Mübadilə Olunan İstiqraz

dönərli istiqrazlara oxşardır, lakin emitentin paylarına bağlı deyil. Onlar artıq emitentin də sahibi olduğu başqa şirkətdə səhmlərə mübadilə edilə bilirlər.
Mübadilə Məzənnəsi Haqqında Forvard Razılaşma
Mübadilə Olunmayan Valyuta
OBASTAN VİKİ
İstiqraz
İstiqraz – onun sahibinin onu buraxmış şəxsdən istiqrazda nəzərdə tutulan müddətdə istiqrazın nominal dəyərini və ya başqa əmlak ekvivalentini almaq hüququnu təsdiqləyən qiymətli kağızdır. İstiqraz onun sahibinə həmçinin istiqrazın nominal dəyərindən faiz almaq hüququ və ya digər əşya hüquqları verə bilər. İstiqrazlar- onları buraxan qurumlardan gəlir əldə etmək hüququ verən qiymətli kağızlardır. İstiqrazlar təkrar bazarda təkrar satıla bilər. Daha sadə dildə belə izah edə bilərik: – istiqrazlar – müəyyən edilmiş məbləği vaxtında ödəmək öhdəliyini əks etdirən sənəddir. – istiqrazlar üzrə ödəniləcək məbləğ, onların alınmasına sərf olunan məbləğdən çoxdur. – istiqrazlar təkrar satıla bilər, bu halda onların müəyyən etdiyi məbləği ödəyəcək şəxs dəyişmir. Əksinə – vəsaiti alacaq şəxs dəyişir. İstiqrazların emitenti kimdir? İstiqrazların emitenti dedikdə, onları buraxan şəxs nəzərdə tutulur.
Mübadilə
Mübadilə — müxtəlif məşğuliyyət növləri ilə məşğul olan insan qruplarının hazırladıqları məhsulları bir-biriləri ilə dəyişmələri.
Xarici istiqraz
İkivalyutalı istiqraz
Mübadilə (iqtisadiyyat)
Mübadilə iqtisadiyyatda — malların bir sahibdən digərinə daşınması. İnsanlar arasında birbaşa və ya əmək məhsullarının mübadiləsi şəklində təzahür edən qarşılıqlı fəaliyyət mübadiləsi. Məcburi və qeyri-məcburi ola bilər (könüllü). Könüllü mübadilə formalarından biri ticarətdir. Könüllü mübadilədə çox vaxt zahiri, keyfiyyət, forma və təyinat baxımından fərqli olan şeyləri ölçmək lazımdır. Bu, malların maya dəyərinə çevrilən vahid əsasın, ekvivalentlik ölçüsünün olmasını zəruri edir. Mübadilə həm bilavasitə “mal-mal” sxeminə (barter), həm də “mal-pul-mal” sxeminə görə (alqı-satqı) pulun iştirakı ilə digər mal və ya xidmətlər üzrə aparıla bilər. Məcburi mübadilə əksər hallarda tərəflərdən biri ədalətsiz, qeyri-ekvivalent, yırtıcı hesab edir. Adətən, könüllü əsasda (güc tətbiq etmədən və ya onun tətbiqi təhlükəsi olmadan) mübadilə baş verməyəcəyi şərtlər var. Müasir təcrübədə birjada birbaşa zorakılıq adətən cinayət hesab olunur.
Mübadilə məzənnəsi
Mübadilə məzənnəsi və ya valyuta məzənnəsi — milli valyuta vahidinin xarici valyuta ilə ifadə olunmuş qiyməti. İki müxtəlif valyutanın qiymət nisbəti kimi xarakterizə olunan m.m. aşağıdakı üsullarla müəyyən olunur: 1. Birbaşa kotirovka – 1 vahid milli valyutanın müəyyən həcmdə xarici valyuta ilə ifadə olunması. Məsələn, 1 Azərbaycan manatı = 1,18 ABŞ dolları; 2. Dolayı kotirovka – müəyyən həcmdə milli valyutanın 1 vahid xarici valyuta ilə ifadə olunması. Məsələn, 1 ABŞ dolları = 0,85 Azərbaycan manatı; 3. Çarpaz kotirovka – iki valyutanın hər birinin 3-cü valyutaya nəzərən məzənnəsi vasitəsilə bir-birində ifadəsi. Məsələn, 1 ABŞ dolları = 0,85 Azərbaycan manatı; 1 ABŞ dolları = 1,65 gürcü larisi təşkil edirsə, onda 1 Azərbaycan manatı = 1,65/0,85 = 1,94 gürcü larisi a. Nominal valyuta məzənnəsi – valyuta bazarında 2 müxtəlif valyutanın bir-birinə mübadilə edildiyi məzənnə; b.
Əsas mübadilə
Əsas mübadilə- standart şəraitlərdə orqanizmin normal həyat fəaliyyətini təmin etmək üçün zəruri olan enerjinin minimal miqdarıdır Standart şəraitlər dedikdə adətən aşağıdakı şərtlər nəzərdə tutulur: Oyaqlıq vəziyyətində Səhər acqarına uzanmış vəziyyətdə psixoloji və emosional sakitlikdə rahatlıq temperaturu (18 - 20º). Kişilərdə əsas mübadilənin intensivliyi orta hesabla 1kkal/kq/saat təşkil edir, başqa sözlə, sutka ərzində əsas mübadiləyə 70kq çəkisi olan kişi 1700 kkal enerji sərf edir. Qadınlar üçün bu kəmiyyət 10% aşağıdır. Metabolizm prosesində ayrılan istilik enerjisi bədən temperaturunun sabitliyini saxlamaq üçün sərf olunur. Bu enerji həm də hüceyrə metabolizmi, qan dövranı, tənəffüs, ifrazat, bədən temperaturunun sabit saxlanmasına, beyində həyati vacib sinir mərkəzlərinin fəaliyyət göstərməsinə, endokrin vəzlərinin sekresiyasına sərf olunur. Fiziki və əqli fəaliyyətdə, psixoemosional gərginlikdə, qida qəbulundan sonra, temperatura aşağı düşəndə orqanizmin enerji sərfi də artır. BÇ- bədən çəkisi (kq) B – boyu (m) ƏM - əsas mübadilə ƏM-nin miqdarı orqanizmdə anabolizm və katabolizm proseslərinin nisbətindən asılıdır.
İnternet mübadilə nöqtəsi
İnternet mübadilə nöqtəsi (ing. Internet exchange point; IX və ya IXP) — IP şəbəkəsinin ümumi əsasları. Bu, iştirakçı internet servis provayderlərinə (ISP) öz şəbəkələri üçün nəzərdə tutulmuş məlumatların mübadiləsinə imkan verir. IXP-lər ümumiyyətlə bir çox fərqli şəbəkələrə, yəni məlumat mərkəzlərinə əvvəlcədən mövcud əlaqələri olan yerlərdə yerləşdirilir. Burada onların iştirakçılarını birləşdirmək üçün fiziki infrastrukturdan (sviçlər) istifadə edilir. Təşkilati cəhətdən əksər IXP-lərin hər biri öz tərkib hissəsi olan iştirakçı şəbəkələrinin (yəni, həmin IXP-də iştirak edən ISP-lərin dəsti) hər biri müstəqil qeyri-kommersiya birlikləridir. IXP-lərə əsas alternativ ISP-lərin öz şəbəkələrini bir-biri ilə birbaşa birləşdirdiyi özəl peering adlanan qarşılıqlı əlaqədir. IXP-lər provayderin yuxarı axın tranzit provayderləri vasitəsilə çatdırılmalı olan trafik hissəsini azaldır. Beləliklə, onların xidmətlərinin hər bit üçün orta çatdırılma dəyərini azaldır. Bundan əlavə, IXP vasitəsilə mövcud yolların sayının artması marşrutlaşdırma səmərəliliyini (marşrutlaşdırıcılara daha qısa yollar seçməyə imkan verməklə) və xətaya dözümlülüyünü artırır.
Alman Akademik Mübadilə Xidməti
Alman Akademik Mübadilə Xidməti - (almanca: Der Deutsche Akademische Austauschdienst e. V. (DAAD)) beynəlxalq aləmdə alman ali məktəbləri və tələbə qurumlarının əlaqələrinə xidmət edən təşkilatdır. 1 Yanvar 1925-ci ildə bir qrup tələbənin təşəbbüsü ilə Haydelberq şəhərində "Akademik Mübadilə Xidməti" adı altında yaradılmışdır. Elə həmin ildəcə onun mərkəzi Berlin şəhərinə köçürülür. 1933-cü ildə Nasional Sosialistlərin təkidi ilə təşkilat fəaliyyətini dayandırır. 1943-cü ildə onun şəhər qəsrində yerləşən bürosu bombardman nəticəsində dağıdılır. 5 avqust 1950-ci ildə Bonn şəhərində bu təşkilat "Alman Akademik Mübadilə Xidməti"altında yenidən qurulur. 2012-ci ildən onun prezidenti Marqret Vintermanteldir. DAAD verdiyi məlumata görə tələbə və elmi işçilərin mübadiləsini həyata keçirən ən böyük fond sayılır. O yarandığı gündən, 1925-ci ildən bu günə kimi 1,9 milyon insana həm ölkə daxili, həm də xaricdə stipendiyalarla yardım etmişdir (2003-cü ildəki məlumat).
Mədəni və texnoloji mübadilə
Mədəni-texnoloji mübadilə — ayrı -ayrı xalqların, ölkələrin, sivilizasiyaların (ticarət, nikahlar, müharibələr və s. müxtəlif əlaqələr vasitəsilə) müəyyən ərazi vahidlərində mədəniyyət, elm və texnologiya nailiyyətlərinin bir-birinə nüfuz etməsinə səbəb olan qarşılıqlı əlaqə prosesidir. Akkulturasiya İnkulturasiya İnterkulturalizm Mədəniyyətlərarası ünsiyyət Mədəniyyətlərarası kompetensiya Transkulturasiya Белый В. И. Международный культурный обмен и его влияние на развитие национальной культуры: дис. канд. филос. наук. — М.: Государственный институт культуры, 1992. — 155 с. Боголюбова Н. М., Николаева Ю. В. Межкультурная коммуникация и международный культурный обмен. Учебное пособие.
Bərpa olunan enerji
Bərpa olunan enerji — günəş, külək, dalğa, geotermal enerji,su və digər bərpa olunan mənbələrdən alınan enerjiyə deyilir. Bu zaman təbiətdə daim baş verən proseslərdən istifadə olunur və bu mənbələr insan istifadəsi nəticəsində tükənə bilməz. Alternativ energetika təkcə ətraf mühitin mühafizəsi üçün vacib deyil. Qeyri-ənənəvi enerji mənbələrindən istifadə iki vacib şərtə əsaslanır: yanacaq mənbəyinin bərpa olunan olması və verilmiş ərazidə mövcudluğu. O, ölkələrin, ərazilərin, təsərrüfat sistemlərinin neftdən və onun qiymətindən asılılığını yumşaldır. Regionun xüsusiyyətindən asılı olaraq alternativ enerjidən istifadənin strukturunda bu və ya digər mənbə üstünlük təşkil edir. Məsələn, İslandiya, Danimarka və ABŞ-nin bəzi ştatlarında alternativ enerji istehsalında üstünlük geotermal mənbələrə verilir. Norveçdə, əsasən, kiçik gücə malik hidroenergetik qurğulardan istifadə edilir. Düzən ərazilərdə külək elektrostansiyalarından, cənub regionlarda günəş batareyalarından istifadə edilir. Zəngin meşə ehtiyatlarına malik ölkələrdə biokütlənin (yonqar, talaşa) yanma texnologiyasından geniş istifadə edilir.
İnterpretasiya olunan dil
İnterpretasiya olunan dil (en: Interpreted language) – əsasən proqram təlimatlarının əvvəlcədən maşın kodu-na çevrilmədən birbaşa və azad şəkildə icra edildiyi proqramlaşdırma dili tipidir. İnterpretator yazılmış proqram kodlarını birbaşa icra edir, bu zaman hər bir proqram elementini bir və ya daha çox altproqram-a tərçümə edir və sonra başqa bir dilə (adətən maşın kodu-na). İnterpretayiya olunan dil və kompilyasiya olunan dil terminləri çox da yaxşı təyin edilməmişdir, çünki teoremdə hər hansı bir proqramlaşdırma dili hər iki cür də tətbiq edilə bilər. Müasir proqramlaşdırma dillərinin tətbiqində bir platform üçün hər iki seçimin də təqdim olunması artan şəkildə məşhurdur.Yaxşı tanınmış Python (proqramlaşdırma dili), Ruby, PHP, JavaScript dilləri interpretasiya olunan dillərdir.
Amortizasiya olunan dəyər
Amortizasiya olunan dəyər maliyyə aktivi və ya öhdəliklər — ilkin tanınma zamanı maliyyə aktivi və ya öhdəliyinin ölçüldüyü məbləğ, əsas borcun ödənişləri çıxılmaqla, effektiv faiz metodundan istifadə etməklə hesablanmış yığılmış amortizasiyanın məbləği üstəgəl və ya minilməklə, həmin ilkin məbləğ ilə ödəmə vaxtı ödəniləcək məbləğ arasındakı fərq və maliyyə aktivi üzrə gözlənilən kredit itkiləri üçün ehtiyat (ehtiyatdan əvvəl amortizasiya olunmuş dəyər maliyyə aktivinin ümumi balans dəyəri adlanır). Amortizasiya olunmuş dəyər faktiki olaraq aktivin (öhdəliyin) gözlənilən kredit itkiləri üçün ehtiyatı çıxmaqla, ilkin (ilkin tanınma zamanı) effektiv faiz dərəcəsi ilə diskont edilmiş gözlənilən pul vəsaitlərinin hərəkətinin dəyərinə bərabərdir. BMHS 9-a uyğun olaraq, maliyyə aktivləri və öhdəlikləri ilkin tanınma zamanı ədalətli dəyərlə ölçülür. Bununla belə, bəzi maliyyə aktivləri və öhdəlikləri sonradan amortizasiya olunmuş dəyərlə uçota alına bilər. Bunun üçün effektiv faiz dərəcəsi ilkin ədalətli dəyər əsasında müəyyən edilir və sonradan amortizasiya olunmuş dəyər bu dərəcə ilə diskont edilmiş aktiv və ya öhdəlik üzrə müqavilə üzrə gözlənilən gələcək (qiymətləndirmə anından) pul vəsaitlərinin hərəkətinin dəyəri kimi müəyyən edilir. . Maliyyə aktivlərinin amortizasiya olunmuş dəyərlə uçota alınması üçün, aktivin idarə edilməsi üzrə biznes modelinin məqsədi aktiv üzrə müqavilə üzrə pul vəsaitlərinin hərəkətini toplamaqdan ibarət olmalıdır və bu pul vəsaitlərinin hərəkəti yalnız ödənilməmiş hissə üzrə əsas borc və faiz ödənişləri olmalıdır (SPPI testi adlanır).
Albaniyanın bərpa olunan enerjisi
Albaniyanın Bərpa olunan enerjisinə bioyanacaq, geotermal mənbələr, su, günəş və külək ilə işləyən elektrik stansiyaları daxildir. Albaniyanın bərpa olunan energetikasının əsasını hidroelektrostansiyalar təşkil edir, baxmayaraq ki çəkilmə zamanı və ya su aşağı səviyyədə olanda energetika ilə problemlər yaşanır. Albaniyanın günəş, külək və geotermal mənbələrin istifadəsi üçün böyük potensiala malikdir, bu da Aralıq dənizi iqlimi, təbii su quyuları və balkan dağların mövcud olması ilə bağlıdır. Elektrik enerjisinin əsas mənbəyi SES-di, hansı ki hər halda daimi dəyişikliklərə görə etibarsız sayılır. Albaniya 2012-ci ildə 100 min yaşayış evini elektriklə təmin edilməsi üçün Verbumd adlı Avstriya şirkəti ilə Aşta SES-in tikintisi barədə müqavilə bağlamışdı. BMT-nin inkişaf proqramı Albaniyada günəş batareyalarının tikintisini planlaşdırır. Proqram daxilində 75 min m² sahəli panellərin quraşdırılması üçün 2,75 milion ABŞ dolları xərcləndi. 2010-cu ildə 10 700 m² quraşdırılmışdır, batareyaların qalan hissəsinin tikintisi 2015-ci ildən davam etdirildi. Günəş batareyaları ildə 2100 - 2700 günəş saatı üçün nəzərdə tutulub. Bu növ energetika yaşayış evləri, kommersiya və sənaye binalarının istilik və elektriklə təchizatı üçün istifadə oluna bilər.
Azameti idarə olunan qoruğu
Azameti idarə olunan qoruğu ( gürc. აჯამეთის აღკვეთილი ) - Gürcüstanın Zestafoni Bələdiyyəsi bölgəsi, Bağdati Bələdiyyəsindəki qorunan bir ərazidir . Azametinin məşhur palıdlarını və digər yerli florasını qoruyur. Ağacların bəziləri 120 ilə 200 yaş arasındadır. Qoruq yerli faunanı da qoruyur. Azameti idarə olunan qoruğu Kutaisidən 15 km məsafədə yerləşir. İlk dəfə 1935-ci ildə yaradılıb. Qoruğun iki qorunan ərazisi var: Azameti Muxnari (3742 ha), Rioni çayı sahilində Kvirila və Xanistşali və Vartsişe arasında kütləvi (1106 ha), Hanistskalinin sol tərəfində. Sahənin 4723 hektarı palıd meşələri, 93 hektarı - vələs meşələr və 23 hektar şərq buynuzu ilə örtülmüşdür. Vartsixe'nin meşəlik ərazisi Azameti İdarə Qoruğuna daxil edilir və nadir Üçüncü dövr dövrünə aid nadir qalıqları qorumaq üçün ilk dəfə 1946-cı ildə qurulmuşdur: İmeretiya palıd və Qafqaz qarağası Dendroflora 60 növə malikdir.
Dəqiq idarə olunan sursat
Dəqiq idarə olunan sursat, həssaslıqla idarə olunan sursat, həssas başlıqlı sursat, həssas başlığa malik olan sursat, PGM, smart silah, smart sursat, smart bomba – müəyyən bir hədəfi dəqiqliklə vurmaq, yan zərərləri minimuma endirmək və nəzərdə tutulan hədəflərə qarşı öldürücülük dərəcəsini artırmaq üçün nəzərdə tutulmuş idarə olunan sursatlara verilən addır. Birinci Körfəz Müharibəsi zamanı idarə olunan döyüş sursatları atılan silahların yalnız 9%-ni təşkil edirdi, lakin buna baxmayaraq bütün müvəffəqiyyətli vuruşların 75%-ni təşkil edirdi. İdarə olunan silahlar ümumiyyətlə daha çətin hədəflərə qarşı istifadə olunsalar da, hər atılan silaha görə onların hədəflərini məhv etmək ehtimalı 35 dəfə daha çox idi. Dəqiq idarə olunan sursatların meydana çıxması köhnə bombaların “idarə olunmayan bombalar”, “lal bombalar”, “axmaq bombalar”, “bacarıqsız bombalar”, “qabiliyyətsiz bombalar” və ya “dəmir bombalar” adı altında yenidən adlandırılması ilə nəticələnmişdir.
Macarıstanda bərpa olunan enerji
Macarıstan Avropa İttifaqının üzvüdür və bərpa olunan enerji payını artırmaq üçün AB strategiyasında iştirak edir. 2009-cu ildə Aİ-də 2020-ci ilədək 20% paya malik olan Bərpa olunan Enerji üzrə Avropa Direktivi qəbul edilmişdir. 2030-cu ilə qədər külək enerjisi, AB-də orta hesabla 26-35% elektrik istehsal etməli və yanacaq xərclərinin qarşısını almaq üçün Avropaya illik 56 milyard avro qənaət etməlidir. 2020-ci ilə qədər, Macarıstanın alternativ enerji mənbələrindən əldə edilən elektrik enerjisinin 14,7% -ə çatması gözlənilir (əsas hədəf 13% -dən yüksəkdir). Hal hazırda, Macarıstan Aİ-də bərpa olunan enerji mənbələrinin ən kiçik payı (11%) olan ölkədir (6% bioloji mənbə və 3% külək enerjisindən istifadə edir). 2015-ci ildə bərpa olunan enerjinin payı 10,5% -ni təşkil edirdi və bura bərpa olunan enerji mənbələrinin 52% -i bioloji, 22% külək, 7% su , günəş enerjisi 3% daxil idi. Proqnozlara görə, 2010-2020-ci illərdə Macarıstanda külək enerjisi stansiyalarının yaratdığı güc 400 MVt artmışdır. 2010-cu ilin sonunda küləyin elektrik enerjisi 295 MVt idi. 2016-cı ildə Macarıstan hökuməti yeni külək enerjisi generatorlarının quraşdırılmasını qadağan etdi. Ölkədəki külək elektrik stansiyalarının mövcud gücü 329 MVt təşkil edir.
İnternetdə istifadə olunan dillər
Internetdə ən çox istifadə olunan dil qeyri-müəyyəndir, baxmayaraq ki, İnternetdə ən çox ziyarət edilən veb saytlarının təxminən yarısının ana səhifələri ingiliscədir. W3Techs verdiyi məlumata görə ən çox istifadə olunan başqa dil Rus dili, Alman dili, İspan dili, Fransız dili, Çin dili və Portuqal dili. 2009-cu ildə UNESCO-nun 1996-ci ildən 2008-ci ilə qədər, 12 il ərzində apardığı monitorinqin nəticəsi olaraq çap etdiyi hesabatda ingilis dilinin veb saytlarda işlədilmə faizinin 1998-ci ildə 75 %-dən 2005-ci ildə 45 %-ə düşdüyü qeyd olunmuşdur. Müəlliflər müəyyən etmişdir ki, 2005-ci ildən 2008-ci ilə qədər ingilis dili sabit 45 %-də qalmışdır. Amma buna ingilis dilinə axtarış sistemlərinin üstünlük verməsi də səbəb ola bilər. Hal-hazırda davam edən W3Techs tərəfindən aparılan monitorinq 2015-ci il üçün göstərirdi ki, ingilis dili 55 %-dən çox veb saytın ana səhifəsində istifadə edilir. Qeyri-ingilis dilli veb səhifələrin sayı hər gün artmaqdadır. 2001-ci ildən 2011-ci ilə qədər internetdə ingilis dilindən istifadə təxminən 2.8 dəfə, ispan dilindən istifadə təxminən 7.4 dəfə, çin dilindən istifadə təxminən 13 dəfə, rus dilindən istifadə təxminən 18 dəfə və ərəb dilindən istifadə təxminən 25 dəfə artmışdır. 10 milyon vebsaytın 2020-ci il 25 mart tarixində dillərdən istifadə faizləri aşağıdakı kimidir: Bütün digər dillər vebsaytlarda 0.1 %-dən az istifadə olunur. 2016-ci ilin İyun ayı üçün internet istifadçilərinin sayı dillərinə görə aşağıdakı kimidir: Internet World Users by Language, Internet World Stats.
Müştərək istehsal olunan məhsul
Müştərək istehsal olunan məhsul (ing. joint product) — başqa bir məhsulla eyni vaxtda istehsal olunan və hər birinin müstəqil satış qiyməti olan məhsul. İngilis professoru Kolin Druri birgə məhsulu eyni vaxtda istehsal olunan və hər birinin müstəqil satış qiyməti olan müəssisənin əsas məhsulları kimi müəyyən edir. Ayrılma nöqtəsinə (məhsulların ayrıldığı istehsal nöqtəsi) çatana qədər müxtəlif məhsullar üzrə məsrəflərin uçotu müəyyən edilmir. Ayrılma nöqtəsi məhsulların bölünə bilməsi, bir-birindən ayrı satıla bilməsi və ya sonrakı emala məruz qalması ilə müəyyən edilir. Ayrılma nöqtəsini keçdikdən sonra birgə istehsal olunan məhsullarla bağlı bütün əlavə xərclər satılana qədər hər bir məhsul üçün ayrıca saxlanılır. Bölünmə nöqtəsinə qədər ümumi biznes xərcləri aşağıdakı üsullarla məhsullara bölünə bilər: natural göstəricilərdən istifadə üsulu (xərclər istehsalın həcminə mütənasib olaraq bölüşdürülür). Metod üzrə hər bir məhsul bərabər gəlirə malikdir, kompleks məsrəflərin payı hər bir məhsul üzrə onun ümumi istehsal həcmindəki payına mütənasib olaraq tutulur və hər bir məhsul növü üzrə vahid maya dəyəri eyni olur. Əgər məhsulların qiyməti fərqlidirsə, onda süni gəlirli və gəlirsiz məhsullar meydana çıxa bilər. Müxtəlif ölçü vahidləri olan məhsullar istifadə edildikdə metodu tətbiq etmək də çətindir; bölünmə nöqtəsində satışın dəyərinə əsaslanan metod (xərclər satış gəlirinə mütənasib olaraq bölüşdürülür).
ABŞ Qiymətli Kağızlar və Mübadilə Komissiyası
ABŞ qiymətli kağızlar və mübadilə komissiyası (ing. The United States Securities and Exchange Commission, SEC) — ABŞ dövlət qurumu ABŞ qiymətli kağızlar bazarı üçün əsas nəzarət və tənzimləmə agentliyidir. Komissiya 1934-cü ildə Prezident Ruzveltin rəhbərliyi altında yaradıldı. Komissiyanın məqsədi Böyük böhran dövründə investorların fond bazarına olan inamını bərpa etmək idi. İlk SEC sədri, ölkənin gələcək prezidenti Con Kennedinin atası Cozef Patrik Kennedi olmuşdur. Komissiya 1934-cü il Qiymətli Kağızlar Mübadilə Qanununa (ing. Securities Exchange Act of 1934) uyğun olaraq yaradılmışdır. Bu qanuna əlavə olaraq Komissiyanın fəaliyyəti aşağıdakı vacib qanunlarla tənzimlənir: Qiymətli kağızlar qanunu (Securities Act of 1933) Etibar sənədi qanunu 1939 . (the Trust Indenture Act of 1939) İnvestisiya şirkətləri qanunu 1940 . (the Investment Company Act of 1940) İnvestisiya məsləhətçiləri qanunu 1940 .
Proqramla idarə olunan toxucu dəzgahı
Proqramla idarə olunan toxucu dəzgahı — 1801-ci ildə fransız ixtiraçı Jozef Mari Jakkard (Joseph Marie Jacquard) proqramla idarə olunan toxucu dəzgahını yaratmışdır. Dəzgahın işi çox sayda perfokartlar toplusunun köməyilə proqramlaşdırılmışdı. Bu cür kartlarla işləyən toxucu dəzgahının yaradılması hesablama texnikasının inkişafında böyük kəşflərdən biri hesab olunur və Jakkard maşınının prinsiplərindən bir çox aparatlarda istifadə olunmuşdur. Jakkard bu ixtirasına görə Napoleon Bonapart tərəfindən 3000 frank məbləğində təqaüdlə mükafatlandırılmışdır. Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Taksonların adlandırılmasında istifadə olunan işarələmələr
Taksonların adlandırılmasında istifadə olunan işarələmələr. ex (latınca) — dan, ilə, birlikdə, əlbir. 1. Botanikada iki müəllifin soyadı ilə bağlı işlənir və onu göstərir ki, taksonun adını ikinci müəllif həqiqətən nəşr etdirib, birinci müəllif isə təklif edib və nəşr etdirməyib; 2. Zoologiya və bakteorologiyada soyadla bağlı işlənir və onu göstərir ki, birinci müəllif taksonun adını nəşr etdirmiş, ikinci müəllif tərəfindən ad təklif olunmuş, amma nəşr etdirilməmişdir. in (lat.) — da, də; iki müəllifin adı ilə əlaqədar işlədilir. Belə ki, ikinci müəllif bütün nəşr və işlərin müəllifi, birinci isə taksonun adının elan edilməsi və ya yararlı olmasına məsul olur. Nümunə: Pimpinella hookeri C.B.Clarke in Hook.f. — o deməkdir ki, Cozef Dalton Hukerin işində taksona verilən adı Çarlz Beron Klark elan etmişdir. nom.
Videokartlarda istifadə olunan yaddaş tipləri
Xəzər dənizinin mühafizə olunan əraziləri
Xəzərin mühafizə olunan əraziləri — Xəzər dənizinin sahilləri Avroasiya regionunda sudaüzən və suətrafı quşların kütləvi şəkildə yaşadığı əsas yerlərdən biridir. Xəzər regionundan Avropa və Asiyanın müxtəlif ölkələrinə ildə 5-6 mln. sudaüzən quş miqrasiya edir. Xəzər dənizi üç qoruğa malikdir. Həştərxan qoruğu – o dənizin şimal hissəsində, Volqa kimi böyük çayın deltasının aşağısında yerləşmişdir. Sahəsi 66,8 min ha təşkil edir. Qoruq 1919-сu ildə yaranmışdır, onun həll etdiyi məsələlər Volqanın mənsəbinin təbii resurslarının və genetik fondunun mühafizəsi və toplanması, delta əmələgəlmənin dinamikası və orada yaşayanların həyat tərzini tədqiq etməkdir. Qoruğun fəaliyətinin məqsədi köçəri quşların yuvaladığı yerlərin, nadir bitgilərin mühafizəsi, balıqların kürü tökməsinin təsərrüfat baxımından mənimsəniləmsidir. Burada məməlilərin 30 növü yaşayır: ondatra, qaban, susamuru, çay boru, desman, Amerika norkası; balıqlardan – nərə balıqları, siyənəklər; quşlar – ördəklər, sonalar və s. 1984-сü ildən beynəlxalq biosfer qoruğudur.
İdarə olunan üzən məzənnə rejimi
İdarə olunan üzən məzənnə rejimi (ing. managed float regime) — valyuta məzənnələrinin bazardakı tələb-təklifə uyğun olaraq gündəlik dəyişməsi ilə yanaşı, həm də mərkəzi banklar tərəfindən valyuta alış-satışı yolu ilə yerli valyutanın məzənnəsinə müdaxilə edilməsi ilə xarakterizə olunan beynəlxalq maliyyə mühitidir. Bu həm də çirkli üzmə (dirty float) adı ilə tanınır. Beynəlxalq Valyuta Fondunun 2014-cü ilə olan məlumatına görə 82 dövlət və region idarə olunan üzən məzənnə rejimindən istifadə edir ki, bu da mövcud məzənnə rejimi növləri arasında üstünlük təşkil edir.

Digər lüğətlərdə