MÜHƏRRİK

[ ər. ] Hər hansı enerjini mexaniki enerjiyə çevirən maşın, bir şeyi hərəkətə gətirən maşın, motor. Buxar mühərriki. Daxili yanacaq mühərriki.

Этимология

  • MÜHƏRRİK Ərəbcə hərəkət sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
MÜHƏNDİSLİK
MÜHƏRRİR
OBASTAN VİKİ
Mühərrik
Mühərrik — müxtəlif enerji növlərini (məsələn, termiki, kimyəvi, elektrik və s.) mexaniki enerjiyə çevirən qurğu. Mühərriklərdə bir əsas val olur. Bu val enerji çevrilməsi nəticəsində hərəkətə gətirilir və başqa maşın və mexanizmləri hərəkət etdirir. İstisna hal kimi raketlərdə və xətti mühərriklərdə hərəkət ötürməsu başqa yolla baş verir. Hazırda daxili yanma və elektrik mühərrikləri ən geniş yayılmış mühərriklərdir. Mühərrikin hərəkətində porşenin necə hərəkət etdiyini görürsünüz. Blokun içində gedib gələn porşen yüksək temperatur və yüksək sürətin nəticəsində yeyilir. Bu halda kompresiya azalır və mühərrik gücünü itirir. Bunun qarşısını almaq üçün Motor Safe istifadə edin. Mühərriklər iki qrupa bölünürlər.
Düz mühərrik
Yastı mühərrik olaraq da bilinən bokser mühərriki (boxer), yerə paralel olan porşenli daxili yanma mühərrikidir. Boksör mühərrikində silindrlər tək bir krank milinin hər iki tərəfinə 2 sıra qoyulur və beləliklə bütün porşenlərin hərəkətinin tək bir müstəvidə olmasını təmin edir. Üfüqi formada porşenləri qarşılıqlı olan bu daxili yanma mühərrikinin patent hüququ 1896-cı ildə Karl Benz tərəfindən alınmışdır. Boxer mühərriklərinin pistonları üfüqi və qarşılıqlı düzülmüşdür və krank mili ortada və müştərəkdir. Bununla birlikdə, əksər vaxt bu mühərrikləri başqa bir mühərrik tipində olan və yenə də porşenləri qarşılıqlı, ancaq bu dəfə əks olan əks pistonlu mühərriklərlə qarışdırırlar. Bununla birlikdə, bu iki mühərrik növünün ən açıq fərqi, boxer mühərrikində müştərək və ortada olan krank milinin digər növdə ayrı (əsasən) və kənarda olmasıdır. Alfa Romeo, Porsche, Subaru və Volkswagen kimi markaların bir müddət istifadə etdikləri və hələ də Porsche və Subaruda istifadə edilməyə davam edən bu mühərrik növü, dar yerdə minimum müqavimətlə maksimum güc əldə etmək üçün qısa piston çubuğunun istifadəsinə imkan verir. Lakin bu gün yüksək yanacaq sərfiyyatına görə bu mühərriklərə üstünlük verilmir. Bu yaxınlarda Subaru bir dizel boxer mühərriki inkişaf etdirməyi bacarmış və ilk olaraq Legacy modelində istifadə etmişdir.
Mühərrik bloku
Mühərrik bloku — daxili yanma mühərriklərində porşen-sürüngəc, dirsəkli val və silindrlərin daxili olduğu mühərrik hissəsidr. Aşağı hissədən mühərrik bloku yağ vannası-karterlə örtülür. Mühərrik bloku yaxarı hissədən silindr başlığı ilə qapanır. Mühərrik bloku mühərrikin böyük sayda hissələrini daşıdığına, yüksək temperaturda işləyən yanma kamerasına malik olduğuna, həmçinin enerji çevrilməsi üçün məsuliyyətli olan ötürmə mexanizmlərinin yaratdıqları reaksiya qüvvələrini götürdüyünə görə, onun hazırlanmasına xüsusi tələbatlar qoyulur. Mühərrik blokları həmişə tökmə yolu ilə hazırlanır. Material kimi çuqun və aluminiumdan (yüngül mühərriklər üçün) isifadə olunur. Hava ilə soyudulan mühərriklərdə adətən silindr bloku mühərrik blokunun üzərinə qoyulur. Dizel mühərriklərində isə bloku asan montaj və demontaj edəbilmək üçün onu bir neçə hissədən hazırlayırlar. Rezo Əliyev. Maşınqayırma leksikonu.
Mühərrik kəpənəkləri
Mühərrik kəpənəkləri — Hər bir avtomobildə kəpənək var. Bu hissə mühərriyə havanın daxil olmasını təmin edir. Bunlarin inkişafı troslu sistemdən başlayıb elektron varianta kimi gedib. Formaları mextəlif olsa da, hamısının funksiyası birdir. Mühərriyə havanın daxil olmasını təmin etməkdir. Ke-Jetronic kimi sistemlərdə zaslonka yumuru yumurtaya bənzəsədə o kolektora havanın verməsini təmin edə bilir. Daha sonra İnjector kimi standart sistemlər qəbul olundu. Burada zaslonka bir başa mühəriyin hava kolektorunda yerləşdirildi. İlk növbədə onların açılması qaz pedalının trosuna bağlı olur. Elektronika və elm inkişaf etdikcə bu tros sistemi ləxv edilərək bir başa elektron varianta keçirtdi.
Mühərrik yastıqları
Avtomobildə mühərik kuzaya yasdıqlar vasitəsi ilə birləşdirilir.Adətən mühərikdə sağ və sol yastıqları olur.Bunların əsas funksiyası mühəriyi saxlamaqdan əlavə sərinişinlərə və kuzanı müdafiə etməkdir.Mühərikdə sağ və sol yastıqların funksiyaları ayrıdır.Xüsusi oalraq vurğulayım ki,sağ yastıq daha tez sıradan çıxır.Bununda öz səbəbləri var.Avtomobil irəli gedəndə mühəriyə olan təzyiq sağ tərəfə düşdüyündən dolayı,mühərrik sağ tərəfə doğru təzyiqi artıq,amma arxaya verdikdə avtomobili mühərrik təzyiqi sol tərəfə düşür.mühərikdə yastıqların sıradan çıxdığı zaman onu dərhal dəyişmək lazımdır.Əks təqdirdə avtomobildə sirkələnmə hiss oluancaq neytralda vəya D-yə qoyduqda.Hərəkət edən zaman bu hiss olunmur,çünki mühərik sürətdə olur.Yastıqlar sıradan çıxdığı zaman siz onu dəyişməsəniz bu sizin kuzada fəsadlar gətirəcək.Daim sirkələnmə kuzanın svarka nöqtələrini tədricən atacaq.Təyin edilməsi çox rahatdır.İstənilən servisdə təyin etmək olar.Bundan əlavə qeyd edim ki,çalışın işlənmiş vəya geydirmə yastıqlar almayın.İşlənmiş mühərik yastıqları işlədilən mühəriyə uyğun olaraq vəziyyətini alır.Onu alıb qoysanız belə narahatlıq olacaq.mühərrik yastıqın içində yağ və klapan olur.Bu mühəriyin yumuşağlığını təyin edir.Geydirmə vəya geydirmənin geydirməsində isə ancaq rezin olur.Mühərrik olan hissə çox qızdığından dolayı zamanla (tez bir zamanda) həmin yastığın rezini quruyur və çırılır.Nəticədə yararsız olur.Ona görədə original təzə yastıqlar alın.yastığın biri çırıldıqda tək onu yox məhz ikisinidə dəyişin.Mühərik yastığının sıradan çıxma halları ancaq mühərik nasaz işlədikdə baş verir.daim detonaziya verdikcə ,yastığa güc düşür və o öz hesablanmış normativdən əlavə ekstrem səviyədə işləyir və vurub klapanını dağıdır.Bu zaman yağ xaric olunulur və yastıq yatmış olur. Nəzərə alın ki,mühəriyin yastığının sıradan çıxması,həmçinində sürət qutusun sirkələnməsinə gətirib çxıardır və sürət qutusunda olan yastığıda və həmçinində arxa asqı sistemində olan balkan yastıqlarınıda zamanla sıradan çıxardır.Ön hissədən başlayan sirkələnmə ümumiyətlə avtomobilin asqı sistemini zədələyir.
Mühərrik yağları
Mühərrik yağları — porşenli və fırlanan daxiliyanma mühərriklərinin yağlanması üçün istifadə olunan yağlar. Təyinatından asılı olaraq yağlar dizel mühərrikləri üçün yağlara, benzin mühərrikləri üçün yağlara və hər iki növ mühərriklər üçün universal motor yağlarına bölünür. Bütün müasir mühərrik yağları baza yağları və onların xassələrini yaxşılaşdıran aşqarlardan ibarətdir. Mühərrik yağları iş qabiliyyətinin temperatur məhdudiyyətinə görə yay, qış və bütün mövsümlər üçün nəzərdə tutulan yağlara bölünür. Baza yağı kimi müxtəlif özlülüyü olan distillə komponentləri, qalıq komponentləri, distillə və qalıq komponentlərinin qarışığı, eləcə də sintetik məhsullardan (poli-alfa-olefinlər, alkylbenzollar, mürəkkəb efirlər) istifadə olunur. Mövsüm yağlarının əksəriyyəti aşağı özlülüklü əsasları makropolimer aşqarlarla qatılaşdırmaq vasitəsilə alınır. Mühərrik yağları baza yağının tərkibinə görə sintetik, mineral və qismən sintetik yağlara ("yarısintetik" mineral və sintetik komponentlərin qarışığı) bölünür. Dünyada ən birinci mühərrik yağı 1873-cü ildə amerikalı həkim Con Ellis tərəfindən patentləşdirilmişdi. Ellis xam neftin xassələrini tibbi məqsədlər üçün tədqiq edərkən xam neftin yaxşı yağlayıcı xassələrə malik olduğunu aşkar etmişdi. Ellis eksperimental mayeni buxar mühərriyinin ilişmiş qapağına tökmüş və nəticədə qapaqlar daha rahat hərəkət etməyə başlamış və Con Ellis dünyada ilk mühərrik yağı brendini – Valvoline qeydiyyatdan keçirmişdir.
Reaktiv mühərrik
Reaktiv mühərrik — əslində qaz turbini olub, geriyə təkanvermə prinsipi ilə işləyir. Reaktiv mühərrik ətrafda olan havanı udaraq yanacaq kamerasında qarışıqla yanandan sonra alınan məhsulu böyük cərəyanla xaricə püskürdür. Bunun nəticəsində təkan qüvvəsi yaranır. Yanmada ətraf mühitdən hava udulduğundan çox vaxt bu mühərriklərə "nəfəs alan mühərriklər" də deyilir. Reaktiv mühərrik mülki hava uçuşlarında böyük rol oynayır. Havada nəql olunan yüklərin böyük hissəsi reaktiv mühərriklərlə təchiz olunmuş təyyarələrin payına düşür. Digər sahələrdə onların tətbiqinə çox az rast gəlinir. Reaktiv mühərrik iş zamanı öncə xaricdən udulan havanın sıxılması ilə başlayır. Sonra sıxılmış hava yanacaq kamerasına ötürülür. Burada püskürdülmüş yanacaq ilə qarışan hava yanır (və ya partlayır), nəticədə temperatur və axan havanın sürətini artırır.
Sinxron mühərrik
Sinxron mühərrik — dəyişən cərəyanla işləyən elektrik mühərriklərinin növü. Stabil vəziyyətdə valın fırlanması cərəyanın qidalanma tezliyi ilə sinxron dəyişən cərəyan mühərriki hesab olunur. Fırlanma müddəti dəyişən cərəyanın tam siklinə bərabərdir. Sinxron mühərriklər maqnit sahəsi yaradan mühərrikin statorunda dəyişən cərəyan çoxfazalı elektromaqnitlərindən ibarətdir. Sinxron və Asinxron mühərriklər arasındakı fərq budur: statordan alınan elektrik enerjisi nəticəsində orada yerləşən maqnitlərdə qütblənmə yaranır və bu qütblənmə dönən hərəkət yaradır ki, bu hərəkət rotora verilir və beləcə rotor dönməyə başlayır. Sinxron ilə Asinxron mühərriklər arasındaki fərq burada ortaya çıxır. Yəni dönmə hərəkətinin sabit olmaması bunlar arasında əsas fərqdir. Yəni, qısaca asinxron mühərriklərdə stator “dövri” ilə rotor dövri arasında fərq var. Fırlanan hissə, maqnit sahəsinin dövründən fərqlənir. Ancaq sinxron mühərriklərdə bu yoxdur.
Asinxron mühərrik
Asinxron elektrik mühərriki (həmçinin asinxron maşın) — rotorun sürəti stator sarğı cərəyanının yaratdığı maqnit sahəsinin fırlanma sürətinə bərabər olmayan (mühərrik rejimində daha az) dəyişən cərəyanlı elektrik mühərrikidir . Asinxron mühərrikin işləmə prinsipi ondan ibarətdir ki, stator sarımlarındakı cərəyan fırlanan maqnit sahəsi yaradır. Bu sahə rotorda bir cərəyan yaradır, o, maqnit sahəsi ilə elə bir şəkildə qarşılıqlı əlaqədə olmağa başlayır ki, rotor maqnit sahəsi ilə eyni istiqamətdə fırlanmağa başlayır ki, stator və rotorun sahələri qarşılıqlı olaraq sabitləşsin. Hərəkət rejimində rotorun sürəti bir qədər aşağı, generator rejimində isə maqnit sahəsinin sürətindən yüksəkdir. Sürətlər bərabər olduqda, sahə rotorda cərəyan yaratmağı dayandırır və Amper qüvvəsi rotora təsir etmir. Buradan da adı asinxron mühərrikdir (fırlanma sürəti maqnit sahəsinin tezliyi ilə üst-üstə düşən sinxron mühərrikdən fərqli olaraq). Rotorun fırlanma sürəti ilə dəyişən maqnit sahəsinin tezliyi arasındakı nisbi fərqə sürüşmə deyilir. Sabit vəziyyətdə olan mühərrik rejimində sürüşmə kiçikdir: gücdən asılı olaraq 1-8%.
Mühərrik (film, 2011)
Qarşı porşenli mühərrik
Qarşı porşenli mühərrik, silindrləri cüt tərəfli olub hər tərəfində bir porşen olur, lakin silindrlərdə başlıq olmur. Əksər hallarda hər silindr sırasının ayrı və müstəqil dirsəkli valı olduğu halda Doxfordship mühərrikləri və Commer OP yük maşını mühərrikləri kimi bəzi modellər tək bir şaftla işləyirlər. Bu tip mühərrikləri, porşenləri bir-birinə əks tərəfdə qoyulmuş yastı mühərriklər ilə müqayisə edilməməlidir, çünki bu iki tip iki tamamilə fərqli mühərrik növüdür.
Altıtaktlı mühərrik
Altıtaktlı mühərrik — Altıtaktlı mühərrikin ilk prototipi iki dünya müharibəsi arasındakı dövrdə hazırlanıb. Bu mühərrikləri bəzən "4 taktlı klapansız mühərrik" də adlandırırlar. Bu mühərriklər haqqında elmi nəşrlərdə verilmiş məlumatlardan yalnız biri – 1926-cı ildə "Motociclismo" jurnalında çap olunmuş məqalə və çertyojlar indiyədək gəlib çatıb. Valentino Karneluttiyə məxsus olan "Officine Meccaniche" şirkəti özünün hazırladığı 3 motosikleti bu mühərriklərlə komplektləşdirdi. Mühərriklərin həcmi 125 və 175 sm3 idi. == İş prinsipi == Taktların kombinasiyası fərqli taktları icra edən detalların birgə işi nəticəsində hasil olur. Yanma kamerası ümumidir. Qarşı qarşıya yerləşmiş müxtəlif diametrli iki silindrdəki porşenlər üz-üzə hərəkət edir. Böyük porşenin gedişi kiçikdən təqribən 2 dəfə çoxdur. Birinci porşen 4, ikinci isə 2 taktlı rejim üzrə hərəkət edir.
Benzinli mühərrik
Benzinli mühərrik, bir növ içdən yanmalı motordur. Benzinli mühərriklərdə istifadə edilən yanacaq benzin olub, yanacaq dizel mühərrikdən fərqli olaraq karbürator adı verilən bir qurğu sayəsində, maye olaraq deyil buxarlanıb hava ilə qarışaraq silindrə girir. == İşləmə prosesi == Benzinin oksigen (hava) ilə meydana gətirdiyi qarışıq nəticəsində yanma reallaşar. Yanacaq hava qarışığının silindrin içində bir qığılcım ilə yanması nəticəsində bir partlama meydana gəlir. Burada yenə dizel mühərrikdən fərqli yanmağı təmin etmək üçün qığılcım yəni şam istifadə edilir. Partlamanın ortaya çıxardığı təzyiq, piston tərəfindən hərəkət enerjisinə çevrilir. == Tarixi == Benzinli mühərrikin iş prinsipini təşkil edən çevrim dörd zamanlı çevrim ya da Otto çevrimi olaraq da xatırlanır. Bu çevrim 1876-cı ildə Alman mühəndis Nikolaus Otto tərəfindən tapılmışdır. Çevrim dörd mərhələdən ibarətdir. == Proseslər == Əmmə: karbürator gələn benzin-hava qarışığı, əmmə sübabının açılması ilə silindr içinə çəkilər.
Daimi mühərrik
Daimi mühərrik (lat. Perpetuum Mobile) — Faydalı iş əmsalı 100%-dən artıq olan xəyali qurğu. Ayrı-ayrı alimlər müxtəlif üsullarla bu mexanizmi yaratmağa cəhd göstərsələr də, bunun mümkün olmadığını dərk etmişlər. Bu istiqamətdəki bütün təcrübələr göstərir ki, əbədi olaraq öz-özünü mütəmadi hərəkət və enerji ilə təmin edən mexanizm yaratmaq qeyri-realdır. İstənilən hərəkət sükuta məhkumdur. == Tarixi == Daimi mühərrik haqqında elmə məlum olan ilk fikirlər XII əsr hind şairi, riyaziyyatçısı və astronomu Bhaskaraya məxsusdur. Həmçinin, bu ideyaya bəzi orta əsr ərəb alimlərinin əlyazmalarında rast gəlinir. Leonardo da Vinçinin işləri arasında da daimi mühərrik çertyoju tapılmışdır. == Elmi əsasları == Daimi mühərrik yaratma sahəsində aparılmış çoxsaylı təcrübələrin nəticəsi olaraq fizikada termodinamikanın 1-ci və 2-ci qanunu formulə edilmişdir. Belə ki, 1-ci qanuna görə termodinamik sistem yalnız öz daxili enerjisi və ya kənardan aldığı enerji hesabına iş görə bilər.
Turbin mühərrik
Turbin mühərrikləri — porşenli mühərriklər kimi yanacaq və hava yandırır, ancaq porşeni yuxarı və aşağı hərəkət etdirmək əvəzinə, turbin adlanan bir qrup fan bıçağı yüksək sürətlə fırladır. Turbin mühərrikləri ilk dəfə İkinci Dünya Müharibəsi dövründə təyyarələrdə istifadə edilmişdir. Bir çox növ turbin mühərriki mövcuddur. Ən geniş yayılmış növü turbofan mühərrikdir.
Yastı mühərrik
Yastı mühərrik olaraq da bilinən bokser mühərriki (boxer), yerə paralel olan porşenli daxili yanma mühərrikidir. Boksör mühərrikində silindrlər tək bir krank milinin hər iki tərəfinə 2 sıra qoyulur və beləliklə bütün porşenlərin hərəkətinin tək bir müstəvidə olmasını təmin edir. Üfüqi formada porşenləri qarşılıqlı olan bu daxili yanma mühərrikinin patent hüququ 1896-cı ildə Karl Benz tərəfindən alınmışdır. Boxer mühərriklərinin pistonları üfüqi və qarşılıqlı düzülmüşdür və krank mili ortada və müştərəkdir. Bununla birlikdə, əksər vaxt bu mühərrikləri başqa bir mühərrik tipində olan və yenə də porşenləri qarşılıqlı, ancaq bu dəfə əks olan əks pistonlu mühərriklərlə qarışdırırlar. Bununla birlikdə, bu iki mühərrik növünün ən açıq fərqi, boxer mühərrikində müştərək və ortada olan krank milinin digər növdə ayrı (əsasən) və kənarda olmasıdır. Alfa Romeo, Porsche, Subaru və Volkswagen kimi markaların bir müddət istifadə etdikləri və hələ də Porsche və Subaruda istifadə edilməyə davam edən bu mühərrik növü, dar yerdə minimum müqavimətlə maksimum güc əldə etmək üçün qısa piston çubuğunun istifadəsinə imkan verir. Lakin bu gün yüksək yanacaq sərfiyyatına görə bu mühərriklərə üstünlük verilmir. Bu yaxınlarda Subaru bir dizel boxer mühərriki inkişaf etdirməyi bacarmış və ilk olaraq Legacy modelində istifadə etmişdir.
İkitaktlı mühərrik
İkitaktlı mühərrik — iş tsikli iki taktda baş verən daxili yanma mühərrikidir. Mühərrikin iki taktı aşağıdakı mərhələlərdən ibarətdir: Sorma və sıxma, Yanma, genişlənmə, xaricetmə. Yanacaq-qaz qarışığının sorulması, sıxılması və yandırılması dördtaktlı mühərrikə oxşar şəkildə baş verir. Əsas fərq silindrdə qaz mübadiləsindədir. Porşenin aşağı ölü nöqtəsində silindrin divarındakı yarıq açılır. Bu yarıqdan dirsəkli val yerləşmiş boşluğa hava-yanacaq qarışığı sorulur və eyni zamanda porşenin yuxarı hissəsində yanmış qaz qarışığı silindrdən xaric edilir. İkitaktlı mühərriklər əsasən kiçik və çox böyük mühərriklərdə tətbiq tapır. Bu, az saylı silindrlərə malik kiçik mühərriklərdə əlverişlidir (məsələn: motosikllərdə, əl otbiçən maşınlarında). Bu halda bir dövrdə bir iş taktı yerinə yetirilir və klapan paylaşdırıcı mexanizminə ehtiyac qalmır. Böyük dönmə başlıqlı gəmi mühərrikləri də ikitaktlı iş prinsipi ilə işləyir.
Tək fazalı mühərrik
Tək fazalı motor — bir fazalı dəyişən cərəyan şəbəkəsinə qoşulmaq üçün qurulmuş şəkildə hazırlanmış elektrik mühərriki. Əslində, bu iki fazadır, ancaq yalnız bir sarımın işlədiyi üçün motor tək fazalı adlanır. Düzgün desək, belə bir asinxron mühərrik, bir fazalı cərəyan şəbəkəsinə qoşulmuş statorda bir işləyən sarım olan dəqiq bir faz adlanır. Başlanğıc başlanğıc və ya qısamüddətli (aşağı güclü mühərriklərdə) əsas şəbəkəyə kapasitans / endüktans yolu ilə bağlanan əsas dolama və əlavə (kiçik) başlanğıc sarımın yaratdığı fırlanan bir maqnit sahəsi ilə həyata keçirilir. Mühərrikin üstünlüyü dizaynın sadəliyidir (dələ-qəfəs rotoru). Dezavantajlar — aşağı başlanğıc torku (və ya olmaması) və aşağı səmərəlilik. Onlar əsasən aşağı güclü fanatlarda istifadə olunur (masaüstü, pəncərə, vanna otağı üçün və s.). Bu tip ən kütləvi sovet fanatı (və bunun üçün bir mühərrik), 15 vatt tutumlu "VN-2" idi. Dizaynının bir xüsusiyyəti, mühərrik şaftının yalnız bir tərəfində (fan çarxının qarşı tərəfində) bir top daşıyıcısının quraşdırılmasıdır, bunun nəticəsində rullar (və mühərrik) aşağı revslərdə də əhəmiyyətli əyilmə yüklərinə görə çox səs-küylü olur. Elektrik mühərrikinin tək fazalı stator cərəyanı bərabər amplituda olan və eyni tezliklə əks istiqamətlərdə fırlanan iki sahəyə parçalana bilən bir pulsasiya edən maqnit sahəsi yaradır.
Ulduz tipli mühərrik
Ulduz tipli mühərrik (radial mühərrik) silindrləri bir dairə mərkəzinin ətrafında düzülmüş mühərriklərə deyilir. Bu mühərrik növündə bütün porşen qolları tək biyel muylusuna (şəkildə porşen qollarının bağlı olduğu ortadakı fırlanan hissə) bağlı olaraq işləyirlər. Ulduz tipli mühərriklərdə yanma aralıqlarının düzgün olması üçün: 4 zamanlılar bir ədəd, 2 zamanlılar isə qoşa sayda silindrli olaraq istehsal edilirlər. Bu tərtibat şəklində at gücü başına düşən çəki 2 kq aralığında olur. Bu səbəblə də, təyyarələrdə və bəzi dənizdə olan gəmilərdə rahatlıqla istifadə edilirlər.
Ardıcıl altı silindrli mühərrik
Ardıcıl altı silindrli mühərrik (çox vaxt I6 və ya L6 kimi qısaldılır), eyni xəttdə altı silindrin hamısının yerləşdiyi daxili yanma mühərriki növüdür. Altı silindrli mühərriklərdə bir sıra yan-yana yerləşən altı silindr tək bir dirsəkli valı döndərir. Maili formada quraşdırılmış ardıcıl altı silindrli mühərriklərə “maili altı silindrlər”də deyilir. Ardıcıl altı sıra, həm əsas, həm də köməkçi mexaniki motor balansına malik ən sadə mühərrik yerləşdirməsidir və daha az silindrli mühərriklərdən daha az vibrasiya təmin edir.
Ardıcıl dörd silindrli mühərrik
Ardıcıl dörd silindrli mühərrik (Inline-4, I4 və ya L4), eyni xəttdə dörd silindrin yerləşdiyi daxili yanma mühərriki növüdür. Ardıcıl dörd silindrli mühərriklərdə, bir silindr cərgəsində yan-yana yerləşən dörd silindr tək bir krank mili çevirir. Maili vəziyyətdə quraşdırılmış ardıcıl dörd silindrli mühərriklərə “maili dörd silindr” də deyilir. Ardıcıl dörd silindrli mühərriklər, mükəmməl ilkin balansa sahib olduqlarına və mexaniki cəhətdən asan olduqlarına görə ekonom avtomobillərdə ən populyar mühərrik növüdürlər. Bununla birlikdə, mühərrikin zəif ikincil tarazlığı, xüsusilə kiçik həcmli mühərriklərdə aşağı səviyyədə titrəmə yaradır. Mühərrikin böyüməsi ilə bu titrəmələr artdığından, böyük həcmli mühərrik dizaynlarında dörddən çox silindr istifadə olunur.
Ardıcıl səkkiz silindrli mühərrik
Ardıcıl səkkiz silindrli mühərrik (çox vaxt I8 və ya L8 kimi qısaldılır), eyni xəttdə səkkiz silindrin hamısının yerləşdiyi daxili yanma mühərriki növüdür. Səkkiz silindrli mühərriklərdə bir sıra yan-yana yerləşən səkkiz silindr tək bir dirsəkli valı döndərir. Maili formada quraşdırılmış ardıcıl səkkiz silindrli mühərriklərə “maili səkkiz silindrlər”də deyilir. Silindr həcmi bir nəqliyyat vasitəsi alınarkən diqqət edilməsi ən vacib olan məsələlərdən biridir. İstifadə edilmiş bir avtomobil və ya sıfır kilometrlik bir avtomobil alarkən silindr həcmi nəzərə alınır. Nəqliyyat vasitəsinin fəaliyyətinə birbaşa təsir edən silindr həcmi, həm də yanacaq istehlakını təyin edən amillərdən biridir. 8 Silindrli mühərriklər əsasən performans maşınlarında olur. Xalq arasında “böyük mühərrik” olaraq bilinən səkkiz silindrli mühərrik həcmi, həm də at gücünün yüksək olduğuna işarədir. Silindrlər içərisindəki porşenlərin qarşılıqlı hərəkəti mühərrikin işləməsinə imkan verən enerjini yaradır. Silindrlər mühərrikdəki silindr gövdəsində 4 hissəli yerləşdirilmişdirlər.
Elektrik mühərriki
Elektrik mühərriki — elektromexaniki çevrici olub elektrik enerjisini mexaniki enerjiyə çevirir. Elektrik mühərriklərində (EM) valda oturdulmuş dolaqlarda maqnit sahəsinin yaratdığı qüvvə nəticəsində hərəkət yaranır və beləliklə val fırlanır. Buna görə də, elektrik mühərriklər həm də generatorun əksi tərəfi kimi qəbul edilir. EM-lərdə çox vaxt fırlanma, bəzi hallarda isə xətti hərəkət almaq mümkündür. Bu mühərriklər müxtəlif iş maşınlarını hərəkət etdirmək üçün tətbiq olunur. == Təsnifatı == Sabit elektrik cərəyanla işləyən EM, Dəyişən elektrik cərəyanla işləyən EM, -Sinxron EM-lərin rotoru firlanma tezliyi ilə maqnit sahəsinin firlanma tezliyi ilə üst-üstə düşür. -Asinxron EM-lərdə rotoru firlanma tezliyi ilə maqnit sahəsinin firlanma tezliyi ilə üst-üstə düşmür. Addım mühərrikləri – bunlarda rotorun vəziyyəti addımlarla təyin olunur. Rotoru istənilən vəziyyətə döndərmək üçün lazımi dolağa cərəyan impulsu vermək lazımdır. Vəziyyəti dəyişmək üçün başqa dolağa impuls ötürülür.
Jedi (oyun mühərriki)
Jedi — əsasən Rey Qresko tərəfindən "LucasArts" üçün hazırlanmış oyun mühərriki. "Duke Nukem 3D"də istifadə edilən "Build" mühərrikinə çox bənzəyir. Əsl üçölçülü mühərrik olmasa da, üçüncü ölçüdə (Z) heç bir məhdudiyyət olmadan üçölçülü mühiti dəstəkləyirdi. "Doom"da mühitlər və ya səviyyələr yalnız X–Y müstəvisində mövcud olanlarla məhdudlaşırdı və səviyyələr ikiölçülü şəkildə tərtib edilmişdir. Burada döşəmə və tavan hündürlükləri fərqli görünsə də, sahələr şaquli olaraq üst-üstə düşə bilməzdi. "Jedi" mühərrikinin bir-birinin üstündə olan sahələr və ya otaqları ("sektorlar" adlanır) dəstəkləyirdi. Bu, mühərrikin "Build" mühərriki ilə paylaşdığı bir xüsusiyyət idi. Mühərrikin "Dark Forces" versiyasında renderer eyni vaxtda bir-birinin üstündə yerləşən iki otağı nümayiş etdirə bilmirdi. Bu xüsusiyyət mühərrikin "Outlaws" oyunu üçün olan versiyasına əlavə edilmişdir.
MTU-881 KA 500 Dizel Mühərriki
MTU-881 KA 501, Almaniyanın MTU şirkətinin PzH 2000 özüyeriyən haubitsası üçün istehsal etdiyi dizel mühərrikidir. T-155 Fırtına üçün Türkiyədə lisenziya altında istehsal olunur.
Mühərrikli vasitə
Mühərrikli vasitə, aldığı hər hansı bir enerjini mexaniki enerjiyə çevirən vasitələrin köməyi ilə itələmədən və çəkmədən hərəkət edə bilən özüyeriyən bir nəqliyyat vasitəsidir.
Nüvə raket mühərriki
Nüvə raket mühərriki (NRM) — enerji mənbəyi zəncirvarı nüvə reaksiyası olan raket mühərriki. Kimyəvi raket mühərrikinə nisbətən yüksək xüsusi impulsa malikdir. Bu isə işlək cisim kimi kiçik modekulyar maddələrdən (birinci növbədə maye hidrogendən) istifadə edilməsi və onların nüvə reaktorunda çox yüksək tempuraturadək qızdırılmasının prinsipial baxımdan mümkünlüyü izah olunur. Nüvə raketi kosmik uçuşlarda istifadə üçün nüvə raket mühərrikli raket növü. Паневин И. Г., Прищепа В. И. Космические ядерные ракетные двигатели. — М.: Знание, 1978. — 64 с. Коротеев А. С., Конюхов Г. В., Демянко Ю.Г. Ядерные ракетные двигатели. — М.: Норма-Информ, 2001. — 415 с.
Otto mühərriki
Otto mühərriki — benzinlə işləyən dörd taktlı daxili yanma mühərriki. Nikolaus Otto 1876-cı ildə özünün yeni benzinlə işləyən dörd taktlı daxili yanma mühərrikini yaratmışdır. Bir ildən sonra buna patent almışdır. Bu böyük nailiyyət idi, belə ki, həmin vaxtdan etibarən dörd taktlı tsikl, əksər qaz və benzin mühərriklərinin iş rejimlərinin əsasını təşkil etmişdir. Məhz bu ixtira Nikolaus Ottonun ən böyük texniki nailiyyəti olmuşdur. Lakin qısa müddət sonar aşkar olunmuşdur ki, Ottodan bir neçə il əvvəl belə bir prinsiplə işləyən mühərrik fransız mühəndisi Alfons-Ejen Bo de Roşe (1815–1893) tərəfindən təsvir edilmişdir. Nəticədə, fransız sənayeçilər qrupu məhkəmədə Nikolaus Ottonun patentinə etiraz etmiş və məhkəmə fransızların dəlillərini əsaslı saymışdır. Əslində Bo de Roşe öz kəşfini 1862-ci ildə patentləşdirmiş, lakin işlək dörd taktlı mühərriki quraşdıra bilməmişdir. Beləliklə o, yalnız ideya təklif etmişdir, Nikolaus Otto nəinki belə bir mühərrik yaratmış, hətta ondan mövcud buxar maşınlarının faydalı iş əmsalının daha yüksək nəticələrinə nail olmuşdur. Təxminən elə həmin dövrdə Otto, Daymler və Maybaxdan asılı olmayaraq Manqeymdə işləyən Karl Benz iki taktlı daxiliyanma mühərriki yaratmış və ona patent almışdır.
Oyun mühərriki
Oyun mühərriki — əsasən video oyunların tərtibatı üçün nəzərdə tutulan proqram təminatı freymvorku. Müvafiq kitabxanaları və səviyyə redaktoru kimi dəstəkləyici proqramları ehtiva edir. "Mühərrik" terminologiyası proqram təminatı sənayesində istifadə olunan "proqram təminatı mühərriki" termininə bənzəyir. Oyun mühərriki bu freymvorkdan istifadə edən, adətən oyunların tərtibatı üçün alətlər və xüsusiyyətlər dəsti təklif edən tərtibat proqramına da aid edilə bilər. Tərtibatçılar video oyun konsolları və digər kompüter növləri üçün oyunlar yaratmaq üçün oyun mühərriklərindən istifadə edə bilərlər. Adətən oyun mühərriki tərəfindən təmin edilən əsas funksionallığa 2D və ya 3D qrafika üçün göstərmə mühərriki (renderer), fizika mühərriki və ya toqquşmanın aşkarlanması (və toqquşma reaksiyası), səs, skript, animasiya, süni intellekt, şəbəkə, striminq, yaddaşın idarə edilməsi, tredləmə, lokalizasiya dəstəyi, səhnə qrafiki və kinematika üçün video dəstəyi daxildir. Oyun mühərriki tətbiq edənlər çox vaxt fərqli oyunlar yaratmaq və ya oyunları birdən çox platformaya uyğunlaşdırmağa kömək etmək üçün eyni oyun mühərrikindən yenidən istifadə etməklə/uyğunlaşdırmaqla oyunun tərtibatı prosesinə qənaət edirlər. Bir çox hallarda, oyun mühərrikləri təkrar istifadə edilə bilən proqram komponentləri ilə yanaşı, vizual tərtibat alətləri dəsti təqdim edir. Bu alətlər, ümumiyyətlə, verilənlərə əsaslanan şəkildə oyunların sadələşdirilmiş, sürətli tərtibatını təmin etmək üçün inteqrasiya olunmuş inkişaf mühitində təmin edilir. Oyun mühərriki tərtibatçıları tez-tez oyun tərtibatçısının oyun qurmaq üçün ehtiyac duya biləcəyi bir çox elementləri özündə birləşdirən etibarlı proqram paketləri hazırlayaraq interpretator ehtiyaclarını qarşılamağa çalışırlar.
Qatı yanacaqlı raket mühərriki
Qatı yanacaqlı raket mühərriki — yanacaq və oksidləşdiricisi qatı fazda olan bir raket mühərriki növü. Hərbi raket sistemlərində, peyk buraxma sistemlərində və təhlükəsizlik yastıqlarında istifadə olunur. Çinlilər tərəfindən hazırlanmışdır.
Qazturbin mühərriki
Qazturbin mühərriki - istilik mühərrikidir. Onun daxilində qaz sıxılır və qızır, sonra sıxılmış və qızmış qazın enerjisi turbinin valının mexaniki işinə çevrilir. Qazturbinin işçi prosesi yanacağın sabit təzyiqdə fasiləsiz yanması və ya sabit həcmdə fasiləli yanması ilə müşayiət olunur. Sənayedə ən geniş yayılmış birinci növ mühərriklərdir. Bu mühərrikırdə sıxılmış hava yanma kamerasına daxil olur, buraya eyni zamanda yanacaq da verilir. Qaz yandıqda hava qızır və genişlənir, mexaniki enerjiyə çevrilir. enerji|Mexaniki enerjinin böyük hissəsi kompressorda havanın sıxılmasına sərf olunur. Qalan hissə isə aparıcı qurğuya ötürülür və faydalı işi təşkil edir. Daxili yanma mühərrikləri arasında qazturbin mühərriki ən böyük güc sıxlığına malikdir: 6 kVt/kq. İlk qaz turbinləri XİX əsrin sonunda qaz mühərrikləri şəklində yaradılmışdır.
Axtarış mühərriki
Axtarış sistemi (ing. Search engine) – Veb-də informasiyanı açar sözlərə, mövzulara və s. görə axtarmağa imkan verən proqram (məsələn, AltaVista, Excite, Google, HotBot, Infoseek, Lycos, Magellan, Rambler, Yahoo!). Axtarış sistemləri avtomatlaşdırılmış indekslərdir və hər axtarış sisteminin öz verilənlər bazası var. Buna görə də eyni açar sözlərə görə müxtəlif axtarış sistemlərində axtarış etdikdə fərqli nəticələr alınır. Bəzən axtarış nəticələrində mətləbə dəxli olmayan informasiyalar çıxır, çünki elə bir veb-alət yoxdur ki, bütün Veb’i indeksləsin (nizamlasın). Axtarış sistemləri üç əsas hissədən ibarət olur: Axtarış sistemi proqramının özü əsas komponentdir. Bu proqram öz verilənlər bazasında saxlanılan milyonlarla yazının içərisində axtarış aparır. İkinci hissə hörümçək (SPİDER), yaxud soxulcandır (CRAWLER). Axtarış sistemi robotu olan hörümçək İnternetdə açar sözlərə görə axtarış aparır.
JavaScript mühərriki
JavaScript mühərriki — JavaScript kodunu icra edən proqram komponenti. İlk JavaScript mühərrikləri sadəcə interpretator idi, lakin bütün müvafiq müasir mühərriklər təkmilləşdirilmiş performans üçün JIT kompilyasiyasından istifadə edir. JavaScript mühərrikləri adətən veb-brauzer tərtibatçıları tərəfindən hazırlanır və hər bir brauzerdə mövcud olur. Brauzerdə JavaScript mühərriki Document Object Model vasitəsilə render mühərriki ilə birgə işləyir. JavaScript mühərriklərinin istifadəsi brauzerlərlə məhdudlaşmır. Məsələn, V8 mühərriki Node.js və Deno iş mühiti sistemlərinin əsas komponentidir. ECMAScript JavaScript-in standartlaşdırılmış spesifikasiyası olduğundan, ECMAScript mühərriki bu mühərriklər üçün başqa bir addır. WebAssembly-in gəlişi ilə bəzi mühərriklər bu kodu adi JavaScript kodu ilə eyni sandbox-da icra edə bilər. == Tarixi == İlk JavaScript mühərriki Brendan Eyx tərəfindən 1995-ci ildə Netscape Navigator veb-brauzeri üçün yaradılmışdır. Bu, Eyxin icad etdiyi yeni yaranan dil üçün ilkin interpretator idi.
Shell Mysella stasionar qaz mühərriki yağları
Shell Mysella LA 15W-40 — təbii qaz üçün mükəmməl bir mühərrik yağıdır. O, böyük kompressorların katerlərində qarşılıqlı yağ hərəkəti ilə əla yağlamanı təmin edir. Mysella-40 yağı qığılcımla yandırılan iki və dörd taktlı, yüksək dövriyyəli mühərriklər üçün yüksək keyfiyyətli Shell firmasının aşağı küllü yağıdır. Uzun müddətli istismar zamanı oksidləşmə və neytrallaşmaya qarşı müqavimətli porşen və mühərriklərin mükəmməl təmizliyini təmin edir. Tərkibində siyrilmə zamanı həlqələrin parçalanmasının qarşısını alan külsüz element vardır. Shell firmasının dörd növ Mysella yağı mövcuddur. Bu yağlar kinematik özlülük, sıxlıq və təxmini eyni alışma və donma temperaturuna malik olmaqla bir qədər qələvi ədədi, sulfat külü və aktiv elementləri ilə fərqlənir. Mysella yağlarında istifadə olunan yanacaqlar təbii yaxud yüksək kükürdlü yanacaqla işlədikdə qələvi ədədi yüksək – 8.5 mqKOH/q olan variantından istifadə edilir. Mysella LA, Mysella sırasının ən universal növüdür və ənənəvi "Low Ash" texnologiyasına görə əhəmiyyətli inkişafı təmin edən texnologiyaya əsaslanır. O, 4 taktlı mühərriklərdə əla, 2 taktlı mühərriklərdə isə məqbul məhsuldarlığı təmin edir.
Videooyun mühərriki
Oyun mühərriki — əsasən video oyunların tərtibatı üçün nəzərdə tutulan proqram təminatı freymvorku. Müvafiq kitabxanaları və səviyyə redaktoru kimi dəstəkləyici proqramları ehtiva edir. "Mühərrik" terminologiyası proqram təminatı sənayesində istifadə olunan "proqram təminatı mühərriki" termininə bənzəyir. Oyun mühərriki bu freymvorkdan istifadə edən, adətən oyunların tərtibatı üçün alətlər və xüsusiyyətlər dəsti təklif edən tərtibat proqramına da aid edilə bilər. Tərtibatçılar video oyun konsolları və digər kompüter növləri üçün oyunlar yaratmaq üçün oyun mühərriklərindən istifadə edə bilərlər. Adətən oyun mühərriki tərəfindən təmin edilən əsas funksionallığa 2D və ya 3D qrafika üçün göstərmə mühərriki (renderer), fizika mühərriki və ya toqquşmanın aşkarlanması (və toqquşma reaksiyası), səs, skript, animasiya, süni intellekt, şəbəkə, striminq, yaddaşın idarə edilməsi, tredləmə, lokalizasiya dəstəyi, səhnə qrafiki və kinematika üçün video dəstəyi daxildir. Oyun mühərriki tətbiq edənlər çox vaxt fərqli oyunlar yaratmaq və ya oyunları birdən çox platformaya uyğunlaşdırmağa kömək etmək üçün eyni oyun mühərrikindən yenidən istifadə etməklə/uyğunlaşdırmaqla oyunun tərtibatı prosesinə qənaət edirlər. Bir çox hallarda, oyun mühərrikləri təkrar istifadə edilə bilən proqram komponentləri ilə yanaşı, vizual tərtibat alətləri dəsti təqdim edir. Bu alətlər, ümumiyyətlə, verilənlərə əsaslanan şəkildə oyunların sadələşdirilmiş, sürətli tərtibatını təmin etmək üçün inteqrasiya olunmuş inkişaf mühitində təmin edilir. Oyun mühərriki tərtibatçıları tez-tez oyun tərtibatçısının oyun qurmaq üçün ehtiyac duya biləcəyi bir çox elementləri özündə birləşdirən etibarlı proqram paketləri hazırlayaraq interpretator ehtiyaclarını qarşılamağa çalışırlar.
İstilik mühərriki
İstilik mühərriki — xarici mənbələrdəki (xarici yanma mühərriki) istilikdən istifadə edən və ya onu mexaniki enerjiyə çevirmək üçün mühərrikin daxilində (yanma kamerasında və ya daxili yanma mühərrikinin silindrlərində) yanacağın yanmasından əldə edilən istilik mühərriki. Termodinamikanın qanunlarına uyğun olaraq, belə mühərriklərin səmərəlilik əmsalı birdən azdır, bu da istiliyin mexaniki enerjiyə tam çevrilməməsi deməkdir. Mühərrikin dizaynından asılı olaraq 40%-dən daxil olan (və ya buraxılan) enerjinin 80%-ə qədəri avtomobili aşağı temperaturlu istilik şəklində tərk edir ki, bu da bəzi hallarda salonun (yerüstü nəqliyyatın), yaşayış binalarının və tikililərinin (stasionar mühərriklər üçün) qızdırılması üçün istifadə olunur və ya sadəcə atmosferə buraxılır (təyyarə mühərrikləri, əl alətlərinin aşağı güclü mühərrikləri, qayıq mühərrikləri və s.). Belə hallarda yanacaq istiliyindən istifadə əmsalı haqqında danışırlar ki, bu da mühərrikin özünün səmərəliliyindən daha yüksəkdir . Hər hansı bir istilik mühərrikinin əsas cəhəti onun istehlak etdiyi yanacağın növü və miqdarı və bunun nəticəsində ətraf mühitin çirklənməsidir. Buxar elektrik stansiyaları ( Renkine tsikli ilə işləyən istilik mühərrikləri), nüvə reaktorunun istiliyini çevirən (və ya geotermal enerjidən istifadə etməklə), termodinamik radioizotop generatorları ( Stirlinq mühərriki və ya həmçinin Rankine tsiklindən istifadə etməklə və radioaktiv mənbədən çox istiliyi qəbul edən) yüksək aktivlik) və günəş elektrik stansiyaları termodinamik yanacaq növü yandırılmır, qalan hissəsi isə bir çox hallarda uzaqdan daşınan mövcud enerji resurslarından asılıdır. Dövlətdə mövcud olan istilik mühərriklərinin (ikinci dərəcəli mühərriklər üçün enerjiyə çevrilən, adətən elektrik), yanacaq istehsalı yerlərinin və onun daşınması üçün nəqliyyat infrastrukturunun məcmusuna yanacaq-energetika kompleksi deyilir. İstilik mühərrikləri ikinci dərəcəli mühərriklərdən (elektrik, hidravlik mühərriklər və əsaslardan enerji alan başqalarından) fərqli olaraq birinci dərəcəlidir .

Значение слова в других словарях