məhkəmə

is. tribunal m, cour f ; ali ~ Haute Cour ; kassasiya ~si cour de cassation ; apelyasiya ~si cour d’appel ; hərbi ~ cour martiale ; işi ~yə vermək porter une affaire devant les tribunaux ; ~ çağırmaq appeler en justice ; ~ iclası audience f

məhəlli
məhkum
OBASTAN VİKİ
Azərbaycan Məhkəmə Palatası
Azərbaycan məhkəmə palatası — Azərbaycan Xalq Cümhuriyyətinin müstəqil məhkəmə hakimiyyətini formalaşdırmaq məqsədilə yaradılmış mühüm dövlət strukturu, dövlət ədliyyə orqanı. == Tarixi == Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qarşıya qoyduğu əsas vəzifələrdən biri də əvvəlki hərc-mərclik dövründə dağılmış məhkəmə aparatını bərpa etmək və müstəqil dövlətin ədliyyə sistemini yaratmaq idi. Bu baxımdan, yeni şəraitdə Cümhuriyyətin ayrıca məhkəmə palatasının yaradılmasına ehtiyac vardı. Bu məqsədlə 1918 il noyabrın 14-də Cümhuriyyət Hökuməti Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnaməni təsdiq etdi. Əsasnaməyə görə, Azərbaycan Məhkəmə Palatası böyük sədr, departament sədri, 8 üzv, prokuror və onun 2 nəfər köməkçisindən ibarət tərkibdə yaradılmışdı. Hökumətin 1919 il 28 fevral və 10 may tarixli qərarları ilə vəkil Ələkbər bəy Xasməmmədov palatanın böyük sədri təyin olunmuşdur. Azərbaycan hökumətinin 10 may 1919-cu il tarixli qərarı ilə Olqred Kriçinski Azərbaycan Məhkəmə Palatasının prokuroru təyin olunmuşdur. Ali məhkəmə instansiyası olan Azərbaycan Məhkəmə Palatası dairə məhkəmələrinin fəaliyyətini yoxlayır, onların qərarlarından apelyasiya şikayətlərinə, vəzifə cinayətlərinə, mülklərə sahiblik hüququ, əmlaka qəyyumluq qoyulması haqqında işlərə baxır, notarius vəzifələrini yerinə yetirirdi. == Mənbə == === Ədəbiyyat === Азербайджанская Демократическая Республика: 1918–1920: законодательные акты. Azərbaycan Nəşriyyatı.
Ali Federal Məhkəmə (Braziliya)
Braziliya Ali Federal Məhkəməsi (portuqalca: Supremo Tribunal Federal, qısaca STF) — Braziliyada ən son müraciət ediləcək məhkəmədir və aldığı qərarlar şikayət edilə bilməz. Braziliya Ali Federal Məhkəməsi Braziliya Milli Konqresinin aldığı qərarların və qəbul etdiyi qanunların Braziliya Konstitusiyasına uyğun olub-olmadığına nəzarət edir. Məhkəmə üzvləri Braziliya Senatının təsdiqi ilə Braziliya Prezidenti tərəfindən seçilir. Məhkəmə üzvlərinin maksimum yaş limiti 70-dir. == Braziliya Ali Federal Məhkəmənin binası == Məhkəmə binası Oskar Nimeyer tərəfindən dizayn edildi.
Azərbaycan Respublikasının Məhkəmə Sistemi
Azərbaycan Respublikasının məhkəmə sistemi — Azərbaycan Respublikasında ilk dəfə olaraq birinci, apelyasiya və kassasiya instansiyalarından ibarət üçpilləli müstəqil məhkəmə sistemi yaradılmışdır. Hazırda Azərbaycan Respublikasında rayon, şəhər məhkəmələri, ərazi yurisdiksiyası üzrə fəaliyyət göstərən hərbi, inzibati, kommersiya məhkəmələri, Ağır cinayətlər məhkəmələri, birinci instansiya məhkəməsi kimi fəaliyyət göstərir. Apelyasiya məhkəmələrində birinci instansiya məhkəmələri tərəfindən cinayət və inzibati, mülki və inzibati-iqtisadi mübahisələrə dair işləri üzrə çıxarılmış qərarlardan verilən apelyasiya şikayətləri və apelyasiya protestləri üzrə işlərə baxılır. == Azərbaycan məhkəmə sisteminin tarixi == Çoxəsrlik dövlətçilik ənənəsi olan Azərbaycan Respublikasının məhkəmə tarixinin ən şərəfli anları 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə eyni gündə may ayının 28-də təsis edilmiş və Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuşdur. Görülən bütün zəruri tədbirlərdən sonra Nazirlər Şurasının qərarı ilə 01 oktyabr 1918-ci ildə Bakı Dairə Məhkəməsinin və onun tərkibində prokurorluğun fəaliyyəti bərpa edilmiş, Məhkəmə Palatasının təsis edilməsinin labüdlüyü nəzərə alınaraq noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi təsdiq edilmişdir. 16 mart 1919-cu ildə Bakı Dairə Məhkəməsinin binasında Azərbaycan Məhkəmə Palatasının rəsmi açılışı olmuş və bundan etibarən palataya Bakı və Gəncə dairə məhkəmələrinin işləri daxil olmağa başlamışdır. Tərkibində Azərbaycan Məhkəmə Palatası fəaliyyət göstərən Ədliyyə Nazirliyinin yanında 1919-cu ilin əvvəllərində məhkəmə hissəsinə dair qanun layihələrinin hazırlanması üzrə xüsusi komissiya yaradılmış, hazırlanmış bir çox qanunlar parlamentin müzakirəsinə çıxarılmışdır. 1920-ci il aprel ayının 27–28-də Azərbaycan Demokratik Respublikası Rusiyanın XI Qızıl Ordusu tərəfindən işğal edildikdən sonra ədliyyə sistemində də köklü dəyişikliklər başlandı. Azərbaycan İnqilab Komitəsinin 13 may 1920-ci il tarixli qərarı ilə bütün ədliyyə sistemi ləğv edilərək Xalq Ədliyyə Komissarlığı yaradılmışır. Lakin 1930-cu ildə komissarlıq ləğv edilərək onun səlahiyyətləri aidiyyəti üzrə Ali Məhkəməyə, Mərkəzi icraiyyə Komitəsinə və digər orqanlara verilmişdir.
Azərbaycanda məhkəmə islahatı (1866)
Azərbaycanda 1866-cı il məhkəmə islahatı — XIX əsrin 60–70-ci illərində Çar Rusiyası tərəfindən Azərbaycanda keçirilən burjua islahatlarından biri. == Məhkəmə islahatının keçirilməsi zərurəti == İqtisadi inkişafın və 50-ci illərin sonu – 60-cı illərin əvvəllərindəki şəraitin təsiri altında öz obyektiv sosial-iqtisadi məzmununa görə burjua xarakterli məhkəmə islahatına başlamağa məcbur oldu. 1864-cü il noyabrın 20-də II Aleksandr hakim senata fərman imzaladı. Bu fərmana ―1864-cü il 20 noyabr məhkəmə nizamnamələri adı altında birləşdirilmiş məhkəmə təsisatları, cinayət məcəlləsi, mülki məcəllə və andçı hakimlər tərəfindən qoyulan cəzalar haqqında nizamnamə əlavə edilmişdi. Məhkəmə islahatı silki məhkəmələri bütün silklər üçün ümumi olan məhkəmələrlə əvəz etdi, andlılar məhkəməsi, vəkillər korpusu yaratdı, məhkəmə instansiyaların sayını azaltdı. Bu islahat formal olaraq məhkəmə quruculuğu və məhkəmə icrası, məhkəmə hakimiyyətinin qanunverici və icraedici hakimiyyətlərdən ayrılması, məhkəmə prosesinin aşkarlığı, hakimlərin müstəqilliyi və onların bütün işləri öz daxili inamlarına müvafiq surətdə həll etmək hüququ, cinayət işlərinin əksəriyyətinin andlı iclasçılarının iştirakı ilə baxılması və s. burjua-demokratik prinsiplərini bəyan etdi. 1864-cü il məhkəmə islahatı məlum dərəcədə müsbət əhəmiyyətə malik idi. Bununla bərabər, hakim təbəqə tərəfindən, mütləqiyyət quruluşu şəraitində keçirilmiş bu islahat da yarımçıq idi. Onun qeyri-ardıcıllığı, ilk növbədə, dövlət cinayətlərinin andlılar məhkəməsinin ixtiyarından alınmasında təzahür etdi.
Məhkəmə
Məhkəmə — Cinayət işlərinə və mülki mübahisələrə baxan ədliyyə orqanı. Ədalət mühakiməsini həyata kеçirən, haqqın, ədalətin təntənə çalmasına xidmət еdən, dövlətin Ali hakimiyyət orqanı. Azərbaycan Respublikasının Məhkəmə Sistemi Azərbaycan Respublikası ALİ məhkəməsində, Apelyasiya məhkəmələrindən, ümumi məhkəmələrdən və digər ixtisaslaşmış məhkəmələrdən ibarətdir. Azərbaycanda üçpilləli məhkəmə sistemi fəaliyyət göstərir: Birinci instansiya məhkəmələri Apelyasiya instansiyası məhkəmələri Kassasiya instansiyası məhkəməsi == Birinci instansiya məhkəmələri == Birinci İnstansiya məhkəmələri İlkin məhkəmə orqanlarıdır. Birinci İnstansiya məhkəmələrinə Rayon (Şəhər) məhkəmələri, hərbi məhkəmələr, yerli iqtisad məhkəmələri və ağır cinayətlərə dair işlər üzrə məhkəmələr daxildirlər. Rayon (şəhər) məhkəmələri Azərbaycan Respublikası qanunvericiliyi ilə onlara həvalə edilmiş mülki və cinayət işlərinə, o cümlədən inzibati xətalara dair işlərə baxır. Mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər mübahislərdən irəli gələn işlərə baxılır. == Apelyasiya instansiya məhkəməsi == Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş hökmündən və ya digər qərarından verilmiş şikayət və ya protestlərə baxmaq səlahiyyətinə malik olan məhkəmədir. Maraqlı şəxslərin şikayətinə və prokurorun protestinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq onu dəyişdirmədən saxlayır, yaxud ləğv edərək yeni qərar çıxarır, yaxud iş üzrə icraata xitam verir, yaxud ərizəni baxılmamış saxlayır, yaxud da dəyişdirilməsi barədə qərar qəbul edir. == Kassasiya instansiya məhkəməsi == Kassasiya instansiya məhkəməsi qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda apelyasiya instansiyası məhkəməsinin qanuni qüvvəyə minmiş hökmündən və ya digər qərarından verilmiş şikayət, protest, yaxud təqdimatlara baxmaq səlahiyyətinə malik olan məhkəmədir.
Hərbi məhkəmə
Hərbi məhkəmə (Azərbaycan) — Hərbi məhkəmə (Azərbaycan Xalq Cümhuriyyəti) — Azərbaycan Xalq Cümhuriyyəti ordusu tərkibində məhkəmə işlərinə baxan ədliyyə orqanı.
Məhkəmə (roman)
Məhkəmə (alm. Der Prozess‎) — Frans Kafkanın yazdığı, ancaq tamamlaya bilmədiyi yarımçıq qalmış roman. Roman Kafkanın ölümündən sonra çap olunmuşdur. Bu roman müəllifin həyatında baş verən vacib hadisələr dövründə meydana gəlmişdir (1914–1915-ci illər). 1914-cü ilin iyulunda o Felise Bauer ilə nişanlanır. Bu vaxtda Birinci dünya müharibəsi başlayır. Həmin ilin payızından başlayaraq ailəsindən ayrı otaqda yaşamağa başlayır. Roman üzərində iş onun protaqonisti Yozefin ölümü ilə başa çatır. Məhkəmə prosesi Kafkanın orijinal əsərlərindəndir. Bu kitab Kafkaya XX əsrin ikinci yarısında teatr və kinoda hökm sürən postmodernizmdə böyük ad qazandırır.
Məhkəmə baxışı
Məhkəmə nəzarəti — icraedici və qanunverici hakimiyyətlərin fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması prosesidir. Məhkəmə nəzarəti səlahiyyəti olan məhkəmə daha yüksək hüquqi qüvvəsi olan hüquq normaları ilə ziddiyyət təşkil edən qanunları və hökumət qərarlarını ləğv edə bilər. Bu zaman icraedicilik hakimiyyətinin qərarları qanunsuz olduğuna görə, qanunlar isə konstitusiyanın normalarını pozduğuna görə qüvvədən düşmüş hesab edilə bilər. Məhkəmə nəzarəti hakimiyyətlərin bölünməsi prinsipindəki yoxlama və balanslardan biridir: qanunverici və icraedici orqanlar öz səlahiyyətini aşdıqda məhkəmə onların üzərində nəzarəti həyata keçirir. Doktrina yurisdiksiyalar üzrə fərqlənir. Odur ki, məhkəmə nəzarəti prosesi və onun əhatə dairəsi ölkədən ölkəyə fərqlənə bilər. == Ümumi prinsipləri == Məhkəmə nəzarəti iki fərqli, lakin paralel hüquq sistemləri kontekstində — roman-german hüquq sistemi və ümumi hüquq sistemində, həmçinin iki fərqli demokratiya nəzəriyyəsində araşdırıla bilər. Hansı ki bu nəzəriyyələr qanunverici hakimiyyətin aliliyi və hakimiyyətlərin bölgüsü doktrinaları və hökumətlərin təşkil edilməsi prinsipləri ilə bağlıdır. Birincisi, roman-german və ümumi hüquq sistemində məhkəmə nəzarəti ilə bağlı müxtəlif baxışlar mövcuddur. Ümumi hüquq sistemində hakimlər hüququn mənbəyi kimi qəbul edilirlər.
Məhkəmə hakimiyyəti
Məhkəmə hakimiyyəti — dövlətin və vətəndaşların, vətəndaşların özləri, hüquqi şəxslər arasındakı sosial ziddiyyətləri, habelə qanunların konstitusiyaya uyğunluğunu yoxlamaq üçün qanunlar əsasında fəaliyyət göstərən müstəqil və suveren dövlət hakimiyyətinin qolu. Bəzən məhkəmələr, Avropa Birliyi Ədalət Məhkəməsi kimi, millətlərarası ola bilər. Hakimiyyət bölgüsü prinsipinə uyğun olaraq ayrılır. == Məhkəmə sisteminin quruluşu == Azərbaycan Respublikasında birinci instansiya məhkəməsi kimi rayon (şəhər) məhkəmələri, ərazi yurisdiksiyası üzrə fəaliyyət göstərən hərbi, yerli inzibati-iqtisadi və ağır cinayətlər məhkəmələri fəaliyyət göstərir. Yeni məhkəmə sisteminə müvafiq olaraq ölkənin 6 regionunda apelyasiya məhkəmələri fəaliyyət göstərir. Apelyasiya məhkəmələri 4 kollegiyadan — mülki, cinayət, hərbi və inzibati-iqtisadi kollegiyalardan ibarət olmaqla müvafiq ərazi yurisdiksiyası üzrə fəaliyyət göstərir. Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan Naxçıvan MR məhkəmələrinin təşkilində muxtar respublikanın ölkənin əsas ərazisindən kənarda yerləşməklə təcavüzkar Ermənistan Respublikası tərəfindən blokadada saxlanılması nəzərə alınmışdır. Belə ki, Naxçıvan MR Ali Məhkəməsi muxtar respublika məhkəmələrinə münasibətdə apelyasiya instansiyasıdır. Naxçıvan MR Ali Məhkəməsinin qərarlarına isə kassasiya qaydasında Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən baxılır. === Konstitusiyadan çıxarış (Maddə 125) === Məhkəmə hakimiyyətinin həyata keçirilməsi I. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər.
Məhkəmə nəzarəti
Məhkəmə nəzarəti — icraedici və qanunverici hakimiyyətlərin fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması prosesidir. Məhkəmə nəzarəti səlahiyyəti olan məhkəmə daha yüksək hüquqi qüvvəsi olan hüquq normaları ilə ziddiyyət təşkil edən qanunları və hökumət qərarlarını ləğv edə bilər. Bu zaman icraedicilik hakimiyyətinin qərarları qanunsuz olduğuna görə, qanunlar isə konstitusiyanın normalarını pozduğuna görə qüvvədən düşmüş hesab edilə bilər. Məhkəmə nəzarəti hakimiyyətlərin bölünməsi prinsipindəki yoxlama və balanslardan biridir: qanunverici və icraedici orqanlar öz səlahiyyətini aşdıqda məhkəmə onların üzərində nəzarəti həyata keçirir. Doktrina yurisdiksiyalar üzrə fərqlənir. Odur ki, məhkəmə nəzarəti prosesi və onun əhatə dairəsi ölkədən ölkəyə fərqlənə bilər. == Ümumi prinsipləri == Məhkəmə nəzarəti iki fərqli, lakin paralel hüquq sistemləri kontekstində — roman-german hüquq sistemi və ümumi hüquq sistemində, həmçinin iki fərqli demokratiya nəzəriyyəsində araşdırıla bilər. Hansı ki bu nəzəriyyələr qanunverici hakimiyyətin aliliyi və hakimiyyətlərin bölgüsü doktrinaları və hökumətlərin təşkil edilməsi prinsipləri ilə bağlıdır. Birincisi, roman-german və ümumi hüquq sistemində məhkəmə nəzarəti ilə bağlı müxtəlif baxışlar mövcuddur. Ümumi hüquq sistemində hakimlər hüququn mənbəyi kimi qəbul edilirlər.
Məhkəmə presedenti
Hüquqi presedent — müasir dünyada hüququn daha geniş yayılmış mənbəyi. Hüquqi presedentin mahiyyəti, konkret iş üzrə dövlət orqanının (məhkəmə orqanının və ya inzibati orqanın) əvvəllər çıxardığı qərarın sonradan oxşar işlərin həlli zamanı hüquq norması qüvvəsinə malik olmasıdır. Hüquqi presedentin vətəni İngiltərədir. Məhkəmə presedenti o zaman hüquq mənbəyi hesab olunur ki, konkret iş üzrə məhkəmənin qəbul etdiyi qərarın gələcəkdə oxşar işlərin həllində məhkəmədə ümumi qayda ola biləcəyi qəbul edilsin. Belə hallarda məhkəmə qərarları mahiyyətcə hüquq normasına çevrilir və ona ümumməcburi qayda kimi istinad edilə bilər. Məhkəmə presedenti xüsusən Böyük Britaniyada geniş yayılmışdır. Azərbaycanda məhkəmə praktikasına, məhkəmə qərarlarına başqa cür yanaşma var ki, bunu aşağıdakı kimi ifadə etmək olar: məhkəmənin vəzifəsi norma yaratmaq yox, mövcud normaları tətbiq etməkdir.
Yuvenal məhkəmə
Yuvenal məhkəmə — yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilmiş cinayətlər üzrə qərar qəbul etmək səlahiyyəti olan xüsusi məhkəmədir. Əksər müasir hüquq sistemlərində cinayət törətmiş uşaqlar və yeniyetmələr eyni cinayəti törətmiş yetkinlik yaşına çatmış şəxslərdən fərqli mühakimə edilirlər.
Məhkəmə antropologiyası
Məhkəmə antropologiyası antropologiyanın anatomik elminin və onun müxtəlif alt sahələrinin, o cümlədən məhkəmə arxeologiyası və məhkəmə tafonomiyasının hüquqi şəraitdə tətbiqidir. Məhkəmə antropoloqu, təyyarə qəzasında baş verə biləcək qalıqları çürümüş, yandırılmış, şikəst olmuş və ya başqa bir şəkildə tanınmayan ölən şəxslərin müəyyən edilməsinə kömək edə bilər. Məhkəmə antropoloqları soyqırım və kütləvi məzarlıqların araşdırılması və sənədləşdirilməsində də mühüm rol oynayırlar. Məhkəmə patoloqları, məhkəmə diş həkimləri və adam öldürmə müstəntiqləri ilə yanaşı, məhkəmə antropoloqları da adətən məhkəmədə ekspert şahidi kimi ifadə verirlər. Skeletdə mövcud olan fiziki markerlərdən istifadə edərək, məhkəmə antropoloqu potensial olaraq insanın yaşını, cinsini, boyunu və irqini təyin edə bilər. Şəxsin fiziki xüsusiyyətlərini müəyyən etməklə yanaşı, məhkəmə antropoloqları potensial ölüm səbəbini, sınmış sümüklər kimi keçmiş travmaları və ya tibbi prosedurları, həmçinin sümük xərçəngi kimi xəstəlikləri müəyyən etmək üçün skelet anormallıqlarından istifadə edə bilərlər. Bir insanı skeletdən müəyyən etmək üçün istifadə edilən üsullar müxtəlif antropoloqların keçmiş töhfələrinə və insan skeleti fərqlərinin öyrənilməsinə əsaslanır. Minlərlə nümunənin toplanması və populyasiya daxilindəki fərqlərin təhlili vasitəsilə fiziki xüsusiyyətlərə əsasən qiymətləndirmələr edilə bilər. Bunların vasitəsilə bir sıra qalıqları potensial olaraq müəyyən etmək olar. Məhkəmə antropologiyası sahəsi iyirminci əsrdə yetişmiş antropoloqları, eləcə də parçalanma və onun skeletə göstərə biləcəyi təsirlər haqqında məlumat toplayan çoxsaylı tədqiqat institutlarını əhatə edən tam tanınmış məhkəmə tibb ixtisasına çevrildi.
Məhkəmə (veriliş, 2007)
== Məzmunu == Veriliş əsl məhkəmə prosesinin prototipidir. == Veriliş haqqında == Verilişin efir günü bazar ertələridir.
Məhkəmə prosesi (roman)
Məhkəmə (alm. Der Prozess‎) — Frans Kafkanın yazdığı, ancaq tamamlaya bilmədiyi yarımçıq qalmış roman. Roman Kafkanın ölümündən sonra çap olunmuşdur. Bu roman müəllifin həyatında baş verən vacib hadisələr dövründə meydana gəlmişdir (1914–1915-ci illər). 1914-cü ilin iyulunda o Felise Bauer ilə nişanlanır. Bu vaxtda Birinci dünya müharibəsi başlayır. Həmin ilin payızından başlayaraq ailəsindən ayrı otaqda yaşamağa başlayır. Roman üzərində iş onun protaqonisti Yozefin ölümü ilə başa çatır. Məhkəmə prosesi Kafkanın orijinal əsərlərindəndir. Bu kitab Kafkaya XX əsrin ikinci yarısında teatr və kinoda hökm sürən postmodernizmdə böyük ad qazandırır.
Qazaxıstanın məhkəmə sistemi
Qazaxıstanın məhkəmə sistemi — respublika konstitusiyasına və digər qanunlara uyğun olaraq Qazaxıstan Respublikası ərazisində ədalət mühakiməsini həyata keçirən dövlət hakimiyyəti orqanları (məhkəmələr) sistemi. == Girişi == Konstitusiyaya görə Qazaxıstan demokratik, dünyəvi və hüquqi bir dövlətdir . Qazaxıstan hüquq sistemi, hüquq normalarının açıq bir sektor bölgüsü ilə xarakterizə olunan mülki hüquq sisteminə aiddir. Hakimiyyət bölgüsü prinsipi ölkə Konstitusiyasında elan edildiyindən, qanunverici funksiyaları yerinə yetirən respublikanın ali nümayəndəlik orqanı iki palatalı Parlamentdir, icra orqanları Hökumət tərəfindən tanınır, məhkəmə hakimiyyəti isə daimi hakimlər şəxsində məhkəmə, habelə cinayət prosesində iştirak edən 10 iclasçı şəxs vardır. Qazaxıstanda məhkəmə hakimiyyəti yalnız məhkəmələr və Qazaxıstan Respublikası adından həyata keçirilir . Məhkəmə sisteminə respublikanın Ali Məhkəməsi, yerli və respublikanın qanunla müəyyən edilmiş digər məhkəmələri daxildir . Hər hansı bir ad altında xüsusi və fövqəladə məhkəmələrin yaradılması qadağandır. Məhkəmənin səlahiyyətləri digər orqanlara da verilə bilməz. Bölgə və ona bərabər tutulan məhkəmələrin yanında bölgə və ona bərabər tutulan məhkəmələr Ali Məhkəmə sədrinin təklifi ilə Qazaxıstan Respublikasının Prezidenti tərəfindən Ali Məhkəmə Şurası ilə razılaşdırılaraq qurulur, yenidən təşkil olunur, dəyişdirilir və ləğv edilir. Astana Beynəlxalq Maliyyə Mərkəzinin ərazisində Qazaxıstan Respublikasının məhkəmə sisteminə daxil edilməyən iki instansiyadan (birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi) ibarət olan məhkəmə qurulur və qanunvericiliyi İngiltərə və Uelsin prosedur prinsip və normalarına və (və ya) dünyanın aparıcı maliyyə mərkəzlərinin standartlarına əsaslanır.
Yaponiyanın məhkəmə sistemi
Yaponiyanın məhkəmə sistemində Yaponiya Konstitusiyası zəmanət verir ki, "bütün hakimlər öz vicdanlarını həyata keçirməkdə müstəqildirlər və yalnız bu konstitusiya və qanunlarla tabedirlər" (Maddə 76). Onlar "məhkəmə tərəfindən xidməti vəzifələrini yerinə yetirmək üçün əqli və ya fiziki qabiliyyətsiz hesab edilmədikdə" skamyadan kənarlaşdırıla bilməz və icra orqanları tərəfindən intizam tənbehi tətbiq edilə bilməz (Maddə 78). Bununla belə, Ali Məhkəmənin hakimləri hakim təyin edildikdən sonra ilk ümumi seçkidə və ondan sonra hər on ildən bir keçirilən referendumda seçicilərin əksəriyyəti tərəfindən vəzifədən kənarlaşdırıla bilər. Məhkəmə sistemi Meyci Konstitusiyasına əsasən hazırkı Konstitusiyaya nisbətən daha çox məhdudlaşdırılmışdı və inzibati və ya konstitusiya hüquq işlərində heç bir səlahiyyətə malik deyildi. Bundan başqa, Ədliyyə Nazirliyi məhkəmələrin inzibati işlərinə tam və birbaşa nəzarət edirdi. Buna baxmayaraq, professor Con Heyli iddia edir ki, məhkəmələr konkret işlərə baxılarkən tam müstəqillik nümayiş etdiriblər. "Məhkəmələrin siyasi qollardan müstəqilliyi Meidzi Konstitusiyasının 57-ci maddəsində idarəetmənin əsas prinsipi kimi qəti şəkildə təsbit edildi. Hökumətin bütün qollarından yalnız məhkəmələr "imperator adına" səlahiyyəti həyata keçirirdi. Heyli iddia edir ki, bu, yapon hakimləri üçün böyük qürur məsələsi olub və belə də qalmaqdadır və qeyd edir ki, "bütün məhkəmə zallarında yerdə "İmperatorun adına" yazısı imperatorun hakimləri və eyni zamanda imperatorun hakimləri olduğunu xatırlatmaq üçün idi. siyasi nəzarətə və ya istiqamətə tabe deyil".
Azərbaycanda məhkəmə sistemi
Azərbaycan Respublikasının məhkəmə sistemi — Azərbaycan Respublikasında ilk dəfə olaraq birinci, apelyasiya və kassasiya instansiyalarından ibarət üçpilləli müstəqil məhkəmə sistemi yaradılmışdır. Hazırda Azərbaycan Respublikasında rayon, şəhər məhkəmələri, ərazi yurisdiksiyası üzrə fəaliyyət göstərən hərbi, inzibati, kommersiya məhkəmələri, Ağır cinayətlər məhkəmələri, birinci instansiya məhkəməsi kimi fəaliyyət göstərir. Apelyasiya məhkəmələrində birinci instansiya məhkəmələri tərəfindən cinayət və inzibati, mülki və inzibati-iqtisadi mübahisələrə dair işləri üzrə çıxarılmış qərarlardan verilən apelyasiya şikayətləri və apelyasiya protestləri üzrə işlərə baxılır. == Azərbaycan məhkəmə sisteminin tarixi == Çoxəsrlik dövlətçilik ənənəsi olan Azərbaycan Respublikasının məhkəmə tarixinin ən şərəfli anları 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə eyni gündə may ayının 28-də təsis edilmiş və Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuşdur. Görülən bütün zəruri tədbirlərdən sonra Nazirlər Şurasının qərarı ilə 01 oktyabr 1918-ci ildə Bakı Dairə Məhkəməsinin və onun tərkibində prokurorluğun fəaliyyəti bərpa edilmiş, Məhkəmə Palatasının təsis edilməsinin labüdlüyü nəzərə alınaraq noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi təsdiq edilmişdir. 16 mart 1919-cu ildə Bakı Dairə Məhkəməsinin binasında Azərbaycan Məhkəmə Palatasının rəsmi açılışı olmuş və bundan etibarən palataya Bakı və Gəncə dairə məhkəmələrinin işləri daxil olmağa başlamışdır. Tərkibində Azərbaycan Məhkəmə Palatası fəaliyyət göstərən Ədliyyə Nazirliyinin yanında 1919-cu ilin əvvəllərində məhkəmə hissəsinə dair qanun layihələrinin hazırlanması üzrə xüsusi komissiya yaradılmış, hazırlanmış bir çox qanunlar parlamentin müzakirəsinə çıxarılmışdır. 1920-ci il aprel ayının 27–28-də Azərbaycan Demokratik Respublikası Rusiyanın XI Qızıl Ordusu tərəfindən işğal edildikdən sonra ədliyyə sistemində də köklü dəyişikliklər başlandı. Azərbaycan İnqilab Komitəsinin 13 may 1920-ci il tarixli qərarı ilə bütün ədliyyə sistemi ləğv edilərək Xalq Ədliyyə Komissarlığı yaradılmışır. Lakin 1930-cu ildə komissarlıq ləğv edilərək onun səlahiyyətləri aidiyyəti üzrə Ali Məhkəməyə, Mərkəzi icraiyyə Komitəsinə və digər orqanlara verilmişdir.
Azərbaycanın məhkəmə sistemi

II Aleksandrın məhkəmə islahatı
II Aleksandrın məhkəmə islahatı — 1860-cı illərdə imperator II Aleksandrın həyata keçirdiyi islahatlardan biri. == Zəmin == Rusiya imperiyasında iqtisadi inkişafın və 50-ci illərin sonu – 60-cı illərin əvvəllərindəki şəraitin təsiri altında öz obyektiv sosial-iqtisadi məzmununa görə burjua xarakterli məhkəmə islahatına başlamağa məcbur oldu. 1864-cü il noyabrın 20-də II Aleksandr hakim senata fərman imzaladı. Bu fərmana ―1864-cü il 20 noyabr məhkəmə nizamnamələri adı altında birləşdirilmiş məhkəmə təsisatları, cinayət məcəlləsi, mülki məcəllə və andçı hakimlər tərəfindən qoyulan cəzalar haqqında nizamnamə əlavə edilmişdi. Məhkəmə islahatı silki məhkəmələri bütün silklər üçün ümumi olan məhkəmələrlə əvəz etdi, andlılar məhkəməsi, vəkillər korpusu yaratdı, məhkəmə instansiyaların sayını azaltdı. Bu islahat formal olaraq məhkəmə quruculuğu və məhkəmə icrası, məhkəmə hakimiyyətinin qanunverici və icraedici hakimiyyətlərdən ayrılması, məhkəmə prosesinin aşkarlığı, hakimlərin müstəqilliyi və onların bütün işləri öz daxili inamlarına müvafiq surətdə həll etmək hüququ, cinayət işlərinin əskəriyyətinin andlı iclasçılarının iştirakı ilə baxılması və s. burjua-demokratik prinsiplərini bəyan etdi. 1864-cü il məhkəmə islahatı məlum dərəcədə müsbət əhəmiyyətə malik idi. Bununla bərabər, hakim təbəqə tərəfindən, mütləqiyyət quruluşu şəraitində keçirilmiş bu islahat da yarımçıq idi. Onun qeyri-ardıcıllığı, ilk növbədə, dövlət cinayətlərinin andlılar məhkəməsinin ixtiyarından alınmasında təzahür etdi.
Məhkəmə Ekspertizası Mərkəzi (Azərbaycan)
Məhkəmə Ekspertizası Mərkəzi — Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ekspertiza və elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan baş idarə. Mərkəzin fəaliyyəti insan və vətəndaş hüquqlarınıın və azadlıqlarının qorunması, qanunçuluğun təmin edilməsi, ekspertlərin müstəqilliyi, elm və texnikanın müasir nailiyyətlərindən istifadə edilməklə həyata keçirilən tədqiqatların obyektivliyi, hərtərəfliyi və tamlığı prinsiplərinə əsaslanır. == Fəaliyyət istiqamətləri == məhkəmə ekspertizalarının və tədqiqatların aparılması (elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə obyektiv, hərtərəfli, insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması prinsipləri əsasında tədqiqatlar aparılaraq rəy və arayışların verilməsi); elmi-tədqiqat fəaliyyəti həyata keçirmək, ekspert tədqiqatının yeni metod və metodikalarını hazırlamaq və təkmilləşdirmək(aktual mövzularda elmi-tədqiqat işlərinin aparılması, ekspert praktikasının ümumiləşdirilməsi, cinayətkarlığın vəziyyəti, strukturu və dinamikasının, onun ayrı-ayrı növlərinin baş verməsinin səbəb və şəraitinin, cinayətkarın şəxsiyyətinin kompleks sistemli-struktur təhlili, cinayətkarlığın proqnozlaşdırılması ilə bağlı olan kriminoloji fəaliyyət, elm və texnikanın müasir nailiyyətlərindən istifadə etməklə ekspert tədqiqatı metodikasının təkmilləşdirilməsi); məhkəmə və hüquq mühafizə orqanlarına elmi-metodik kömək göstərmək(məhkəmə-istintaq orqanları işçiləri, ali məktəb tələbələri ilə metodik və praktik məşğələlər keçirmək); ekspert profilaktikasını həyata keçirmək(cinayətlərin baş verməsinə şərait yaradan halların aşkar olunması, onların qarşısının alınması üçün profilaktik tövsiyələrin işlənib hazırlanması); qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək. == Tarixi == Məhkəmə Ekspertizası Mərkəzinin yaranma tarixi 1938-ci ilin avqust ayında Azərbaycan SSR Ədliyyə Xalq Komissarlığı nəzdində təşkil edilən Kriminalistika kabineti ilə bağlıdır. Bu kabinet azsaylı personaldan ibarət olmaqla qrafoloji ekspertizalar aparmaqla fəaliyyətə başlamışdır.Lakin 1951-ci ilin iyun ayında SSRİ Nazirlər Sovetinin sərəncamı ilə həmin kabinet ləğv edilmiş, kabinetin əmlakı və Azərbaycanın hüquq mühafizə orqanları üçün ekspertizaların aparılması vəzifəsi Gürcüstan elmi-tədqiqat kriminalistika laboratoriyasına həvalə edilmişdir. Az sonra, yəni 1956-cı ilin iyununda Azərbaycan SSR Nazirlər Sovetinin sərəncamı ilə Bakı elmi-tədqiqat kriminalistika laboratoriyası yaradılmış və bu laboratoriyada qrafoloji, ballistik, trasoloji ekspertizalar aparılmışdır. 1960-cı ilin dekabrında isə bu laboratoriyanın əsasında Azərbaycan Respublikası Nazirlər Sovetinin Hüquq Komissiyası yanında Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutu yaradılmışdır. Cinayətkarlığın kompleks tədqiqini, hüquq pozuntularının qarşısının alınması üzrə elmi cəhətdən əsaslandırılmış proqnozların və konstruktiv təkliflərin işlənib hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Sovetinin qərarı ilə 1991-ci ilin iyununda institutun adında və fəaliyyətində dəyişiklik edilərək Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Krminalistika və Kriminologia Problemləri İnstitutu adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin "Ədliyyə orqanlarının inkişafı haqqında" 17 avqust 2006-cı il tarixli Fərmanı ilə Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutu Məhkəmə Ekspertizası Mərkəzi adlandırılmış və Mərkəz baş idarə səlahiyyətli qurum kimi təsdiq edilmişdir. Hazırda Mərkəzdə 20 məhkəmə ekspertizası növü və 41 ekspert ixtisası üzrə tədqiqatlar aparılaraq rəy və arayışlar verilir.
Nyu-Yorkun məhkəmə sistemi
Nyu-Yorkun məhkəmə sistemi — şəhər qanunvericiliyi çərçivəsində Nyu-York şəhərində fəaliyyət göstərən bir sıra məhkəmələr. Əsas şəhər qanunları Nyu-Yorkun inzibati kodudur (ing. New York City, ing. Administrative Code), Nyu-Yorkun qaydaları (ing. Rules of the City of New York) və nizamnaməsi (ing. New York City Charter). == Tarix == İlk illərdə, Nyu-York məhkəmə sistemini, iddia və məhkəmənin qərarlarını, iki bələdiyyə başçısı və beş aldermeni dəstəkləyən prokuror təmsil etdi. Tezliklə, onunla müqayisədə Harlem və Bruklin yaşayış məskənlərinin məhkəmə sistemi qurulub. 1665-ci ildə Vali Nikols Böyük Britaniya qanununa uyğun olan bələdiyyə sədrini yaradıb. Bir bələdiyyə başçısı, beş aldermen və şerifdən ibarət idi.
Tanrıya qarşı məhkəmə işləri
Tanrıya qarşı məhkəmə işləri — həm real həyatda, həm də uydurmada tanrıya qarşı başladılmış məhkəmə işləri. == Real hadisələr == 1970-cı ildə arizonalı vəkil Rassel Tensi müvəkkili Betti Penrouzun adından çıxış edərək tanrıya qarşı məhkəmə işi qaldırmış və müvəkkili üçün 100 min ABŞ dolları təzminat tələb etmişdir. Penrouz tanrını "diqqətsizlik"lə günahlandırmış və evinə ildırım düşməsinə icazə verdiyini bildirmişdir. Tanrı "məhkəmədə özünü müdafiə edə bilmədiyi" üçün Penrouz məhkəmə işini udmuşdur. 2005-ci ildə rumıniyalı Pavel M adlı şəxs 20 il məhkum həyatı yaşadıqdan sonra Rumın Ortodoks Kilsəsinə qarşı məhkəmə işi açaraq tanrını "onu şeytandan qorumamaqla" günahlandırmışdır. Tanrı şəxs və ya qurum olmadığı üçün məhkəmə işi buraxılmışdır. 2008-ci ildə ABŞ-nin Nebraska ştatının senatı Erni Çembers tanrıya qarşı məhkəmə işi qaldırmış, tanrının zərərverici fəaliyyətlərinə qarşı məhkəmə əmri istəmişdir. Məhkəmə "tanrının dəqiq ev ünvanı olmadığı üçün məhkəmə işi ilə bağlı xəbərdalıq edilə bilmədiyini" əsas gətirərək məhkəmə işini buraxmışdır. Çembers tanrının hər şeyi gördüyünü və məhkəmə işindən xəbərdarlıq olduğunu bildirərək bir məhkəmə işi daha qaldırmışdır. Hindistanın Bihar ştatından olan vəkil Çandan Kumar Sinğ hinduizm tanrısı Ramanı həyat yoldaşı olan ilahə Sitaya pis davrandığını əsas gətirərək onu məhkəmə vermişdir.
Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Məhkəmə-Hüquq Şurası — Azərbaycan Respublikasında məhkəmə sisteminin təşkilinin və hakimlərin müstəqilliyinin təmin edilməsi, vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin (bundan sonra — "hakim vəzifəsinə namizədlər") seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri səlahiyyəti daxilində həll edən məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən orqan. == Tarixi == Məhkəmə-Hüquq Şurası 2005-ci ilin fevral ayından fəaliyyətə başlamışdır. 15 nəfərdən ibarət olan Şura əsasən hakimlərdən (9 nəfər) formalaşmış, eyni zamanda onun tərkibinə hakimiyyətin digər qollarının, habelə məhkəmə prosesində tərəf olan prokurorluğun və vəkilliyin nümayəndələri daxil olmuşlar. Hakimlərin ilkin və davamlı tədrisinin təşkili, fəaliyyətinin qiymətləndirilməsi, iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və onların fəaliyyəti ilə bağlı digər məsələlər bu orqanın səlahiyyətinə aid edilmişdir. Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, "Məhkəmə-Hüquq Şurası haqqında", "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları təşkil edir. Məhkəmə-Hüquq Şurası daimi fəaliyyət göstərən müstəqil orqandır və təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyildir. Məhkəmə-Hüquq Şurası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, elmi təşkilatlarla qarşılıqlı fəaliyyət göstərir === Struktur === ===== Məhkəmə-Hüquq Şurası Aparatı ===== Məhkəmə-Hüquq Şurasının iclaslarının hazırlanmasına dair təşkilati işlərin həyata keçirilməsi, şuranın iclas protokolunun aparılması, şuranın qəbul etdiyi qərarların icrası, habelə şuranın səlahiyyətləri ilə bağlı digər məsələlərin həll edilməsi üçün Məhkəmə- Hüquq Şurasının Aparatı yaradılır. Məhkəmə-Hüquq Şurası Aparatının statusu Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının statusuna bərabər tutulur. Aparatın fəaliyyəti Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir. Məhkəmə-Hüquq Şurası Aparatının əməkdaşları dövlət qulluqçusudurlar.
Hərbi məhkəmə (Azərbaycan Xalq Cümhuriyyəti)
Hərbi məhkəmə — Azərbaycan Xalq Cümhuriyyəti ordusu tərkibində məhkəmə işlərinə baxan ədliyyə orqanı. == Yaradıldığı tarix == İlk dəfə Nazirlər Şurasının 1918-ci il 5 dekabr tarixli qərarı ilə Gəncə (Yelizavetpol) dairə məhkəməsinin nəzdində yaradılmışdı; tərkibinə sədr, iki üzv, prokuror, prokuror müavini və başqa şəxslər daxil idilər. Sonradan hərbi məhkəmə strukturu və səlahiyyətləri daha da genişləndirilməklə müstəqil quruma çevrildi. 1919-cu il yanvarın 12-də general-mayor Dubrovski hərbi məhkəmənin sədri təsdiq edildi. Hərbi məhkəmənin sədri hərbi nazirin təqdimatı əsasında Nazirlər Şurası tərəfindən təsdiq edilir və nazirin əmri ilə bütün orduya elan olunurdu. 1919-cu il iyulun 14-də general-mayor Dubrovski hərbi nazirliyin hərbi ədliyyə hissəsinin rəisi təyin edildiyindən, hərbi məhkəmənin rəisi vəzifəsinə Teymur bəy Makinski təyin olundu. == Vəzifəsi == Azərbaycanda baş hərbi məhkəmə təsis edildikdən sonra hərbi dairə məhkəmələrinin qərarlarına kassasiya qaydasında şikayət verilməsi ləğv olundu. Hərbi məhkəmə haqqında Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1919-cu il 14 aprel tarixli qanununa əsasən, belə şikayətlər birbaşa hərbi nazirin özünə verilə bilərdi. Hərbi məhkəmlərin qərarlarının icrası ilə bağlı hərbi nazirin geniş səlahiyyətləri var idi. O, məhkəmə işinin yenidən və yeni heyət tərəfindən aparılmasına qərar verə bilər, təyin edilmiş cəzaları dəyişdirə və yügülləşdirə bilərdi.
ABŞ Ali Məhkəməsi
ABŞ Ali məhkəməsi (ing. Supreme Court of the United States) — ABŞ-nin ali məhkəmə instansiyası. Əsası 1789-cu ildə qoyulmuş bu məhkəmə biri sədr olmaqla 9 hakimdən ibarətdir. Məhkəmə ümumiyyətlə apelyasiya məhkəməsi kimi çıxış edir, lakin bir sıra hallarda (məsələn, diplomatlar və ya bir ştatdan digərinə məhkəmə iddiası ilə) birinci instansiya məhkəməsi ola bilər. Hakimlər prezident tərəfindən Senatın razılığı ilə ömürlük təyin olunur və səlahiyyətlərinə yalnız könüllü istefa və ya törədilmiş cinayətlərə görə impiçment nəticəsində vaxtından əvvəl xitam verilə bilər. 1789–2005-ci illər arasında ABŞ prezidentləri Ali Məhkəmənin hakimi vəzifəsinə 149 namizəd təklif etmiş, bunların 80% -i hakim seçilmişdir. Statistikaya görə, yeni hakim hər 22 aydan bir təyin olunur.
Albaniya Konstitusiya Məhkəməsi
Albaniya Respublikası Konstitusiya Məhkəməsi (alb. Gjykata Kushtetuese e Republikës së Shqipërisë) — konstitusiyanın (Kushtetuta) şərhi və qanunların konstitusiyaya uyğunluğu məsələlərini həll edən səlahiyyətli orqan. Məhkəmə konstitusiyaya hörməti təmin edir və onun şərhləri ali hüquqi qüvvəyə malikdir. Konstitusiya Məhkəməsi Parlamentin (Kuvendi) razılığı ilə Prezident (Presidenti) tərəfindən təyin edilən 9 hakimdən ibarətdir.
Apellyasiya məhkəməsi
Apellyasiya Məhkəməsi (ing. appeal - çağırış) - ikinci instansiya məhkəməsi . Cinayət və mülki məhkəmə proseslərində apellyasiya şikayəti əsasında hakimlər tərəfindən qəbul edilmiş qərarların qanuniliyi və əsaslılığı yoxlanılır. Ümumi yurisdiksiya məhkəmələrində apellyasiya instansiyası birinci instansiya məhkəmələrinə münasibətdə yuxarı instansiya məhkəmələridir. Arbitraj prosesində birinci instansiyada çıxarılmış arbitraj məhkəmələrinin bütün qərarları apellyasiya şikayəti əsasında yoxlanılır. Apellyasiya və kassasiya icraatı məhkəmə nəzarəti üsullarıdır, lakin bu üsullar məzmununa görə fərqlənir. Apellyasiya instansiyası məhkəməsi məhkəmə qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, sübutları bilavasitə araşdırmaq və iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardan fərqli olaraq yeni qərar qəbul etmək hüququna malikdir. Kassasiya instansiyası məhkəməsi sübutları yalnız qanunla məhdudlaşdırılmış hallarda bilavasitə tədqiq edir və məhkəmənin qərarını qanunsuz hesab edə, onu ləğv edə və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərə bilər. Azərbaycanda apellyasiya məhkəməsinin hakimlərini Azərbaycan Respublikasının Prezidentinin təqdimatı ilə Milli Məclis təyin edir. == İstinadlar == == Ədəbiyyat == Lax, Jeffrey R. "Apellyasiya Məhkəmələrində Hüquqi Qaydaların qurulması".
Apelyasiya məhkəməsi

Avropa Ali Maliyyə Məhkəməsi
Avropa Hesablama Palatası (ing. European Court of Auditors) — 1977-ci ildən etibarən Avropa İttifaqı daxilində maliyyələşmə prosesləri üzərində xarici nəzarəti həyata keçirən orqan. Mərkəzi Lüksemburqda yerləşir. == Tarixi == Avropa Hesablama Palatası 1975-ci il Büdcə razılaşmasına əsasən yaradıldı və 18 oktyabr 1977-ci ildə keçirilən ilk iclasdan bir həftə sonra rəsmi olaraq quruldu. O zaman Avropa Hesablama Palatası (ECA) rəsmi bir qurum deyildi; Avropa Birliyinin maliyyəsini yoxlamaq üçün hazırlanmış xarici bir qurum idi. ECA yaranandan Maastricht razılaşmasına qədər hüquqi bir statusa sahib deyildi. Maastricht razılaşmasından sonra bir quruma çevrilərək Avropa Ədalət Məhkəməsinə (ECJ) müraciət etmək bacarığı kimi bəzi yeni səlahiyyətlər qazandı. Əvvəllər Avropa Birliyinin çox az qismində yoxlama apara bilsə də, Amsterdam müqaviləsindən sonra bütün Avropa Birliyinin maliyyəsini yoxlamaq üçün tam səlahiyyət qazandı. == Fəaliyyəti == Adına baxmayaraq Avropa Hesablama Palatasının (ECA) mühakimə etmə hüququ yoxdur. Daha çox peşəkar bir xarici istintaq-audit qurumudur.
Avropa Məhkəməsi
Avropa İcmalarının Ədalət Məhkəməsi və ya Avropa Ədalət Məhkəməsi — Avropa Birliyinin ali məhkəmə orqanı. Bu məhkəmə Avropa İttifaqı qanunları ilə bağlı məsələrə yekun baxılma orqanıdır. Məhkəmə Avropa Birliyi qanunlarının bütün üzv dövlətlərdə bərabər tətbiqini təmin edir. Bu orqan 1952-ci ildə yaradılmış və Lüksemburq Şəhərində yerləşır. Məhkəmə üzv dövlətlərin sayı qədər hakimlərdən ibarətdir. Məhkəməyə prezident rəhbərlik edir. 2003-cü ildən bu vəzifəni Vasiliyos Skoris həyata keçirir. Ədalət məhkəməsinə alt məhkəmə — İlk İnstansiya Məhkəməsi tərəfindən bəzi məslələrdə kömək edilir. Digər iki məhkəmə isə başqa məsələlərlə məşğul olur. Bunlardan Dövlət Xidməti Tribunalı birlik təşkilatlarında çalışan işçilər, Auditorlar Məhkəməsi isə Birliyin hesabtaları ilə məşğul olur.
Avropa İnsan Haqları Məhkəməsi
Avropa İnsan Hüquqları Məhkəməsi (ing. European Court of Human Rights, fr. Cour Européenne des droits de l’homme) — "İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiya əsasında yaradılmış beynəlxalq məhkəmə. İnzibati binası Fransanın Strasburq şəhərində yerləşir. Məhkəmə, Konvensiyanın qəbul edilməsindən 9 il sonra, qüvvəyə minməsindən isə 6 il sonra, yəni 1959-cu ildən fəaliyyətə başlamışdır. Bu, əsasən onunla izah olunur ki, iştirakçı-dövlətin Konvensiyanı ratifikasiya etməsi avtomatik olaraq Məhkəmənin yurisdiksiyasını da tanıması demək deyildi. Bu halda dövlətin xüsusi bəyanatı tələb olunurdu. == Tarixi == 12 iyul 1949-cu ildə Avropa Şurasının Nazirlər Komitəsinə Avropa İnsan Hüquqları Konvensiyasının və Avropa Məhkəməsinin Statutunun layihələri təqdim edildi. Lakin buna baxmayaraq, Komitənin 9 avqust 1949-cu il tarixdə keçirilən birinci sessiyasında yeddi səs lehinə, dörd əleyhinə və bir səs bitərəf olmaqla "İnsan hüquqlarının və əsas azadlıqların müəyyən edilməsi, müdafiəsi və inkişafı" adlı bəndin Şuranın Məşvərətçi Assambleyasının birinci yığıncağının gündəliyindən çıxarılması qərara alındı. Hüquq komitəsi tərəfindən təklif edilən konvensiya layihəsində on iki əsas insan hüquq və azadlıqları sadalanırdı, həmçinin insan hüquqları üzrə Avropa Komissiyasının və Məhkəməsinin yaradılması, ayrı-ayrı şəxslərin və dövlətlərin şikayət ərizəsi ilə Komissiyaya müraciət etmək hüququ və Komissiyanın və ayrı-ayrı dövlətlərin işi Məhkəməyə verə bilməsi nəzərdə tutulurdu.
Avropa İnsan Hüquqları Məhkəməsi

Avropa Ədalət Məhkəməsi
Avropa İcmalarının Ədalət Məhkəməsi və ya Avropa Ədalət Məhkəməsi — Avropa Birliyinin ali məhkəmə orqanı. Bu məhkəmə Avropa İttifaqı qanunları ilə bağlı məsələrə yekun baxılma orqanıdır. Məhkəmə Avropa Birliyi qanunlarının bütün üzv dövlətlərdə bərabər tətbiqini təmin edir. Bu orqan 1952-ci ildə yaradılmış və Lüksemburq Şəhərində yerləşır. Məhkəmə üzv dövlətlərin sayı qədər hakimlərdən ibarətdir. Məhkəməyə prezident rəhbərlik edir. 2003-cü ildən bu vəzifəni Vasiliyos Skoris həyata keçirir. Ədalət məhkəməsinə alt məhkəmə — İlk İnstansiya Məhkəməsi tərəfindən bəzi məslələrdə kömək edilir. Digər iki məhkəmə isə başqa məsələlərlə məşğul olur. Bunlardan Dövlət Xidməti Tribunalı birlik təşkilatlarında çalışan işçilər, Auditorlar Məhkəməsi isə Birliyin hesabtaları ilə məşğul olur.
Azərbaycan Konstitusiya Məhkəməsi
Azərbaycan Konstitusiya Məhkəməsi — Azərbaycan Prezidentinin 14 iyul 1998-ci il tarixli sərəncamı ilə yaradılmış Azərbaycan Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanı. Hazırkı sədri 25 iyun 2003-cü ildən Fərhad Abdullayevdir. Konstitusiya Məhkəməsi müstəqil dövlət orqanıdır və təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və digər məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyil. Konstitusiya Məhkəməsinin əsas məqsədi Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir. == Tarixi == Konstitusiya Məhkəməsi 14 iyul 1998-ci ildə yaradılıb. Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının 12 noyabr 1995-ci ildə qəbul edilmiş Konstitusiyası (24 avqust 2002-ci il ümumxalq referendumu nəticəsində dəyişikliklər edilib), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, 23 dekabr 2003-cü ildə qəbul olunmuş “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu, digər qanunlar və məhkəmənin Daxili Nizamnaməsi təşkil edir. Konstitusiyanın 86, 88, 102, 103, 104, 107, 130, 153 və 154-cü maddələri Konstitusiya Məhkəməsinin formalaşması və fəaliyyəti prinsiplərini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının aliliyi, müstəqillik, kollegiallıq və açıqlıq prinsipləri əsasında qurulur. == Hakimlərinin tərkibi == Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir. Həmin maddəyə görə, hakimlər Prezidentin təqdimatı əsasında Milli Məclis tərəfindən təyin olunur.
Azərbaycan Respublikası Ali Məhkəməsi
Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinə və "Məhkəmələr və hakimlər haqqında" qanunun 77-ci maddəsinə uyğun olaraq Ali Məhkəmə ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid olan mülki (o cümlədən inzibati və iqtisadi mübahisələrə dair), cinayət işləri və digər işlər üzrə ali məhkəmə orqanıdır. O, kassasiya qaydasında qanunla müəyyən edilmiş prosessual qaydada ədalət mühakiməsini həyata keçirir, məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verir. Ali Məhkəmə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində təşkil edilir, onun yurisdiksiyası Azərbaycan Respublikasının bütün ərazisinə şamil edilir. == Tərkibi == Ali Məhkəmənin tərkibinə Ali Məhkəmənin sədri, onun müavini, kollegiya sədrləri və hakimləri daxildirlər. Ali Məhkəmə Plenumdan və kassasiya kollegiyasından ibarətdir. Ali Məhkəmədə mülki kollegiya, inzibati kollegiya, cinayət kollegiyası və kommersiya kollegiya təşkil edilir. Ali Məhkəmə hakimlərinin sayı Məhkəmə-Hüquq Şurası tərəfindən olaraq müəyyənləşdirilir. Qanunların düzgün tətbiq olunması, qanunvericiliyin təkmilləşdirilməsi və elmi təkliflərin hazırlanması məqsədilə Ali Məhkəmənin yanında Elmi-məsləhət şurası fəaliyyət göstərir. == Plenum və onun səlahiyyətləri == Ali Məhkəmənin plenumu Ali Məhkəmənin sədrindən, onun müavinindən, kollegiya sədrlərindən və hakimlərindən ibarət tərkibdə fəaliyyət göstərir. Ali Məhkəmənin Plenumunun tərkibinə daxil olan şəxslərin öz səlahiyyətləri daxilində bərabər hüquqları vardır.
Azərbaycan Xalq Cümhuriyyəti Hərbi məhkəməsi
Hərbi məhkəmə — Azərbaycan Xalq Cümhuriyyəti ordusu tərkibində məhkəmə işlərinə baxan ədliyyə orqanı. == Yaradıldığı tarix == İlk dəfə Nazirlər Şurasının 1918-ci il 5 dekabr tarixli qərarı ilə Gəncə (Yelizavetpol) dairə məhkəməsinin nəzdində yaradılmışdı; tərkibinə sədr, iki üzv, prokuror, prokuror müavini və başqa şəxslər daxil idilər. Sonradan hərbi məhkəmə strukturu və səlahiyyətləri daha da genişləndirilməklə müstəqil quruma çevrildi. 1919-cu il yanvarın 12-də general-mayor Dubrovski hərbi məhkəmənin sədri təsdiq edildi. Hərbi məhkəmənin sədri hərbi nazirin təqdimatı əsasında Nazirlər Şurası tərəfindən təsdiq edilir və nazirin əmri ilə bütün orduya elan olunurdu. 1919-cu il iyulun 14-də general-mayor Dubrovski hərbi nazirliyin hərbi ədliyyə hissəsinin rəisi təyin edildiyindən, hərbi məhkəmənin rəisi vəzifəsinə Teymur bəy Makinski təyin olundu. == Vəzifəsi == Azərbaycanda baş hərbi məhkəmə təsis edildikdən sonra hərbi dairə məhkəmələrinin qərarlarına kassasiya qaydasında şikayət verilməsi ləğv olundu. Hərbi məhkəmə haqqında Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1919-cu il 14 aprel tarixli qanununa əsasən, belə şikayətlər birbaşa hərbi nazirin özünə verilə bilərdi. Hərbi məhkəmlərin qərarlarının icrası ilə bağlı hərbi nazirin geniş səlahiyyətləri var idi. O, məhkəmə işinin yenidən və yeni heyət tərəfindən aparılmasına qərar verə bilər, təyin edilmiş cəzaları dəyişdirə və yügülləşdirə bilərdi.
BMT Beynəlxalq Məhkəməsi
Bakı Dairə Məhkəməsi
Bakı Dairə məhkəməsi — məhkəmə orqanı. == Tarixi == Məhkəmə orqanı 1868-ci il fevralın 19-da fəaliyyət başlamışdı. "1864-cü il 20 noyabr tarixli məhkəmə nizamnamələrinin Zaqafqaziya diyarında tətbiqi haqqında" qanuna (1867-ci il 9 dekabr) əsasən yaradılmışdı. 1918-ci ilin mayında Bakı Xalq Komissarları Sovetinin dekreti ilə ləğv olunumuşdu. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918-ci il 1 oktyabr tarixli qərarı ilə Bakı Dairə Məhkəməsi və onun tabeliyindəki idarələr, habelə prokurorluğun fəaliyyəti bərpa edilmişdi. Dairə məhkəməsi Bakı quberniyasında ali məhkəmə instansiyası olub Azərbaycan Məhkəmə Palatasına və Ədliyyə Nazirliyinə tabe idi. Sədr və 5 üzvdən ibrət olan darə məhkəməsi nəzdində məhkəmə pristavları, böyük notarius və notariuslar, xüsusilə mühüm işlər üzrə iki məhkəmə müstəntiqi fəaliyyət göstərirdi. Məhkəmədə iki cinayət şöbəsi və iki mülki şöbə var idi. Mülki şöbələrdə mərzv məsələləri ilə bağlı mübahisələrə də baxılırdı və bunu məhkəmənin hakimlərindən biri aparırdı. Bakı şəhər barışıq şöbəsi, istintaq şöbəsi, Bakı qəza barışıq şöbəsi, dairə prokuror nəzarəti Bakı dairə məhkəməsinin tabeliyində idi.
Başqırdıstan Konstitusiya Məhkəməsi
Başqırdıstan Respublikası Konstitusiya Məhkəməsi (başq. Башҡортостан Республикаһының Конституция Суды) — "Başqırdıstan Respublikası Konstitusiya Məhkəməsi" haqqında 1996-cı il tarixli Qanununun 15-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq yaradılan konstitusiya məhkəməsi. Məhkəmə sədr və Başqırdıstan Respublikasının başçısı tərəfindən irəli sürülən və Qurultay tərəfindən təsdiqlənmiş səkkiz köməkçi hakimdən ibarətdir.
Başqırdıstan Respublika Ali Məhkəməsi
Başqırdıstan Respublika Ali Məhkəməsi ya da Başqırdıstan Respublika Yüksək Məhkəməsi — Rusiya Federasiyası Mühakimə Sistemi içərisində, Başqırdıstanda bölgə məhkəməsidir. == Tarixi == 1937-ci ildə Başqırd Mərkəz İdarə Heyəti, 1990-cı ildə Başqırd Sovet Sosialist Respublikası Yüksək Məhkəməsi olan, Başqırd ASSR Yüksək Məhkəməsi olaraq yenidən adlandırıldı. 1992-ci ildən bəri Başqırdıstan Respublikası Yüksək Məhkəməsi olaraq adlandırılır. == Kompozisiya == Başqırdıstan Yüksək Məhkəməsində 147 hakim işləyir. Yüksək Məhkəməsi hakimləri Rusiya Federasiyası Prezidenti tərəfindən namizəd göstərilir. Hakim olmaq üçün şəxsin Rusiya vətəndaşı olmağı, ən az 35 yaşında olmalı, hüquq təhsili və ən az 10 illik iş təcrübəsi vacibdir. == Tənqid == Yüksək Məhkəmə, müxtəlif mövzularda tənqidlərin mövzusu olmuşdur. Bunlar arasında Məhkəmə icra etmə səlahiyyətinə pis dərəcədə nəzarət olunub, Məhkəmə görüşmələrini ictimai rəy önündə gizli tutduğu üçün tənqid edilmişdir. Məhkəmə qərarları, fərdi hüquqların qorunamamasına görə də tənqid edilmişdir. Başqırdıstan Yüksək Məhkəməsi Başqırd dilindəki şikayətin qəbul edilməyəcəyi 100-dən çox qərar vermişdi.
Başqırdıstan Respublikası Arbitraj Məhkəməsi
Başqırdıstan Respublikası Arbitraj Məhkəməsi (başq. Башҡортостан Республикаһының Арбитраж суды) — Başqırdıstan Respublikası ərazisində məhkəmə hakimiyyətini həyata keçirən arbitraj məhkəmələri sisteminin məhkəmə orqanıdır. == Tarixi == 1922-ci ildə iqtisadi mübahisələri həll etmək üçün Başqırd Muxtar Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetinin yanında arbitraj komissiyası yaradıldı. 1935-ci ildə (1931-ci ildə digər mənbələrə görə) komissiya Başqırd Muxtar Sovet Sosialist Respublikası Nazirlər Sovetinin yanında Dövlət Arbitrajına çevrildi. 16 iyun 1992-ci ildə Başqırdıstan Respublikası Ali Sovetinin 12-ci iclasında Başqırdıstan Respublikası Ali Məhkəməsi yaradıldı.. 2001-ci ildən — Başqırdıstan Respublikasının Arbitraj Məhkəməsi adlandırıldı. Məhkəmənin vəzifəsi Başqırdıstan Respublikasının müəssisələri arasında əmlak və ticarət mübahisələrini həll etməkdir. 2004-cü ilə qədər, Başqırdıstan Respublikasının Arbitraj Məhkəməsində bir hakim üçün ortalama aylıq iş yükü 96 məhkəmə işidir (Rusiya Federasiyasında — ayda 55 iş). == Sədrləri == Adıqamov, Məhəmməd Kəmaləddinov (1921—) N. A. Tolstoy (1931—) Feodor Staymov Vasilyeviç (1936–1943) Hizatullin Niqamədcan Xəlilov (1943–1969) Fayzrahman Zaqafuranov (1969–1971) Kərəm Rəhmətullin (1971–1975) Asqad Şəmsuddinov Əhmodoviç (1975–1986) Əmir Dövlətşin Niqmatoviç (1986–1987) Vil Şayhuddinoc Xərisoviç (1987–2000) Fanil Safin Maqsudov (2000–2008) İqor Arsyonov Qennadoviç (2008–2020) == Ünvanı == Başqırdıstan Respublikası Arbitraj Məhkəməsi, Ufa şəhərində iki ünvanda, aşağıdakı ünvanlarda yerləşir: Oktyabr inqilabı küç, 63 A Salavat Yulayev prospekti, ev.7 == Etimadnaməsi == Rusiya Federasiyası Ali Məhkəməsinin səlahiyyətinə aid edilən hallar istisna olmaqla, Rusiya Federasiyasındakı arbitraj məhkəmələrinin yurisdiksiyasına aid olan bütün işlərə birinci instansiyada baxır; Qanunla müəyyən edilmiş qaydada əldə edilmiş hüquqi şəxs olmayan təşkilatlar, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan və fərdi sahibkar statusuna sahib olan vətəndaşların iştirakı ilə iqtisadi mübahisələri həll edir və digər işlərə baxır; Rusiya Federasiyası, Rusiya Federasiyasının təsis qurumları, bələdiyyələr, dövlət orqanları, yerli hökumətlər, digər qurumlar, vəzifəli şəxslər, statusu olmayan qurumların iştirakı ilə Rusiya Federasiyasının Arbitraj Prosessual Məcəlləsində və digər federal qanunlarda nəzərdə tutulmuşdur. Yenidən aşkar edilmiş hallara görə, onun qəbul etdiyi və qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yenidən baxılır.
Belarus Ali Məhkəməsi
Belarus Ali Məhkəməsi (belar. Вярхоўны Суд Рэспублікі Беларусь) — Belarus Respublikasının mülki, cinayət, inzibati, iqtisadi işlər üzrə baş məhkəməsi ümumi yurisdiksiya məhkəmələrinin məhkəmə fəaliyyətinə nəzarət edir və qanunvericilik aktlarına uyğun olaraq digər səlahiyyətləri həyata keçirir. Ümumi yurisdiksiya məhkəmələri sisteminə rəhbərlik edir. == Tarixi == SSRİ-nin dağılmasından və 1991-ci ildə Konstitusiyada hakimiyyətin bölünməsi prinsipini təsbit edən Belarus Respublikası suveren dövlət kimi elan edildikdən sonra müstəqil və müstəqil məhkəmə sisteminin təşkili zərurəti yarandı. Məhkəmə sisteminin gələcək inkişafını müəyyən edən ilk sənəd 23 aprel 1992-ci ildə Belarus Respublikası Ali Soveti tərəfindən təsdiq edilmiş Məhkəmə-Hüquq İslahatı Konsepsiyası oldu. Konsepsiya hüquqi dövlətin tərkib hissəsi kimi məhkəmə hakimiyyəti institutlarının formalaşması üçün strateji istiqamət müəyyən etmişdir. Nəticədə, Konsepsiyaların əksəriyyəti ilkin formada həyata keçirilmədi. 1995-ci ilin yanvarında qəbul edilmiş “Məhkəmə sistemi və hakimlərin statusu haqqında” qanun hələ də əsasən Konsepsiyaya yönəlmişdir. Amma artıq 1996-cı ildə Konstitusiyanın yeni redaksiyasında məhkəmə sisteminin qurulmasına yanaşmalar dəyişdirildi ki, bu da onun birliyini təmin etdi. Belarus Respublikasının Konstitusiya Məhkəməsi məhkəmə sisteminə daxil edildi.
Belarus Konstitusiya Məhkəməsi
Belarus Konstitusiya Məhkəməsi (belar. Канстытуцыйны Суд Рэспублікі Беларусь) — Belarusun konstitusiyanın şərhi və qanunların konstitusiyaya uyğunluğu məsələlərini həll edən səlahiyyətli orqanı. 1994-cü ildə qurulmuşdur. Məhkəmənin funksiyası konstitusiya ilə əlaqədar məsələlərdə ədaləti təmin etməkdir. Məhkəmə, həmçinin, milli qanunvericiliyin konstitusiya ilə ziddiyyəti məsələlərini həll edir. Qanunvericiliyə əsasən, Konstitusiya Məhkəməsi hər biri ali hüquq təhsilli 12 hakimdən ibarətdir. Altı hakim Prezident, digər altı hakim isə Respublika Şurası tərəfindən təyin edilir. Təyinat üsulundan asılı olmayaraq, hakimlər 11 il müddətinə səlahiyyətlərini icra edirlər. == Xarici keçidlər == kc.gov.by/en/main.aspx — Belarus Konstitusiya Məhkəməsinin rəsmi saytı BMT-nin İnsan hüquqları Komitəsi Pastuxov Belarusa qarşı işində 1997-ci ildə Konstitusiya Məhkəməsinin hakimlərindən birinin buraxılması haqqında məsələyə baxır.
Beynəlxalq Ədalət Məhkəməsi
Beynəlxalq Ədalət Məhkəməsi Birləşmiş Millətlər Təşkilatının əsas məhkəmə orqanı hesab olunur. Beynəlxalq Ədalət Məhkəməsinin mənzil-qərargahı Niderlandın Haaqa şəhərində yerləşir. Ədalət məhkəməsi, Baş Assambleya və Təhlükəsizlik Şurasından seçilmiş 15 hakimdən ibarətdir. Hakimlər müxtəlif ölkələrdən seçilirlər və beləliklə də onlar, bununla dünyanın müxtəlif hüquq sistemlərinin nümayəndəsi olmaq xüsusiyyəti əldə edirlər. Məhkəmənin yurisdiksiyasına beynəlxalq mübahisənin tərəfləri olan ölkələrin ona verdiyi işlər və BMT Nizamnaməsində və ya qüvvədə olan beynəlxalq müqavilələrdə xüsusi olaraq nəzərdə tutulmuş məsələlər daxildir. Beynəlxalq Ədalət Məhkəməsinin Nizamnaməsi BMT Nizamnaməsinin (BMT Əsasnaməsi) tərkib hissəsidir və Ədalət Məhkəməsinin iş prinsiplərini müəyyən edir. Hal-hazırda məhkəmənin sədri Con Donoqyudur.
Beynəlxalq Ədalət Məhkəməsinin Əsasnaməsi
Beynəlxalq Ədalət Məhkəməsinin Əsasnaməsi — BMT Nizamnaməsinin ayrılmaz hissəsi, Beynəlxalq Ədalət Məhkəməsinin təşkilati prinsiplərini, fəaliyyət qaydasını, səriştəsini və prosedurunu müəyyənləşdirir. Məhkəmənin fəaliyyəti üçün hüquqi əsasdır. == Tarixi == === Daimi Beynəlxalq Ədalət Məhkəməsi === Mübahisələrin sülh yolu ilə həlli üçün nəzərdə tutulmuş ilk beynəlxalq məhkəmə orqanı, Millətlər Birliyinin himayəsində 1920-ci ildə yaradılan Daimi Beynəlxalq Ədalət Məhkəməsi (DBƏM) idi. Palata, Millətlər Birliyi tərəfindən yaradıldı və maliyyələşdirildi, bununla birlikdə Palata, Liqanın bir hissəsi deyildi və Əsasnamə Liqanın Əsasnaməsinin bir hissəsi deyildi. Liqaya üzv olan bir dövlət avtomatik olaraq DBƏM nizamnaməsinə tərəf çevrilmədi. Digər tərəfdən, bu müqavilələrlə əlaqəli mübahisələrdə PPMP-nin yurisdiksiyasını təmin edən bir neçə yüz müqavilə imzalanmışdır. 1922-1940-cı illər arasında DBƏM 29 dövlət mübahisəsinə qərar vermiş və demək olar ki, hamısı həyata keçirilmiş 27 məsləhət rəyi vermişdi. Palata beynəlxalq hüququn inkişafına da böyük töhfə vermişdir. Fəaliyyəti İkinci Dünya Müharibəsi ilə kəsildi və daha sonra 1946-cı ildə Millətlər Birliyi ilə birlikdə Palata ləğv edildi. Palatanın yerinə Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsi gəlir.

Значение слова в других словарях