mal

(=x) Konjunk. 1. …dəfə; zwei ~ drei ist sechs iki dəfə üç altı; zwei ~ zwei ist vier iki dəfə iki dörd; 2. (mal sehen) görək; ~ sehen, was er sagen wird! görək nə deyəcək!
Makulatur
Mal
OBASTAN VİKİ
MAL
MyAnimeList (azərb. Mənim anime siyahım‎) və ya qısaca MAL — istifadəçilərə animanqa siyahıları yaratmaq və animanqa forumlarında iştirak etmək kimi imkanlar təklif edən sosial şəbəkə və məlumat bazası. 2004-cü ildə Qarret Qissler tərəfindən şəxsi sayt kimi yaradılmış, 2006-cı ildə ictimai sayta çevrilmişdir. Sayt 2019-cu ildə satılana qədər mobil tətbiq istehsalçısı DeNA-nın budaq şirkəti olan MyAnimeList LLC tərəfindən idarə olunmuşdur. Saytda 4,4 milyon anime başlığı və 775.000 manqa başlığı var. 2015-ci ildə saytı ayda 125 milyon nəfər ziyarət etmişdir. Qarret Qissler tərəfindən (istifadəçi adı Xinil) AnimeList adı ilə 2004-cü ildə şəxsi sayt kimi yaradılmışdır. O daha sonra Myspace sosial şəbəkəsindən ilhamlanaraq saytın adını MyAnimeList olaraq dəyişdirmiş və 2006-cı ildə saytın indiki domen adını əldə etmişdir. Qisslerin dediyinə görə sayt qurulanda cəmi 228 istifadəçisi var idi. Əvvəlcə saytda ancaq anime başlıqlarının məlumat bazası vardı.
İctimai mal
İctimai mal (ing. public good) — ödəyib-ödəməməsindən asılı olmayaraq bütün vətəndaşlar tərəfindən toplu şəkildə istehlak edilən bir mal. İctimai mallar ümumiyyətlə özəl mallara bənzəmir (istehlak üçün və yalnız sahibinə fayda verir), satışını təşkil etmək demək olar ki, mümkün deyil: fərdlər ictimai malların təsirlərindən istifadə etməkdən ləzzət alırlar, lakin bunun əvəzini ödəməkdən çəkinirlər (sərbəst atlı təsiri). Dövlət və özəl malların ayrılması Aristotelin Siyasətinə qayıdır. İctimai rifah dövlətin mövcudluğunun məqsədidir. Aristotelin ənənəsi Foma Akvinskinin "ümumi xeyiri" (bonum Commune) vurğulayaraq davam etdirir. K. R. Makkonnellu və S. L. Brüya əsasən, ictimai mal və ya məhsul — istisna prinsipinin tətbiq olunmadığı və istehsalı cəmiyyət tərəfindən əhəmiyyətli fayda gətirməsi şərtilə istehsalının dövlət tərəfindən təmin edildiyi mal və ya xidmətdir. istisna edilməmənin əlaməti — bir insanı bu malın istehlakçıları əhatəsindən kənarlaşdırmaq demək olar ki, mümkün deyil; istehlakda rəqabətsizliyin əlaməti — malın bir nəfər tərəfindən istehlak edilməsi başqası tərəfindən istehlak imkanlarını azaltmır; bölünməzlik əlaməti — yaxşılıq ayrı vahidlərə parçalana bilməz. Bu qədər təmiz ictimai mal yoxdur; qarışıq mallar daha çox yayılmışdır, həm özəl, həm də ictimai malların xüsusiyyətləri daxil olmaqla. Təxminən təmiz ictimai mallar gecə dənizçilərə rəhbərlik edən mayak işığını alan hər kəsə işıq saçır qanunun aliliyinin təmin edilmiş daxili və xarici təhlükəsizliyi onun ərazisində olan hər kəs üçün mövcuddur.
Arşın mal alan
Arşın mal alan (operetta) — Üzeyir Hacıbəyovun 1913-cü ildə yazdığı son operetta. Arşın mal alan (film, 1917) — Boris Svetlovun filmi. Arşın mal alan (film, 1937) — Setraq Vartyanın musiqili filmi. Arşın mal alan (film, 1945) — Rza Təhmasib və Nikolay Leşşenkonun filmi. Arşın mal alan (film, 1960) — Səməd Sabahinin filmi. Arşın mal alan (film, 1965) — Tofiq Tağızadənin filmi.
Mal Qrad adası
Mal Qrad və ya Maliqrad (alb. Qyteti i Vogël) — Tektokik göl olan Prespada yerləşən kiçik ada. Yunanıstan, Albaniya və Şimali Makedoniya ilə sərhəddə yaxın ərazidə yerləşir. Mal Qrad adası Prespa gölünün Albaniyaya aid hissəsində hündür bir platoda yerləşir. Sahəsi 5 hektardır. Qolen Qrad adasından sonra Prespa gölünün sahəsinə görə ikinci adasıdır. ada daimi əhaliyə sahib deyil Adada çoxlu sayda mağara vardır. Burada vəhşi heyvanlar yaşayır. Çömçəquyruğa bənzər quruluşa sahibdir. Bir hissəsi ağacla örtülmüşdür.
Mal bazarı qatili
Mal bazarı qatili — 1992-1993-cü illərdə Azərbaycan Respublikasının Ağdam və Bərdə rayonlarında ata-oğul, Elman Həsənov və Elşən Həsənov tərəfindən gerçəkləşdirilmiş silsilə qətl hadisəsi. Sözügedən hadisə Azərbaycan kriminologiya tarixinin ilk silsilə qətli hesab olunmaqdadır. İkili tərəfindən Ağdam rayonundan dörd, Bərdə rayonunuda üç nəfər olmaqla, ümumilikdə yeddi nəfər qətlə yetirilmişdir. Bərdə rayon polis idarəsinin əməkdaşlarından təşkil olunmuş istintaq qrupunun keçirmiş olduğu əməliyyat nəticəsində ata və oğul növbəti qurbanlarını öldürmək istəyən zaman yaxlanmışdır. Cinayət hadisələri Bərdə şəhərinin tanınmış baytarlarından olan Nüsrət Musayevin yoxa çıxmasından sonra polisin diqqətini çəkmişdir. Bərdədə doktor deyə çağırılan və nüfuz sahibi olan Nüsrət Musayevin yoxa çıxmasından sonra müəyyənləşdirilmişdir ki, bu artıq baş vermiş ikinci analoji hadisəsdir. Belə ki, 1993-cü il iyul ayının 11-də Bərdənin Həsənqaya kənd sakini Əliyev Abbas Vəli oğlu yoxa çıxmış, 5 gün sonra - iyulun 16-da onun cəsədi Ərəblər kəndinə gedən yolun kənarından tapılmışdı. Başından və sinəsindən aldığı zərbələr nəticəsində öldüyü müəyyən edilən adamın əvvəlcə avtoqəzaya düşdüyü güman olunsa da, sonradan öldürüldüyü məlum olmuşdur. Hadisə ilə bağlı rayon polis şöbəsində cinayət işi açılmışdır. Cinayətlərin törədilməsi üsulu Ağdam və Bərdə rayonlarında yerləşən mal bazarlarında mal-qara almağa gələn imkanlı şəxslərin təyin olunması və onların kənar əraziyə çəkilərək öldürülməsi formasında baş vermişdir.
Arşın mal alan (operetta)
Arşın mal alan — Üzeyir Hacıbəylinin 1913-cü ildə yazdığı son operetta. Əsəri Üzeyir bəy Sankt-Peterburqda konservatoriyada oxuyarkən qələmə almışdı. Operettanın süjeti Qarabağın Şuşa şəhərinin həyatından alınmışdır. 2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında Arşın mal alan operattasının 100 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edilib. "Arşın mal alan" Üzeyir Hacıbəylinin son və ən məşhur operettalarından biri sayılır. Bu operetta ölməz bəstəkarın Moskva və Peterburqda təhsil aldığı dönəmdə yazılıb. Operetta haqda fikir Ü.Hacıbəylinin Peterburqda yaşadığı vaxtda ağlına gəlir. Operettanın librettosunu özü yazır və yalnız şeirlərini böyük şair Məhəmməd Füzulinin yaradıcılığından götürür (Ü.Hacıbəyli ilk operası olan "Leyli və Məcnunu" Fizulinin poeması əsasında yazıb). Əsər 1913-cü ilin yay aylarında yaradılır. Musiqişünas Elmira Abasova qeyd edir ki, "Arşın mal alan" musiqili komediyasını Üzeyir Hacıbəyli konservatoriyaya qəbul olandan öncə, Peterburqda yaşayarkən yazıb.
Arşın mal alan (film, 1917)
Arşın mal alan tammetrajlı bədii filmi rejissor Boris Svetlov tərəfindən 1917-ci ildə ekranlaşdırılmışdır. Film "Filma" Səhmdar Cəmiyyətində istehsal edilmişdir. Kinokomediyanın qəhrəmanı tacir Əsgər (Hüseynqulu Sarabski) ailə qurmaq üçün qızı əvvəlcədən görüb sevmək arzusu ilə yaşayır. Mühit, şərait, ən başlıcası isə adət buna yol vermir. Dostu Süleymanın (Mirzəağa Əliyev) məsləhəti ilə küçələri, evləri adi bir arşın malı satan kimi gəzəndə Soltan bəyin (Ələkbər Hüseynzadə) qızı Gülçöhrə (Əhməd Ağdamski) ilə rastlaşır. Gənclər ilk baxışdan bir-birilərini sevirlər. Müxtəlif maneələrə, çətinliklərə baxmayaraq nəhayət onlar arzularına çatırlar. Filmdə rolları Hüseynqulu Sarabski, Əhməd Ağdamski, Ələkbər Hüseynzadə, Yunis Nərimanov, Mirzəağa Əliyev, Aleksandra Olenskaya, Hənəfi Terequlov və Yeva Olenskaya ifa edirlər. Filmin qəhrəmanı tacir Əsgər (Hüseynqulu Sarabski) ailə qurmaq üçün qızı əvvəlcədən görüb sevmək arzusu ilə yaşayır. Mühit, şərait, ən başlıcası isə adət buna yol vermir.
Arşın mal alan (film, 1937)
«Arşın mal alan» (ing. Arshin Mal Alan) — Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun eyniadlı əsəri əsasında Setraq Vartyanın rejissorluğu ilə 1937-ci ildə çəkilmiş ABŞ romantik müzikl filmi. Filmdə Üzeyir Hacıbəyovun adı orijinal müəllif kimi qeyd edilməmişdir. Zəngin bir fars tacirinin oğlu Əsgər Avropadan evinə qayıdır və evlənməyə hazırlaşır. Əsgər sevgi ilə evlənmək istəyir və öz ölkəsinin evlilik ilə bağlı adət-ənənələrinə qarşı çıxır. O, onun atasının təşkil etdiyi evliliyə qarşı çıxır. Adətə görə, gəlini oğlanın anası seçir. Əsgərin dostu Süleyman ona tövsiyə edir ki, tacir geyimi geysin və səyahətə çıxsın. Beləliklə o, bir qız ilə tanış olacaq və ona vurulacaq. Əsgərin Süleymanın tövsiyəsinə qulaq asır və axırda bir bəy qızına aşiq olur.
Arşın mal alan (film, 1945)
"Arşın mal alan" — tammetrajlı bədii filmi rejissorlar Rza Təhmasib və Nikolay Leşşenko tərəfindən 1945-ci ildə ekranlaşdırılmışdır. Film Bakı Kinostudiyasında istehsal edilmişdir. Filmdə əsas rolları Rəşid Behbudov, Leyla Bədirbəyli, Ələkbər Hüseynzadə, İsmayıl Əfəndiyev, Münəvvər Kələntərli, Lütfəli Abdullayev, Fatma Mehrəliyeva və Rəhilə Mustafayeva ifa edirlər. Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir Bakı, XX əsrin əvvəli. Gənc tacir Əsgər (Rəşid Behbudov) evlənmək fikrinə düşür. Lakin dövrün qaydalarından fərqli olaraq o, qızı toydan öncə görüb sonra evlənmək istəyir. Bəs nə etməli? Bu məsələnin həllində dostu Süleyman (İsmayıl Əfəndiyev) onun köməyinə gəlir… Film kinostudiyanın 1941-ci il planına salınsa da, Böyük Vətən müharibəsinin başlanması ilə çəkilişi təxirə salınır. Musiqili film Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılmışdır. Təkcə 1945-ci ildə bu filmə (ekrana buraxıldıqdan sonra) 16,27 milyon tamaşaçı baxmışdır.
Arşın mal alan (film, 1965)
Arşın mal alan filmi rejissor Tofiq Tağızadə tərəfindən 1965-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə əsas rolları Həsən Məmmədov, Leyla Şıxlinskaya, Ağadadaş Qurbanov, Nəcibə Məlikova, Hacımurad Yegizarov, Xuraman Hacıyeva, Tələt Rəhmanov və Səfurə İbrahimova ifa edirlər. Bakı. XX əsrin əvvəli. Gənc tacir Əsgər (Həsən Məmmədov) evlənmək fikrinə düşür. Lakin dövrün qaydalarından fərqli olaraq o, qızı toydan öncə görüb sonra evlənmək istəyir. Bəs nə etməli? Bu məsələnin həllində dostu Süleyman (Hacımurad Yegizarov) onun köməyinə gəlir... Film bəstəkar Üzeyir Hacıbəyovun eyniadlı musiqili komediyası əsasında ekranlaşdırılmışdır.
Arşın mal alan (film, 1960)
Arşın mal alan (fars. آرشین مالالان‎) — Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası əsasında rejissor Səməd Sabahi (titrlarda Nadir Hafizi) və ssenaristlər Səməd Sabahi və İsmail Kuşan tərəfindən 1960-cı ildə çəkilmiş İran filmi. Bu filmdə baş rolları Viqen Derderyan və Təhminə Etminan oynayırdı. Filmin qəhrəmanı tacir Əsgər ailə qurmaq üçün qızı əvvəlcədən görüb sevmək arzusu ilə yaşayır. Mühit, şərait, ən başlıcası isə adət buna yol vermir. Dostu Süleymanın məsləhəti ilə küçələri, evləri adi bir arşın malı satan kimi gəzəndə Soltan bəyin qızı Gülçöhrə ilə rastlaşır. Gənclər ilk baxışdan bir-birilərini sevirlər. Müxtəlif maneələrə, çətinliklərə baxmayaraq nəhayət onlar arzularına çatırlar.
Cucumis melo var. maltensis
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Cuzi Malato
Cuzi Malato (9 iyul 1971, Kataniya, Siciliya) — İtaliyanı təmsil edən su poloçusu. Cuzi Malato, İtaliya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Yunanıstan yığmasını 11:10 hesabı ilə məğlub edən İtaliya yığması, Afina Olimpiadasını qızıl medalına sahib oldu.
Cümşüd Malıbəyli
Malıbəyli Cümşüd (1845, Malıbəyli, Kaspi vilayəti – 1915, Şuşa) — XIX–XX əsr Azərbaycan xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi. Malıbəyli Cümşüd 1845-ci ildə Şuşa yaxınlığındakı Malıbəyli kəndində anadan olmuşdur. 4–5 yaşı olarkən atasını itirən Cümşüd bir müddət mehtər və arabaçı işləmiş, daha sonra musiqiyə həvəs göstərərək tarzən Ballıcalı Baxşı ilə "Xan bağı" karvansarasında ifa etmişdir. O, artıq 20–21 yaşlarında Qarabağ məclislərinə xanəndə kimi dəvət olunurdu. Cümşüd Malıbəylinin ifaçılıq fəaliyyəti üçün "Segah", "Şahnaz", "Orta Mahur", "Şüştər", zərbi muğamlardan "Heyratı", "Ovşarı", "Qarabağ şikəstəsi" və başqaları səciyyəvidir. O, kənd toylarına da meyil etmiş, məclislərdə "Ay dərya kənarında", "İstikanın deşilsin", "Gəlirəm, gedirəm, xəbərin olsun", "Ay bala Fatma", "Qapıda duran mənəm mən", "Məni dövri fələk qoymuş", "Məmələr" kimi el mahnıları ifa etmişdir. Malıbəyli Cümşüd qəzəl, qoşma seçdikdə ən çox Molla Pənah Vaqifin, Xurşidbanu Natəvanın, Aşıq Ələsgərin yaradıcılığına müraciət etmişdir. O, bir neçə dəfə tarzən Cavad bəy Əlibəy oğlu və kamançaçı Karapet ilə İranın Təbriz, Rəşt, Ənzəli və Qəzvin şəhərlərinə toy məclislərinə dəvət olunmuşdur. Xanəndə həm də Şuşada göstərilən tamaşalarda və "Şərq konsertləri"ndə də iştirak etmişdir. Həmin tamaşa və konsertlərdən yığılmış pullar, əsasən, tələbələrin ehtiyaclarının qarşılanmasına sərf olunurdu.
Cənub bölgəsi (Malavi)
Cənub bölgəsi — Afrika ölkəsi olan Malavinin üç bölgəsindən biri. Cənub bölgəsi Malavinin bölgələri arasında əhali sayına görə birinci, ərazi baxımından ikinci yeri tutur. Bölgə qərbdə, cənubda və şərqdə Mozambik, cənubda isə Malavi Gölünün şimal hissəsi və Mərkəz bölgəsi ilə qonşudur. Bölgənin inzibati mərkəzi, həmdə ölkənin paytaxdı olan Blantyredir. Cənub bölgəsinin rayonlarıː Manqoçi mahalı Balaka mahalı Maçinqa mahalı Neno mahalı Mvanza mahalı Blantire mahalı Zomba mahalı Çiradzulu mahalı Falombe mahalı Mulane mahalı Çikvava mahalı Tayolo mahalı Nsane mahalı Bölgədə 2008-ci ilin məlumatlarına görə 5.876.784 nəfər yaşayır. Bu rəqəm Malavinin 45 %-ni əhatə edir.
Daniel Maldini
Daniel Maldini (11 oktyabr 2001, Milan) — İtaliyalı peşəkar futbolçu. İtaliyanın "Spetsiya" klubunda hücumameyilli yarımmüdafiəçi kimi çıxış edir. Müqavilə ilə "Milan" klubuna məxsusdur. Keçmiş futbolçu Paolo Maldininin oğlu, keçmiş futbolçu və məşqçi Çezare Maldininin nəvəsidir. Qardaşı Kristian Maldinidə futbolçudur. Maldini 2010-cu ildə "Milan"ın Gənclər Akademiyasına qoşulur. Növbəti illərdə o, "Milan"ın 10 yaşadək uşaq komandasından başlayaraq "Milan"ın U19 komandasına qədər müxtəlif yaş qrupları komandalarında oynayır. 2016–17 mövsümündə onun komandası, finalda "Latsio" klubunu 5–2 hesabı ilə məğlub edərək 16 yaşadək futbolçuların milli çempionatının (Campionato Nazionale Under-16) qalibi olur. Daniel 2 fevral 2020-ci il tarixində baş tutmuş "Milan" — "Hellas Verona" oyununda ispaniyalı Samu Kastiyexonu əvəzləyərək "Milan"ın heyətində debüt edir. Futbolçunun avrokuboklarda debütu isə, 15 sentyabr 2021-ci il trixində "Liverpul" klubuna qarşı oyunda baş verir.
David Davis malikanəsi
Həmçinin "Clover Lawn" olaraq da tanınan David Davis malikanəsi David Davisə, ABŞ Ali Məhkəməsinə və İllinoys senatoruna məxsus Bluminqtondakı Viktorian stilli evdir. Malikanə 1960-cı ildən bəri dövlət muzeyidir. 1972-ci ildə tarixi yerlərin milli reyestrinə əlavə edildi və 1975-ci ildə isə Milli Tarixi yer təyin edildi. Bluminqtonun cənub-qərb tərəfindəki bir yaşayış məhəlləsində yerləşən üç mərtəbəli kərpic malikanə, İtalyan villa üslubunda tikilmiş və 36 otaqdan ibarətdir. Sarayın ərazisinə 1872-ci ildən bir taxta ev, anbar və tövlələr, xüsusi əşyalar, çiçəklər və bitkiləri üçün bağ daxildir. Çoxillik bitkiləri olan Viktoriyanın kəsilmiş çiçəklərdən ibarət bir bağçası olan "Sarah's Garden" 2001-ci ildə bərpa olunmağa başlandı. "Clover Lawn" 1870-1872-ci illər arasında qurulmuş və 1886-cı il hakim Davisin ölümünə qədər yaşadığı yer olmuşdur. Devis italyan və ikinci imperiya memarlıq xüsusiyyətlərini özündə cəmləşdirən və orta Viktorian stildə olan malikanənin dizaynını fransız əsilli memar Alfred H. Piquenarda tapşırmışdır. Ev, Davisin arvadı Saranın iqamətgahı kimi nəzərdə tutulmuşdu. David Devis 1883-cü ildə ABŞ Senatından ayrıldıqdan sonra vaxtının çox hissəsini orada keçirirdi.
Delta (maliyyə)
Dion Malone
Dion Malone (13 fevral 1989-cu ildə anadan olub) — Erediviziya təmsilçilərindən olan ADO Den Haaq klubunda müdafiənin sağ cinahında çıxış edən Surinamlı peşəkar futbolçudur. O, bir müddət Almere Siti və Qəbələ klubunda çıxış etmişdir. Malone həmçinin Niderland vətəndaşıdır. Malone Surinamın Paramaribo şəhərində anadan olmuşdur. O, peşəkar karyerasında debütünü Almere Siti klubu ilə (o vaxtlar Omnivorld klubu) 2008-09 mövsümündə etmişdir. 24 iyun 2017-ci ildə Malone Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Qəbələ klubu ilə iki illik müqavilə imzalamışdır. 27 iyul 2018-ci ildə Malone yenidən Erediviziya təmsilçilərindən olan ADO Den Haaq klubu ilə iki illik müqavilə imzalamışdır.
Diplomlu maliyyə analitiki
Drako Malfoy
Drako Malfoy (5 iyun 1980) — Harri Potter romanlar seriyasının personajlarından biri. Drako Malfoy ilk dəfə Madam Malkinin Çəpəki küçədəki paltar dükanında Harri ilə rastlaşarkən oxuculara görünür. İlk görüşdə Malfoy qarşılaşdığı uşağın Harri Potter olduğunu bilmədiyinə görə ona laqeyd yanaşır. Malfoy təmiz qanlı sehrbaz nəslindən olduğuna görə fəxr edir, mələz qanlıları qınayır, maql ailəsində doğulanların isə ümumiyyətlə Hoqvartsda təhsil almaq hüququnun olmadığını deyir. Malfoy növbəti dəfə Harri ilə Hoqvarts Ekspress qatarında görüşür. Malfoy Ron Uizlinin ailəsinə qarşı xoş olmayan ifadələr işlətdikdən sonra Harri onun dostluq təklifini rədd edir və burdan da onlar arasında mənfi münasibətin əsası qoyulur. Roulinq qeyd edir ki, əslində Malfoy Harri ilə dost olmaq istəyir, çünki, "Harri məşhur idi və belə bir məşhurun dostu olmaq məktəbdə onun üçün əlavə nüfuz ola bilərdi." Lakin, Harri Drako ilə dostluq eləmək istəmir, çünki, o, "Harrinin çox sevdiyi Haqrid və Ron haqqında yaxşı fikirdə deyil". Seçici şlyapa uşaqları bölərkən, Drako Malfoy dekanı İksir dərsini tədris edən Severus Sneyp olan Slizerin fakultəsinə təyin olunur. Drako Harrini məktəbdən qovdurmaq üçün gecə duelinə çağırır, özü isə gizlincə məktəbin nəzarətçisi Fliçə Harrinin gecələr məktəbdə gəzdiyini xəbər verir, lakin, Harri gizlənərək ehtiyatlı şəkildə məsələni həll edə bilir. "Harri Potter və Sirlər Otağı" romanında atası Lusius Malfoyun Slizerin Qviddiç komandasının bütün üzvlərinə ən son model "Nimbus 2001" uçan süpürgəsi hədiyyə etməsindən sonra Drako Malfoy Slizerin komandasının yeni tutucusu təyin edilir.
Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi (Azərbaycan)
Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi — Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatına verilmiş funksiyalar agentlik vasitəsilə həyata keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyev Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Fərmanda Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin yaradılacağı qeyd edilib. Fərmanla Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi haqqında Əsasnamə təsdiq edilib. Fərmanda bildirilib: Azərfoto Səyahət agentliyi Prezident yeni agentlik yaratdı Yeni Dövlət Agentliyi yaradıldı.
Dünya maliyyə böhranı (2008-2012)
Dünya maliyyə böhranı (2008-2012) — 2008-ci ilin sentyabr-oktyabrında yaranmış ümumdünya maliyyə-iqtisadi böhranı. Özünü dünyanın bir çox iqtisadi cəhətdən inkişaf etmiş ölkələrinin iqtisadi göstəricilərində büruzə verdi, sonradan qlobal formaya keçdi.
Dünya maliyyə mərkəzləri
Dünya maliyyə mərkəzləri (ing. International financial centres) — beynəlxalq valyuta, kredit və maliyyə əməliyyatlarını, qiymətli kağızlarla, qızılla əməliyyatları həyata keçirən bankların və ixtisaslaşmış maliyyə institutlarının təmərküzləşmə mərkəzləri. Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, maliyyə mərkəzləri üç kateqoriyaya bölünür: beynəlxalq maliyyə mərkəzləri: London, Nyu-York və Tokio; regional maliyyə mərkəzləri: Şanxay, Shenzhen, Frankfurt am Main, Sidney və Moskva; və Dəniz Maliyyə Mərkəzləri: Kayman Adaları, Dublin, Lüksemburq, Sürix, Sinqapur və Honq Konq. Birinci Dünya Müharibəsindən əvvəl London dominant maliyyə mərkəzi idi. Bu, Böyük Britaniyada kapitalizmin yüksək inkişaf səviyyəsi, onun digər ölkələrlə güclü və geniş ticarət əlaqələri, funt sterlinqin nisbətən sabitliyi və ölkənin inkişaf etmiş kredit sistemi ilə bağlı idi. İkinci Dünya Müharibəsindən sonra dünyanın aparıcı maliyyə mərkəzi ABŞ-yə köçdü. 1960-cı illərdən etibarən ABŞ-nin dünya maliyyə mərkəzi kimi inhisar mövqeyi zəiflədi, çünki yeni mərkəzlər yarandı - Qərbi Avropada və Yaponiyada. Aİ ölkələri uzun müddətdir ki, öz maliyyə mərkəzlərini yaratmağa çalışırlar. 1999-cu ildə avronun dövriyyəyə buraxılması ilə Aİ bazarı ABŞ-dən sonra ikinci ən böyük fond bazarına çevrildi. Qiymətli kağızlar və törəmə alətlər (törəmə alətlər) eyni valyutada, avroda ifadə edildiyi üçün valyuta riski yoxdur.
Dəniz Mall
Dəniz Mall — Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən ticarət mərkəzi. Dəniz Mall ticarət mərkəzinin dizaynı "Chapman Taylor" şirkətinin direktoru Tim Karran tərəfindən hazırlanmışdır. Verdiyi müsahibələrin birində o, layihənin 2007-ci ildə gerçəkləşdirilməli olduğunu, lakin onun icrasına 2014-cü ildə yenidən başlandığını demişdir. Hazır planlar və çertyojlar öz icrasını yeddi il ərzində gözləyib. Ticarət mərkəzinin quruluşu və qeyri-adi forması Azərbaycanın gerbində və dövlət bayrağında olan səkkizguşəli ulduzdan və "Mirvari" kafesindən götürülmüşdür. Ticarət mərkəzinin səkkiz "ləçəyi" eyni zamanda bir neçə böyük tədbirin keçirilməsinə imkan verəcək səkkiz geniş salondan ibarət olmalı idi. Sonradan bu fikirdən imtina edilmiş və əyləncə məkanının yaradılması qərara alınmnışdır. Ticarət mərkəzi açılışı 2020-ci il iyunun 1-də olub.
Echinops malacophyllus
Echinops malacophyllus (lat. Echinops malacophyllus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü.
Edvard Maletski
Edvard Maletski (pol. Edward Małecki; bilinmir 1941 – 14 yanvar 2018, Varşava, Polşa) — Polşa siyasətçisi, ictimai xadimi, Polşa Xalq Respublikası dövründə demokratik müxalifətin fəalı. 1970-ci və 1980-ci illərdə Maletski Polşa Xalq Respublikasındakı müxalifətlə yaxından maraqlanırdı və bir neçə təşkilatın üzvü idi. Maletski Polşanın kommunist rejimdən demokratik-kapitalist bir cəmiyyətə keçdiyi dövrdə, 1990-cı ilin may ayındakı ilk yerli hökumət seçkilərində öz namizədliyini irəli sürmüş və Varşava şəhərinin Praqa-Poludniye dzelniçasının meri seçilmişdir. O, bu vəzifədə 1990–1992-ci illərdə çalışmışdır. O, siyasi və ictimai fəallığına görə Polşanın Dirçəlişi Ordeninə layiq görülmüşdür. Edvard Maletski 15 yanvar 2019-cu ildə vəfat etmişdir. O, Varşavadakı Brodno qəbiristanlığında dəfn edilmişdir.
Eltz malikanəsi
Eltz malikanəsi və ya Eltz sarayı (xorv. Dvorac Eltz, alm. Schloss Eltz‎) — Xorvatiyanın Vykovar şəhərində yerləşən Barokko üslubunda malikanədir. 18-ci əsrə aid malikanədə Vykovar şəhər muzeyi yerləşir. Malikanə 1993 və 2001-ci illərdə buraxılmış Xorvatiya 20 kunasında, əskinasın əks tərəfində təsvir edilmişdir. Saray 1991-ci ildə Xorvatiya Müharibəsində dağıdıldı, lakin dörd illik bərpa işlərindən sonra 2011-ci ilin oktyabrında müharibədən əvvəlki görünüşü tamamilə bərpa edildi. 1736-cı ildə Müqəddəs Roma İmperiyasının arxikansleri Filip Karl von Eltz-Kempeniç (1665–1743) Slovaniya Krallığının Srem bölgəsində, daha sonra Habsburq monarxiyası tərfindən idarə olunacaq hissədə bir malikanə satın alır. Saray ilk olaraq 1749–1751-ci illərdə Alman Katolik zadəganları olan Emtz sülaləsi tərəfindən tikilmiş, daha sonralar zaman keçdikcə genişləndirilmişdir. Sarayın hərbi cəbhəyə yaxın əraziləri Osmanlı qoşunları və yerli Hayduk hərbi qüvvələri tərəfindən zərbələrə məruz qalmışdır. İkinci Dünya Müharibəsinin sonlarında Yuqoslaviya Partizanları ölkəni nəzarət altına aldıqdan sonra, 1944-cü ildə malikanə Yuqaslaviya Sosialist Respublikasının kommunist idarəsi tərəfindən müsadirə edildi və Yakob Qraf zu Eltz ailəsi Vykovarı tərk etmək məcburiyyətində qaldı.
Emilia malaisseana
Emilia malaisseana (lat. Emilia malaisseana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü.
Eyl Malk
Eyl Malk (ing. Eil Malk) — Palaunun tərkibinə daxil olan ada. mərcan mənşəlli adadır. Adada yaşayış yoxdur. Palau adasından 23 km cənub-şərqdə yerləşir. Uzunluğu 6 km, eni 4,5 km, sahəsi 19 km² təşkil edir. Maksimal hüündürlük 82 metrdir. İqlimi tropikdir. Tropik siklonların təsirinə məruz qalır. Bir hissəsi sıx şəkildə tropik meşə ilə örtülüdür.
Eypen Malmed
Eypen Malmed - Belçikanın Almaniya ilə sərhəddində bir hissədir. Lyej əyalətinin Verv şəhərini əhatə edir. 1920-1945-ci illərdə Eypen Malmedin sərhəddi dəyişmmişdir. 1795-ci ildə bu ərazi Limburq krallığına daxil idi. Sonrada Brabant, krallığına, Niderland həmçinin Lüksemburq ərazisinə daxil edilmişdir. 1794-1814-cü illərdə Napaleonun dövründə Fransaya aid olmuşdur. 1815-ci ildə Vyana konqresində Prussiyaya daha sonra isə Almaniya imperiyasının ərazi olmuşdur. I dünyü müharibəsindən sonra ərazi Belçikaya verilmişdir. 1940-cı ildə II dünya müharibəsində almanlar ərazini almış ancaq yenidən qaytarmalı olmuşlar. Regionun əhalisini əsasən almanlar təşkil edir.
Florent Maluda
Floran Maluda (fr. Florent Malouda; d. 13 iyun 1980) — Çelsi tərəfindən Fransanın Lion komandadan transfer edilmiştir. Sürətli, texniki bacarıqlı və yaxşı zərbələr çıxaran bir futbolçudur.Fransa milli futbol komandası ilə 2006 FİFA Dünya Kubokunda oynadığı futbol ilə adamları heyran etdi.
Fəzlürrəhman Malik
Fəzlürrəhman Malik (21 sentyabr 1919 - 26 iyul 1988)—İslam alimi. Yenilikçi, “tarixi təfsir” anlayışının qurucusu Fəzlürrəhman 1919-cu il sentyabr ayının 21-də bugünkü Pakistanın (o vaxt Hindistanın) tərkibində olan Hazara şəhərində dünyaya gəlib. Atası Mövlanə Şəhabəddin Diyabəndi cərəyanına mənsub alim idi. İlk təhsilini atasından alan Fəzlürrəhman 10 yaşında ikən Quranı əzbərlədikdən sonra təhsilini mədrəsədə davam etdirir. 1933-cü ildə ailəsi ilə birlikdə Lahor şəhərinə köçən Fəzlürrəhman Pəncab universitetində təhsil almağa başlayır. 1940-cı ildə sözügedən universitetdən məzun olan Fəzlürrəhman 2 il sonra magistratura təhsilini başa vuraraq, universitetdə assistent kimi fəaliyyətə başlayır. Fəzlürrəhman 1946-49-cu illərdə Oksford universitetində doktorluq dissertasiyasını müdafiə edərkən İslam fəlsəfəsi ilə maraqlanmağa başlayır. Bu dövr gələcək alimin fikirlərinin formalaşmasında mühüm rol oynayır. Doktorluq işini müdafiə etdikdən sonra Oksford universitetində “Fars mədəniyyəti və İslam fəlsəfəsi” müəllimi kimi pedaqoji fəaliyyətinə başlayan Fəzlürrəhman daha sonra Durham və Kanadanın Mak Gill universitetlərində fəaliyyətini davam etdirir. Ali daha sonra Pakistanda hərbi çevrilişlə hakimiyyəti ələ keçirən Əyyub Xanın dəvətini qəbul edərək, Pakistana qayıdır və 1961-68-ci illərdə Əyyub Xanın müşaviri olmaqla yanaşı, İslam Araşdırmaları İnstitutunun müdiri vəzifəsini icra edir, iki jurnal təsis edir.
Guioa malukuensis
Guioa malukuensis (lat. Guioa malukuensis) — sabunağacıkimilər fəsiləsinin guioa cinsinə aid bitki növü.
Helarctos malayanus
Adi malay ayısı (lat. Helarctos malayanus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin malay ayısı cinsinə aid heyvan növü. Öz cinsinin yeganə nümayəndəsidir. Malay ayısı ayıkimilər fəsiləsinə daxil olan növlər arasında ölçü baxımından ən kiçiyidir. Onun uzunluğu 1.5 m keçmir (üstəlik 3—7 sm-lik quyruq). Ayaqları qrərində hündürlüyü 50-70 sm, çəkisi 27—65 kq olur. Erkəklər bir qayda olaraq dişilərdən 10—20 % böyükdür. Bu canlılar uzun buruna malikdirlər. Üstəlik olduqca güçlüdürlər. Dırnaqları itidir.
Hindistan–Maldiv adaları münasibətləri
Hindistan–Maldiv adaları münasibətləri — Hindistan və Maldiv adaları arasında mövcüd ikitərəfli əlaqələr. İki ölkə arasında mübnasibətlər xoş niyyətlidir. İqtisadi, siyası və hərbi baxımdamn strateji əhəmiyyət daşıyır. Hindistan Hind okeanı regionunda strateji maraqları çərçivəsində Maldiv adalarında sülh və sabitliyin qarantı kimi çıxış edir. iki ölkə arasında ilk diplomatik əlaqələr 1966-cı ildə. Maldiv adaları Hindistanın Laşşadvip adaları regionundan cənubda, Şri-Lankadan isə 700 km cənub-qərbdə yerləşir. 1966-cı ildən Maldiv adaları ilə Hindistan hərbi, iqtisadi, siyasi və mədəni baxımdan isti münasibətlər qurmuşlar. Hindistan bu ölkəyə daim dəstək göstərir. Üstəlik Hindistan Şri-Lankanın iqtisadi baxımından Maldivlərə ola biləcək təziqini neytrallaşdırır. Belə ki, Şri-Lanka Maldiv adalarının əsas iqtisadi tərəfdaşıdır.
Gətirilmə Mal-Qaradan Yüksək Məhsuldarlığın Alınması (1979)
Gətirilmə mal-qaradan yüksək məhsuldarlığın alınması (film, 1979)
İribuynuzlu mal-qarada parazitar xəstəlikləri və onunla mübarizə tədbirləri (film, 1989)

Значение слова в других словарях