Leykoplastlar
Leykoplastlar (yun. Leykos — "Ağ") – Rəngsiz olub, bitkinin işıq görməyən, rəngsiz hissəsində olur. Daxilində ehdiyat qida maddələri toplanır. Bitkinin bütün orqan və toxumalarında əmələ gələ bilir. Məsələn, onları kartof yumrularında görmək olar. Leykoplastlar sitoplazmada çox xırda cisimciklər şəklində topa-topa yerləşir. Bəzən onlar nüvənin ətrafına toplanaraq, onu hər tərəfdən əhatə edir. Görünür leykoplastlar mübadilə reaksiyalarının gedişində yaxından iştirak edir. Yetkin hüceyrələrin çoxunda leykoplastlar ehtiyat nişastanı topladığından hər leykoplast üzərində nişasta dənəsi aydın görünür. Nişasta əmələ gətirən leykoplastlar amiloplastid adlanır.