LİRİKA

[yun. lyrikos-liranın müşaiyəti ilə oxunan] лирика (1. шаирди вичин рикӀин гьалар, гьиссер шиирдалди къалурдай эдеби эсеррин са жуьре; гьахтин шиирар, поэзия; S.Vurğunun lirikası С.Вургъунан лирика; // эмоционалвал; 2. пер. кардиз талукь фикирар авунилай, акьулдин кӀвалахдилай гьисс, рикӀин гьалар гзаф квай гьал; лиризм).
LİRİK-EPİK
LİRİZM
OBASTAN VİKİ
Lirika
Lirika "lira" sözündən olub, yunanca simli musiqi aləti deməkdir. Şərq ədəbiyyatında lirik şeirlərə rübabi şeirlər də deyilir. Rübab da ərəb sözü olub, simli alətə deyilir. Elə bədii əsərlər var ki, orada həm epik lövhələrlə, hadislərin təhkiyə yolu ilə verilməsinə, həm də şairin (lirik qəhrəmanın) bu və ya digər obraza, hadisəyə, əşyaya, təbiətə lirik münasibətinə təsadüf olunur. Əvvəldən axıra qədər həyat hadisələrinin müəyyən bir süjet əsasında təsviri ilə şairin daxili duyğularının ifadəsi üzvi şəkildə birləşir, iki növ (epik və lirik növlər) bir-birilə demək olar ki, qaynayıb qarışır. Buna görə də bu cür əsərlər qeydsiz-şərtsiz bir janra (ya epik, ya da lirik janra) daxil olmur. Belə əsərlər xüsusi bir janr təşkil edərək epik-lirik növ adlanır. Ədəbiyyatşünaslıqda buna qarışıq lirik də deyilir. Ayrı-ayrı poemalarda hadisənin epik təsviri ilə lirik tərənnümün nisbəti müxtəlifdir. Bəzi əsərlərdə təhkiyə, bəzilərində isə tərənnüm üstün olur.
Qədim yunan lirikası
Qedim yunan lirikası — qədim yunan ədəbiyyatının mühüm bir mərhələsidir. Bu dövrdə lirika deyil, melos sözü işlənirdi. Lirika sözü sonralar musiqi alətinin adından (lira) yaranmışdır. Qədim yunan lirikasını üç qola ayırırlar: Elegiya Yamb Melika Müəyyən hüznlü bir hadisənin təsiri ilə yazılan elegiyalar, sonralar siyasi fikirlərin ifadəsinə çevrildilər. Siyasi məzmunu ilə seçilən elegiyalara Solonun elegiyalarını da aid edə bilərik. Satirik məzmunlu şeirlər olmuşdur. Ən görkəmli nümayəndəsi Arxiloxdur. Lirik məzmunlu nəğmələrdir və iki növü vardır: monodik və xor nəğmələri. Monodik melikanın ən görkəmli nümayəndələri Alkey, Sapfo və Anakreont olmuşlar və daha çox məhəbbət mövzulu əsərlər yazmışlar. Xor nəğmələrinin epiqram, epinikya kimi növləri vardır.

Digər lüğətlərdə