luzitan

luzitan
luza
luzitanlar
OBASTAN VİKİ
Luzitan palıdı
Luzitan palıdı (lat. Quercus lusitanica) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Luzitaniya sərvi
Vətəni Meksikanın dağlıq bölgələridir, burada 300 ilə kimi yaşayır. Hündürlüyü 30 m-ə çatan, piramidal-konusvarı çətirə malik ağacdır. Gövdəsi düz, qabığı qəhvəyi-qırmızımtıl rəngdə olub, pulcuqlar şəklində qopur. Zoğları nazik, göyümtül-yaşıl, uzunsov və sallaqdır. İynəyarpaqları bozumtul-yaşıl xırda, pulcuqvarıdır, uzunluğu 1,5–2 mm-dir, ucları sivriləşmiş və zoğlardan aralı dayanmışdır. Qozaları çoxsaylı, şarşəkilli, uzunluğu 1,5 sm-dir, rəngləri əvvəlcə mavi-yaşıl olur, sonra isə qonurlaşır, toxumları qanadcıqlıdır. Tezböyüyən, quraqlığı pis keçirən, soyuğa, qaza, tüstüyə davamlı, qüvvətli kök sisteminə malik, torpağa az tələbkar bitkidir. Toxumla çoxaldılan dekorativ ağacdır. Uzunömürlüdür, mədəni şəraitdə 1600-cü ildən becərilir. Sıra, qrup və tək əkinlərdə gözəl görünür.