Lingua franca
Linqva franka (it. lingua franca - frank dili) — ortaq dil mənasına gələn latınca ifadə. Bundan başqa bəzən vasitəçi dil, körpü dil, müəyyən sahədə və ya ərazidə etnoslararası münasibət üçün istifadə edilən, bütün tərəflərin başa düşdüyü ortaq dil.
== Terminin yaranması ==
Tarixən Aralıq dənizi regionunda yaşayan xalqların dillərini adlandırmaq üçün istifadə edilmişdir. Bu ad ərəb dilinin italyan dilinə tərcüməsidir lisan al-ifrang. Ərəb dilində isə bu ad xaç yürüşləri zamanı ərəblərin avropalıları franklar adlandırmasından yaranıb.
== Tarixi ==
İlk dəfə xalqlararası dil kimi Makedoniyalı İsgəndərin ordusunda koyne dili işlənmişdir.
== Nümunələr ==
Azərbaycan türkcəsi orta əsrlərdə (XX əsrin əvvəllərinədək) Şimali Qafqazda (qumuq dili ilə birgə), Zaqafqaziyada, İran, İraq, Küveyt, Suriya və Şərqi Anadoluda Linqva-franka dili olmuşdur.
XX əsrdə rus dili Postsovet məkanında və Şərqi Avropada Linqva-Franko dili olmuşdur.
== Ədəbiyyat ==
Вайнрайх У. Языковые контакты: Состояние и проблемы исследования.