MÜQƏDDƏS GECƏLƏR

müsəlmanlar tərəfindən qeyd edilən beş gecədir. Müsəlmanlar tərəfindən aşağıdakı bu gecələr qeyd edirlir: 1. Qədr (Ramazan ayının 27-ci gecəsidir); 2. Merac (Rəcəb ayının 27-ci gecəsidir); 3. Bəraət (Şəban ayının 15-ci gecəsidir); 4. Rəqaib (Rəcəb ayının ilk cümə gününün gecəsidir); 5. Mövlud (Rəbiəl-Əvvəl yının 12-ci gecəsidir). İlk dəfə hicrətin 300-cü illərində Misirdə Mövlud gecəsi keçirilmişdir. Bundan sonra Qüdsdə Merac, Rəqaib, Bəraət gecələri də qeyd edilmişdir. Daha sonra bu mərasimlər bütün İslam dünyasında yayılmışdır. İslam ilahiyyatçılarına görə Qədr gecəsi Quranda, Bəraət gecəsi isə hədislərdə anılmışdır. Ancaq bir çox müsəlman icmaları müqəddəs gecələrin qeyd edilməsinə qarşı çıxmışdırlar. Onlar bu mərasimi bidət elan etmişdirlər.
MÜHTƏSİBLƏR
MÜQƏLLİD
OBASTAN VİKİ
Ağ gecələr
Bəyaz gecələr — qütb dairəsi boyunca ilin yay fəslində müşahidə edilən işıqlı gecələr. Yayda, bu zolaqda günəş az vaxt ərzində üfüq arxasında olduğu üçün gecəyarısı da axşam şəfəqi kimi işıq olur. Bəyaz gecələr maydan iyula qədər Sankt-Peterburq, Oslo, Maqadan paraleli üçün adi haldır.
Bəyaz gecələr
Bəyaz gecələr — qütb dairəsi boyunca ilin yay fəslində müşahidə edilən işıqlı gecələr. Yayda, bu zolaqda günəş az vaxt ərzində üfüq arxasında olduğu üçün gecəyarısı da axşam şəfəqi kimi işıq olur. Bəyaz gecələr maydan iyula qədər Sankt-Peterburq, Oslo, Maqadan paraleli üçün adi haldır.
Bəyaz gecələr (povest)
Bəyaz gecələr (rus. Бeлые нoчи, Belıye noçi) — Rusiya yazıçısı Fyodor Dostoyevskinin 1848-ci ildə yazıb çap etdirdiyi qısa roman. Dostoyevski bu əsəri gənclik illərinin dostu, şair A. N. Pleşeyevə həsr edib. == Məzmun == "Bəyaz Gecələr" — dahi rus yazıçısı Fyodor Dostoyevskinin 1848.ci ildə nəşr olunmuş qısa bir romanıdır. Kitabda adsız bir xəyalpərəstin 4 gecə və bir səhərdən ibarət 5 günü ələ alınır. Əsər məktub şəklində yazılıb və qəhrəmanın öz dilindən nəql olunur. Belə ki, xislətcə utancaq və xəyalpərəst olan gənc, Peterburqun bəyaz gecələrinin birində Nastenka adlı bir qızla tanış olur və qarşılıqlı bir-birlərinə öz həyatlarını nağıl edirlər. Lakin həqiqətdən çox öz xəyal dünyasında yaşayan gənc bu qısa müddətli görüş gecələrində belə tənhalığından qurtulur və sonu onun üçün uğursuz alınsa belə, arzuladığı xoşbəxtliyə nail olur.
Gecələr keçir (mahnı)
Gecələr sənsiz (mahnı)
Səssiz Gecələr Festivalı
Səssiz gecələr (ukr. Німі ночі) və ya Səssiz Film və Müasir Musiqi Festivalı – hər il iyun ayının üçüncü həftəsonunda Ukraynanın Odessa şəhərində keçirilən film festivalı. İvan və Yuri Lipa Xeyriyyə Fondu və Ukrayna Dövlət Film Agentliyi tərəfindən təşkil olunur. İlk festival 18 iyun 2010-cu ildə Korobçinski adına İncəsənət Mərkəzində baş tutmuşdur. Festival avropalı sənətçilər və ukraynalı musiqiçilər tərəfindən ifa olunan müasir musiqi parçaları vasitəsilə beynəlxalq səssiz kino klassiklərini populyarlaşdırmaq və Aleksandr Dovjenko, Dziqa Vertov, İvan Kavaleridze, Heorhiy Stabovyi və s. kimi ukraynalı şəxslərin avanqard filmlərinin müasir incəsənət kontekstini bərpa etmək məqsədilə keçirilir. Festival açıq hava altında keçirilir və iki gün boyunca Odessa yaxta-klubunun limanında keçirilir. Festivalın məkanı kimi Odessa şəhərinin seçilmə səbəbi ilk Ukrayna filmlərinin bu şəhərdə çəkilməsidir.
Bəyaz gecələr (dəqiqləşdirmə)
Bəyaz gecələr — qütb dairəsi boyunca ilin yay fəslində müşahidə edilən işıqlı gecələr. Bəyaz gecələr (povest) — Rusiya yazıçısı Fyodor Dostoyevskinin 1848-ci ildə yazıb çap etdirdiyi qısa roman.
"Ağ-qara" gecələr
"Ağ-qara" gecələr — tammetrajlı bədii film. Rejissor Ayaz Salayev tərəfindən 2013-cü ildə ekranlaşdırılmışdır. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişilə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmin əsas obrazı bədbəxt qadındır. O, öz aşnasını ərini öldürməyə sövq edir. Gözlənilməz ölüm bu planı alt-üst edir. Filmdə əsas rolları Solmaz Süleymanlı, Fəxrəddin Manafov, Levan Xurtsia, Rasim Balayev, Həmidə Ömərova, Gülzar Qurbanova, Nərmin Salayeva, Vidadi Həsənov, Nodar Şaşıqoğlu və Aqil M. Quliyev ifa edirlər. Xəyanət və nifrətin yer aldığı qeyri-real və fantasmaqorik klassik məhəbbət hekayətidir. Qadının ərinə qarşı amansız nifrət hissi əriylə birgə qurduqları telekanalın verilişlərində qəflətən vizual görüntülərlə üzə çıxmağa başlayır. Filmin əsas obrazı bədbəxt qadındır.
Müqəddəs
Dini inancda müqəddəs – müstəsna dərəcədə müqəddəslik, Allaha yaxınlıq və ya bənzərlik dərəcəsinə malik olan şəxs. Ancaq müqəddəs termininin istifadəsi kontekstdən və məzhəbdən asılıdır. Katolik, Şərqi Pravoslav, Anqlikan, Antixalkidon Kilsələri və Lüteran doktrinasında Cənnətdəki bütün imanlı mərhumlar müqəddəs sayılır, lakin bəziləri daha böyük şərəfə və ya izzətə layiq hesab edilir. Rəsmi kilsədə tanınması və nəticədə ictimai ehtiram kultu, bəzi məzhəb müqəddəslərinə onların təsdiqindən sonra Katolik Kilsəsində kanonizasiya və ya Şərqi Pravoslav Kilsəsində izzətləndirmə prosesi vasitəsilə verilir. Vikianbarda Müqəddəs ilə əlaqəli mediafayllar var.
Müqəddəs Aqnes
Müqəddəs Aqnes ya Romalı Aqnes (Aqnesa, Aqniya, Anna (lat. Agnes); təq. 291 ci il — 304 cü il) — xristianlıqda III–IV əsrlərdə yaşamış, inancına görə əzablar çəkmiş şəhid məsihçi qız. Erkən xristiyanlıqda elan edilmiş müqəddəslərdən biri. Rəvayətə görə məsihçiliyin təqib edildiyi dövrdə imperator Domisian məsihçi Aqnesin qarşısına şərt qoyur; ya o, Roma tanrısına qurban verməli ya da rüsvayçılıqla fahişəxanaya göndəriləcək. Bundan imtina edə Aqnesin fitva ilə hücum çəkən kütlə paltarını cırıb zindana salırlar. Aqnesin saçları dərhal uzanaraq onun ayıbını örtür. Bu zaman agah olan mələk ona şəffaf bir örpək gətirmiş olur. Möcüzə davam edir; qızı zorlamaq istəyən hər bir kişi onu görcək ehtirasdan düşmüş olaraq utancaq bir şəkildə fahişəxananı tərk edirlər. Onun bəxtsiz sevgilisi Aqnesə baş çəkərkən qəflətən ölür.
Müqəddəs Avqustin
Avqustín Avrélius (lat. Aurelius Augustinus Hipponensis; 13 noyabr 354 – 28 avqust 430) — qərb Xristianlığının ən böyük ilahiyyatçılarından və filosoflarından biri, Xristian kilsəsinin müqəddəs atası, 395-ci ildən Hippon şəhərinin yepiskopu. Onun təlimi bir neçə yüzillik ərzində Qərb xristian kilsəsinin ideologiyasının əsasını təşkil etmişdir. Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Avqustin Şimali Afrikanın Taqasta şəhərində anadan olmuşdu. Onun atası bütpərəst, anası isə xristian olmuşdu. O öz təhsilini Taqastada almışdı, sonra Kartacanın (Karfagenin) ritorika məktəbində davam etdirmişdi. On doqquz yaşında Avqustin mani dinini qəbul etmişdi. Maniliyin dualist təliminin əlamətləri, Avqustinin əqidəsində və əsərlərində, Xristianlığı qəbul edəndən sonra da özünü göstərirdi. 383-cü ildə Avqustin Romaya gəlib, orada ritorika məktəbini təsis etmişdi.
Müqəddəs Dimitri
Solunlu Dimitri və ya Fessalonikili Dimitri (yun. Δημήτριος της Θεσσαλονίκης), həmçinin Dimitri Mirotçets (yun. Δημήτριος ο Μυροβλύτης; ən tezi 270 və ən geci 281, Saloniki – təq. 306, Saloniki) — xristian müqəddəs, böyük əzabkeş kimi qarşılanır. İmperator Maksimian dövründə təqibə məruz qalmışdır.
Müqəddəs Faddey
Həvari Faddey (yun. Θαδδαῖος, qibt. ⲑⲁⲇⲇⲉⲟⲥ, süry. ܝܗܘܕܐ ܫܠܝܚܐ; təq. 10 – təq. 62, Beyrut) — İncilə əsasən İsa Məsihin 12 həvarisindən biri.
Müqəddəs Georgi
Müqəddəs Georgi — xristianlıqda müqəddəs, əzabkeş, xristian dünyasının ən məşhur müqəddəslərindən biri. Onun həyatının həm kanonik, həm də apokrifik versiyaları var. Kanonik versiyaya görə, o, imperator Diokletian dövründə Böyük təqiblər zamanı əziyyət çəkmiş və səkkiz günlük ağır işgəncədən sonra 303-cü ildə (və ya 304-cü) başı kəsilmişdir. Onun möcüzələrinin ən məşhur biri "Georginin ilan haqqında möcüzəsi"dir. Ковалёв-Случевский К. П. Георгий Победоносец. Жизнеописание и деяния (серия ЖЗЛ). — М.: Молодая гвардия, 2020. — 360 с. Васильев, Павел Петрович. Георгий святой, великомученик, победоносец // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
Müqəddəs Kalepodi
Romalı Kalepodi və ya Müqəddəs Kalepodi (it. San Calepodio; v. 232, Roma) — Roma xristian keşişi, əzabkeşi. O, Roma imperatoru Aleksandr Sever tərəfindən xristianların təqibləri zamanı öldürülmüşdür. Roma katakombalarından biri olan Kalepodi katakombası onun adını daşıyır. Onun agioqrafiyası xatırladır ki, Kalepodi işgəncələrə məruz qalmışdır. O, ardınca boynuna dəyirman daşı bağlanaraq Tiber çayına atılmışdır.
Müqəddəs Kitab
Müqəddəs kitab (müqəddəs mətn) — hər hansı bir din və ya məzhəbdə müqəddəs qəbul edilən və mərkəzi bir əhəmiyyətə sahib olan əsərdir (yazıdır). Müqəddəs mətnlərin Allah tərəfindən birbaşa göndərildiyinə, nəbilərə (peyğəmbərlərə) vəhy edildiyinə inanılır. İstifadəsi müxtəlif yazı vasitələri (daş kitabələr, perqament, gil lövhələr, kağız və s.) üzərində fərqli informasiya daşıyıcılarında (kitab, mikrofiş, mikrokart, elektron sənəd və digər daşıyıcılarda) əlyetərlidir. Din - mənbəyi yaradana dayanan, məxluqatı dünya və axirət xoşbəxtliyinə qovuşdurmaqla nicatlandıran ilahi inanc sistemidir. Səmavi və qeyri-səmavi olmaqla dinlər iki qrupa ayrılır. Səmavi dinlər Allah tərəfindən vasitəli (mələklər ilə) və vasitəsiz (birbaşa) olaraq peyğəmbərlərə göndərilən yaradan, yaradılış, dünya və axirət məsələləri haqqında fikir və ya hökmlər (vəhy) barədə informasiya qaynaqlarıdır. Yəhudilik, xristianlıq və İslam dini səmavi dinlərdir. Həmçinin bu dinləri haqq və həqiqi dinlər adlandırırlar. Qeyri-səmavi dinlər isə bəşər övladının şüurunun formalaşdığı dövrdən insanlar arasında təşəkkül tapmış, Allah tərəfindən peyğəmbərlərə göndərilməyən, fərqli inanc, müxtəlif tapınma sistemləridir. Belə dinlərə misal üçün, buddizmi, zərdüştlüyü, şintoizmi və sairəni göstərmək olar.
Müqəddəs Kəbə
Kəbə (ərəb. الْكَعْبَة‎ 'Kub'), bəzən Kəbə əl-Müşərrəf (ərəb. الْكَعْبَة الْمُشَرَّف‎ 'Kəbə-i şərif') olaraq da adlandırılır, İslamın ən mühüm məscidi, Səudiyyə Ərəbistanın Məkkə şəhərində bir binadır. İslamda ən müqəddəs yerdir. Müsəlmanlar tərəfindən Beytullah ( Allahın evi ') adlandırılır və namazda müsəlmanların qibləsidir. Məlumdur ki, İslamdan əvvəlki Ərəbistan yarımadasında çoxsaylı kubik məbud evləri (Kəbə) tikilmiş, haram aylarda ərəblər tərəfindən müqəddəs sayılan yerlər və məbud evləri ziyarət edilmiş və burada müxtəlif ibadətlər yerinə yetirilmişdir. Samariyalı İbranilərin Əl-Əsatir (nağılları) və ya Musanın sirləri kitabında İsmail və onun böyük oğlu Nebayotun Kəbə və Məkkəni tikdiyinə dair bir ifadə var. Müsəlmanların, erkən İslamda Kəbəyə istiqamətlərini dəyişməzdən əvvəl namaz zamanı Qüds istiqamətinə baxdıqlarına inanılır. Kəbənin tarix boyu dəfələrlə yenidən tikildiyinə inanılır. Bunlardan ən məşhuru İbrahim və oğlu İsmayılın,Həcər və İsmayılı tərk etdikdən bir neçə il sonra Məkkə vadisinə qayıtdıqları zaman etdikləridir.
Müqəddəs Məryəm
Məryəm (həmçinin Bakirə Məryəm, Tanrının anası, Madonna və s.) — İsa Məsihin anası. Məryəm barəsində əsas mənbə - "Məryəmin doğulması haqqında kitab"dır (sonrakı adı "Kiçik Yaqubun İlkincili"). Bu kitaba görə Məryəm padşah Davud qəbiləsindən gəlir. Onun valideynləri İoakim və Annadır.
Müqəddəs Neymətov
Müqəddəs Nikolay
Müqəddəs Nikolay Möcüzəyaradan (rus. Николай Чудотворец; yun. Άγιος Νικόλαος; III əsr – IV əsr, Mira, Likiya, Qədim Roma) — tarixi kilsələrdə müqəddəs şəxs, Likiyada (Bizans) arxiyepiskop. Xristianlıqda o, möcüzəyaradan kimi hörmətlə qarşılanır, Şərqdə səyahətçilərin, məhbusların və yetimlərin himayədarı, Qərbdə - cəmiyyətin demək olar ki, bütün təbəqələrinin, lakin əsasən uşaqların himayədarı kimi tanınır. O, həm başındakı yepiskopluğunun simvolu olan mitra ilə, həm də onsuz təsvir edilmişdir. Santa-Klaus personajı məhz Müqəddəs Nikolaydan götürülmüşdür. Müqəddəs Nikolayın müflis bir zənginin üç qızına cehiz hədiyyə etməsindən bəhs edən həyatının əsasında Milad hədiyyələri yarandı. Mirlikiyalı Nikolayın qədim tərcümeyi-hallarında müqəddəslərin tərcümeyi-hallarının oxşar təfərrüatlarına görə onları adətən Nikolay Pinar (Sion) ilə qarışdırırdılar: hər ikisi Likiyadan, arxiyepiskoplardan, hörmətli müqəddəslər və möcüzəyaradanlardır. Bu təsadüflər əsrlər boyu mövcud olan yanlış təsəvvürə səbəb oldu ki, kilsənin tarixində yalnız bir Müqəddəs Nikolay Möcüzəyaradan olmuşdur.
Müqəddəs Nino
Müqəddəs Nino(gürc. წმინდა ნინო, ts'minda nino; erm. Սուրբ Նունե, Surb Nune; yun. Αγία Νίνα Agía Nína; bəzən Müqəddəs Nyun və ya Müqəddəs Nini də deyilir; 296, Kappadokiya, Mərkəzi Anadolu regionu – 27 yanvar 335, Bodbe monastırı)- Gürcüstanda xristianlığı təbliğ edən, İberiyanı xristianlaşdıran, Həvarilərə Bərabər və Gürcüstanı Aydınladan kimi titulların sahibi dindar qadın. Bir sıra tarixi məlumatlara görə o, Kappadokiyanın Kolastra şəhərindən olan yunan dilli Roma ailəsinə mənsub idi. Bəzi mənbələr onun Müqəddəs Georginin qohumu olduğunu iddia edir. Başqa mənbələrdə onun Romadan, Qüdsdən və ya Qauldan (müasir Fransa) olduğu iddası öz əksini tapır. Uşaq yaşlarında betlehəmli rahibə Nifora-Sarah tərəfindən dini dərslər aldı. Böyüdükçə Qüds patriarxı əmisi Ninonun dini təhsil-tərbiyəsinə nəzarət edirdi. Əmisinin köməyiylə Nino Romaya gəldi və burada İberiyada xristianlığı təbliğ etməyə qərar verdi.
Müqəddəs Nizə
Müqəddəs Nizə, Longinus Nizəsi (Müqəddəs Longinusun adına görə) və ya Taleyin Nizəsi kimi də tanınan bu nizə, əfsanəyə görə İsa çarmıxa çəkildiyi zaman çarmıxdan asılmış olduğu halda bədənini deşmiş nizədir . İncildə deyilir ki, romalılar İsanın ayaqlarını sındırmağı planlaşdırırdılar, bu, çarmıxa çəkilmə zamanı ölümü sürətləndirmək üsulu olan crurifragium adlanan bir təcrübə idi. Şənbə günü ərəfəsi olduğu üçün (cümə günü gün batımından şənbə günü batana qədər) İsanın davamçıları Şənbə qanunlarına görə onu "qəbrə basdırmalı" idilər. Onlar bunu etməzdən əvvəl İsanın artıq öldüyünü və onun ayaqlarını sındırmaq üçün heç bir səbəb olmadığının fərqinə vardılar. Onun öldüyünə əmin olmaq üçün Roma əsgərlərindən biri nizə ilə onun böyrünü deşdi və dərhal qan və su çıxdı.
Müqəddəs Origen
Origén — (yun. Ὠριγένης, lat. Origenes Adamantius; təqribən 185, İsgəndəriyyə — təqribən 254, Tir) — yunandilli xristian ilahiyyatçısı, filosof, alim. Misirdə xristian ailəsində anadan olmuşdur. Yetkinlik yaşına çatandan sonra, Plotinlə birlikdə neoplatonizm məktəbinin yaradıcısı Ammonius Sakkasın tələbəsi olmuşdur. Abid həyatı keçirmişdir. Az yemiş, az yatmış, günlərini ibadətdə keçirmişdir. Hətta inancı o qədər möhkəm idi ki, günah etməsin deyə gənc yaşlarında özünü axtalamışdı. Bu barədə kilsə tarixçisi Eusebius yazmışdı. Sonra, Klementin başçılıq etdiyi İsgəndəriyyə ilahiyyat məktəbində təhsilini davam etdirmişdi.
Müqəddəs Pantaleon
Müqəddəs Pantaleon (yun. Παντελεήμων, rus. Пантелеи́мон), Qərbdə son orta əsrlərin On Dörd Müqəddəs Köməkçidən, Şərqdə isə Müqəddəs Tamahsız Şəfaçılardan biri hesab olunan müqəddəs. Ənənəvi olaraq təxminən 275-ci ildə və ya 284-cü ildə Vifiniyanın Nikomediya şəhərində doğulduğu qəbul olunur. Martiroloji (şəhid tərcümeyi-halları) ənənəyə görə, Pantaleon varlı bir bütpərəst olan Nikomediyalı Eustorgiusun oğlu idi. Xristianlığı anası Müqəddəs Evvuladan öyrənmişdi; lakin 303-cü ildə onun ölümündən sonra o, tanınmış həkim Evfrosinosdan tibb təhsili alaraq xristian kilsəsindən uzaqlaşır və Evfrosinosun köməyi ilə imperator Qaleriusun şəxsi həkimliyinə qədər yüksəlir. Sonradan imperator Maksimianın da həkimi olmuşdu. Lakin sonradan Müqəddəs Yermolayın təbliği ilə xristianlığa qayıtmışdı. Əfsanəyə görə Pantaleon, İsanın adını çəkərək bir kor adamı möcüzəvi şəkildə sağaltmaqla, ölümündən sonra böyük bir sərvətə sahib olan atasını xristianlığa çevirdi. Atası da öz növbəsində qullarını azad etdi və var-dövlətini yoxsullar arasında bölüşdürərək Nikomediyada böyük nüfuz qazandı.
Müqəddəs Pavel
Müqəddəs həvari Pavel (təq. 5, Tarsus, Roma imperiyası – ən tezi avqust 64 və ən geci 67, Roma, İtaliya[d], Roma imperiyası) — xristianlıq tarixinin ən böyük missioneri. Yəhudi ailəsində doğulmuş əvvəldə Savl adlandırılmışdı. Yerusəlimdən Dəməşqə səyahət zamanı İsadan vəhy görmüş Pavel xristianlığı qəbul etmişdir. Həvarilər Əməllərinə görə, üç missioner səyahəti törətdi. Əhdi Cədiddə 13 müraciətnamə onun adını daşıyır. Adı tarixdə 100 ən nüfuzlu şəxs siyahısına daxil edilib.