamı. == Bioqrafiyası == Şarl Laval Parisdə anadan olub, anası — polyak, atası — fransız, peşə memarıdır idi. Leon Bonna və Fernan Kormonun şagirdi kimi Laval Paris salonuna bukolik mənzərə əsərləri "Barbizonda kənd həyəti" (Cour de ferme à Barbizon) göndərdi. 1883-cü ildə salona qatıldı. Onun dost sənətşünasları arasında Tuluz-Lotrek, Emil Bernar və Lui Anketen kimi məşhur rəssamlar var idi. === Qogenlə görüşü === Pol Qogen və Laval 1886-cı ildə Pont-Aven şəhərində yerləşən madam Qloanekin hostelində bir araya gəldi və daha sonra yoldaş oldular. 1887-ci ildə Qogen və Laval "digər" sənətə açar tapmaq üçün ekzotik axtarışları Panamaya yola düşdülər. Əlavə pul qazanmaq üçün Laval Leon Bonna studiyasında əldə etdiyi təcrübəsini istifadə edərək bir neçə akademik portret yazmışdır. Bir sıra uğursuzluqlar Laval və Qogenə materikdən ayrılaraq Martinikaya getməyə məcbur etdi.
Stachys lavandulifolia
Lavandayarpaq poruq (lat. Stachys lavandulifolia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin poruq cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu Populyasiya "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == 15-20 sm hündürlükdə yarımkolcuqdur. Gövdələri çoxsaylıdır. Yarpaqları uzunsov, xətti-lansetvari və ya xətti, 4-7 sm uzunluqda, 2-5 mm enindədir. Köbələri 4-6 çiçəkli, uzunsov çiçək qrupunda 17 sm uzunluqda və 4 sm enindədir. Kasacıq 2-3 sm uzunluqdadır. Çiçək tacı parlaq-çəhrayı, kasacıqdan qısa; yuxarı dodağı aşağı dodağından qısa, uzunsov-dəyirmi, aşağı-üçdilimli, dərin oyuqlu, iri, orta dilimlidir. Tozcuqları 3 mm uzunluqda, yumurtavari, üçtilli, tünd-qəhvəyi rənglidir.

Digər lüğətlərdə