Madriqal
Madriqal — İntibah dövründə (XIV–XVI əsrlər) İtaliyanın saray mədəniyyətində meydana gəlmiş musiqili-poetik janrdır. Mənşəyi qədim italyan mahnısı ilə bağlıdır. Latın dilində deyil, doğma italyan dilində oxunduğu üçün belə adlandırılmışdır. Vokal musiqidə iki, üçsəsli, hətta dörd, beşsəsli poema tipli madriqallar geniş yayılmışdır.