Kenin-Lopsan Monquş
Kenin-Lopsan Monquş (tıva Моңгуш Бора-Хөө оглу Кенин-Лопсаң 10 aprel 1925, Xonderqey[d] – 10 fevral 2022) — şair, nəsr yazıçısı, tərcüməçi, etnoqraf, tarix elmləri doktoru, Tıva Respublikasının Xalq Yazıçısı (1991), Tıva Muxtar Sovet Sosialist Respublikasının əməkdar mədəniyyət işçisi (1980), RSFSR-ın əməkdar mədəniyyət işçisi (1985), Tıva Respublikasının əməkdar elm xadimi (2004), Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Ənənəvi Mədəniyyət Tədqiqatçısı və Təbliğatçısı, "Dungur" Şamanlar Respublika Cəmiyyətinin prezidenti, uluslararası "Şamanizmin Yaşayan Xəzinəsi" titulunun sahibi.
== Bioqrafiyası ==
Kenin-Lopsan Monquş 10 aprel 1925-ci ildə Tuva Xalq Respublikasının Cun-Xemçik rayonunun Çaş-Tal kəndində anadan olmuşdur. Ailənin altıncı uşaqdır. 2 nömrəli Qızıl Milli Məktəbinin ilk məzunlarından biridir. Leninqrad Dövlət Universitetinin Şərq şöbəsini bitirib (1952). SSRİ Elmlər Akademiyasının Leninqrad Etnoqrafiya İnstitutunda "Tıva şamanizmi poetikası və süjetləri" (1982) mövzusunda namizədlik dissertasiyasını, "Tuva şamanizminin şaman folklor materiallarına əsaslanan etnoqrafik tədqiqi problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edir. Sankt-Peterburqda,Rusiya Elmlər Akademiyasının Böyük Pyotr adına Antropologiya və Etnoqrafiya Muzeyində "Şaman folkloru materialları əsasında Tıva şamanlığının öyrənilməsinin etnoqrafik problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edir.
Qızıl Pedaqoji Məktəbində Tuva dili və ədəbiyyatı müəllimi, Tıva Kitab Nəşriyyat Evində redaktor, 1964-cü ildən "Aldan Maadır" adına Respublika Diyarşünaslıq muzeyində aparıcı tədqiqatçı işləmişdir.
Onun Novosibirskdə SSRİ Elmlər Akademiyasının Sibir bölməsinin Tarix, filologiya və filosofiya İnstitutunda yayınlanmış “Tıva şamanlığının ayin praktikası və folkloru. XIX yüzilliyin sonu – XX yüzilliyin başlanğıcı” monoqrafiyası böyük populyarlıq qazanmışdır.