Mənzil Təsərrüfatı

iqtisadiyyatın bir sahəsi, ölkə təsərrüfatının bir hissəsidir. O, mənzil fondunun, yəni cəmi yaşayış yerlərinin və əlavə köməkçi yerlərin lazımi vəziyyətdə saxlanılmasını, fəaliyyətini təmin edir.
Mənzil-Qərargah
Mərkəzi Bank
OBASTAN VİKİ
Mənzil
Hərbidə: əldə edilə bilən ən uzaq məsafə Mənzil — Qədim türk ölçü vahidi Mənzil — Adıyaman əyalətinin Kaxta qəzasında kənd. Mənzil — Nəqşibəndiliyin qollarından biri olan camaat Mənzil (din) — sufinin çatmağı hədəf aldığı yer Mənzil (yay) — türk yayınının variantlarından biri.
Mənzil (Kahta)
Mənzil — Adıyaman əyalətinin Kahta rayonunda yerləşən kənddir. Kəndin adı 1928-ci ildəki qeydlərdə də indiki adı ilə qeyd edilmişdir. 1960-cı il qeydlərində isə kəndin adı Durak olaraq xatırlanır. 2012-ci ildən sonra isə kənd yenidən indiki adını almışdır. Türkiyədə şöhrət qazanmış Nəqşibəndi təriqətinin bir qolu olan Mənzil Camaatı öz adını bu kənddən götürmüşdür. Kənd Adıyaman şəhər mərkəzindən 75 kilometr, Kaxta rayon mərkəzindən 42 km isə məsafədə yerləşir.
Mənzil (din)
Mənzil sufinin Sufizmdə çatmaq istədiyi yerdir. Bundan əlavə, Quranda oxucuya asan olsun deyə, Quranı bir həftə içində oxuyub başa çatdırmaq istəyənlər üçün mətnin yeddiyə bölünmüş hissələri Mənzil adlandırılır.
Mənzil camaatı
Mənzil icması Nəqşibəndiliyə bağlı olan və Türkiyədəki icmaların içərisində ən çox üzvü olan icmalardan biridir. Məhəmməd Rəşid Erol (1930–1993) tərəfindən təsis edilmişdir. Bu gün onların lideri Abdulbaki El Huseynidir. Adıyamanın rayonlarından biri olan Kahta mahalında, həmçinin Ankara və İstanbulda da bu icmanın üzvləri mövcuddur. Türk siyasətçilərindən və Türkiyə Cümhuriyyətinin keçmiş dövlət nazirlərindən bəziləri Mənzil Cəmiyyətinin üzvləri olmuşdurlar. Mənzil üzvlərinin yaratdığı Səmərqənd fondu, turizm şirkətləri, media orqanları, fondlar və təhsil müəssisələri kimi müxtəlif şirkətlər və təşkilatlar; cəmiyyətin əsas iqtisadi resursunu təşkil edir. İcmanın mərkəzi Adıyaman hesab olunur. Mənzil adını mənşəyi də Adıyamanın Kahta rayonundakı Mənzil kəndindən götürülmüşdür.
Mənzil icması
Mənzil icması Nəqşibəndiliyə bağlı olan və Türkiyədəki icmaların içərisində ən çox üzvü olan icmalardan biridir. Məhəmməd Rəşid Erol (1930–1993) tərəfindən təsis edilmişdir. Bu gün onların lideri Abdulbaki El Huseynidir. Adıyamanın rayonlarından biri olan Kahta mahalında, həmçinin Ankara və İstanbulda da bu icmanın üzvləri mövcuddur. Türk siyasətçilərindən və Türkiyə Cümhuriyyətinin keçmiş dövlət nazirlərindən bəziləri Mənzil Cəmiyyətinin üzvləri olmuşdurlar. Mənzil üzvlərinin yaratdığı Səmərqənd fondu, turizm şirkətləri, media orqanları, fondlar və təhsil müəssisələri kimi müxtəlif şirkətlər və təşkilatlar; cəmiyyətin əsas iqtisadi resursunu təşkil edir. İcmanın mərkəzi Adıyaman hesab olunur. Mənzil adını mənşəyi də Adıyamanın Kahta rayonundakı Mənzil kəndindən götürülmüşdür.
Studio mənzil
Studio mənzil adətən bir otaqlı kiçik mənzildir. Belə tipli mənzilin içində daxili ara divarlar yoxdur və mətbəx, qonaq və yataq otağları bir sahədə yerləşdirir. 20-ci əsrin əvvəllərində studio mənzillər azsaylı mebel ilə və bəzən binalarda ortaq vanna otağı olan kiçik yaşayış yerlər idi. Bu günlərdə studio mənzillər daşınmaz əmlakın müxtəlif seqmentlərində təmsil olunur. Kiçik ölçülü mənzillər ekonom sinifə daxildir. Lüks binalarda isə böyük studio mənzillər də təklif olunur. Argentinada bir otaqlı mənzili “monoambiente” adlanır (ispan dilində “mono” bir, “ambiente” isə otaqdır). Almaniyada bir otaqlı mənzili ənənəvi olaraq “Garçonnière” (fransız dilində “garçon” sözünün mənası oğlan, gənc və ya bakalavr-dır) və ya “Einzimmerwohnung” (“Ein” bir, “Zimmer” otaq, “Wohnung” isə mənzil deməkdir) adlanır. Honq-Konqda studio mənzili təxminən 10 kvadrat metr sahəsi və əlavə vanna otağı və mətbəx daxili olan bir mini-mənzildir. Yaşayış sahəsinin minimum ölçüsü bir avtomobil parkının ölçüsüdür.
Mənzil (ölçü vahidi)
Mənzil — uzunluq ölçü vahidi. Uzunluq olcu vahidlərindən biri də mənzildir. Hər hansı uzaq yolun bolunduyu, yaxud konkret bir zaman ərzində getmək mumkun olan ayrı-ayrı hissələri mənzil (dayanacaq, yaşayış yeri, duşərgə) adlandırılmışdır. "Bir saatlıq mənzil", "bir gunluk mənzil", "bir həftəlik" və ya "bir aylıq mənzil" ifadələri məhz muəyyən zaman ərzində getmək mumkun olan yolu bildirir. Karvanın 1 gundə gedəcəyi yol (29-30 km) da mənzil adlanır. Turk xalqlarında, eyni zamanda azərbaycanlılar arasında 1 gundə dayanmadan gedilən yola ulu mənzil deyilir. Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. III cild. səh.
Mənzil İstismar Sahəsi
Mənzil kommunal istismar sahəsi (rusca: Жилищно-эксплуатационная контора (ЖЭК)) Sovet İttifaqında, sonra isə bir sıra MDB ölkələrində mövcud olan mənzil-kommunal təsərrüfatı müəssisəsidir. Rayon mənzil idarəsi, yerli hakimiyyət orqanları tərəfindən idarə olunur. Bir sıra MDB ölkələrində ləğv edilsə də, Azərbaycanın şəhər və rayonlarında hələ də mövcudluğunu qorumaqdadır. Müxtəlif yaşayış məntəqələrində onun da adları var idi: mənzil istismar xidməti (ZhES), mənzil istismar idarəsi (ZhEU), təmir və istismar idarəsi (REU), təmir və istismar müəssisəsi (REP). SSRİ dövlət mənzil fondunun bir sıra standart evlərinə xidmət göstərmək üçün yaradılmışdır. Yuxarıda göstərilən təşkilatların rəhbərləri Sovet İttifaqında pasport sistemi qaydalarına riayət etmək üçün məsuliyyət daşıyırdılar..
Balıq təsərrüfatı
Balıq təsərrüfatı — balıqları yetişdirib artıran, sonra isə onlardan tutub istifadə edən təsərrüfat. == Ədəbiyyat == R. Ə. Əliyeva, Q. T. Mustafayev, S. R. Hacıyeva. "Ekologiyanın əsasları" (Ali məktəblər üçün dərslik). Bakı, "Bakı Universiteti" nəşriyyatı, 2006, s. 478 – 528.
Dünya təsərrüfatı
Kənd təsərrüfatı
Kənd təsərrüfatı — bitki və heyvan mənşəli məhsulların istehsal olunması, bunların keyfiyyət və səmərələrinin yüksəldilməsi, bu məhsulların uyğun şərtlərdə mühafizəsi, işlənib qiymətləndirilməsi və satışa çıxarılması prosesi.
Meşə təsərrüfatı
Meşə təsərrüfatı — istehsal sahəsi: meşələri öyrənmək, qeydiyyata almaq, yeni meşələr salmaq, onları yanğından, xəstəlik və zərərvericilərdən qorumaq, meşələrin qoruyucu və sutəmizləyici funksiyasını saxlamaqla, xalq təsərrüfatının meşə materialına olan tələbatını ödəmək məqsədilə meşələrdən səmərəli istifadə olunmasını təmin edir. Meşə təsərrüfatı meşədən odun, dərman və texniki xammal, yeyinti məhsulları və s. istehsal edir. Meşədən torpaq və suqoruyucu, iqlim saflaşdırıcı, kurortoloji, rekreasiya və s. məqsədlər üçün istifadə olunur. Meşə təsərrüfatının əsas vəzifələrindən biri də meşələrin bərpası və yeni meşəliklər salınmasıdır. Meşə təsərrüfatında kimyəvi vasitələrdən istifadə olunması; Meşə təsərrüfatı kimyalaşdırılması özündə aşağıdakıları cəmləşdirir: meşənin ziyanverici cücülərdən və xəstəliklərdən qorumaq üçün, tingliklərdə və meşə əkinlərində alaq otları ilə mübarizədə pestisidlərin istifadə olunması; tingliklərdə əkin materialının keyfiyyətini, davamlılığını, boy artımını yüksəltmək məqsədilə mineral gübrələrdən istifadə olunması; meşə yanğınlarını söndürmək üçün kimyəvi vasitələrdən istifadə edilməsi və s.
Su təsərrüfatı
Su təsərrüfatı – Su ehtiyatlarının öyrənilməsi, uçotu, kompleks istifadəsinin planlaşdırılması, yeraltı və yerüstü suların çirklənməsinin və azalmasının mühafizəsi ilə məşğul olan xalq təsərrüfatı sahəsi. Su təsərrüfatınin əsas vəzifəsi xalq təsərrüfatının bütün sahələrini zəruri miqdarda keyfiyyətli su ilə təmin etməkdir. Su təsərrüfatının ən əsas məsələlərindən biri də su hövzələrini sənaye və məişət suları ilə çirklənməkdən qorumaqdır. Xalq təsərrüfatının müxtəlif sahələrində sudan istifadə vəzifəsi, miqdarı və formasına uyğun olaraq su resursları üzrə məlumatların toplanması.
Quşçuluq təsərrüfatı
Quşçuluq kənd təsərrüfatının çox xeyirli sahəsidir. Toyuqlar 5 aylığında yumurtalamağa başlayır. 10 toyuq yumurtası 1kq mal ətinə bərabər qidalılığa bərabərdir. Beləliklə məhsuldarlığı 230-250 yumurtadan ibarət bir toyuq ildə təqribən 25 kq ətə bərabər məhsul verir və buna da ət istehsalına nisbətən 2-4 dəfə az yem sərf edilir. Toyuqçuluq birinci növbədə yumurta istehsalı istiqamətində ixtisaslaşdırılmalıdır. Broyler (çolpa) istehsalı yalnız o vaxt müvəffəqiyyətli olur ki, onların yetişdirilməsində mələz quşlar və ixtisaslaşdırılmış ətlik xətlər (korniş, ağ plimutrok, susseks, ağ quyruqlu qırmızı toyuq cinsləri) bir-birilə düzgün əlaqələndirilib istifadə edilsin. Hind toyuqlarının yetişdirilməsi birinci növbədə sürünün yaxşı yemlənməsi və saxlanmasından cavan quşların düzgün bəslənməsindən və damazlıq işinin lazımı səviyyədə təşkilindən aslıdır. Planlı cins olaraq Şımali-Qafqaz hind toyuğunu tövsiyə etmək olar. Yerli hind toyuqları iqlim şəraıtınə yaxşı uyğunlaşsalar da az məhsuldardır (Yaşlı hind toyuğu cəmi 5-7 kq gəlir). Şimali-Qafqaz hind toyuqları isə yerli cinslərdən məhsuldar (10-12 kq) olmaqla daha əlverişlıdir.
Mənzil İnşaatı Dövlət Agentliyi
Mənzil İnşaatı Dövlət Agentliyi — Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirən qurum. İlham Əliyevin 11 aprel 2016-cı il tarixli 858 nömrəli Fərmanı ilə yaradılmışdır. Agentlik birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabedir. İlham Əliyevin 19 sentyabr 2018-ci il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov təyin edilmişdir. 1991-ci ildə dövlət müstəqilliyini əldə etdiyi gündən ölkədə davamlı sosial-iqtisadi inkişaf təmin edilmişdir. Azərbaycan Respublikasında bir çox sosial problemləri öz həllini tapmış, əhalinin sosial müdafiəsinin gücləndirliməsi və rifahının daha da yüksəldilməsi istiqamətində mütərəqqi addımlar atılmışdır. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında da bu məsələ öz əksini tapmışdır. Konsepsiya ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva edir və onun həyata keçirilməsi məqsədli dövlət proqramları vasitəsilə gerçəkləşdirilir. Bu sənəddə strateji xətt olaraq ön plana çəkilən əsas məqamlardan biri də ölkə əhalisi üçün keyfiyyətli sosial xidmətlər hazırlamaq və bu xidmətlərin müxtəlif sosial qruplar, o cümlədən aztəminatlı ailələr üçün əlçatanlığını təmin etməkdir. Bununla bərabər, əhalinin etibarlı sosial müdafiəsinin təmin edilməsi məqsədilə görülən işlərin davam etdirilməsi və genişləndirilməsi də əsas hədəflərdən biri kimi müəyyən olunub.
Gürcüstanda kənd təsərrüfatı
Gürcüstanda kənd təsərrüfatı — Gürcüstan iqtisadiyyatının bir hissəsini təşkil edən təsərrüfat sahələrindən biri. Ümumilikdə ölkə ərazisinin 16 % kənd təsərrüfatı üçün yararlıdır Gürcüstanda kənd təsərrüfatı məhsullarınln böyük qismi bağ sahələrində kənd tipli fermalarda istehsal edilir. Aqrar təsərrüfatların böyük əksəriyyətində işlər əl ilə görülür. İstehsalda kənd təsərrüfatının payı olduqca aşağıdır. Buna ramən ölkə əhalisinin 50 % kəndlərdə yaşayır. Bu istehsal cəmi ÜDM 12 % təşkil edir. 2007-ci ildə kənd təsərrüfatı məhsullarının ümumi həcmi 1,51 mld dollar təşkil etmişdir. 2008-ci ildə bu rəqəm 2,42 mld lari olmuşdur. Bitkiçilik məhsullarının həcmi 998 mln ları, heyvandarlıq məhsullarının istehsal həcmi 1,35 mld lari, kənd təsərrüfatı xidmətləri isə 65 mln lari təşkil etmişdir. == Tarixi == === SSRİ tərkibində === Sovetləşmə dönəmində Gürçüstan kənd təsərrüfatı kollektivləşdirilmişdir.
Kənd Təsərrüfatı İnstitutu
Azərbaycan Dövlət Aqrar Universiteti — Aqrar sektor üçün yüksəkixtisaslı kənd təsərrüfatı mütəxəssisləri hazırlayan Azərbaycan dövlət ali təhsil müəssisəsi. == Tarixi == 1920-ci il noyabrın 13-də Azərbaycan SSR İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun imzaladığı qərarla təsis edilmiş Bakı Politexnik İnstitutunun nəzdində 5 fakültə: neft sənayesi; elektromexaniki; mühəndis-tikinti; kənd təsərrüfatı və iqtisadiyyat fakültələri yaradılmışdır. Kənd təsərrüfatı fakültəsinin yaradılması ilə Azərbaycanda ilk dəfə ali kənd təsərrüfatı mütəxəssislərinin hazırlığına başlanılmışdır. 1929-cu ilədək fəaliyyət göstərmiş kənd təsərrüfatı fakültəsində tədris prosesini təmin etmək üçün o dövrlərdə Cənubi Qafqaza sürgün edilmiş bir qrup rus və digər əcnəbi alimlər cəlb edilmiş, 1924-cü ildə mütəxəssis hazırlığının birinci buraxılışı olmuşdur. Həmin dövrdə ölkəyə çox sayda kənd təsərrüfatı mütəxəssisi tələb olunduğundan kənd təsərrüfatı institutunun yaradılması zərurəti yaranmışdı. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1929-cu il 15 may tarixli qərarı ilə Bakıda Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılmış və bu İnstitut 1931-ci ildə Gəncəyə köçürülmüşdür. Buradakı Zaqafqaziya Pambıqçılıq İnstitutu, Azərbaycan Zoobaytar İnstitutu və Tiflisdəki Hidromeliorasiya İnstitutu Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (AKTİ) tərkibinə birləşdirildi. 1950-ci ildə SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin əmri ilə İnstitutun 30 illik yubileyi keçirilidi. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1979-cu il 16 may tarixli Fərmanı ilə yüksəkixtisaslı mütəxəssis hazırlığında və kənd təsərrüfatı elminin inkişafında xidmətlərinə görə AKTİ "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur. 1980-ci il dekabrın 16-da Heydər Əliyev Gəncəyə gələrək həmin ordeni Sovetlər İttifaqının rəhbərliyi adından kollektivə təqdim etmişdi.
Kənd təsərrüfatı aviasiyası
Kənd təsərrüfatı aviasiyası — mülki aviasiya sahəsi. Kənd təsərrüfatı aviasiyasından bitkilərin mühafizəsi, alaq otları ilə mübarizə, torpağa mineral gübrə verilməsi, təyyarə ilə ot əkini və s.-də istifadə edilir. == Xüsusiyyətləri == Bitkilərin becərilməsində aviasiya vasitələrindən istifadənin üstünlüklərinə vaxta qənaət olunması, əmək sərfinin aşağı salınması, zəhərli kimyəvi maddələr və gübrə sərfinin azalması, çətin keçilən sahələri becərməyin mümkünlüyü, bitkilərin mexaniki zədələnməməsi, torpağın bərkiməsi ehtimalının aradan qalxması və s. aiddir. Kənd təsərrüfatı aviasiyasından istifadənin catışmayan cəhəti onun meteoroloji şəraitdən asılılığıdır. == Tarixi == SSRİ-də bu məqsədlə An-2, An-2M, Yak-12 təyyarələrindən və Mİ-1, Mİ-2, Ka-26 və Ka-15 vertolyotlarından istifadə olunurdu. Maye pestisidləri çiləmək, mineral gübrələri səpmək və s. üçün bunlarda xüsusi aparatlar quraşdırılırdı. Bitki zərərvericilərinə və xəstəliklərinə qarşı mübarizədə sahələr 5–10 metr yüksəklikdən, alaq otları ilə mübarizədə (yazda aqroqaydalarla müəyyən olunmuş müddətdə) 5–6 metr yüksəklikdən dərmanlanırdı. Tozvari gübrələr 10–20 metr, dənəvər gübrələr isə 30–50 metr yuksəklikdən səpilirdi.
Kənd təsərrüfatı coğrafiyası
Kənd təsərrüfatı coğrafiyası - iqtisadi coğrafiyanın bir sahəsidir. Kənd təsərrüfatının ərazi üzrə yerləşdirilməsi problemləri, onun amilləri və inkişaf qanunauyğunluqlarını öyrənir. Kənd təsərrüfatının ərazi üzrə yerləşdirilməsinin xalq təsərrüfatının istehsal sahələrinin, ilk növbədə sənayenin yerləşdirilməsindən əsas fərqi burada istehsalın təbii şəraitlə əlaqədar olması, torpağın başlıca istehsal vasitəsi kimi istifadə edilməsindədir. Kənd təsərrüfatının ərazi üzrə yerləşdirilməsi ayrı-ayrı zona və regionların təbii-iqtisadi şəraitini nəzərə almaqla həyata keçirilir, torpaq, maddi-texniki və əmək ehtiyatlarından səmərəli istifadə etməyə, sənayenin xammala, əhalinin ərzaq məhsullarına olan təlabatını ödəməyə yönəldilir.
Kənd təsərrüfatı kooperasiyası
Kənd təsərrüfatı kooperasiyası — kooperasiya növü. Bu, birlikdə məhsul istehsal etmək, yaxud digər fəaliyyət növlərini (məhsul emalı və satışı, istehsal vasitələri ilə təchizat və s.) icra etmək üçün kənd təsərrüfatı məhsulları istehsalcılarını birləşdirir. XIX əsrin birinci yarısında Qərbi Avropa, XIX əsrin ikinci yarısında Şərqi Avropa ölkələrində və Rusiyada yaranmışdır. Kənd təsərrüfatı kooperasiyası inkişaf etmiş bir çox kapitalist ölkəsində mürəkkəb sosial-iqtisadi orqanizmə çevrilərək kənd təsərrüfatı məhsulları istehsalını, emalını, saxlanılmasını, realizəsini, kənd təsərrüfatının kreditlətdirilməsini, kənd təsərrüfatı üçün istehsal vasitələri istehsalını və s. əhatə edir. Kənd təsərrüfatı kooperativləri çox zaman öz fəaliyyətlərini şaquli inteqrasiya əsasında qururlar. Kənd təsərrüfatı kooperasiyası daha cox Skandinaviya ölkələrində, Niderland, İslandiya və Yaponiyada inkişaf etmişdir. Bu ölkələrdə kənd təsərrüfatı kooperativləri kənd təsərrüfatının kreditləşdirilməsində mühüm rol oynayır, yeyinti sənayesində, topdan ticarətdə, mineral gübrələr, bir sıra kənd təsərrüfatı texnikası istehsalında və s. hakim mövqə tutur. == İstinadlar == == Əlavə ədəbiyyat == Cobia, David, editor, Cooperatives in Agriculture, Prentice-Hall, Englewood Cliffs, NJ (1989), p.
Kənd təsərrüfatı maşınqayırması
Kənd təsərrüfatı texnikası — kənd təsərrüfatının texniki cəhətdən yenidən qurulmasını həyata keçirən maşınqayırma sahəsi. Başlıca vəzifəsi kənd təsərrüfatı istehsalını kompleks mexanikləşdirməkdir. == Tarixi == Kənd təsərrüfatı maşınqayırması XIX əsrin əvvəllərində Birləşmiş Krallıqda, az sonra isə ABŞ-də yaranmışdır. Kommunizmdən əvvəlki Rusiyada kəndlilərin çox hissəsi primitiv kənd təsərrüfatı inventarlarından istifadə edirdi. Kənd təsərrüfatı inventarı istehsal edən ilk müəssisə XIX əsrdə meydana gəlmişdi. Oktyabr inqilabından sonra Xalq Komissarları Sovetinin 1 aprel 1921 il tarixli dekreti kənd təsərrüfatı maşınqayırmasının planlı inkişafının əsasını qoymuşdur. 1926-cı ildə traktor kultivatoru, 1928 ildə traktor kotanı, 1930-cu ildə taxılyığan kombayn, 1932-ci ildə kartofyığan maşın istehsalına başlanmışdır. SSRİ 1937-ci ildə taxılyığan kombaynın illik istehsalına görə dunyada birinci yerə çıxmışdır. İkinci Dünya müharibəsi illərində kənd təsərrüfatı maşınqayırması zavodlarının çoxu müdafiə məhsulları istehsalına keçirilmidir. Şərqdə kənd təsərrüfatı maşınları istehsalının yeni bazası yaradılmışdır.
Kənd təsərrüfatı tarixi
Kənd təsərrüfatı — əhalinin yaşayış vasitələri (ilk növbədə qida) ilə təmin olunmasına və bir sıra sahələr üçün xammal əldə edilməsinə yönəlmiş iqtisadiyyatın bir sahəsi. Kənd təsərrüfatı dünyanın müxtəlif yerlərində müstəqil olaraq başlamış və müxtəlif qayda, qurğuları özündə cəmləşdirirdi. Köhnə və Yeni dünyanın ən azı on bir ayrı bölgəsi mədəni bitkilərin mənşə mərkəzləri kimi iştirak edirdi. Yabanı taxıl ən az 105.000 il əvvəl toplanmış və yeyilmişdir. Lakin,əhliləşdirmə çox sonra baş vermədi. Eramızdan əvvəl IX minillikdən ildən başlayaraq, neolit dövrünün səkkiz səpin məhsulu — emmer buğda,təkdənli buğda,adi arpa,əkin noxudu,mərcimək,kürüşnə,qoyunnoxudu və adi kətan — Levantda becərilirdi. Əkin çovdarı daha əvvəl becərilmiş ola bilər, lakin bu mübahisəli olaraq qalır. Düyü,6200 il bundan əvvəl Çində mədəni bitkiyə,5700 il bundan öncə erkən əkinçilikdə, maş lobya,soya və fasol lobya mədəni bitki halına gətirilib. Donuzlar Mesopotamiyada e.ə. XI minillikdə, təqribən e.ə.
Kənd təsərrüfatı texnikası
Kənd təsərrüfatı texnikası — kənd təsərrüfatının texniki cəhətdən yenidən qurulmasını həyata keçirən maşınqayırma sahəsi. Başlıca vəzifəsi kənd təsərrüfatı istehsalını kompleks mexanikləşdirməkdir. == Tarixi == Kənd təsərrüfatı maşınqayırması XIX əsrin əvvəllərində Birləşmiş Krallıqda, az sonra isə ABŞ-də yaranmışdır. Kommunizmdən əvvəlki Rusiyada kəndlilərin çox hissəsi primitiv kənd təsərrüfatı inventarlarından istifadə edirdi. Kənd təsərrüfatı inventarı istehsal edən ilk müəssisə XIX əsrdə meydana gəlmişdi. Oktyabr inqilabından sonra Xalq Komissarları Sovetinin 1 aprel 1921 il tarixli dekreti kənd təsərrüfatı maşınqayırmasının planlı inkişafının əsasını qoymuşdur. 1926-cı ildə traktor kultivatoru, 1928 ildə traktor kotanı, 1930-cu ildə taxılyığan kombayn, 1932-ci ildə kartofyığan maşın istehsalına başlanmışdır. SSRİ 1937-ci ildə taxılyığan kombaynın illik istehsalına görə dunyada birinci yerə çıxmışdır. İkinci Dünya müharibəsi illərində kənd təsərrüfatı maşınqayırması zavodlarının çoxu müdafiə məhsulları istehsalına keçirilmidir. Şərqdə kənd təsərrüfatı maşınları istehsalının yeni bazası yaradılmışdır.
Kənd təsərrüfatı vergisi
Kənd təsərrüfatı vergisi — SSRİ-də əhalidən tutulan dövlət vergilərindən biri. 1923-cü ildən tətbiq edilmişdir. Kənd təsərrüfatı vergisini kənd yerlərində həyətyanı torpaq sahəsi və xidməti pay torpağı olan vətəndaşlar ödəyirdilər. Müttəfiq respublikaların qanunvericiliyi ilə kolxozşuların təsərrüfatı üçün orta (hektarın 1/100-dən) və bundan xeyli çox vergi dərəcəsi muəyyən edilmişdir. Kənd təsərrüfatı fəhlə və qulluqcularının təsərrüfatlarından da bu dərəcə üzrə vergi tutulurdu. Fərdi təsərrüfatçılar vergini ikiqat ödəyirdilər. Kənd təsərrüfatı vergisi üzrə bəzi güzəştlər müəyyən olunmuşdur. Müəyyən şəraitdə kənd ziyalıları (müəllimlər, tibb işçiləri), kənd təsərrüfatının bəzi mütəxəssisləri, hərbi qulluqcular, əlillər və s. vergidən azad edilirdi. Kənd təsərrüfatı vergisi maliyyə orqanları tərəfindən hər il 1 iyuna olan vəziyyətə görə hesablanırdı.
Kənd təsərrüfatı ziyanvericiləri
== Kənd təsərrüfatı ziyanvericiləri == Kənd təsərrüfatı baxımından faydalı olmayan orqanizm, qiymətli bitki növlərinə, heyvanlara və ya onların məhsuluna ziyan vurur, insanın sağlamlığına təhlükə yaradır. Kənd təsərrüfatı ziyanvericiləri böyük iqtisadi itki verir. "Ziyanvericilərin" çoxu həşəratlar arasında olur. Ən qorxulu həşərat növlərindən danadişi, kolorad kartof böcəyi, ağ amerika böcəyi, yemişan kəpənəyi, payızlıq buğda və Mamestra brassicae, həlqəvi ipəksarıyanı, məməlilərdən gəmiricilər (siçanlar, siçovullar, taxıl siçanı, sünbülqıran) və s. göstərmək olar. Kənd təsərrüfatı ziyanvericilərinə qarşı kompleks profilaktiki, o cümlədən aqro və meşə texniki, mexaniki, fiziki, kimyəvi və bioloji təbdirlər sistemi hazırlanmışdır. == Kənd təsərrüfatının kimyalaşdırılması == Kimyəvi gübrələr tətbiq etməklə torpağın münbitliyini artırmaq, heyvan yemlərinə kimyəvi əlavə qatmaqla heyvandarlığın məhsuldarlığını yüksəltmək, həmçinin pestisidlərin köməyilə zərərverici və xəstəliklərlə mübarizə aparmaq üzrə elmi cəhətdən əsaslanmış tədbirlər sistemi. Kənd təsərrüfatının kimyalaşdırılması düzgün təşkil edilmədikdə (kimyəvi maddələrin texnologiyasına düzgün əməl edilmədikdə) ətraf mühitin (torpaq, su hövzəsi, hava) və kənd təsərrüfatı ərzaqlarının çirklənməsi üçün olduqca təhlükəli mənbəyə çevrilir.