mündəricəsiz
münəccimbaşı
OBASTAN VİKİ
Münəccim
Münəccim — indiki astronom yaxud astroloq. Qədim zamanlarda və orta əsrlərdə Göy cisimlərinin vəziyyət və hərəkətlərini öyrənirdilər. Onlardan bir qismi bu cisimlərin vəziyyətinə əsasən gələcəkdən xəbər vermək iddiasında idilər.
Münəccimbaşı
Münəccimbaşı — Bir-çox tarixi İslam dövlət və imperiyalarında baş saray astroloqunun daşıdığı titul.
Münəccimbaşı Əhməd Dədə
Münəccimbaşı və ya Münəccimbaşı Dərviş Əhməd Dədə bin Lütfullah (Saloniki, XVII əsrin birinci yarısı – Məkkə, 27 fevral 1702) — Osmanlıda saray mənsubu, alim, təsəvvüf şairi və tarixçidir. Onun baş əsəri — "Cami əl-düval" dünya tarixi kitabıdır, Xəzər dənizinin cənub-qərbi sahili ətrafında qurulan orta əsr müsəlman sülalələrinin tarixi haqqında qiymətli məlumat verir. (Adərbaycan, Şirvan, Arran, Dərbənd) Türk ədəbiyyatında ondan Əhməd Lütfullah olaraq bəhs edilir. Onun atası Lütfullah Konyanın Ereğli ilçəsindən idi, ancaq Əhməd XVII əsrin birinci yarısında Salonikidə doğulmuşdu (Encyclopaedia Britannicaya görə 1631-ci ildə). O, Kasımpaşa səmtindəki mövləvixanada təhsil almışdı və 15 ilini burada Şeyx Xəlil Dədənin nəzarətində keçirmişdi. Astronomiya və astrologiyanı öyrəndikdən sonra o, 1667/8-ci ildə münəccimbaşı vəzifəsinə gətirilmişdi. Münəccimbaşı Əhməd Dədə IV Mehmedin dövründə (1648-1687) sarayda önəmli şəxs idi. 1675/6-cı ildə IV Mehmed sarayın ən məhrəm çevrəsinə girişin ifadəsi kimi onu mühasib-i padişah vəzifəsinə gətirdi. IV Mehmedin 1687-ci ilin noyabr ayında hakimiyyətdən salınmasına qədər Münəccimbaşı vəzifədə qaldı. Daha sonra isə o, Misirə sürgün edildi.
Münəccimin Şagirdi (1983)
Münəccimin şagirdi (rus. Ученик звездочета) — Azərbaycan cizgi filmi. Filmdə asan yolla varlanmaq istəyən, acgözlük nəticəsində gülünc vəziyyətlərə düşən bir yeniyetmədən danışılır. Yarı qabarıq kukla filmidir. Film xalq nağılları əsasında yaradılmışdır. Yarı qabarıq kukladan ilk dəfə bu filmdə istifadə olunmuşdur. Ssenari müəllifi: Mailə Muradxanova Rejissor: Arif Məhərrəmov Quruluşçu rəssam: Arif Məhərrəmov, Yelena Qolubeva Operator: Ramiz Ağayev Bəstəkar: Nazim Əliverdibəyov Səs operatoru: Akif Nuriyev Cizgi rəssamı: Vaqif Məmmədov, Anatoli Abarenov, Sergey Dyojkin, Vahid Talıbov, Firəngiz Quliyeva Rəssam: E.Məmmədov, Aydın Lazımov Redaktor: D.Tahirova Filmin direktoru: İ.Hüseynov Mətni oxuyan: Şahmar Ələkbərov (azərbaycanca versiyası), Zinovi Gerdt (rusca versiyası) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Münəccimin şagirdi (film, 1983)

Münəccimlik
Münəccim — indiki astronom yaxud astroloq. Qədim zamanlarda və orta əsrlərdə Göy cisimlərinin vəziyyət və hərəkətlərini öyrənirdilər. Onlardan bir qismi bu cisimlərin vəziyyətinə əsasən gələcəkdən xəbər vermək iddiasında idilər.

Digər lüğətlərdə