leyşmaniya

leyşmaniya
leyşmanioz
leytenant
OBASTAN VİKİ
Visseral leyşmaniya
Visseral leyşmaniya ilk dəfə (1900) Hindistanda xəstə adamın dalağında ingilis alimləri Leyşman və Donovan tərəfindən aşkar edilmişdir. Parazitin qamçısız və ya leyşmanial forması müxtəlif onurğalılarda, o cümlədən itdə, çaqqalda, gəmiricilərdə və leyşmanioza tutulmuş adamlarda, qamçılı və ya lepidomonad (promastiqot) forması isə parazitin keçiricisi olan mığmığada (Phlebotomus pappatasii) olur. Aralıq dənizi leyşmaniozu, uşaq leyşmaniozu, tropik splenomeqaliya, Azərbaycanda isə bu xəstəliyi qara azar adlandırırlar. Leishmania donovani özünün ümumi quruluşuna görə dəri leyşmaniozunun törədicisi olan Leishmania tropica-ya oxşayır. Parazit 10-20 mkm böyüklükdə, dairəvi və ya oval formada olur. Bənövşəyi-qırmızı rəngli iri nüvəyə malikdir. Bədənində çubuq və dairəvi blefroplast (kinetoplast) vardır. L.donovani-yə müxtəlif orqan və toxu ma ları təşkil edən hüceyrələrin sitoplazmasında, periferik qanın neytrofillərində, qan kapilyarlarının və limfa sisteminin endotel hüceyrələrində, sümük iliyində, qaraciyərdə, dalaqda təsadüf olunur. Yoluxmuş hüceyrələrin hər birində 100-200-ə qədər parazit olur. Hüceyrələr dağıldıqda parazitə toxuma mayesində qrup halında deyil, tək-tək rast gəlinir.
Dəri leyşmaniyası
== Morfologiyası == L.tropica 2–8 mkm ölçüdə hüceyrədaxili parazitdir. Bədən xaricdən pellikula pərdəsi ilə örtülmüşdür, sitoplazması zəif rənglənir, nüvəsi zəif-qırmızı rəngə boyanır. İnsanda qamçısız formada olub, kiçik nüvəyə və kinetoplasta malikdir. Parazitin keçiricisi olan mığmığada isə onun bədəni uzunsov olur və qamçıya malikdir. Tripanosomlardan fərqli olaraq bunlarda titrəyici membran olmur. == Həyat tsikli == Dəri leyşmaniozu təbii ocaqlı xəstəlik olub, tropik və nisbətən isti ölkələrdə yayılmişdır. Bu parazitin inkişaf dövriyyəsi aşağıdakı kimidir. Səhra və yarımsəhrada yaşa-yan qum siçanı, sünbülqıran və digər gəmiricilər leyşmanioz xəstəliyinə tutulur. Phlebotomus pappatasii mığmığası bu gəmiricilərin qanını sorduqda parazitin qamçısız amastiqot (leyşmanial) forması mığmığanın həzm sistemində intensiv çoxalmağa başlayır. Parazit çoxalıb qamçısız oval vəziyətindən uzunsov, qamçılı forma alır.