Ledeburit
Ledeburit – dəmir-karbon xəlitələrinin struktur təşkiledicisi olub, əsasən çuqunda 723–1147 °C intervalında austenit və sementitdən və 723 °C-dən aşağıda ferrit və sementitdən ibarət evtektik qarışıq şəklində əmələ gəlir. Alman metallurqu Adolf Ledeburun şərəfinə 1882-ci ildə ona bu ad verilmişdir.
Ledeburitin yaranması üçün əsas faza sementitdir. Sementit lövhəsində yaranan evtektik maye austenitin yastı dendritinə çevrilir. Sonrakı mərhələdə fazaların sürətlə qarşılıqlı inkişaf etməsi baş verir. Bir ledeburit cərgəsi daxilində hər bir faza kəsilməzdir, yəni o bir kristala aiddir.
Temperaturdan asılı olaraq ledeburitin tərkib hissəsi müxtəlif ola bilir. Beləki, 1147 °C −727 °C temeperatur intervalında ledeburit (ledeburit I) austenit və sementitdən, 727 °C -dən aşağıda isə perlit və sementitdən (Ledeburit II) ibarətdir. 1147 °C-dən yuxarıda ərinti material 100%lik ledeburit mövcud olur. Ledeburit ayrıca faza deyil, o parçalanmış austenit və sementitdən ibarət qarışıqdır.