İqor Lukanin
İqor Lukanin (3 fevral 1976, Sverdlovsk) — Kristin Freyzerlə birlikdə Azərbaycanı beynəlxalq yarışlarda təmsil etmiş keçmiş buz rəqqasıdır. O, əvvəllər Almaniya yığması üçün Kseniya Smetanenko ilə yarışmışdır. O, Azərbaycanı təmsil edərək iki il Cenni Dahlenlə yarışıb. İqor Lukanin 2000-ci ildə Kristin Frayzerlə partnyor olmuşdur. Onlar dördqat Azərbaycan milli çempionluğunu qazanmış, eyni zamanda 2002 və 2006-cı il Qış Olimpiya Oyunlarında iştirak etmişlər.
Lukanin 2000-ci ildən 2005-ci ilə qədər Daria Timoşenko ilə evli olmuşdur. O 2010-cu il dekabrın 31-i partnyoru Kristin Frayzerlə evlənmişdir.