lombard
lonjeron
OBASTAN VİKİ
Lomontit
Lomontit – Ca [Al2Si4O12] · 4 H2O; β - leonqardit – Ca [Al2Si4O12] · 3,5 H2O — Monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. β-leonqardit lomontitin havada, yaxud zəif qızdırıldıqda qismən dehidratatsiyası zamanı kristallizatsiya süyunun 1/8 hissəsini itirməsi nəticəsində əmələ gələn toz şəkilli məhsuldur. == Növ müxtəliflikləri == Vanadiumlu (2,5% V2O5) və maqneziumlu (0,7% MgO) lomontitlər. == Xassələri == Rəng – ağ, rəngsiz, sarımtıl, qırmızımtıl, bə-zən qəhvəyi; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ayrılma müstəvilərində–sədəfi; Şəffaflıq – şəffafdan yarımşəffafadək; lomontit havada öz-özünə süyunu qismən itirdikdə qeyri-şəffaf torpaqvari kütləyə (β-leonqardit) çevrilir; Sıxlıq – 2,25-2,35; Sərtlik – 3-3,5; Lomontit çox kövrəkdir; Ayrılma – {110} və {010} üzrə mükəmməl; Sınıqlar – qeyri-hamar, pilləli; Başqa xassələr – yaxşı sorbsiya qabiliyyəti; Morfologiya – kristallar: prizmatik, sütunvari; İkiləşmə: {100} üzrə; Mineral aqreqatları: druzalar, sferolitlər, lifli, çubuq- və torpaqvarı, bəzən incə dənəli massiv əmələgəlmələr. == Mənşəyi və yayılması == Bazalt və andezitlərdə badamvari, qranit, diorit və qranit peqmatitlərində damarcıq şəkilli əmələgəlmələrlə təmsil olunmuşdur. Dəmir filizli skarnlarda rast gəlir. Bəzən lomontit bilavasitə termal bulaqlardan çökür. Autigen əmələgəlmələri qumdaşlarında qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: başqa seolitlər, habelə kalsit, xloritlər, desmin, epidot, prenit, apofillit.