LOP

Farsca mənası “yanaq” (üz) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

LOMBARD
LOPOLİT
OBASTAN VİKİ
Lop səhrası
Lop səhrası — səhra Sintszyan-Uyğur Muxtar Rayonu ərazisində yerləşir. Korla şəhərindəb Tarim çökəkliyinənin sərhədinə qədər uzanır. Səhra ideal şəkildə düzən relyefə malikdir. Şimal-şərqdə Baqraşgöl sahillərində hündürlü 1030–1040 metr, cənub-şərqdə isə Lobnor gölü ərazisində hündürlük 250 metrdir. == Coğrafiya == Lop səhrası bütünlüklə düzən relyefə malikdir. Bununla belə ərazisində çala ərazilər vardır ki, onlara su toplandığı halda göllərə çevrilə bilər. Tarim çayı dövrlərdən asılı olaraq öz məcrasını dəyişir. Bu səbəbdən göllərin sərhədləridə dəyişilir. Keçmişdə Lobnor nəhəng bir bataqlıq olmuşdur. Hazırda bu ərazi gum və gildən ibarət olan olan səhradır.
Iguana lophryoides
Adi iquana (lat. Iguana iguana) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl iquanlar fəsiləsinin i̇quana cinsinə aid heyvan növü.
Jennifer Lopez
Cennifer Linn Lopez (ing. Jennifer Lynn Lopez; 24 iyul 1969[…], Bronks, Nyu-York) — əsasən J. Lo ləqəbi ilə tanınan ABŞ müğənnisi, aktrisası və rəqqasəsi. İspan dilli amerikalı aktrisa hesab olunur, həmçinin müğənni və maneken kimi də fəaliyyət göstərir. Dünya üzrə 55 milyondan artıq musiqi diskini satıb. 1998-ci ildə Qarışqa Zed cizgi filmində "Atsteka" personajını səsləndirmişdir. == Həyatı == Cennifer Lopez 1969-cu il iyulun 24-də Cənubi Bronksda doğulub. Valideynləri Qvadelupa Rodriqes və David Lopez Puerto-Rikodan gəlmiş mühacirlər olublar. Cenniferin özündən böyük Linda və Lesli adlı iki bacısı var. Ailə kasıb yaşasa da, valideynləri qızlarını təmin etməyə və küçənin təsirindən qorumağa çalışıblar. Bu məqsədlə də Qvadelupa və Devid pul yığaraq Cenniferi katolik məktəbinə göndəriblər.
Karlos Antonio Lopes
Karlos Antonio Lopes (isp. Carlos Antonio Lopéz; 4 noyabr 1792, Asunson – 10 sentyabr 1862, Asunson) — Paraqvay siyasətçisi olaraq ölkənin birinçi prezidenti olmuşdur. Faktiki diktator olaraq olkəni 1841–1862-ci illər ərzində ölkəni idarə etmişdir. O ölkənin xariçi siyasətində qapalılıqdan imtina etmiş, modernləşmə xəttdi götürmüşdür. Üstəlik beynəlxalq birliyə üzv olmuş həm də beynəlxalq münaqişələrə sürüklənmişdi. == Bioqrafiyası == Lopesin valideynləri ispan və hindu məşəlli olmuşdur. Kasıb ailədə dünyaya göz acır. O semnariyanı bitirdikdən sonra Asunsonda dərs deyir, o vaxta qədər ki Xose Qasperi Rodriges de Fransi seminariyanı bağlayır. Ümumiyyətlə o ölkədə ali təhsili ləğv etməyi calışır. Lopes varli bir qadınla evlənir hansı ki, bu qız ölkənin ən varlı ailəsinin övladı idi.
Kenin-Lopsan Monquş
Kenin-Lopsan Monquş (tıva Моңгуш Бора-Хөө оглу Кенин-Лопсаң 10 aprel 1925, Xonderqey[d] – 10 fevral 2022) — şair, nəsr yazıçısı, tərcüməçi, etnoqraf, tarix elmləri doktoru, Tıva Respublikasının Xalq Yazıçısı (1991), Tıva Muxtar Sovet Sosialist Respublikasının əməkdar mədəniyyət işçisi (1980), RSFSR-ın əməkdar mədəniyyət işçisi (1985), Tıva Respublikasının əməkdar elm xadimi (2004), Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Ənənəvi Mədəniyyət Tədqiqatçısı və Təbliğatçısı, "Dungur" Şamanlar Respublika Cəmiyyətinin prezidenti, uluslararası "Şamanizmin Yaşayan Xəzinəsi" titulunun sahibi. == Bioqrafiyası == Kenin-Lopsan Monquş 10 aprel 1925-ci ildə Tuva Xalq Respublikasının Cun-Xemçik rayonunun Çaş-Tal kəndində anadan olmuşdur. Ailənin altıncı uşaqdır. 2 nömrəli Qızıl Milli Məktəbinin ilk məzunlarından biridir. Leninqrad Dövlət Universitetinin Şərq şöbəsini bitirib (1952). SSRİ Elmlər Akademiyasının Leninqrad Etnoqrafiya İnstitutunda "Tıva şamanizmi poetikası və süjetləri" (1982) mövzusunda namizədlik dissertasiyasını, "Tuva şamanizminin şaman folklor materiallarına əsaslanan etnoqrafik tədqiqi problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edir. Sankt-Peterburqda,Rusiya Elmlər Akademiyasının Böyük Pyotr adına Antropologiya və Etnoqrafiya Muzeyində "Şaman folkloru materialları əsasında Tıva şamanlığının öyrənilməsinin etnoqrafik problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edir. Qızıl Pedaqoji Məktəbində Tuva dili və ədəbiyyatı müəllimi, Tıva Kitab Nəşriyyat Evində redaktor, 1964-cü ildən "Aldan Maadır" adına Respublika Diyarşünaslıq muzeyində aparıcı tədqiqatçı işləmişdir. Onun Novosibirskdə SSRİ Elmlər Akademiyasının Sibir bölməsinin Tarix, filologiya və filosofiya İnstitutunda yayınlanmış “Tıva şamanlığının ayin praktikası və folkloru. XIX yüzilliyin sonu – XX yüzilliyin başlanğıcı” monoqrafiyası böyük populyarlıq qazanmışdır.
Laura Lopez
Laura Lopez (d. 13 yanvar 1988) — İspaniyanı təmsil edən su poloçusu. == Karyerası == Laura Lopez, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Laura Lopez, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Lopadotemachoselachogaleokranioleipsanodrimhypotrimmatosilphioparaomelitokatakechymenokichlepikossyphophattoperisteralektryonoptekephalliokigklopeleiolagoiosiraiobaphetraganopterygon
Lopado­temacho­selacho­galeo­kranio­leipsano­drim­hypo­trimmato­silphio­parao­melito­katakechy­meno­kichl­epi­kossypho­phatto­perister­alektryon­opte­kephallio­kigklo­peleio­lagoio­siraio­baphe­tragano­pterygon (translit.Lopadotemaxoselxoqaleokranioleypsanodrimhipotrimmatosilfioparaomelitokatakeximenokixlepikossifofattoperisteralektrionoptekafalliokiqklopeleiolaqoiosiraiobafetraqanopteriqon) — Aristofanın "Qadınlar məclisi" adlı komediyasında uydurma yemək. Bu söz qədim yunan dilindəki "λοπαδο­τεμαχο­σελαχο­γαλεο­κρανιο­λειψανο­δριμ­υπο­τριμματο­σιλφιο­καραβο­μελιτο­κατακεχυ­μενο­κιχλ­επι­κοσσυφο­φαττο­περιστερ­αλεκτρυον­οπτο­κεφαλλιο­κιγκλο­πελειο­λαγῳο­σιραιο­βαφη­τραγανο­πτερύγων" sözünün transliterasiyasıdır. Yunan-ingilis lüğətində bu söz "bütün hər cür ləzzət, balıq, ət, quş və sousdan ibarət yemək" kimi tərcümə edilir. Sözün yunan dilindəki versiyası 172 hərf və 78 hecadan ibarətdir. Ginnesin Rekordlar Kitabına görə bu söz ədəbiyyatda peyda olmuş ən uzun sözdür (1990). == Təsviri == Yemək frikasedir. 16 növ şirin və turş komponentdən ibarətdir.
Lopastnoy adası
Lopastnoy — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqına daxil olan Komsomoles adasından 350 metr şərqdə Kapriznaya çayının mənsəbində yerləşir. Lopastnoy adasından cənub və şimalda bir necə ada vardır: 500 m şimal-şərqdə Razdelnı adası, 3,8 km cənub-qərbdə Ozyornı və 5,2 km cənub-qərbdə Qlinistı adası yerləşir. == Təsviri == Adanın uzunluğu 1,8 km, eni 820 m təşkil edir. Sahillərində çoxlu dayda burun və körfəzlər vardır. Adanın cənubunda şirinsulu gölə sahibdir. Seçilən yüksəklik yoxdur. Maksimal hündürlük 4 metrdir. Qərbində geodeziya məntəqəsi yerləşir.
Lopatikan
Lopatka burnu
Lopatka burnu — Kamçatka yarımadasının cənub hissəsində yerləşir. Burun ərazisində sərhəd zastavası və meteoloji stansiya fəaliyyət göstərir. Relyefi əsasən düzənlikdir. Tundra bitkiləri ilə örtülüdür. Güçlü küləklərin təsirinə məruz qalır. Günəşli günlərin sayı olduqca azdır. Cənub-qərbində Kuril adalarının şimalda yerləşən son adası olan Şumşu ada ilə arasında Birinci Kuril boğazı yerləşir. == Tarixi == Qədim rus xəritələrində Burun, Cənub künçü, Kuril Lopatkası və Lopatka adlandırılmışdır. 1945-ci ilin avqust ayında Sovet qoşunları burun ərazisində baş leytenant S. İ. Sokolyakın başçılığı ilə bateriya yerləşdirilir. Hədəf Şumsu adasının ələ keçirilməsi olmuşdur.
Lope Milli Parkı
Lope Milli Parkı — Qabonun mərkəzində yerləşən milli parkdır. Ərazisi əsasən rütubətli meşələrdən ibarət olsa da, parkın şimalında 15 min il əvvəl son Buz dövrü ərzində Mərkəzi Afrikada yaranan savannaların son qalıqları var. 1946-cı ildə Lope-Okanda Vəhşi Təbiət Qoruğu yaradıldığı zaman bura Qabonda ilk qorunan bölgə idi. 2007-ci ildə Lope-Okanda ladşaftı UNESCO-nun Ümumdünya irsi siyahısına əlavə edilmişdir. Parkda Mikonqo adlanan kənddə yerləşən və kəndə uyğun olaraq Mikanqo kimi tanınan, Zooloji Cəmiyyət tərəfindən idarə olunan kiçik bir tədqiqat stansiyası var. Ərazidə turistlərin dincəlməsi üçün infrastruktur mövcuddur. Buraya bir neçə otaq və ən azı beş metr məsafədə olan geniş, açıq hava yemək otağı daxildir. Parkda CEDAMM Tədris Mərkəzi, Vəhşi Təbiəti Qoruma Cəmiyyəti və beynəlxalq qoruma təhsili mərkəzi də fəaliyyət göstərir.
Lope de Veqa
Lope de Veqa (25 noyabr 1562[…], Madrid, Kastiliya krallığı[…] – 27 avqust 1635[…], Madrid, Kastiliya krallığı) — ispaniyalı şair və dram yazarı. İspan intibah ədəbiyyatının tanınımış yazarlarından biri. == Haqqında == Lope de Veqa 25 noyabr 1562-ci Madriddə anadan olmuşdur. Dövrünün orta səviyyəli təhsil ocaqlarında dərs keçmişdır. Ədib yeniyetməlik dövründən müxtəlif elmlərlə yanaşı, dinə maraq göstərmiş, hətta 1614-cü ildə keşiş rütbəsi almışdır. == Yaradıcılığı == Lope de Veqa Servantesdən sonra ispan ədəbiyyatının ən önəmli şəxslərindən biridir. Ən məhsuldar yazıçılardan biri olaraq tanınır. Ədib bir çox janrlarda yazıb-yaratmışdır. O, sonetlərin, epik poemaların müəllifidir. Lakin onun əsas uğurları dramaturgiya ilə bağlı olmuş, iki teatr janrında: komediya və dini dram (auto) yazmışdır.
Lopes burnu
Lopes burnu (fr. Cap Lopez) — Mərkəzi Afrikanın Qabon sahillərində 55 km məsafədə uzanan burun və yarımada. Burun həmçinin Qvineya körfəzini Atlantik okeanından ayıran təbii sərhəddir. Burunda Oqave çayının deltası yerləşir. Yaxınlıqda Port-Jantil şəhəri yerləşir. Burunda 1897-ci ildə mayak quraşdırılmışdır. Müasir bina isə 1911-ci ildə inşa edilmişdir. Burun öz adını portuqaliyalı araşdırmaçı Qonsales Lopesin adından almışdır. O, 1474-cü ildə buruna qədər üzüb gələ bilmişdir. XVIII—XIX əsrlərdə burun qul ticarətinin əsas mərkəzlərindən biri olmuşdur.
Lophiformes
Tilovlukimilər (lat. Lophiiformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi.
Lophiiformes
Tilovlukimilər (lat. Lophiiformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi.
Lophiolepis
Lophiolepis dubia
Adi qanqal (lat. Cirsium vulgare) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qanqal cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Yarpaqları üst tərəfdən tikanlarla qismən sıx örtülmüşdür, alt tərəfdən hörümçək toruna oxşar tüklü olub, keçə tüklərə qədər dəyişir, xətvari-uzunsovdur, uzunluğu 5–15 sm, eni 2–7 sm-dir, gövdəyə tədricən birləşəndir, üçkünc-neştərvariyə lələkvari bölünmüşdür, 2–3 ədəd ayrı dilimlərinin bölümləri uc hissədə uzunsərt tikanlı, kənarları isə xırda nazik tikanlıdır. Səbətləri tikanlı və xirda yarpaqlı gövdə və budaqların uc hissəsində yerləşib, yumurtaşəkillidir, təkdir və eni 2,5 −4,5 sm-dir. Çiçəkləri çəhrayı rəngdən bənövşəyi-tünd qırmızı rəngədək dəyişir. Toxumları 3–4 mm uzunluqdadır, sarımtıl və ya açıq-qəhvəyi rəngdə olub, qara uzununa zolaqlıdır; kəkili ağımtıldır. İyun ayında çiçəkləyir, iyul-sentyabr aylarında meyvə verir. == Azərbaycanda yayılması == Azərbaycanın bütün rayonlarında. Ovalıqdan subalp qurşağına qədər yayılmışdır. == Yaşayış mühiti == Meşə talalarında, yol boyunca, ruderal bitki kimi yaşayış evlərinin yaxınlığında rast gəlinir.
Lophiraceae
Ochnaceae (lat. Ochnaceae) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. == Sinonimləri == Euthemidaceae Tiegh., nom. inval. Lophiraceae Loudon Luxemburgiaceae Tiegh. Sauvagesiaceae Dumort. Simabaceae Horan. Wallaceaceae Tiegh. ex Soler., nom. inval.
Lopholaena
Lopholaena (lat. Lopholaena) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Lopholoma
Güləvər (lat. Centaurea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Lophonetta
Kəkilli ördək (lat. Lophonetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Lophopappus
Lophopappus (lat. Lophopappus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Lophopappus blakei Cabrera Lophopappus cuneatus R.E.Fr.
Lophophanes cristatus
Adi kəkilli arıquşu (lat. Lophophanes cristatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin arıquşları fəsiləsinin kəkilli arıquşu cinsinə aid heyvan növü. == Xarakterik morfoloji əlamətləri == Başında qar lələklərdən ibarət ucu sivri və ağ haşiyəli kəkili var. Dimdiyindən göz və qulaq lələklərinə qədər nazik qar zolaq uzanır. Erkək dişiyə nisbətən azca iridir . == Kateqoriyası və statusu == Qismən çoxsaylıdır. == Yayılması == Avropa və Asiyada yayılıb. Azərbaycanda isə Kiçik və Böyük Qafqaz dağlarının dağətəyi hissəsində və Talışda yayılıb. == Növdaxili müxtəlifliyi == Dünyada 5, Azərbaycanda isə 1 yarımnövü (P.с. cristatus Linn, 1758) yaşayır.
Lophophorata
Lophophorata 4 heyvan qrupunu özündə birləşdirir: Çiyinayaqlılar, briozoylar, entoprokta və trubkalılar "Lophophorata"ların hamısı suda yaşayır.
Mark! Lopes
Mark! Lopes — Amerikalı ətraf mühit fəalı. O, ekoloji ədaləti müdafiə edən East Yard icmasının icraçı direktorudur. 2017-ci ildə Qoldman Ətraf Mühit Mükafatını qazanışdır. == Bioqrafiyası == Santa Kruzdakı Kaliforniya Universitetini və Nortricdəki Kaliforniya Dövlət Universitetini bitirmişdir. Onun nənəsi Mothers of East Los Angeles təşkilatının həmtəsisçisi Xuana Beatris Quterredir. Kaliforniyanın Vernon şəhərində qurğuşun batareyasının çirklənməsinin aradan qaldırılması üçün lobbiçilik etmişdir. Los Anceles Vətəndaş Mərkəzində etiraz aksiyası təşkil etmişdir.

Digər lüğətlərdə