Limitləşdirici
Limitləşdirici – kompüter proqramının xüsusi hissəsinin başlanğıcını və sonunu işarələyən simvol və ya ayrı-ayrı elementləri seçdirmək üçün xüsusi simvol. Aşağıdakı misalda verilənlər bazasının yazılarının sahələrinin vergüllə necə ayrılması göstərilib (hər bir ədədi olmayan sahə dırnağa alınıb).
"Azərbaycan", AZ1001, "Bakı", "Azadlıq küçəsi", 10;
"Azərbaycan", AZ1221, "Bakı", "Təbriz küçəsi", 4;
Verilənlər bazalarında çox zaman iki növ ayırıcıdan istifadə olunur: sahə ayırıcıları və yazı ayırıcıları. Yuxarıda verilmiş misalın hər iki sətrindəki vergüllərin hər biri sahə ayırıcısıdır, çünki o, bir verilənlər sahəsini digərindən ayırır. Hər bir sətrin sonundakı nöqtə-vergül isə yazı ayırıcısıdır, çünki o, bir yazını digərindən ayırır. Tabulyasiya simvolları, karetin dönüşü simvolları və ya iki nöqtə ayrıcı ola bilər.
İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.