Lipid metabolizmi
Lipid metabolizmi hüceyrədə lipidlərin sintez və parçalanma reaksiyaları bütünüdür. Bu mexanizmlərə enerji əldə etmək üçün yağların parçalanması və ya ehtiyat olaraq saxlanması, membran kimi hüceyrəvi strukturlardakı lipidlərin, eləcə də, funksional lipidlərin biosintezi daxildir.
== Ümumi ==
Ümumi "lipidlərə" neytral yağların bir qrupu və lipoidlər aiddir. Bu sinfə daxil olan birləşmələrin əsas fiziki xassəsi üzvi həlledicilərdə (benzol, petrolein efiri, xloroform, benzin, aseton, dietilefiri və s.) yaxşı, suda isə çox pis həll olmasıdır.
Lipidləri kimyəvi tərkiblərinə görə aşağıdakı qruplara bölürlər:a) yağlar (neytral yağlar, yaxud triqliseridlər); b) böyükmolekullu alifatik turşular; c) fosfatitlər (fosfolipidlər); ç) serebrozidlər, sterin və steridlər; d)qanqliozidlər; ə) mum və mumabənzər maddələr.
Yağlar və lipidlər insan və heyvan orqanizmində böyük rol oynayır. Ehtiyat yağları orqanizmin enerji mənbəyidir. Onlar hüceyrə protoplazmasının struktur komponentlərindən biridir.
== Lipid metabolizmi ==
Yağların hidrolitik parçalanması bir neçə mərhələdə davam edir. Lipaza, əsasən, triqliserid molekulunun alfa-efir birləşməsinə təsir göstərir.