MÜAZ İBN CƏBƏL

(19/640-cı ildə vəfat etmişdir) – Məhəmməd peyğəmbərin səhabələrindən biri olmuşdur. O, Məkkədə Xəzrəc qəbiləsindən olan ailədə doğulmuşdur. 18 yaşında İslamı qəbul edərək Əqəbədə Məhəmməd peyğəmbərə beyət edənlərdən biri olmuşdur. Daha sonra digər müsəlmanlarla birlikdə döyüşlərdə iştirak etmişdir. Bundan başqa Quran hafizi olmuş, hüquqi hökmlər vermişdir. Suriyada 38 yaşında taun xəstəliyindən vəfat etmişdir. Onun adından rəvayət edilmiş 150-dən artıq hədis dövrümüzə gəlib çatmışdır.
MÜAMİLƏ
MÜBAH
OBASTAN VİKİ
Muaz ibn Cəbəl
Muaz ibn Cəbəl (600-cü illər, Mədinə – 640, Suriya, ərəb. ‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri, fəqih, hafiz və mühəddis. Cuşamə ibn əl-Xəzrəc qəbiləsindən Bənu Əddə qəbiləsinin ənsarlarından biri. Muaz ibn Cəbəl Mədinədə anadan olmuşdur. O, Xəzrəc qəbiləsindən idi. 18 yaşında İslamı qəbul etmiş, Akabedəki ikinci beyyətdə iştirak etmişdir. Müsəlmanlarla müşriklər arasında gedən döyüşlərdə iştirak etmişdir. Bütün Quranı əzbər bilməsi ilə tanınırdı. Muaz ibn Cəbəl İslam hüququnun (fiqhinin) parlaq bilicisi idi, Peyğəmbərin sağlığında fətvalar verirdi. İslam ənənəsinə görə, Məhəmməd peyğəmbər Muazı Quranın ən yaxşı alimləri sırasına daxil etmişdir.
Cəbəl-Barkal
Cəbəl-Barkal ( ərəb. جبل بركل‎) — Xartumdan təxminən 400 km şimalda, Sudanın Şimal əyalətindəki Kərimə şəhərində, Nil çayının böyük əyilməsində, Nubiya adlanan bölgədə yerləşən olduqca kiçik bir dağ. Dağın 98 m hündürlüyü, düz bir zirvəsi var və yəqin ki, ticarətçilər tərəfindən Mərkəzi Afrika, Ərəbistan və Misir arasındakı vacib marşrutda böyük çayı keçməyin asan olduğu nöqtə olaraq istifadə edilmişdir. 2003-cü ildə dağ, tarixi Napata şəhəri ilə birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmidşir. Ərazidə Cəbəl-Barkal muzeyi yerləşir. Cəbəl-Barkal piramidaları Nubiya piramidaları nümunələridən biridir. Cəbəl-Barkal ətrafındakı dağıntılara ilk dəfə 1820-ci illərdə Avropa tədqiqatçıları tərəfindən izah edilən ən az 13 məbəd və 3 saray daxildir. 1862-ci ildə Üçüncü Aralıq dövrünə aid beş kitabə Misirli bir zabit tərəfindən bərpa edilərək Qahirə Muzeyinə aparıldı. 1916-cı ildə ərazidə Harvard Universiteti və Boston İncəsənət Muzeyinin ortaq ekspedisiyası tərəfindən Corc Reysnerin rəhbərlik etdiyi elmi arxeoloji qazıntılar aparıldı. 1970-ci illərdən sonra Serqio Donadoninin rəhbərliyi altında Roma Sapienza Universitetinin komandası, 1980-ci illərdə isə Timoti Kendallın rəhbərliyi altında Boston Muzeyindən başqa bir komanda araşdırmaları davam etdirdi.
Cəbəl Hafit
Cəbəl Hafit (ərəb. جبل حفيت‎) — Əl-Əyn yaxınlığında, Birləşmiş Ərəb Əmirlikləri ilə Oman arasındakı sərhəddə yerləşən dağ. Dağın bir hissəsi Onam ilə sərhədi təşkil edir. Ancaq zirvə BƏƏ ərazisindədir. Cəbəl Hafit 26 km uzunluğa və 4–5 km enə malikdir. Şimaldan cənuba doğru uzanır. Onun yamacları asimetrikdir və şərq yamacı daha sərtdir (25°-40°). 1249 metrə qədər yüksələn zirvədən şəhərin əsrarəngiz görünüşünü müşahidə etmək olur. Cəbəl Hafit bölgənin tarixi boyunca tanınmış bir məkan olmuşdur. hazırda isə məşhur turizm obyektidir.
Cəbəl İhud
Cəbəl İhud (ərəb. جبل إيغود‎) - Mərakeşin qərb bölgəsində yerləşən kənd. Cəbəl İhud eyni zamanda arxeoloji qazıntı mərkəzi kimi də tanınmışdır. 2017-ci ilin iyun ayında ərazidə aparılan qazıntı işləri zamanı yaşı 300 min il olduğu təxmin edilən Homo sapiensə aid skelet qalıqların aşkarlanıb.
Cəbəl-Druz
Cəbəl-Druz və ya Cəbəl əd-Druz (ərəb. جبل الدروز‎), rəsmi olaraq Cəbəlül-Ərəb (ərəb. جبل العرب‎) — Suriyanın сənubunda vulkan massivi. Maksimum hündündürlüyü 1,800 metrdir (Əl-Ceyna dağı). Əsasən bazaltdan ibarətdir, lava axınları ilə əhatələnmişdir. Zirvə və yamaclarında Pliosen püskürmələrinin kraterləri var. Səhra bitkiləri yayılmışdır. Bu vilayətin sakinlərinin əksəriyyəti druzlardır, həmçinin kiçikmiqyaslı müsəlman və əhəmiyyətli xristian icmaları da var. Vikianbarda Cəbəl-Druz ilə əlaqəli mediafayllar var.
Cəbəl-Lübnan
Cəbəl-Lübnan, Livan dağı və ya Livan silsiləsi (ərəb. جَبَل لُبْنَان‎, jabal lubnān, Livan ərəbcəsi tələffüz: [ˈʒabal lɪbˈneːn]; süry. ܛܘܪ ܠܒ݂ܢܢ, ṭūr leḇnān, süryanicə tələffüz: [tˤur lewˈnɔn], ṭūr lewnōn fr. Mont Liban) — Livanda dağ silsiləsi. Bu horst təxminən 160 kilometr uzunluğundadır və şərqdə yerləşən Anti-Livan silsiləsi ilə paralel olaraq ölkə daxilində Aralıq dənizi sahilləri boyunca cənubdan şimala doğru uzanır. Cəbəl-Lübnan adı "LBN" sami kökünə gedib çıxır və "ağ" mənasını verir. Ehtimal edilir ki, bu ad qarla örtülü dağlara istinad edir. Vikianbarda Cəbəl-Lübnan ilə əlaqəli mediafayllar var.
Cəbəl Amil
Cəbəl Amil — (ərəb. جبل عامل‎‎) 1920-ci ildə müasir Livanın yaradılmasından əvvəl Livanın cənubundakı dağlıq bölgənin tarixi adı. Adı 6-cı əsrdə Marib bəndinin dağıdılmasından sonra Yəməndən Livana köçən Amil bin Səbaanın adından gəlir. Cəbəl Əməl Livanın cənubunda bir bölgədir. Bu bölgə keçmişdə Suriyanın on iki imamçı bölgəsi kimi çox əhəmiyyətli olub. Cəbəl Amil Cənubi Livanın sahil və dağlıq ərazilərini əhatə edir. Cəbəl Amilin sərhədləri dəqiq məlum deyil. Bu ərazi təxminən şimaldan Sidonun şimalında Əvəli çayına (köhnə adı: Faradis), cənubdan Nəhariyyə şəhərinin şimalında Qarn çayına (köhnə adı: Əbu Fətras və ya Nəhr Fitrə) qədərdir. Şərqdən Fələstinlə, Hovla gölünə (Kiçik İordaniya kimi tanınır) və Hasbia çayına qədər və qərbdən Aralıq dənizi ilə həmsərhəddir.
Cəbəl-ət-Tair
Cəbəl-ət-Tair (ərəb. جزيرة جبل الطير‎ — Cazira-Cəbəl-ət-Tair) — ada Babülməndəb boğazının şimal-qərbində yerləşən ovalvari ada. Ada Qırmızı dəniz suları ilə əhatələnmişdir. Eritreya və Yəmən arasında eyni məsafədə yerləşir. İnzibati cəhətdən Yəmənin Hodeyda muhafazasına daxildir. Adadan Yəmən sahillərinə qədər məsafə 115 km (71 mil), Erteriya sahillərinə qədər məsafə isə 150 (93 kil) təşkil edir. Kamaran adası ilə arasında məsafə isə 82 km təkil edir. Səudiyyə Ərəbistanına mənsub olan Farasan arxipelaqı isə adadan şimal-şərqdə yerləşir. Ada dünyanın nəhəng çatlarında birinin üzərində yerləşir Adada eyni adlı vulkan yerləşir. Cəbəl-ət-Tair strato vulkan olaraq 244 metr hündürlüyə malikdir Əvvəllər adanın adı Saiban olmuşdur.
Cəbəl Əli Palması
Cəbəl Əli Palması (ərəb. خلة جبل علي‎, ing. Palm Jebel Ali) — Birləşmiş Ərəb Əmirliklərinə daxil olan Dubay əmirliyinin bir parçası olan süni ada. Qumdan təşkil olunan ada dünyanın ən böyük süni havanı olan Cəbəl Əlidən 5 km cənub-qərbdə yerləşir. Süni şəkildə salınmış 3 Palma adaları qrupundan biridir. İlk işlər 2002-ci ildə başlanılmışdır. 2008-ci ilin əvvələrində işlər bitirmişdir. 2011-ci ildə daşınmaz əmlak qiymətlərinin enməsi ilə Cəbəl Əli Palması adasında tikinti işləri dayandırılmışdır web.archive.org/web/20070217094653/http://thepalm.ae/ — Palma adalarının rəsmi saytı "Dubay-Palma adaları".
Cəbəl Əxdar (Liviya)
Cəbəl Əxdar (ərəb. الجبل الأخضر‎ – Yaşıl dağ) — Liviyanın şərqində meşəlik, məhsuldar dağlıq region. Müasir əl-Cəbəl əl-Əxdar rayonunda yerləşir. Region Yer kürəsinin ən az meşəli ölkələrindən biri olan Liviyanın çox az meşəlik ərazilərindən biridir. Cəbəl Əxdar bir neçə dərə ilə həmsərhəd olan dağ yaylasından ibarətdir. Benqazinin şimalında və Dernanın cənubunda yerləşir. Bu, Liviyanın ən rütubətli ərazisidir və buraya ildə təxminən 600 mm yağıntı düşür. Ərazidə geniş meşələr var, burada zəngin kartof və dənli bitkilər yığılır. Qədim yunan müstəmləkəsi olan Kirena Cəbəl Əxdar vadisində yerləşir. Vikianbarda Cəbəl Əxdar (Liviya) ilə əlaqəli mediafayllar var.
Cəbəl-Şəmmar əmirliyi
Cəbəl-Şəmmar (ərəb. إِمَارَة جَبَل شَمَّر‎) və yaxud Həil əmirliyi, (إِمَارَة حَائِل) həmçinin Rəşidi əmirliyi (إِمَارَة آل رَشِيْد) — 1830-1921-ci illərdə Ərəbistan yarımadasında mövcud olmuş əmirlik. Əmirlik səudların Nəcd sultanlığı tərəfindən süquta uğradılmışdır. Dövlətin paytaxtı Hail şəhəri olmuşdur. Əmirlik Rəşidi sülaləsi tərəfindən idarə edilmişdir. Əmirlik hazırkı Səudiyyə Ərəbistanı, İraq, Küveyt və İordaniya dövlətlərin ərazisini əhatə etmişdir. 1818-ci ildə misirlilər Səudların Dəriyyə əmirliyini süquta uğratdılar. Səudlardan vassal asılılığında olan Cəbəl-Şəmmar əmirliyində, Əl-Əli və Əl-Rəşid qəbilələri arasında hakimiyyət uğrunda mübarizəsi başladı. 1835-ci ildə Əl-Rəşid qəbiləsi üzvləri Abdulla və Ubeyd qardaşları Cebel-Şəmmarda hakimiyyəti ələ keçirərək Əmir Saleh ibn Abd Muhsini öldürdülər. Eyni zamanda, qardaşlar özlərini hakimiyyət uğrunda mübarizədə onlara kömək edən Səud əmiri I Faysalın vassalı olaraq elan etdilər.
İbn
İbn Firnans
Təzəkənd-i Cəbəl (Sulduz)
Təzəkənd-i Cəbəl (fars. تازه كندجبل‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 377 nəfər yaşayır (90 ailə).
Əl-Cəbəl əl-Əxdar
Əl-cəbəl Əl-əxdar (ərəb diliالجبل الأخضر) — Liviyanın Kirenaika regionunda şəhər.
İbn-Rüşd
İbn Rüşd (tam adı: Əbu əl-Valid Məhəmməd ibn Əhməd ibn Rüşd) və ya latınlaşdırılmış variantı ilə Averroes 14 aprel 1126, Kordova, Mürabitlər dövləti – 10 dekabr 1198, Mərrakeş[d], Müvəhhidlər dövləti[d]) — əndəluslu ərəb filosof və təbibi. Fəlsəfə, riyaziyyat, fiqh və tibbin kamil bilicisi. O dövr müsəlman İspaniyasının Kordova şəhərində anadan olmuş İbn Rüşd Qərbi Avropada dünyəvi fəlsəfi fikrin banisi hesab olunur. Digər məşşai filosoflarından fərqli olaraq, din-fəlsəfə münasibətləri probleminə hərtərəfli və sistemli şəkildə toxunan İbn Rüşd əlaqədar görüşlərini "Kitab əl-kəşf ən mənahic əl-ədillə fi əqaid əl-millə", "Fəsl əl-məqal fi ma beynə əl-hikmə və əş-şəriət min əl-itt isal" və "Təhafüt təhafüt əl-fəlasifə" adlı kitablarda toplamışdır. İbn Rüşdün problemə özünəməxsus münasibəti ondan ibarətdir ki, din və fəlsəfəni bir-birinə uyğunlaşdırmaq üçün onların arasında "ənənəvi" oxşarlıqlar axtarışına çıxmamışdır. O, problemi din nöqteyi-nəzərindən araşdırmış, ehkamlara əsaslanaraq, rasional biliklə vəhyi biliyin uyğunluğu ideyasını irəli sürmüş, dində ağıla əhəmiyyətin verdiyini bildirmişdir. İbn Rüşd deyirdi ki, fəlsəfə ilə məşğul olmaq dinin tələb etdiyi zəruri məsələdir. O, dinlə fəlsəfəni eyni həqiqətin ayrı-ayrı təzahürləri kimi nəzərdən keçirərək, onları "eyni məmədən süd əmən iki bacı" adlandırmışdır: "Demək istəyirəm ki, hikmət (fəlsəfə) şəriətin (dinin) dostu, süd bacısıdır. …Onlar təbiət etibarilə dostdurlar, mahiyyət baxımından bir-birinə aşiq sevgililərdir". Ümumiyyətlə, İbn Rüşd qarşısına belə bir məqsəd qoymuşdu ki, vəhy və fəlsəfənin ayrı-ayrılıqda nə kimi əhəmiyyət daşıdığını müəyyənləşdirib, onları bir-birinə uyğunlaşdırmaqla aralarında heç bir ziddiyyətin olmadığını isbatlasın.
İbn Abbas
Abdullah ibn Abbas ibn Əbdülmüttəlib (ərəb. عبدالله بن عباس‎; təq. 619, Məkkə – təq. 687, Taif, Məkkə bölgəsi[d]) — Məhəmməd peyğəmbərin tanınmış səhabəsi, İslam alimi və fəqihi. Məhəmməd peyğəmbərin əmisi Abbasın oğlu idi. Peyğəmbərin Mədinəyə hicrət etməsinə üç il qalmış Məkkədə doğulmuşdur. Məhəmməd peyğəmbərin yanında böyümüş, gənc yaşlarında ondan İslam dinin əsaslarını öyrənmişdir. Hicrətin səkkizinci ilinə qədər, Abdullah ibn Abbas öz ailəsi ilə Məkkədə yaşamışdır. Ancaq, şəhərin müsəlmanların əlinə keçməsindən az öncə, onlar da Mədinəyə hicrət etmişdirlər. O, Hüneyn və Taif döyüşlərində, eləcə də, Məkkənin alınmasında iştirak etmişdir.
İbn Abidin
Məhəmməd Əmin ibn Ömər əd-Dəməşqi (İbn Abidin) (d. 1198/1784 – ö. 1252/1836) - Osmanlı imperiyasının son dövrlərində yaşamış ən görkəmli müsəlman fəqihlərindən biri. 1198 (1784)-cü ildə Suriyanın Şam (Dəməşq) şəhərində anadan olmuşdur. O, hənəfi məzhəbinin mənsublarından olmuş, da doğulub orada yaşamışdır. Tam adı Səid Məhəmməd Əmin ibn Ömər ibn Əbdül-Əzizdir. Həzrəti Hüseynin (ə) nəslindən olub atasının anası "Xülasətül əsər" adlı əsərin müəllifi olan Mühibbinin qızıdır. Zühd (dünya sevgisini tərk edənə deyilir) və təqvasına görə Abidin ləqəbi ilə tanınan beşinci babası Məhəmməd Səlahiddinə nisbətlə İbn Abidin deyə adlandırılmışdır. Səid Məhəmməd atası ilə birlikdə ticarətlə məşğul olmuşdur. 1836-cı il, 5 avqust tarixində Şamda vəfat etdi ve Babüssəğir qəbristanlığında dəfn edildi.
İbn Aqil
Əbu Məhəmməd Bahaəddin Abdullah b. Əbdürrəhman b. Abdillah b. Aqil əl-Həmədani (16 oktyabr 1298[…], Qahirə – 16 noyabr 1367[…], Qahirə) — İbn Malik ət-Tainin "əl-Əlfiyyə"sinə yazdığı şərhlə tanınan dil və fiqh alimi. 1299-cu ildə Hələb yaxınınlığındakı Balis qəsəbəsində dünyaya gəlmişdi. Qahirədə doğulduğu da rəvayət edilir. 1294-cü il və ya 1301-ci ildə doğulduğunu qeyd edən qaynaqlar da vardır. Soyu Hz. peyğəmbərin əmizadəsi Aqil ibn Əbu Talibə dayandığından İbn Aqil künyəsiylə tanınır. Misiri, Balisi və Hələbi nisbələri ilə yanaşı ataları arasında Həmədan və Amiddə (Diyarbəkir) oturanlar olduğundan Həmədani və Amidi nisbələriylə də anılır.
İbn Bibi
İbn Bibi (tam adı: Əmir Nasırüddin Hüseyn bin Məhəmməd bin Əli əl-Cəfəri ər-Razi) — XIII əsr tarixçisi. İbn Bibi: "İbnul-Bibi əl-Münəccimə" olaraq məşhur Əmir Nasırüddin Hüseyn bin Məhəmməd bin Əli əl-Cəfəri ər-Razi, XIII əsrın tanınmış İranlı tarixçi və müəlliflərindəndir. "İbnul-Bibi" deyə məşhur olmasının səbəbi, Nişapur Şafiiləri lideri Kəmalüddin Simnaninin qızı olan "Bibi Münəccimə" adıyla məşhur olan anasından dolayıdır. İbn Bibinin, ana tərəfindən nəsəbi Qazan fitnəsində öldürülən Xorasanın böyük fəqihi İmam Məhəmməd bin Yəhyaya çatır. Bibi Münəccimə, astronomiyada istedadlıydı və dönəmin padişahlarının saraylarında özəlliklə də Sultan Cəlaləddinin yanında çox dəyərli və yaxındıydı. İbnul-Bibinin atası, Məcdəddin Məhəmməd Tərcuman deyə ünlüydü. Həyat yoldaşı Bibi Münəccumə səbəbiylə də Əlaəddin bin Keyqubad sarayında katiblik məqamına gəldi və Rum sultanlığının əmirləri arasında yer aldı. Şəmsəddin Sahibdivan-i Cüvəyni Anadolu işləriylə ilgili vəzifəyə gəldikdən sonra İbnul-Bibi ilə Cüveyni xanədanı özəlliklə də Əlaəddin Ataməlik Cüveyni arasında yaxın bir ilişki oldu. Bundan dolayı da İbn Bibi, kitabını əl-Əvamirul-Əlaiyyə deyə adlandırdı və onu Ata Məlikə təqdim etdi. Rum səlcuqluları padişahlarının tarixi mövzusunda yazdığı və yazarının müqəddiməsində bunun Cüveyninin Cihanguşəsinin bir zeyli olduğunu söylədiyi əl-Əvamirul-Əlaiyyə kitabı "Səlcuqnamə" adıyla da bilinir.
İbn Bənna
İbn Bənna (ərəb. ابن البناء المراكشي‎, ərəb. Ibn al-Banna' al-Marrakushi‎; 29 dekabr 1256, Mərrakeş[d], Müvəhhidlər dövləti[d] – 31 iyul 1321, Mərrakeş[d], Merinilər) — Mərakeşli alimdir; riyaziyyatda, xüsusilə triqonometriyada bir çox müstəqil kəşflər etmişdir; 17296 və 18416 kimi dost rəqəmləri müəyyən etmişdir; "Hesab əməllərinin qısa şərhi" kitabının müəllifidir.
İbn Bətutə
İbn-Bətutə Əbu Abdullah Məhəmməd ibn Abdullah al-Lavati at-Tancı (25 fevral 1304–1377) — ərəb səyyah və tacir. Digər ərəb səyyahlarından fərqli olaraq, olduğu ölkələrin əhalisi haqqında daha çox maraqlanmışdır. 22 yaşında Mərakeşdən İskəndəriyyə şəhərinə gəlməklə Misirin əsas hissələrində olmuş, daha sonra Fələstin Məkkəyə getmişdir. Məkkədən geri Fələstinə qayıdan İbn-Bətutə Kiçik Asiyanı keçərək Rusiyaya daxil olmuş və Sibirə yollanmışdır. Rusiyadan İstanbula qayıdaraq Orta Asiyaya, buradan isə Əfqanıstandan keçməklə Hindistana yola düşmüşdür. Hindistanda dövlət xidmətinə götürülən səyyah 1342-ci ildə Çində olur. Daha sonra Maldiv adalarında, Mərakeşdə, təkrar İspaniya, Saxarada olmaqla 1377-ci ildə vəfat edir. İbn Bətutə orta əsrlərin bütün müsəlman ölkələrində, həmçinin müsəlmanların hakimiyyəti altında olan ərazilərdə olan yeganə səyyah olmuşdur. Onun qarşıya qoyduğu əsas məqsəd XIV əsrin ikinci yarısında mövcud müsəlman cəmiyyətini əsərlərində işıqlandırmaqdan ibarət idi. İbn Bətutə 1342-ci ildə dəniz yolu ilə Ərəbistana qayıtmış, özü ilə olduğu ölkələr haqqında zəngin məlumatlar gətirmişdir.
İbn Cureyc
Əbülvəlid Əbdülməlik ibn Əbdüləziz ər-Rumi, həmçinin İbn Cureyc (ərəb. ابن جريج‎; 699, Məkkə – 767, Bağdad) — islam ilahiyyatçısı, Məkkə ənənəçisi. Onun tam adı Əbülvəlid Əbdülməlik ibn Əbdüləziz ibn Cureyc ər-Rumi əl-Qureyşi əl-Məkkidir. O, yunan əsilli idi. Tarixçilər oun Xalid ibn Əsəd ailəsinin azad edilmiş adamı olduğunu güman edirlər. Filologiya, ədəbiyyat, tarixlə maraqlanırdı. Ata ibn Əbu Rabahi, Mücahid, İkrimə və başqalarından hədis nəql etmişdir. Vaqi, İbn Mübarək, Süfyan ibn Üyeynə və başqalarının hədisləri ondan nəql olunmuşdur. Ibn D̲j̲urayd̲j̲ / Pellat, Ch. // Encyclopaedia of Islam.
İbn Cübeyr
Məhəmməd İbn Əhməd ibn Cübeyr ak-Kinani - ərəb şairi, Qranadda Almohadov həyətində xidmət etmişdir. 1183-cü ildə ibn Cübeyr Məkkəyə həcc ziyarətinə gedir. Səyahəti 2 il sürdü. Sonra Aralıq dənizi ilə üzərək ibn Cübeyr Aleksandiraya gəlir. O Misirə piramidaları görməyə gedir və Sfinskanı görür. Sonra yenidən Mosula qayıdır. Bu zaman o rus dilini öyrənir. 1189-1191-ci ildə ibn Cübeyr yenidən şərqə gedir, ancaq hara getdiyi bilinmir. Üçüncü səyahəti isə 1217 ildə edir ancaq rəhmətə gedir, gedı bilmir. Onun şeirləri bəzilər qalır onların əksəriyyəti Saladinaya həsr olunub.
İbn Firnans
İbn Firnans — IX əsr müsəlman mütəxəssisi. 880-ci ildə İbn Firnans dünyada ilk dəfə təyyarə tipli uçan cihaz ixtira etmişdir. Adıçəkilən müsəlman alim quş tükü və qumaşdan istifadə etməklə hazırladığı qurğuda uzun müddət havada dövr etdikdən sonra sağ-salamat yerə enmişdi.
İbn Fədlan
Əhməb ibn Fadlan (təq. 879, bilinmir və ya Bağdad – təq. 960) — Ərəb çoğrafiyaçısı. 921-923-cü illərdə xəlifə əl-Müqtədir (908-932-ci illər) tərəfindən siyasi məqsədlə göndərilən səfirliyin başçısı olmuş Əhməd ibn Fədlan Bağdadan İranı və Orta Asiyanı keçməklə Volqaboyunadək marşrut qət etmiş və onun bu səyahəti öz əksini «Risalə»sində tapmışdır. "Risalə" əsəri səfirin Volqa - Xəzər və Şimal xalqları ilə bağlı tarix elmi üçün xeyli əvəzsiz qeydləri ilə zəngindir. Əhməd ibn Fədlan 922-ci ildə о, Vоlqanın sоl sahilinə yеrləşmiş Bulqariyaya gəlir, Ladоqa gölü ətrafında оlur və 923-cü ildə vətənə qiymətli cоğrafi məlumatlarla qayıdır. Fədlan bu əraziləri kəşf еtməsə də Vоlqasahili, Оrta Asiya хalqları və Хəzər dənizinə tökülən çaylar haqqında ətraflı məlumatları ilə sеçilir. Ch. M. Fraehn. Die ältesten arabischen Nachrichten über die Wolga-Bulgaren aus Ibn-Foszlan’s Reiseberichte.