Lobbizm
Lobbizm(ing. lobbyism—Lobbizm – ingilis sözü olan «lobbi»-dən yaranmış, «gəzintilər üçün qapalı yer, dəhliz, vestibül, kuluar» deməkdir.
== Ümumi məlumat ==
Hesab edilir ki, lobbizmin ənənələri, spesifik siyasi hadisə olaraq, Amerikada Vətəndaş müharibəsinin şöhrətli generalı – prezident Uliss Qrantın vaxtına gedib çıxır. Axşamlar bu prezident öz «komandası» ilə Vaşinqtonun otellərindən birinin xollunda dincəlməyə vərdiş etmişdi. Orada onun nazirləri, həmçinin də Senatorları müxtəlif adamlarla görüşür, xahişləri dinləyir və onları yerinə yetirməyə söz verirdilər. XIX əsrin ortalarında ABŞ-də termin xüsusi siyasi çalar aldı.
Lobbizmin mahiyyətinə iki əks yanaşma mövcuddur: bir tərəfdən o, ictimaiyyət və dövlət arasında vasitəçi fəaliyyət mexanizmi kimi; digər tərəfdən, ayrı-ayrı maliyyə-sənaye qruplarının və korporasiyaların maraqlarını irəliçəkmə məqsədilə qanunverici və icra hakimiyyəti üzvlərinin hərəkətləri ilə manipulyasiya etmə mexanizmi kimi nəzərdən keçirilir. Həm bu, həm də digər hallarda lobbizm siyasi həyatın ayrılmaz hissəsi olaraq çıxış edir.
Lobbizm müasir, sivil formalarda dövlət hakimiyyəti apparatına aşağıdan geniş istifadə edilən leqal təsir vasitəsidir. Lobbiçiliyin əsas vəzifəsi cəmiyyətin maraqlarına zidd olmayan ictimaiyyət və təşkilatların müxtəlif qruplarının spesifik maraqlarının qanunverici və normativ aktlarında nəzərə alınmasına nail olmaqdır.